Atom Möcüzəsi

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 8

I Hissə: Atomun Yaranmasi

Nəhəngliyi ilə insan ağlının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam içində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız-hesabsız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. Kainatdakı nizamı, dizaynı ağıl və vicdanları ilə ölçən elm adamlarına onun yaranması ilə bağlı sualları cavablandırmaq çətin olmayıb. Çünki düşünən və dərk edən insan üçün bu qüsursuz dizaynın bütün kainata hakim olan Allah tərəfindən yaradıldığı aydındır. Allah bu həqiqəti Quranda belə bildirib:

“Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün dəlillərdir”. (Ali-İmran surəsi, 190)

Lakin yaradılış dəlillərinə göz yummağa çalışan elm adamları illərdir ki, ardı-arası kəsilməyən bu suallara cavab verməkdə çətinlik çəkirlər. Elmi həqiqətlərə tamamilə zidd olan boş nəzəriyyələrini qorumaq üçün onlar hətta demaqogiyaya, saxta dəlillərə əl atmaqdan da çəkinmirlər.

21-ci əsrdə elmin inkişafı bir həqiqətə işarə edir: Kainat üstün güc və sonsuz elm sahibi olan Allah tərəfindən yoxdan var edilib.

Kainatın Yaradılışı

Sir Fred Hoyle

Ser Fred Hoyl

İnsanlar yüz illərdir ki, “kainat necə yaranıb?” sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model düşünülüb. Lakin bu nəzəriyyələr araşdırıldıqca bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri indi heç bir elmi dayağı və əsası qalmayan “sonsuz kainat”, ikincisi isə müasir elmin qəbul edib təsdiqlədiyi “böyük partlayış” modelidir. Birinci model kainatın nə başlanğıcının, nə də sonunun olduğunu, ikincisi isə əksinə, böyük partlayış nəticəsində yarandığını və dayanmadan genişləndiyini nəzərdə tutur. Hazırda qüvvəsini itirmiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də indiki kimi qalacağını nəzərdə tutur. Bu nəzəriyyə qədim Yunanıstanda yaranmış, daha sonra Avropa intibahı dövründə yenidən gündəmə gəlmiş, materialist fəlsəfənin əsasını təşkil etmişdi. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi həqiqət kimi insanlara təqdim olundu. Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırıb təkmilləşdirmişdilər. Həm də bu səbəbdən “sonsuz kainat” ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Kainatın durğun (statik) bir quruluşu var. Elmin inkişafı nəticəsində əldə olunan məlumatlar isə bu nəzəriyyənin daşını daş üstündə qoymadı. Məlum oldu ki, kainat sonsuz deyil, əvvəli olduğu kimi, sonu da olacaq.

Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allahı inkar edən ideologiyaların dayaq nöqtəsi olub. Çünki kainatın başlanğıc və sonunun olmaması haqda müddəalar, eyni zamanda, onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddiaların əsli olmadığını sübut edərək, kainatın “böyük partlayış” adlandırılan proses nəticəsində yoxdan var edildiyini əsaslı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə tək bir adı vardı: yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.

Məşhur ingilis astronomu Fred Hoyl da bu nəzəriyyədən narahat olanlardan biri idi. Hoyl “Steady-state” (sabit vəziyyət) adlı nəzəriyyə ilə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə kainat genişləndikcə lazımi miqdarda maddə birdən-birə, öz-özünə yaranmağa başlayır. “Sonsuz kainat” fikrini dəstəkləmək üçün olduqca qəliz və ağlasığmaz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübut olunan “böyük partlayış” modelinə tamamilə ziddir. Onlar bu həqiqətə qarşı inadla mübarizə apardılar, amma elmi kəşflər gec-tez hamıya qalib gəlirdi.

Big bang

Kainat böyük bir partlayış nəticəsində yoxdan yaranıb. Bu partlayışın ilk anından etibarən yaranan bütün zərrəciklərin və meydana çıxan bütün qüvvələrin böyük bir uyğunluq və tarazlıq içində ətrafa yayılması nəticəsində kainatın hazırkı qüsursuz sistemi əmələ gəlib.

Kainatın Genişlənməsi və “Biq Bənq” Həqiqəti

Doppler effect

Dopler effektinə görə, qalaktika bizdən sabit məsafədə durubsa, ondan gələn işıq dalğalarının spektri də sabit görünəcək (yuxarıda). Qalaktika getdikcə bizdən uzaqlaşırsa, dalğalar uzanaraq spektrin qırmızı hissəsinə yaxınlaşacaq (ortada). Qalaktika bizə yaxınlaşırsa, dalğalar sıxılaraq spektrin mavi hissəsinə meyil edəcək.

XX əsrdə astronomiya elmi xeyli inkişaf etdi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşun olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman sübut etdi ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış alimi Corc Lemetr oldu. Lemetrin araşdırmaları kainatın bir başlanğıcı olduğunu və həmin başlanğıcdan bu günə qədər fasiləsiz şəkildə genişləndiyini göstərdi. Belçikalı alim düşünürdü ki, həmin başlanğıc anındakı partlayışdan “artıq” qalan bir radiasiya olmalı idi və bu, hesablana bilərdi. Lemetr əvvəlcə elm adamlarının ciddi qəbul etmədiyi və dəstəkləmədiyi bu fikirlərin doğruluğuna əmin idi. Çünki kainatın genişləndiyinə dair başqa dəlillər də bir-bir üzə çıxırdı.

Bu arada Edvin Habl adlı amerikalı astronom düzəltdiyi nəhəng teleskopla səmanı müşahidə edərkən ulduzların uzaqlaşmaları ilə bağlı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. O, Kaliforniyadakı Maunt Vilson rəsədxanasındakı bu kəşfi ilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərlə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq həmin fikirləri kökündən sarsıtdı. Hablın kəşfi göstərirdi ki, müşahidənin aparıldığı nöqtəyə doğru yaxınlaşan işıq spektrləri bənövşəyi rəngə doğru, uzaqlaşan işıq spektrləri isə qırmızı rəngə doğru dəyişir.

