Atom Möcüzəsi

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 8

II Hissə: Atomun Quruluşu

Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz stul, qısası, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlib. Əlinizdə tutduğunuz kitabın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik zərrəcikdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması qeyri-mümkündür. Bununla bağlı belə bir nümunə göstərək: əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın ibarət olduğu atomları görməyiniz mümkün deyil. Əgər atomları mütləq görmək istəsəniz, təsəvvürünüzdə həmin açarı Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya qədər böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.13

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla necə dolu olduğunu izah etmək üçün bir nümunə göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1000.000.000) ədəd saya bilsə idik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı!14

Bəs bu qədər kiçik cismin, atomun içində nə var? Məsələ ondadır ki, ağlasığmaz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı zərrəciklərdən təşkil olunub. Bu hissədə canlı-cansız hər şeyin təməli olan atomların möhtəşəm quruluşunu və onların necə birləşərək molekulları, maddəni əmələ gətirdiyini müşahidə edəcəyik.

atom quark

a) Atom
b) Atomun hər zərrəciyi üçlü kvark qrupundan əmələ gəlir.
c) Üçlü kvark qrupu

Nüvədəki Gizli Qüvvə

Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan əmələ gəlir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm-ə bərabərdir. Yəni nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.

Bu kiçikliyi yenə də təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əvvəl də dediyimiz kimi, əgər əlinizdəki açarı dünyanın ölçüləri ilə bərabərləşdirsəniz, onun içindəki atomların hər biri gilas boyda olar. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış əbəsdir, çünki indiki ölçülərdə belə nüvə gözlə görünməyəcək qədər kiçikdir. Onları görmək üçün ölçüləri yenidən dəyişmək lazımdır. Bu dəfə gərək həmin “gilas”ı iki yüz metr enində nəhəng şara çevirək. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik, toz dənəciyi boyda olacaq!15

Nüvənin 10-13 sm olan diametri ilə atomun 10-8 sm olan diametrini müqayisə edəndə belə bir nəticə ortaya çıxır. Əgər atomu bir kürə şəklində qəbul edib həmin kürəni tamamilə nüvə ilə doldurmaq istəsək, bunun üçün 1.000.000.000.000.000 ədəd atom nüvəsi lazım olar.16

Ancaq bundan daha təəccüblü bir hal var. Ölçülərinin atomun 10 milyardda biri qədər olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin 99,95-nə bərabərdir. Bəs necə olur ki, bir tərəfdən kütlənin demək olar ki, hamısı nüvənin payına düşür, digər tərəfdənsə nüvənin ölçüləri atomunkundan 10 milyard dəfə kiçik olur?

Səbəb budur: atom kütləsinin sıxlığı bərabər şəkildə paylanmayıb. Yəni kütlə əsasən atomun nüvəsində yığılıb. Tutaq ki, sizin 10 milyard kvadratmetrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kvadratmetrlik otağa yığmalısınız. Bunu necə etmək olar? Təbii ki, belə bir şey mümkün deyil. Ancaq atomun nüvəsi dünyada tayı-bərabəri olmayan bir güclə bunu edə bilir. Bu gücün mənbəyi əvvəlki hissələrdə haqqında danışdığımız, kainatdakı dörd təməl qüvvədən biri olan güclü nüvə qüvvəsidir. Bu, təbiətdəki ən güclü qüvvədir və o, atomun nüvəsini bir yerdə saxlayaraq dağılmağa qoymur. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyirlər. Lakin güclü nüvə qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə böyük olduğuna görə protonları bir yerdə saxlaya bilir və nüvəni dağılmağa qoymur.

