< <
8 / total: 8

Nəticə

Qurana baxdığımızda bütün rəsulların və onlarla birlikdə iman edənlərin ortaq qədərə sahib olduqlarını görərik. Rəsulların liderliyindəki mömin birlikləri həmişə kiçik birlik olaraq mübarizəyə başlamışlar. Bu mömin birlikləri bir tərəfdən Allahın dinini təbliğ edərkən bir tərəfdən də özlərindən görünüşcə çox daha güclü olan düşmənlərə qarşı mübarizə aparmışlar. Və bu mübarizədən “...Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir” (Bəqərə surəsi, 249) ayəsinin sirri ilə qalib olanlar həmişə rəsullar və möminlər olmuşdur. Rəsul və inkarçılar arasındakı bəhs etdiyimiz mübarizələrin hamısı Allahın yazdığı qədərə görə olar. Möminləri də, düşmənlərini də yaradan Allahdır. Quranda Allahın rəsullar üçün xüsusi düşmənlər yaratdığı xəbər verilir:

Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et. (Ənam surəsi, 112)

Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Mübarizənin hər iki tərəfini də Allah yaratdığına görə nəticəsini təyin edən də Odur. Və Allah rəsulların qədərində qalib gəlməyi yazmışdır. Quranda bildirildiyinə görə, rəsul üçün məğlub olmaq müzakirə mövzusu belə deyil:

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Mömin birliyinin, zahirən məğlubiyyət kimi görünən hadisələr yaşamasının səbəblərindən biri isə, ancaq rəsula qarşı itaətsiz davranmalarıdır. Necə ki, Ali İmran surəsində izah edildiyinə görə, Uhud döyüşü əsnasında möminlərin bir qismi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə itaət etməmişlər və bu səbəblə də qazanılacaq kimi görünən döyüşdə məğlub olmuşlar. Amma bu müvəqqəti məğlubiyyətdir və möminlərin öyrədilməsini, daha itaətli olmalarına vəsilə olmuşdur. Nəticədə qalib gələnlər isə mütləq rəsul və onunla birlikdə iman gətirənlərdir. Rəsula qarşı düşmənçilik bəsləyənlərin sonu isə eynidir: Dünyada alçaldılma və axirətdə cəhənnəm əzabı. Quranda, rəsula qarşı gələnlərin vəziyyəti belə bildirilir:

Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir. O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir. (Mücadilə surəsi, 5-6)

Buna qarşılıq rəsula tabe olan möminlər isə dünyada zəfər və hakimiyyətlə, axirətdə cənnətlə və hamısından ən əhəmiyyətlisi, Allahın rizası ilə mükafatlandırılarlar. Quranda rəsulun və onunla birlikdə iman edənlərin "Allahın firqəsi" olduğu bildirilir və bu kəslərin axirətdə alacaqları qarşılıq belə xəbər verilir:

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

Başqa ayələrdə də rəsulların (və onların yolunu izləyən qövmlərinin) qəti olaraq qalib gələcəyi belə bildirilir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.  (Saffat surəsi, 171-173)

Allahın izni ilə qalib gələcək olanlar, "Allahın tərəfdarlarıdır." Allahın sözü haqdır və şübhəsiz reallaşacaq.

…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
 (Bəqərə surəsi, 32)

 

8 / total 8
"Harun Yəhyanın Rəsulların Mübarizəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com