Albert Einstein - Edwin Hubble

a) Edvin Habl

b) Alfa Sentavr ulduzlarından gələn işıqların spektrlərinin qırmızı və maviyə doğru dəyişmələri bu ulduzların bir-birlərinin orbitlərində hərəkət etdiyini ortaya çıxarmışdır. Astronomik müşahidələr bu orbitlərin 80 ilə tamamlandığını göstərib.

c) Elbert Eynşteyn Edvin Hablın müşahidələr apardığı Uilson rəsədxanasında

Yəni Kaliforniyadakı Maunt Vilson rəsədxanasından müşahidə edilən ulduzlar dünyamızdan uzaqlaşırdılar. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də bir-birlərindən uzaqlaşırlar. Devid Filkinin “Stiven Hokinqin Kainatı” (Stephen Hawking’s Universe) adlı kitabında həmin məsələ belə şərh edilib:

- Heç iki il keçmədi ki, Lemetr gözləmədiyi bir xəbər aldı. Habl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə elə kainatın genişlənməsi deməkdir. Hər şey sadəcə zamana bağlı idi. Eynşteyn Hablın fəaliyyətləri ilə yaxından maraqlanırdı və Maunt Vilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni zamanda Lemetr də Kaliforniya Texnologiya İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Hablı görüşdürdü. Özünün “ilk atom” ideyasından danışaraq, kainatın dünəni olmayan bir gündə yaradıldığını söylədi. Bütün lazımi riyazi hesablamaları əvvəlcədən aparmışdı. Lemetr sözünü bitirəndə qulaqlarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb bu fikirlərin indiyə qədər eşitdiyi ən gözəl və qənaətbəxş açıqlama olduğunu etiraf edərək, kainatı sabit və hərəkətsiz təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu etiraf etdi.1

Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran, əsl kainatın başlanğıcı olması fikri idi...

Kainatın genişlənməsi ilə bağlı faktlar artdıqca yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu həqiqəti ön plana çıxaran elm adamları Lemetrin dediyi kimi, zamanı geriyə qaytaranda getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeli ilə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin mənbəyi olan bu nöqtənin çox qüvvətli cazibə qüvvəsi ilə sıfır həcmə düşəcəyini göstərdi. Deməli, kainat sıfır həcmə malik bir nöqtənin partlaması ilə ortaya çıxmışdı. Bu partlayış “Biq Bənq” (böyük partlayış) adlandırıldı.

Böyük partlayış çox mühüm həqiqəti göstərirdi: sıfır həcm yoxluq demək olduğuna görə kainat yoxdan var olub. Bu isə kainatın bir başlanğıcının olduğunu göstərir! Beləliklə, materializmin “kainat əzəli və əbədidir” iddiası darmadağın edildi.

Böyük Partlayışın Dəlilləri

George Smoot, cobe

George Smoot

Kainatın böyük partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova görə əgər kainat partlayış nəticəsində yaranıbsa, deməli, həmin partlayışdan sonra artıq qalan radiasiya fəzaya dağılmalıdır. Bu versiyanın yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı həmin radiasiya dalğalarını kəşf etdilər. “Kosmik fon radiasiyası” adlandırılan bu radiasiya fəzadakı müəyyən mənbədən yayılan digər radiasiyalardan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləliklə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın böyük partlayışın ilk zamanlarından qaldığı üzə çıxdı. Özü də bu rəqəm elm adamlarının əvvəldən təxmin etdikləri rəqəmə çox yaxın idi. Penzias və Uilson böyük partlayışı təcrübə yolu ilə sübut edən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.

George Gamov

Corc Qamov

Bir müddət sonra isə Corc Smut və onun NASA-dakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun hesablamalarının doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri böyük partlayışın həqiqət olduğunu bir daha təsdiqlədi. Həmin cihazlar böyük partlayışın ilk anlarındakı hərarət və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE böyük partlayışın həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və alimlər artıq bu açıq həqiqəti etiraf etmək məcburiyyətində idilər.

Başqa bir dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Kainatdakı hidrogen və helium qazlarının nisbəti böyük partlayışdan artıq qalan hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə çox yaxın idi. Bu dəlillərin ortaya çıxması böyük partlayışın elm aləmində tam qəbul olunması ilə nəticələndi. Məşhur elmi jurnal olan “Scientific American” 1994-cü ilin oktyabrında “Biq Bənq” modelinin “əsrimizin qəbul olunmuş yeganə modeli” olduğunu yazmışdı.

 

 

COBE satellite

Kainatın, həqiqətən də, böyük partlayış nəticəsində yarandığına sübutlar axtaran COBE peykinin buraxılış anı.

 

The gigantic horn antenna, Bell Laboratories, Arno Penzias and Robert Wilson discovered the cosmic background radiation.

Arno Penzias və Robert Bob Uilsonun kosmik fon radiasiyasını ilk dəfə kəşf etdikləri Bell laboratoriyasındakı nəhəng “buynuz antenası”. Penzias və Uilson bu kəşflərinə görə, 1978-ci ildə Nobel mükafatı aldılar.