Qısası, ağlasığmaz dərəcədə kiçik olan atomun daxilində bir-birinə təsir göstərən iki böyük qüvvə var və onların olduqca həssas tarazlığı sayəsində nüvə bütöv qala bilir. Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada möhtəşəm və qüsursuz bir dizaynın olduğunu görməmək mümkün deyil. Kainatdakı təməl qüvvələrin böyük elm və qüdrətlə ən uyğun şəkildə yaradılması açıq-aşkar həqiqətdir. İnkarçılar bütün bunları danmaq üçün həm kainatın, həm də atomun təsadüflər nəticəsində yarandığını iddia edirlər. Halbuki aparılan hesablamalar kainatdakı bu sistemlərin təsadüf nəticəsində yaradılması ehtimalının sıfıra bərabər olduğunu göstərir. Bütün kainat atomdan tutmuş qalaktikalara qədər- Allahın varlığının və qüdrətinin aşkar dəlilləridir:

“...Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” (Ənam surəsi, 80)

Atomdakı Boşluq

Əvvəl də qeyd etdiyimiz kimi, atomun həcminin böyük hissəsi boşluqdan ibarətdir. Bu zaman belə bir sual yaranır: belə böyük boşluğa nə ehtiyac var?

Gəlin bu cür düşünək: ən sadə ifadə ilə desək, atom bir nüvə və onun çevrəsində hərəkət edən elektronlardan ibarətdir. Nüvə ilə elektronların arasında heç bir şey yoxdur. Bu “heç bir şey olmayan” mikroskopik həcm atomun ölçülərinə görə, əslində, çox böyükdür. Məsələn, təsəvvür edin ki, əgər diametri 1 sm olan kiçik bir kürə nüvəyə ən yaxın elektronu təmsil etsə idi, nüvə bu kürədən 1 kilometr uzaqda olardı.17

Başqa bir nümunəyə baxaq. Fransalı fiziklərdən birinin yazdığına görə təməl zərrəciklərin arasında çox böyük boşluq var. Əgər oksigen atomunun nüvəsinin protonunu qarşımdakı masanın üstündəki iynənin ucu boyda düşünsəm, onun ətrafında fırlanan elektron Hollandiya, Almaniya və İspaniyadan keçən bir çevrə cızar. Ona görə də əgər bədənimi təşkil edən bütün atomlar bir-birlərinə toxunacaq qədər yaxınlaşsa idilər, artıq məni görə bilməzdiniz. Çünki mən təxminən millimetrin bir neçə mində biri qədər olan toz dənəciyi boyda olardım.18

France

Atomun protonu ilə elektronları arasındakı boşluq yuxarıdakı xəritədə göstərildiyi qədər genişdir.

Göründüyü kimi, kainatdakı ən böyük məkanla ən kiçik məkan arasında qəribə bir bənzərlik var. Əgər gözlərimizi ulduzlara doğru çevirsək, orada da atomdakı kimi boşluqların olduğunu görəcəyik. Planetlər, ulduzlar və ulduz sistemləri arasında milyardlarla kilometrlik boşluqlar mövcuddur. Amma bu boşluqların hər ikisində insan ağlının dərk edə bilmədiyi bir nizam, sistem hakimdir.

Nüvənin Içi: Proton və Neytronlar

1932-ci ilədək nüvənin proton və elektronlardan ibarət olduğunu düşünürdülər. Həmin il Çedvik adlı məşhur elm adamı neytronun varlığını kəşf edərək Nobel mükafatını qazandı. Bununla da bəşəriyyət atomun daxili quruluşu ilə dəqiq tanış oldu.

Atom nüvəsinin nə qədər kiçik olduğundan danışmışıq. Onun içində yerləşən bir protonun ölçüsü isə 10-15 metrdir. Sizə elə gələ bilər ki, bu qədər kiçik bir zərrəciyin insan həyatında heç bir rolu yoxdur. Ancaq yanılırsınız: ətrafınızda gördüyünüz hər şeyin təməli insan ağlının qavramaqda çətinlik çəkdiyi qədər kiçik olan bu zərrəciklərdən əmələ gəlir.

Kainatdakı Müxtəlifliyin Mənbəyi

Bu günə qədər elmə 109 kimyəvi element məlumdur. Bütün kainat, dünyamız, canlı-cansız bütün varlıqlar bu 109 elementin müxtəlif ölçü və formalarda birləşməsindən yaranıb. Bura qədər bütün elementlərin bir-birinin bənzəri olan atomlardan yarandığını gördük; atomlar da eyni zərrəciklərdən ibarət idi. Bir halda ki, bütün elementləri əmələ gətirən atomlar eyni zərrəciklərdən ibarətdirlər, onda həmin elementləri fərqli edən, maddəni sonsuz növlərə salan nədir?