Uzun illər boyu hüdudsuz kainat modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Skiama böyük partlayış həqiqəti qarşısında düşdüyü aciz vəziyyəti belə danışmışdı:

- Bir zamanlar “sabit kainat” nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanların arasında çox sərt münaqişə vardı. Çoxları kimi mən də inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalanda oyun bitdi və “sabit vəziyyət” nəzəriyyəsini bir tərəfə atdıq.2

Allah Kainatı Yoxdan Yaradıb

Beləliklə, elm inkişaf etdikcə üzə çıxan dəlillər “sabit kainat” nəzəriyyəsini tarixə çevirdi. Bunun ardınca isə daha mühüm sual yarandı: “Böyük partlayışdan əvvəl nə var idi?”

universe

“Böyük partlayışdan əvvəl nə var idi?” sualının bir cavabı vardır: yerləri və göyləri böyük nizamla yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamağından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Antoni Flu etirafın insanın ruhuna xeyirli olduğunu deyərək bunları bildirir:

- Mən də bir etiraf edəcəyəm, ateizm üçün “Biq Bənq” modeli olduqca xoşagəlməzdir. Çünki elm faktiki olaraq dinin iddiasını sübuta yetirdi ki, kainatın bir başlanğıcı var. Mən hələ də ateizmə inanıram, amma etiraf edim ki, “Biq Bənq”in qarşısında ateizmi müdafiə etmək olduqca çətindir.3

İngilis materialist, fizik H.P.Lipson kimi bəzi elm adamları isə “Biq Bənq” nəzəriyyəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:

- Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olması ilə razılaşmağa məcburuq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün olduqca xoşagəlməz və hətta ağır olduğunu bilirəm, amma əgər təcrübə ilə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, xoşumuza gəldi-gəlmədi, onunla razılaşmalıyıq.4

Nəticə etibarilə, istəsələr də, istəməsələr də, elm materialist alimlərin qarşısına tək həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.

“Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar”. (Talaq surəsi, 12)

Quranın Işarələri

“Biq Bənq” modeli bəşəriyyətin kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiyanı da həyata keçirdi. Əvvəlki səhifələrdə sitat gətirdiyimiz ateist filosof Antoni Flunun dediyi kimi, “Biq Bənq”lə birlikdə elm dinin iddiasını sübuta yetirdi. Dini mənbələrin irəli sürdüyü bu həqiqət kainatın yoxdan yaradılmasıdır. Bu, elmin kəşfindən minlərlə il əvvəl Allahın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılıb. Tövrat, İncil və Quran kimi ilahi kitabların hər birində kainatın və bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilib.

Bu ilahi mənbələr arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması ilə bağlı məlumatlar verilib. 14 əsr əvvəl vəhy edilən bu məlumatlar XX əsrin elmi məlumatları ilə tamamilə uyğun gəlir.

Hər şeydən əvvəl kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:

“O, göyləri və yeri (yoxdan) var edəndir”. (Ənam surəsi, 101)

Bundan 14 əsr əvvəl, insanların kainatla bağlı məlumatları çox məhdud olan zamanlarda Quranda bildirilən başqa həqiqət isə eynilə “Biq Bənq” nəzəriyyəsinin önə çəkdiyi kimi, bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:

“Məgər kafir olanlar göylə yer bir-birinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?” (Ənbiya surəsi, 30)

Bu ayənin ərəb dilindəki orijinalında çox mühüm kəlmə seçimi var. Ayənin “bir-birinə bitişik ikən” şəklində tərcümə edilən “ratk” kəlməsi ərəbcə lüğətlərdə “bir-biri ilə iç-içə, ayrılmaz halda, qaynayıb-qarışmış” mənalarındadır. Yəni bütöv halda olan iki maddədən bəhs etmək üçün işlədilir. Ayədəki “ayırdıq” ifadəsi isə ərəbcə “fatk” feilidir ki, bu da “ratk” halındakı bir nəsnəni yarıb, parçalamaq mənasını verir. Məsələn, toxumun cücərərək, torpağı yarıb çıxması bu feillə ifadə edilir.

Yenidən ayəyə baxaq. Orada göylə yerin “ratk” vəziyyətində olduğundan bəhs edilir. Ardınca isə bildirilir ki, onlar “fatk” feili ilə ayrılıblar. Yəni biri digərini yararaq kənara çıxıb. Həqiqətən də, böyük partlayışın ilk anını xəyalımızda canlandıranda “kosmik yumurta” adlanan nöqtənin (gələcək) kainatın bütün maddəsini içinə aldığını görürük. Yəni hər şey, “göylər və yer” bu nöqtənin içində “ratk” halındadırlar. Ardınca həmin “kosmik yumurta” güclü şəkildə partlayıb, bu yolla maddələr “fatk” olub, yəni yumurtanı yarıb çölə çıxaraq bütün kainatı əmələ gətiriblər.

Quranda bildirilən başqa həqiqət isə elmin ancaq 1920-ci illərin sonlarında aşkarladığı kainatın genişlənməsi faktıdır. Əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Hablın ulduzların işıq spektrinin qırmızıya doğru dəyişməsinə əsaslanaraq kəşf etdiyi bu həqiqət Quranda belə təsvir olunub:

“Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)

Qısası, müasir elmin kəşfləri bir tərəfdən materializmin ehkamlarını darmadağın edərkən, digər tərəfdən Quran ayələrində xəbər verilən həqiqətləri təsdiqləyir. Çünki kainat materialistlərin zənn etdiyi kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allahın qüdrəti ilə yaradılıb və Allahdan gələn elm, şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun məlumatları açıqlayır.

Maddənin Anbaan Yaradılışı

“Biq Bənq” nəzəriyyəsinin də göstərdiyi kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlayış hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlarla doludur.

Partlayışın hər anındakı temperatur, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas göstəricilərə malik olmalıdırlar. Bu göstəricilərdən yalnız biri uyğun gəlməsə idi, bu gün yaşadığımız kainat mövcud olmazdı. Həmin amillərin hər hansı birinin dəyəri, hətta sıfıra yaxın bir həddə dəyişsə idi, kainatın yaranma prosesi pozula bilərdi.

Qısası, kainat və onun əsası olan atomlar böyük partlayış anından dərhal sonra Allahın yaratdığı bu tarazlıqlar sayəsində yoxdan var olmağa başlayıb. Elm adamları bu proses zamanı meydana gələn mükəmməl fiziki qaydaların və ölçülərin nizamını anlamaq üçün xeyli cəhd göstəriblər. Bu gün həmin istiqamətdə çalışan alimlərin qəbul etdiyi həqiqətlər bunlardır:

“0” anı: nə maddənin, nə də zamanın mövcud olduğu və partlayışın baş verdiyi bu an fizikada t = 0 anı olaraq qəbul edilir. Yəni t = 0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu andan əvvəli anlamaq və təsvir etmək üçün o dövrdə mövcud olan fiziki qanunları (təbiət qanunlarını) bilməliyik. Çünki hazırkı fiziki qanunlar o vaxt əsaslı olmayıb.