Elementləri bir-birindən fərqləndirən amil atomların nüvəsindəki protonların sayıdır. Ən yüngül element olan hidrogen atomunda 1 proton, ikinci yerdə gələn helium atomunda 2 proton, qızıl atomunda 79, oksigendə 8, dəmirdə 26 proton var. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran xüsusiyyət də elə budur - atomlardakı protonların sayı. Nəfəs aldığımız hava, bədənimiz, hansısa bitki və ya heyvan, kainatdakı planetlər, canlı-cansız, acı-şirin, duru-qatı... - bunların hamısı təməldə proton-neytron-elektronlardan əmələ gəlirlər.

Fiziki Varlığın Sərhədi - Kvarklar

atom quark

1)10-9m molekul 2)10-10m atom
3)10-14m atom nüvəsi
4)10-15m proton 5)10-18m elektron
6)10-18m kvark

Atomun quruluşundan kvarkın quruluşuna: müasir sürətləndiricilərin vasitəsilə atomu əmələ gətirən ən kiçik zərrəcikləri də incələmək mümkündür. Yuxarıdakı şəkildə bu proses miqyaslara uyğun şəkildə göstərilib.

atom quark

Atomun nüvəsindəki proton və neytronlar “kvark” adlandırılan daha kiçik zərrəciklərin birləşməsi nəticəsində yaranır.

Vur-tut 20 il bundan əvvələ qədər atomun ən kiçik tərkib hissələrinin proton və neytronlar olduğu zənn edilirdi. Ancaq çox yaxın bir tarixdə məlum oldu ki, onların özləri də daha kiçik zərrəciklərdən ibarətdir.

Bu kəşfdən sonra atomun içindəki “alt zərrəciklər” (hipotetik zərrəciklər də deyirlər) və onların özünəməxsus hərəkətini müşahidə etmək üçün fizikanın xüsusi bir sahəsi üzə çıxdı. Bu istiqamətdə aparılan araşdırmalar göstərdi ki, həqiqətən də, atomu əmələ gətirən proton və neytronlar özləri “kvark” adlanan daha kiçik zərrəciklərdən ibarətdir. İnsan ağlının qavraya bilməyəcəyi qədər kiçik olan protonu əmələ gətirən kvarkların ölçüsü isə daha da heyrətvericidir: 10-18 (0,000000000000000001) metr.

Protonun içindəki kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşmırlar. Çünki nüvənin daxilindəki zərrəcikləri bir arada tutan güclü nüvə qüvvəsi burada da təsirini göstərir. Kvarkların arasındakı məsafə artdıqca bu qüvvə də güclənir və nəticədə iki kvark bir-birindən ən çox katrilyonda bir metr qədər aralana bilirlər. Bu cazibə güclü nüvə qüvvəsini daşıyan qlüonlar sayəsində yaranır. Kvarklarla qlüonlar bir-birləri ilə sıx əlaqədə olurlar. Ancaq alimlər hələ ki, bu əlaqənin necə mümkün olduğunu aydınlaşdıra bilməyiblər. Fizikanın bu sahəsində davamlı araşdırmalar aparılır. Lakin insan sahib olduğu ağıl, bilik və elmə baxmayaraq, bu sirli aləm haqqında təzə-təzə nəsə öyrənməyə başlayıb. Bu əsrarəngiz aləmə girdikcə incəliklər daha da artır, insan isə “kvark” adlandırdığı zərrəciklərin 10-18 m-lik sərhədində dayanıb. Bəs bu sərhədin o üzündə nələr var?