Fizikanın dərk edə bilmədiyi hadisələr ən kiçik zaman aralığı olan 10-43 saniyədən etibarən başlayır. Bu, insan ağlının əsla qavraya bilməyəcəyi bir zaman kəsiyidir. Bəs təsəvvürümüzə belə gətirə bilmədiyimiz bu zaman aralığında nələr olub? Fiziklər bu günə qədər həmin anda baş verə biləcək prosesləri bütün təfərrüatları ilə açıqlayan bir nəzəriyyə ortaya çıxarmağı bacarmayıblar.5 Çünki hesablama aparmaq üçün tələb olunan faktlar yoxdur. Riyazi və fiziki qayda-qanunlar bu nöqtədən o tərəfə keçə bilmirlər. Yəni hər bir təfərrüatı çox həssas nizamla qurulmuş bu partlayışın əvvəli də, onun ilk anları da müasir elmin və insan beyninin qavrayış gücünün xaricindədir. Zamanın olmadığı bir andan başlayan bu yaradılış anbaan maddənin və fiziki qanunların meydana gəlməsinə zəmin hazırlayıb.5

İndi isə bu partlayış zamanı çox qısa bir müddətdə böyük dəqiqlik və həssaslıqda baş verən hadisələrə nəzər salaq. Əvvəl də dediyimiz kimi, fizikada hər şey 10-43 saniyə sonradan etibarən hesablana bilir və ancaq bu andan sonra enerji və zaman qeydə alınır. Yaradılışın bu anında temperatur 1032 (100.000.000.000.000.000.000.000.000.000.000) dərəcə olub. Müqayisə etsək, günəşin hərarəti milyon (108), günəşdən çox böyük ulduzların temperaturu isə milyard dərəcələrlə (1011) ifadə edilir və indiyə qədər təsbit olunmuş ən yüksək hərarətin milyardlarla dərəcə həddində olduğunu nəzərə alsaq, 10-43 anındakı temperaturun nə dərəcədə yüksək olduğunu müqayisə etmək mümkündür.

10-43 saniyəlik bu dövrdən bir pillə irəli gedib, saniyənin 10-37 olduğu zamana gələk. Bu iki müddət arasındakı zaman fərqi bir-iki saniyə kimi deyil, saniyənin katrilyon dəfə katrilyonda biri qədərdir! Bu anda hərarət yenə də fövqəladə yüksək olub 1029(100.000.000.-000.000.000.000.000. 000.000)0C dəyərindədir. Bu pillədə hələ atomlar yaradılmayıb.6

big bang

Nə maddənin, nə də zamanın mövcud olduğu və partlayışın gerçəkləşdiyi «0» anından sonra kainat və onun əsası olan atomlar çox böyuk bir nizam içində yoxdan var edilmişdir.

a) 3 dəqiqə: protonlar və neytronlar atom nüvəsini meydana gətirir.
b) 1-ci saniyə: kvarklar proton, neytron, elektron və neytrinoları əmələ gətirir.
c) 10-6 saniyə: antimaddə və maddənin bir-birlərini yox etmələri.
d) 10-35 və 10-32 saniyə arası ile SANİYE ARASI
e) 10-43 saniyə:
plank zamanı

1) atom
2) elektron
3) neytron
4) helium nüvəsi
5) deyterium nüvəsi
6) Neytron
7) proton
8) adron
9) kvark
 

10) antikvark
11) başqalıq
12) cazibə qüvvəsi
13) elektromaqnetizm
14) zəif nüvə qüvvəsi
15) güclü nüvə qüvvəsi
16) birləşmiş qüvvələr

Bir addım da atıb 10-2 saniyəlik zamana gələk. Bu dövr saniyənin yüzdə biri qədərdir. Burada artıq ilkin kainat formalaşmağa başlayıb. Atom nüvəsini əmələ gətirən proton və neytron kimi zərrəciklər hələ yoxdur. Ortada sadəcə elektron və onun əksi olan pozitronlar var. Çünki kainatın o andakı hərarət və sürəti yalnız bu zərrəciklərin yaranmasına imkan verir. Partlayışdan bir saniyə belə keçməmiş artıq elektron və pozitronlar yaranıb! Bu məqamdan sonra yaranacaq hər atom zərrəciyinin məhz hansı anda ortaya çıxacağı çox vacibdir. Çünki mövcud fiziki qanunların formalaşması üçün hər bir zərrəcik xüsusi anda ortaya çıxmalıdır. Hansının əvvəl, hansının sonra yaranacağı çox mühümdür. Bu ardıcıllıq ən kiçik bir şəkildə pozulsa idi, indiki kainat formalaşa bilməzdi...

“Biq Bənq” nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan yarandığını göstərməklə Allahın varlığına aid bir dəlil göstərdi. Amma məsələ bununla bitmədi, böyük partlayışın ardından heç bir saniyə belə keçməmiş atom zərrəciklərinin də yoxdan var edildiyi məlum oldu. Bu zərrəciklərin sahib olduğu həssas nizam və tarazlığa diqqət etmək lazımdır. Qarşıdakı səhifələrdə incəliklərinə qədər izah edəcəyimiz bu tarazlıq sayəsində kainat bugünkü vəziyyətindədir və biz də rahat yaşaya bilirik. Qısası, böyük qarışıqlıq və xaos yaratması gözlənilən partlayışın ardınca mükəmməl nizam, bizim “fizika qanunları” adlandırdığımız dəyişməz qanunlar ortaya çıxdı. Bu isə böyük partlayış da daxil olmaqla, kainatın, yaradılışından etibarən hər an qüsursuz şəkildə nizamlandığını və idarə olunduğunu göstərir.

planets

“Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allah`a səcdə etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allah`ın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!” (Həcc surəsi, 18)

İndi isə prosesin inkişafını qaldığımız yerdən izləməyə davam edək. Bir pillə sonraya, partlayışdan 10-1 saniyənin keçdiyi ana gələk. Burada hərarət 30 milyard dərəcədir. T=0 anından bura qədər hələ 1 saniyə də keçməyib. Ancaq atomun digər zərrəcikləri olan neytron və protonlar artıq müəyyənləşməyə başlayıb. Sonrakı bölümlərdə qüsursuz yaradılışlarını müşahidə edəcəyimiz neytron və protonlar, beləcə, bir andan da qısa müddət ərzində yoxdan var edilib.