Bu gün elm adamları qoyulan suala cavab vermək üçün müxtəlif fərziyyələr irəli sürürlər, amma yuxarıda da dediyimiz kimi, həmin sərhəd fiziki kainatın son nöqtəsidir. Bundan o tərəfdəki varlıqlar maddə yox, ancaq enerji şəklində mövcud ola bilirlər. Mühüm məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yenicə kəşf etdiyi bu məkanda fiziki qanunların dəqiq saat kimi işləməsi, lazımlı bütün tarazlıqların qorunmasıdır. Bu məkan bütün kainatdakı maddələrin, həmçinin insanın da əsası olan atomun içidir. İnsan isə öz orqanizmində daim işləyən bu qüsursuz mexanizmdən hələ yenicə xəbər tutmağa başlayıb. İnsan bütün bu məlumatları son bir neçə onillik ərzində qazanıb. Bədənimizi təşkil edən hüceyrələr, onların təməlindəki molekullar, molekulların içindəki atomlar, atomların daxilindəki proton və neytronlar, onların da içindəki kvarklar çox mükəmməl mexanizm şəklində çalışırlar; bu mexanizmlərin çox yüksək səviyyədə yaradılışı isə imanından asılı olmayaraq, hamını heyrətə salır. Onu da düşünmək lazımdır ki, bütün bu qüsursuz mexanizmlər həyatımız boyu heç xəbərimiz belə olmadan, çox müntəzəm şəkildə çalışır. Onların üstün güc və bilik sahibi Allah tərəfindən yaradıldığı və Onun tərəfindən də idarə edildiyi ağıl və vicdan sahibi olan heç kimdə şübhə doğurmamalıdır.

“Göylərdə və yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O, hər gün bir işdədir. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” (Rəhman surəsi, 29-30)

the difference between the elements

1) topaz
2) pirit
3) titan
4) alçı daşı
5) göy yaqut
6) sarı yaqut

7) kalsit
8) talk
9) mis
10) topaz
11) bülöv daşı
12) flyuorit

13) dəmir
14) qalenit
15) kvars
16) kömür
17) almaz
18) apatit

19) barium sulfat
20) şpat
21) daş duz
22) şpat
23) qızıl
24) kvars

Elementləri bir-birlərindən fərqləndirən amil atomların nüvələrindəki protonların sayıdır. Bu şəkildə görünən maddələrin də həmçinin.

Atomun Digər Tərəfi: Elektronlar

Necə ki Yer kürəsi Günəşin ətrafında dövr edərkən eyni zamanda öz oxunun ətrafında fırlanır, elektronlar da atom nüvəsinin ətrafında hərəkət edirlər. Bu hərəkət də planetlər kimi, bir orbit boyu fasiləsiz şəkildə baş verir. Lakin Yer ilə Günəşin böyüklüyü arasındakı nisbət atomun nisbətindən çox fərqlidir. Əgər müqayisə aparmaq istəsəniz, təsəvvür edin ki, atomu dünya boyda böyütsək, elektron sadəcə... alma boyda olar.19

electron wave movements

Bu şəkildə elektronların dalğa hərəkəti zamanı cızdıqları 4 fərqli orbit göstərilib. Elektronlar zərrəcik xüsusiyyətləri sayəsində planetlərin Günəş ətrafındakı hərəkətinə bənzər şəkildə hərəkət edirlər. Fəqət elektronların bu fərqli hərəkətləri onların tam olaraq müəyyənləşdirilməsini əngəlləyir.