Partlayışdan sonrakı 1-ci saniyəyə gələk. Həmin andakı maddənin sıxlığına nəzər salanda fövqəladə bir rəqəmlə rastlaşırıq. Hesablamalara görə o zamankı mövcud kütlənin sıxlığı 3,8 milyard kq/litrdir. Bu rəqəmi riyazi şəkildə kağızda göstərmək asan olsa da, tam qavramaq mümkün deyil. Onun nə qədər böyük olduğunu daha sadə izah etmək üçün belə bir nümunə göstərək: əgər Everest zirvəsi bu sıxlığa sahib olsa idi, onun cazibə qüvvəsi Yer kürəsini bir anda udardı.7

Daha sonrakı zaman kəsiyinin ən əsas xüsusiyyəti isə istiliyin xeyli azalmasıdır. Kainat təxminən 14 saniyəlik ömrə sahib olanda, temperaturu 3 milyard dərəcəyə düşüb, özü isə çox böyük sürətlə genişlənməyə davam edib. Hidrogen və heliumda olduğu kimi, möhkəm atom nüvələri də məhz bu zaman formalaşıb. Yəni protonla neytronun ilk dəfə bir araya gəlməsi üçün şərait yaranıb. Kütlələri var ilə yox arasında olan bu iki zərrəcik fövqəladə cazibə yaradaraq böyük yayılma sürətinə qarşı gəlməyə başlayıblar.

Aydındır ki, proses olduqca həssas şəkildə planlaşdırılıb və nəzarət altında olub. Ağlasığmaz partlayışın ardınca həssas nizam və tarazlıq yaranıb. Protonlar və neytronlar bir araya gələrək, maddənin əsası olan atomu formalaşdırmağa başlayıblar. Həmin zərrəciklərin özləri, təbii ki, birləşərək atom yaratmaq və bu zaman bütün qüvvələrin tarazlığına əməl etmək üçün lazım olan gücə və məlumata sahib deyil.

Həmin proses başlayanda kainatın temperaturu artıq 1 milyard dərəcəyə düşmüşdü. Bu, Günəşin mərkəzindəki hərarətdən 60 dəfə çoxdur. ...İlk andan 3 dəqiqə 2 saniyə keçib. Foton, proton, antiproton, neytron və antineytron kimi atom zərrəcikləri əmələ gəlib.

The Hydrogen Atom

Hidrogen atomu

Bu mərhələdə mövcud olan bütün zərrəciklərin sayı və bir-birlərinə təsiri çox mühümdür. Zərrəciklərin hansınınsa sayında cüzi fərq əmələ gəlsə, onların saxladığı enerji tarazlığı pozular və enerjinin maddəyə çevrilməsi əngəllənər. Məsələn, elektron və pozitronlara baxaq: onlar bir araya gələndə enerji ayrılır. Bu səbəbdən ikisinin də sayı həlledici rol oynayır. Tutaq ki, 10 elektronla 8 pozitron qarşı-qarşıya gəlir. Bu vəziyyətdə onların 8-i pozitronlarla qarşılıqlı təsirə girər və müəyyən qədər enerji ayrılar. 2 elektron isə sərbəst qalar. Elektron atomun tərkib hissələrinin biri olduğundan, kainatın genişlənməsi üçün bu mərhələdə kifayət qədər elektronun mövcudluğu vacibdir.

Əvvəlki nümunənin üzərində düşünməyə davam edək. Fərz edək ki, qarşı-qarşıya gələn elektronlarla pozitronlardan ikincilərin sayı artıqdır. Sonda ortaya çıxan enerjidən elektronların yerinə pozitronlar artıq qalardı və maddə kainatı əsla əmələ gətirməzdi. Bu halda da kainatın formalaşması prosesi əsla normal davam edə bilməzdi. Əgər pozitronlarla elektronların sayı bərabər olsa idi, bu dəfə ortaya yalnız enerji çıxar, maddə yaranmazdı. Amma elektronların sayındakı çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə çox həssas ölçü ilə tənzimlənib. Bu, sonradan yaranacaq atomlarda elektron və protonların sayının bərabər olması üçün belə nizamlanıb. Deməli, böyük partlayışdan sonra ortaya çıxan zərrəciklərin sayı bu qədər dəqiq hesabla müəyyənləşib və nəticədə yaranan maddə kainatı formalaşdırıb. Prof. dr. Stiven Uenberq bu zərrəciklər arasındakı qarşılıqlı təsirin nə dərəcədə həssas olduğunu belə deyir:

- Əgər ilk bir neçə dəqiqədə kainatda yaranan zərrəciklərin sayı bərabər olsa idi, temperatur 1.000.000.000 dərəcədən aşağı düşəndə onların çoxu yox olar və hərarətdən başqa heç nə qalmazdı. Zərrəciklərin və antizərrəciklərin yox olmasının ardınca maddənin yaranması üçün pozitronlardan bir az artıq elektron, antiprotonlardan bir az artıq proton və antineytronlardan bir az artıq neytron qalmalı idi.8

.. İlk andan 34 dəqiqə 40 saniyə keçib. Kainatın yaşı artıq yarım saata yaxındır. Temperatur milyard dərəcədən düşərək, 300 milyon dərəcəyə çatıb. Elektronlarla protonlar bir-birləri ilə toqquşaraq enerji ayırmağa davam edirlər. İndi atomu yaradacaq zərrəciklərin sayı maddi kainatın formalaşmasına kifayət edəcək qədərdir. Partlayış sürətinin nisbətən yavaşlaması ilə demək olar ki, kütləsi belə olmayan bu zərrəciklər bir-birlərini cəlb etməyə başlayırlar. Bir elektronla bir protonun birləşməsi nəticəsində ilk hidrogen atomu yaranır. Bununla yanaşı, kainatda görəcəyimiz təməl qüvvələrlə tanışlığımız başlayır.