Ən güclü mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir sahədə dövr edən onlarla elektron atomun daxilində çox qarışıq hərəkət yaradır. Maraqlı olan odur ki, nüvəni elektrik yükündən toxunan bir zireh kimi örtən bu elektronlar atomun içində ən kiçik bir qəzaya belə yol vermirlər. Nəzərə alın ki, atomun içində baş verə biləcək ən kiçik qəza onun üçün fəlakət olar. Amma qəza heç vaxt baş vermir; çünki bütün proseslər mükəmməl nizam və qüsursuz sistemlə cərəyan edir. Nüvənin çevrəsində saniyədə 1000 km kimi ağlasığmaz sürətlə fasiləsiz olaraq dövr edən elektronlar heç vaxt bir-birlərinə toxunmurlar. Aralarında heç bir fərq olmayan bu elektronların ayrı-ayrı orbitlərlə hərəkət etmələri çox təəccüblüdür və ağıllı planlaşdırmanın, hesablamanın mövcudluğundan xəbər verir. Əgər onların kütlələri və sürətləri bir-birlərindən fərqli olsa idi, nüvənin ətrafında fərqli orbitlərdə düzülmələri təbii qarşılana bilərdi. Necə ki, Günəş sistemindəki kütlələri və sürətləri ilə fərqlənən planetlər bu ardıcıllıqla kiçikdən böyüyə doğru düzülüblər və ayrı-ayrı orbitlərdə hərəkət edirlər. Amma atomlardakı elektronların vəziyyəti qətiyyən belə deyil. Eynilə bir-birinin bənzəri olan elektronların nüvənin ətrafında nəyə görə fərqli orbitlərdə düzülmələri, bu orbitlərin hansı səbəbdən bir-birinə qarışmamaları, ağlasığmaz dərəcədə kiçik məkanda heyrətamiz sürətlə hərəkət etmələri və bu zaman nəyin sayəsində bir-birləri ilə toqquşmamaları hələ ki, cavabsız suallardır; əslində isə, onların cavabı bizi bir nöqtəyə gətirir - bu bənzərsiz nizam və həssas tarazlıq ancaq və ancaq Allahın qüdrəti sayəsində mümkündür:

“O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir”. (Həşr surəsi, 24)

Elektronlar neytron və protonlardan 2000 dəfə kiçik zərrəciklərdir. Atomda elektronların sayı protonların sayına bərabər olur və hər elektron hər protonun daşıdığı müsbət (+) yükə bərabər mənfi (-) yükə sahib olur. Nüvədəki müsbət (+) yükün cəmi ilə elektronların mənfi (-) yükü bir-birlərini tarazlaşdırır və atom neytral olur. Elektronların daşıdığı elektrik yükü bəzi fiziki qanunlara uyğun olmalıdır. Belə ki, eyni işarəyə malik yüklər bir-birlərini itələyir, əks işarələr isə cəzb edir. Buna görə də ilk baxışdan belə görünə bilər ki, eyni yükə (-) malik olan elektronlar bir-birlərini itələyərək nüvənin ətrafından dağılıb gedəcəklər. Ancaq belə olmur. Əgər elektronlar nüvənin ətrafından dağılsa idilər, bütün kainat boşluqda dolaşan proton, neytron və elektronlardan ibarət olardı. Başqa tərəfdən, müsbət yükə sahib olduğu üçün nüvə mənfi yüklü elektronları çəkib özünə yapışdırmalı idi. Bu halda da atom öz içinə çökərdi. Ancaq bu da baş vermir. Çünki elektronların bir az əvvəl dediyimiz sürəti (1000 km/san), onların bir-birlərinə təsir göstərdikləri itələmə qüvvəsi və nüvənin elektronları cəzb etmə gücü o qədər həssas şəkildə uyğunlaşdırılıb ki, arada çox mükəmməl tarazlıq yaranır. Nəticədə atomdakı sistem dağılıb parçalanmadan qorunur. Atoma təsir edən bu qüvvələrdən yalnız biri qədərindən bir az artıq və ya əskik olsa idi, atom heç vaxt yaranmazdı. Yaxud tutaq ki, nüvədəki eyni yüklü protonları bir-birinə bağlayan nüvə qüvvələri olmasa idi, onlar bir-birlərinə heç yaxınlaşmaz, neytronlar heç vaxt nüvəyə qatılmazdılar. Nəticədə isə atom, ümumiyyətlə, mövcud olmazdı. Bütün bu incəliklər göstərir ki, heç bircə atom belə təsadüf nəticəsində yaranmayıb, hər şey Allahın sonsuz elmi nəticəsində mövcuddur. Yoxsa yaşadığımız kainat heç yaranmadan məhv olardı. Elə ilk anda proses tərsinə çevrilər, dəhşətli bir xaos alınardı. Ancaq hər şeyin yaradıcısı, sonsuz güc və elm sahibi olan Allah kainatdakı bütün tarazlıqlar kimi, atomu da çox həssas nizamla qurub və buna görə də həmin kiçik zərrəciklər mükəmməl nizam içində mövcud olmağa davam edir. Alimlər illərlə Allahın yaratdığı bu sistemi araşdıraraq sirrini tapmağa çalışsalar da, nəticədə kəşf edilən faktlara sadəcə bəzi adlar verməklə kifayətləniblər: elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi, zəif nüvə qüvvəsi, cazibə qüvvəsi...

solar system

Elektronlar nüvənin ətrafında planetlərin Günəşin ətrafındakı hərəkəti kimi çox dəqiq nizamla dönürlər.

Ancaq kitabın girişində də dediyimiz kimi, heç kim “niyə?” sualının üzərində düşünməyib. Heç kim düşünməyib ki, niyə bu qüvvələr müəyyən ölçü ilə, müəyyən qaydalara görə hərəkət edirlər? Niyə onların təsir etdikləri sahələr, tabe olduqları qanunlar və intensivlikləri arasında tam bir uyğunluq var? Elm adamları bütün bu sualların qarşısında çarəsiz qalıblar. Çünki onların bacardıqları sadəcə hadisələrin hansı ardıcıllıqla baş verdiyini və necə inkişaf etdiyini araşdırmaqdır. Həmin araşdırmaların nəticəsində isə bu həqiqət üzə çıxıb: kainatın hər yerində, hətta bircə atomu belə özbaşına buraxmayan möhtəşəm ağıl və iradə sahibinin proseslərə müdaxiləsi görünür. Bütün qüvvələri bir-birinə uyğunlaşdıraraq tarazlıq yaradan o güc və qüvvətin sahibi isə Allahdır. Allah qüdrətini istədiyi yerdə və istədiyi vaxtda təzahür etdirir. Ən kiçik atomdan tutmuş ucsuz-bucaqsız qalaktikalara qədər bütün kainat Allahın istəyi və qoruması nəticəsində varlığını davam etdirir. Allah Quranda özündən başqa bir qüvvə olmadığını belə xəbər verir:

“Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsa idi, onlar bütün qüvvət və qüdrətin Allaha məxsus olduğunu və onun əzabının şiddətli olacağını bilərdilər”. (Bəqərə surəsi, 165)

Bu günə qədər heç bir elm adamı kainatdakı qüvvələrin səbəbini, mənbəyini və niyə müəyyən vəziyyətlərdə müəyyən qüvvələrin ortaya çıxmasını izah edə bilməyib. Elmin gördüyü iş sadəcə həqiqətləri kəşf edərək, ona bəzi adlar verməkdən ibarətdir. Bu cür “ad qoymalar” elm aləmində böyük tapıntı kimi qiymətləndirilir. Halbuki elm adamları kainatda yeni bir qanun yaratmağa, yeni bir sistem qurmağa deyil, sadəcə mövcud olanları qavramağa çalışırlar. Gördükləri iş də Allahın kainatdakı saysız yaradılış möcüzələrindən hansınısa tapıb ona bir ad qoymaqdan ibarətdir. Allahın yaratdığı üstün sistemin hansısa cəhətini təsbit edən bir alim müxtəlif elmi mükafatlara layiq görülür, məşhurlaşır, ad-san qazanır. Halbuki bu zaman əsl heyranlıq o möcüzəni yaradana, yəni Allaha yönəlməlidir.

“Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır”. (Yunis surəsi, 6)

 

Maddənin əsasını əmələ gətirən ən kiçik zərrəciklər atomdan milyon dəfələrlə kiçikdir. Onları incələmək ancaq atom fizikası sahəsində son dərəcə mürəkkəb təcrübələr aparmaq yolu ilə mümkündür. Bu təcrübələrə isə kompyuter vasitəsilə nəzarət edilir. Atom fizikası maddənin əsasını təşkil edən zərrəcikləri və onların arasındakı əlaqələri araşdıran elm sahəsidir. Son illər yüksək səviyyədə inkişaf etmiş texnologiyalar vasitəsilə aparılan təcrübələr nəticəsində maddənin quruluşu haqqındakı bilgilərimiz sürətlə dərinləşir. Atom fizikasının araşdırmaları kilometrlərlə uzunluğu olan sürətləndirici laboratoriyalarda aparılır. Həmin sürətləndiricilərin elektromaqnit sahəsində yüklü zərrəciklər, xüsusilə də proton və elektronlar sürətləndirilir və yönləndirilir. Daha sonra onlar ya sabit hədəflərlə, ya da bir-birləri ilə toqquşdurulurlar. Bu zaman ortaya çıxan nəticələr müxtəlif detektorlar vasitəsilə qeyd edilir və incələnir.