İnsan şüurunun qavramadığı qüsursuz layihənin nəticəsi olan bu proses çox həssas tarazlıq nəticəsində həyata keçir. Bu qüsursuzluq onu araşdıran hər kəsi çox mühüm həqiqətə gətirib çıxarır. Ortada üstün yaradılış və bu yaradılışın hər anına ciddi nəzarət nümunəsi var. Çünki partlayışdan sonra meydana gələn hər zərrəcik müəyyən bir zaman kəsiyində konkret temperatura və sürətə malik olmalıdır. Buna nail olmaq üçün dəqiq saat mexanizmi kimi çalışan sistem, əlbəttə ki, əvvəlcədən incəliklərinə qədər qurulmalı və proqramlaşdırılmalıdır. Yəni böyük partlayış və onun nəticəsində ortaya çıxan qüsursuz kainat hələ partlayışdan əvvəl dizayn edilmiş və yaradılmışdır.

Steven Weinberg

Stiven Uinberq

Onu nizamlayan, dizayn edən və yaradılışına nəzarət edən isə hər şeyin yaradıcısı olan Allahdır.

Bu planlaşdırma təkcə atomda deyil, kainatın hər yerində müşahidə olunur. Başlanğıcda işıq sürəti ilə bir-birindən qopub uzaqlaşan bu zərrəciklər yalnız hidrogen atomu deyil, bugünkü kainatda gördüyümüz bütün sistemləri, qalaktikaları və kvazarları da əmələ gətirir. Sadəcə bir atomun yaranması üçün lazım olan zərrəciklərin təsadüf nəticəsində toplanıb həssas tarazlıq yaratması qeyri-mümkün olduğu halda, planetlərin, ulduzların, qalaktikaların, qısası, kainatdakı bütün sistemlərin təsadüfən ortaya çıxmasını irəli sürmək böyük məntiqsizlik olar. Bu bənzərsiz planlamanı quran və həyata keçirən bütün kainatın yaradıcısı olan Allahdır.

Yaradılışı xüsusi möcüzə olan hidrogen atomunun ardınca digər atomlar da yaranıb. Amma burada belə bir sual ağıla gəlir: Digər atomlar nəyə görə yaranıb, bütün proton və neytronlar hansı atomdan nə qədər yaradacaqlarına necə qərar veriblər? Bu sualın cavabı bizi yenə də eyni nəticəyə gətirir: hidrogenin və onu təqib edən bütün atomların meydana çıxması üçün uyğun dizayn və nəzarət mövcuddur. Bu dizayn insan şüurunun sərhədlərinə sığmır və böyük yaradılışa işarə edir.

The Helium Atom

Helium atomu

Böyük partlayışla ortaya çıxan fiziki qanunlar aradan keçən təxminən 17 milyard illik zaman ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Həm də bu qanunlar o qədər incə hesablama nəticəsində yaranıblar ki, bu günə qədər cüzi də olsa, dəyişiklik olmayıb; çünki belə bir dəyişiklik bütün kainatı alt-üst edə bilərdi. Bu məqamda məşhur fizik prof. Stiven Hokinqin fikirləri maraq doğurur. O, bütün bu məsələlərin, əslində bizim anlaya biləcəyimizdən daha dəqiq hesablamalar üzərində qurulduğunu belə açıqlayır:

“Əgər “Biq Bənq”dən bir saniyə sonra genişlənmənin nisbəti 100.000 milyon dəfə milyonda bir dəyəri qədər az olsa idi, kainat genişlənmək əvəzinə, öz içinə çökərdi”.9

Bu qədər dəqiq hesablarla baş verən böyük partlayış zamanın, məkanın və maddənin özü-özünə yaranmadığını, Allah tərəfindən var edildiyini açıq-aşkar ortaya qoyur. Çünki yuxarıda bəhs olunan hadisələrin kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatdakı bütün maddələrin əsası olan atomları yaratması qətiyyən mümkün deyil. Bunu düşünən bütün elm adamları kainatın sonsuz qüdrət və qüvvət tərəfindən yaradıldığını qəbul edirlər. Məşhur astrofizik Hyu Ross kainatı Yaradanın bütün ölçülərin fövqündə olduğunu belə izah edir:

- Zaman hadisələrin meydana gəldiyi ölçüdür. Əgər zaman böyük partlayışla birlikdə ortaya çıxıbsa, deməli, kainatı yaradan səbəb zaman və məkandan qətiyyən asılı deyil. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir və Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki güc olmadığına dəlalət edir.10

“Biq Bənq”in əsas cəhətlərindən biri də odur ki, bu nəzəriyyə insanlara Allahı daha da yaxşı tanımaq imkanı verir. Kainatın içindəki bütün maddələrlə birlikdə yoxdan var edilməsi Allahın gücünün ən böyük dəlillərindəndir. Partlayış zamanı enerjinin həssas tarazlığının qorunması isə Allahın elminin sonsuzluğunu sübut edir.

Kainatdakı Təməl Qüvvələr

Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bugün müasir fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk atom zərrəciklərinin yaranması ilə birlikdə formalaşıblar.