CERN particle physics laboratory

CERN atom zərrəcikləri fizikası laboratoriyası yerin 100 metr altında və 27 km uzunluqdadır. Öncə bu tuneldə sürətləndirilən zərrəciklər sonra bir-birləri ilə toqquşdurulur.

1950-ci illərdən başlayaraq, yüksək templə inkişaf edən sürətləndirici və detektor texnologiyaları sayəsində yüksək enerjili toqquşma təcrübələri keçirilib. Onların incələnməsi nəticəsində maddənin ən kiçik zərrəcikləri kimi tanıdığımız proton və neytronların «kvark» adlandırılan daha kiçik alt zərrəciklərdən əmələ gəldikləri bəlli olub. Yüksək enerjili sistemlərdə aparılan ölçmələr protonun yarısının yüzdə biri qədər olan məsafədə belə, maddənin quruluşunu araşdırmaq imkanı yaradıb. Sürətləndirici laboratoriyalar, onların xüsusi cihaz və avadanlıqları olduqca baha başa gəldiyi üçün dünyada cəmisi bir neçə belə mərkəz var. Ən önəmliləri CERN (Cenevrə), DESÜ (Hamburq), Fermilab-FNAL (Çikaqo) və SLC (Kaliforniya) laboratoriyalarıdır. Bu laboratoriyalardan SLC-in uzunluğu 3, CERN-in uzunluğu isə 27 kilometrdir. Amma nəhənglik yarışında birincilik çələngi ABŞ-ın Texas ştatının mərkəzində qurulan və diametrinin 85 kilometr olacağı nəzərdə tutulan amerika proyekti SSC-yə məxsusdur. Təbii ki, həmin laboratoriyalardakı cihazların dəyəri də ölçülərə uyğun olaraq artır... Məsələn, SSC-dəki cihazların toplam dəyəri 6 milyard dollardır. 20

Elektronların Orbiti

Ən güclü mikroskopların belə görə bilməyəcəyi qədər kiçik bir məkanda dövr edən onlarla elektron, əvvəldə də dediyimiz kimi, atomun içində olduqca mürəkkəb trayektoriyalar əmələ gətirirlər. Ancaq bu mürəkkəblik ən sistemli şəhərin yol-hərəkət qaydaları ilə müqayisə edilməyəcək dərəcədə nizamlıdır və elektronlar heç vaxt bir-biri ilə toqquşmurlar. Çünki onların hər birinin ayrı orbiti var və bu orbitlər bir-birləri ilə kəsişmirlər.

Atom nüvəsinin ətrafında 7 orbit var. Heç vaxt dəyişməyən bu 7 orbitdəki elektronların sayı belə bir riyazi formulla müəyyənləşir: 2n2. Atomların hər bir orbitindəki elektronların maksimum sayı da bu formulla hesablanır (formuldakı “n” hərfi orbitin nömrəsini göstərir).

Elektronlar İnsanların Xidmətində
ELECTRONS IN THE SERVICE OF MANKIND

Elektrik həyatımız üçün çox vacibdir. Onsuz heç bir şey edə bilmərik. Yemək yeyərkən, televizora baxarkən, yolda gedərkən, hər zaman elektrikin təsirini hiss edir, ondan faydalanırıq. Bir düyməni basırıq ətrafımız işıqlanır, digərini basırıq elektrik cihazları çalışmağa başlayır...

Elektrikin həyatımızın bütün sahələrində işlətdiyimiz bu halına “elektrik cərəyanı” deyilir. Həmin cərəyanda axanlar isə kitabın əvvəlindən bəri haqqında danışdığımız elektronlardır. Elektrik cərəyanı mənfi (-) yüklü elektronların və ionların hərəkəti nəticəsində yaranan yük axımıdır. Gündəlik həyatımızda işlətdiyimiz televizor, soyuducu kimi cihazlar 1-2 amper elektrik tələb edirlər. Bəs bu ölçü nə deməkdir?