Atomlar, yəni maddə ancaq bu qüvvələrin təsiri ilə mövcud olmuş və kainata nizamlı bir dizaynla dağılmışdır. Bunlar cazibə, elektromaqnit, güclü və zəif nüvə qüvvələridir. Hər birinin digərindən fərqli qüvvə və təsir sahəsi vardır. Güclü və zəif nüvə qüvvələri sadəcə atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və bütün maddi obyektlərin arasındakı tarazlığı tənzimləyir. Dünyadakı qüsursuz nizam bu qüvvələrin həssas dəyərlərinin nəticəsidir.

Bu qüvvələr bir-birləri ilə qarşılaşarkən yaranan mənzərə çox heyrətamizdir. Çünki böyük partlayışdan sonra yaranan və kainata yayılan maddələr aralarında uçurum olan bu qüvvələrə uyğun şəkildədirlər. Məhz bu təməl qüvvələr maddi kainatın yaranmasına imkan veriblər. Onların arasındakı nisbət o qədər həssas şəkildə tənzimlənib ki, ancaq və ancaq bu şəkildə maddəyə lazımi təsiri göstərə bilir.

İndi isə həmin qüvvələrə bir-bir nəzər yetirək.

1. Güclü Nüvə Qüvvəsi

The Strong Nuclear Force

1) karbon-14 6 proton, 8 neytron
2) neytron
3) elektron
4) proton
5) neytrino
6) foton
7) azot -14 7 proton, 7 neytron

Kitabın əvvəlindən bura qədər atomun anbaan necə yaradıldığını və bu yaradılışın həssas nizamlarını izlədik. Özümüz də daxil olmaqla, ətrafdakı hər şeyin atomlardan əmələ gəldiyini və bu atomların da çoxlu zərrəciklərdən yarandığını gördük. Bəs atomun nüvəsini əmələ gətirən bütün bu zərrəcikləri bir yerdə saxlayan nədir? Bu, fizikada ən böyük qüvvələrdən biri olan güclü nüvə qüvvəsidir. Bu qüvvə atom nüvəsindəki proton və neytronların dağılmadan bir yerdə qalmasını təmin edir və atomun nüvəsi yaranır. Bu qüvvə o qədər güclüdür ki, nüvədəki proton və neytronları az qala bir-birinə yapışdırır.

Strong nuclear force: 15
Weak nuclear force: 7.03 x 10-3
Gravitational force: 5.90 x 10-39
Electromagnetic force: 3.05 x 10-12

Buna görə də həmin qüvvəni daşıyan çox kiçik zərrəciklərə latınca “yapışdırıcı” mənasında olan “qlüon” deyilir. Bu qüvvə və onun “yapışdırma” qüvvəsi çox həssas şəkildə tənzimlənib və protonlar neytronları bir-birlərindən lazımi məsafədə saxlayır. Əgər qüvvə bir az çox olsa idi, həmin zərrəciklər bir-birlərinin içinə girərdi və ya zəif olsa idi, dağılıb gedərdilər. Özü də həmin qüvvə böyük partlayışdan bugünə qədər heç dəyişməyib. Bu nüvə qüvvəsinin ortaya çıxanda nə qədər böyük dağıdıcı təsirinin olduğunu isə Xirosima və Naqasakidəki faciələr göstərdi. Növbəti səhifələrdə ən kiçik detallarına qədər müşahidə edəcəyimiz atom bombalarının bu qədər dağıdıcı təsirə malik olmasının səbəbi atom nüvəsində olan qüvvənin ortaya çıxmasıdır.

2. Atomun Təhlükəsizlik Kəməri - Zəif Nüvə Qüvvəsi

Zəif nüvə qüvvəsi hazırda Yer üzündəki nizamı saxlayan ən mühüm amillərdən biridir. O, atomun daxili nizamının qorunmasına xidmət edir. Onun yaratdığı tarazlıq sayəsində maddələrin quruluşu pozulmur və insanlara zərər verə biləcək enerji yayılmır. Atomun bu tarazlığını nüvədəki protonlarla neytronların arasındakı həmin qüvvə təmin edir. Bu qüvvə xüsusilə içində çoxlu proton və neytron olan atom nüvələrində tarazlığın qorunmasında mühüm rol oynayır və lazım olarsa, proton neytrona çevrilə bilir. Bu zaman nüvədəki protonların sayı dəyişdiyi üçün artıq atomun özü də başqa atoma çevrilir. Prosesin nəticəsi çox əhəmiyyətlidir: atom parçalanmadan başqasına çevrilib və varlığını qoruyub. Beləliklə, canlılar nəzarətsiz şəkildə ətrafa dağılıb, onlara ziyan gətirə biləcək təhlükəli zərrəciklərə qarşı bir növ “təhlükəsizlik kəməri” taxmış olurlar.

3. Elektronları Orbitində Saxlayan Güc - Elektromaqnit Qüvvəsi

Bu qüvvənin kəşfi fizikada yeni cığır açdı. Hər cismin öz quruluşuna görə müəyyən elektrik yükü daşıdığı və bu elektrik yükləri arasında bir qüvvənin olduğu öyrənildi. Bu qüvvə əks elektrik yüklü zərrəciklərin bir-birini cəzb etməsini, eyni yüklülərin isə itələməsini təmin edir. Nəticədə atomun nüvəsindəki protonlarla ətrafında hərlənən elektronlar arasında qarşılıqlı cazibə yaranır. Beləliklə, atomun əsas elementləri olan nüvə və elektronlar bir yerdə qalır. Bu qüvvədəki ən kiçik bir fərq elektronların ya nüvədən qopmasına, ya da ona “yapışmasına” səbəb olur. Hər iki halda da atomun və maddənin ortaya çıxması baş tutmur. Nəticə etibarilə, nüvədəki protonlar elektronları atomun mövcud olması üçün lazım olan ən optimal qüvvə ilə cəzb edirlər.

4. Kainatı Nizamlayan Qüvvə: Cazibə Qüvvəsi

Isaac Newton

Bütün kainatda cazibə kimi təməl qüvvələrin üzərində qurulmuş mükəmməl və qüsursuz nizam hakimdir. Bu nizamın sahibi, əlbəttə ki, hər şeyi qüsursuzca yoxdan var edən Allah`dır. Müasir fizika və astronomiyanın öndə gələn qurucusu və dünyanın ən böyük alimlərindən sayılan İsaak Nyuton (1642-1727) bu həqiqəti belə ifadə edib: “Günəş sisteminin, planetlərin və kometlərin möhtəşəm nizamı yalnız ağıllı və güclü bir varlığın qüdrəti ilə davam edə bilər. Bu varlıq təkcə dünyanın ruhunu deyil, hər şeyi yönəldir. O, Allah`dır”.

Bu, bilavasitə hiss etdiyimiz tək qüvvə olduğuna baxmayaraq, haqqında çox az məlumatımız var. Onun intensivliyi digər qüvvələrə nisbətən daha az olsa da, çox böyük kütlələrin bir-birlərini qarşılıqlı cəzb etməsinə imkan yaradır. Kainatdakı qalaktikaların, ulduzların bir-birlərinin ətrafında qalmalarının səbəbi bu qüvvədir. Yerin və digər planetlərin Günəşin ətrafında müəyyən bir orbitdə fırlana bilmələri də həmçinin bu qüvvənin sayəsində mümkün olur. Onun sayəsində biz Yerdə addımlaya bilirik. Bu qüvvənin dəyəri azalsa, bütün kainat nizamını itirərək nəhəng və dəhşətli xaosa çevrilər, insanlar Yer üzündən qoparaq fəza boşluğuna səpələnərlər. Qüvvə artsa, yenə də eyni dəhşət yaşanar: ulduzlar bir-birinə çırpılar, dünya Günəşə yapışar, biz torpağın içinə girərik. Bütün bunlar çox uzaq ehtimallar kimi görünsə də, cazibə qüvvəsinin indiki intensivliyinin cüzi də olsa dəyişməsi deyilən dəhşətlərin gerçəkləşməsinə səbəb olar. Bu mövzunu araşdıran bütün elm adamları danışdığımız bütün təməl qüvvələrin dəqiq tənzimlənməsinin kainatın varlığı üçün çox vacib olduğu qənaətindədirlər. Məşhur bioloq Maykl Denton “Nature’s Destiny: Now the Laws of Biology Reveal Purrose in the Universe” (Təbiətin qədəri: bioloji qanunlar kainatdakı məqsədi necə göstərir) adlı kitabında yazır:

- Əgər cazibə qüvvəsi indikindən bir trilyon dəfə güclü olsa idi, kainat çox balaca və qısa ömürlü olardı. Orta ölçülü ulduz bizim Günəşdən trilyon dəfə kiçik olardı və cəmi bir il yaşayardı. Yox əgər cazibə qüvvəsi indikindən bir az güclü olsa idi, ümumiyyətlə, heç bir ulduz və qalaktika yaranmazdı. Digər qüvvələr arasındakı tarazlıqlar da olduqca həssasdır. Əgər güclü nüvə qüvvəsi bir az zəif olsa idi, kainatda hidrogendən başqa heç bir kimyəvi element görməzdik. Heç bir başqa atom yaranmazdı. Eyni qüvvə əgər elektromaqnit cazibəsindən güclü olsa idi, kainatdakı yeganə element iki protondan ibarət nüvəyə malik bir atom olardı. Bu halda kainatda hidrogen yaranmazdı və ulduzlar, qalaktikalar formalaşmazdı. Yaxud da indikinə heç bənzəməzdilər. Qısası, danışdığımız təməl qüvvələr bugünkü kimi olmasa idilər, indi nə kainat, nə də həyat mövcud olardı.11

Məşhur fizik Pol Devis isə kainatdakı fiziki qanunların mövcud ölçülərinə heyranlığını belə ifadə edir:

- İnsan kosmosu araşdırdıqca inamsızlıqdan uzaqlaşır, daha çox inam qazanır. Kainatın başlanğıcı haqda son məlumatlar, onun quruluşu, getdikcə genişlənməsi və bütün bunların çox dəqiqliklə nizamlanması insanı heyran etməyə bilməz.12

Bütün kainatda bu təməl qüvvələrlə bağlı qurulmuş üstün dizayn və qüsursuz nizam hökm sürür. Bu nizamın sahibi, əlbəttə ki, hər şeyi qüsursuz şəkildə yoxdan var edən Allahdır. Ən kiçik qüvvə ilə ulduzları orbitlərində saxlayan, ən güclü qüvvə ilə kiçik atom nüvəsini nizamlayan aləmlərin Rəbbi olan Allahdır. Bütün qüvvələr onun qoyduğu ölçülərə görə hərəkət edir. Allah kainatın yaradılışındakı nizama, dəqiq ölçüyə, hesablanmış tarazlıqlara Qurani-kərimdə belə diqqət çəkir:

“O Allah ki, göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməyib; O, hər şeyi yaradıb və onu əvvəlcədən müəyyən edib”. (Furqan surəsi, 2)

 

İqtibaslar

 1.  Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık1998, s. 90

2.  Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, s. 62-63

3.  Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241

4.  H. P. Lipson, «A Physicist Looks at Evolution», Physics Bulletin, vol. 138, 1980, s. 138

5.  Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.185

6.  Colin A. Ronan, The Universe Explained, The Earth-Dwellers’s Guide to the mysteries of Space, Henry Holtand Company, s. 178, 179

7.  Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.186

8.  Steven Weinberg, İlk Üç Dakika, (The First Three Minutes), TÜBİTAK Popüler Bilim Kitapları serisi, 1995, s. 84

9.  Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet, s.9

10. Hugh Ross, The Creator and the Cosmos, How Greatest Scientific Discoveries of the Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76

11. Michael Denton, Nature’s Destiny:How The Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press,1998, s.12-13

12. Paul Davies, The Accidental Universe, Cambridge: Cambridge University Press, 1982, Önsöz.

2 / total 8
"Harun Yəhyanın Atom Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com