Saniyədə 1 amper cərəyan - naqilin kəsiyindən saniyədə 6 milyard dəfə milyard elektronun keçməsi deməkdir. İldırım çaxarkən isə bu say milyon dəfə daha artıq olur.

 

traffic in atom

Elektronlar atomun içində son dərəcə mürəkkəb orbitlərlə hərəkət edirlər. Bu kiçik məkanda böyük şəhərin yollarındakından qat-qat qəliz vəziyyətin yaranmasına baxmayaraq, heç vaxt toqquşma baş vermir.

Kainatı əmələ gətirən sonsuz sayda atomların elektron orbitlərinin heç bir çaşqınlıq yaratmadan 2n2 formuluna uyğunlaşmaları qüsursuz nizamın olduğunu göstərir. Elektronların inanılmaz sürətlə hərəkət etmələrinə baxmayaraq, atomun daxilində heç bir “qəza”nın baş verməməsi də həmin nizamın nəticəsidir. Bu nizam heç bir halda təsadüflərlə izah edilə bilməz. Onun yeganə izahı Quranda deyildiyi kimi, Allahın hər şeyi öz qüdrətinin bir təzahürü olaraq nizam və intizam içində yaratmasıdır. Allahın yaratdığı bu nizam Quranda belə xəbər verilib:

“...Allah hər şey üçün bir ölçü müəyyənləşdirib”. (Talaq surəsi, 3)

“...Hər şeyi yaradaraq, bir düzən verib, müəyyən ölçü ilə təqdir edib”. (Furqan surəsi, 2)

“...Onun dərgahında hər şey bir ölçü ilədir. O, qeybi də, aşkarı da biləndir. Hamıdan böyük və ucadır”. (Rəd surəsi, 8-9)

“Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik”. (Hicr surəsi, 19)

“...Göyü O ucaltdı, mizan-tərəzini, ədalət tərəzisini O qoydu”. (Rəhman surəsi, 7)

“Günəş və Ay müəyyən bir ölçü ilə hərəkət edər”. (Rəhman surəsi, 5)

“...Şübhəsiz, Allah hər şeyin hesabını biləndir”. (Nisa surəsi, 86)

Aləmlərin Rəbbi olan Allah hər şeyi qüsursuz bir ölçü, hesab və nizam içində yaradandır. Bu ölçü və hesab atomun ən kiçik zərrəciklərindən tutmuş kainatdakı ən nəhəng göy cisimlərinə qədər hər yerə və hər şeyə aiddir. Bu da Allahın sonsuz gücünün, elminin, sənətinin və hikmətinin dəlilidir. Allah yaratdığı varlıqlardakı və sistemlərdəki mükəmməl ölçü, nizam, tarazlıq və hesabla bu sifətlərini insanlara tanıdır, sonsuz qüdrətini göstərir. Bütün elmi araşdırmalar və kəşflər insanı bu həqiqətə yönəltməlidir.

Dalğa, Yoxsa Zərrəcik?

Elektronlar ilk dəfə kəşf ediləndə onların da nüvənin içindəki proton və neytronlar kimi zərrəciklər olduğunu düşünürdülər. Ancaq sonradan aparılan təcrübələr eynilə işıq zərrəcikləri olan fotonlar kimi elektronların da dalğa xüsusiyyətinə malik olduğunu üzə çıxardı.

Qurandan İşarələr

Elektronların orbitləri məsələsini incələyərkən Qurandakı bununla bağlı ayələrə diqqət yetirmək lazımdır. Atom nüvəsinin ətrafında 7 orbit var, onların hər birində isə müəyyən sayda elektron dövr edir. Quranda göyün və yerin təbəqələrinin sayını bildirən 7 rəqəmi “atomun göyü” olan elektronların orbitlərinin sayına da işarə ola bilər.

“O, göyü biri digərilə tam uyğun gələn 7 təbəqə halında yaradandır. Allah`ın yaratdıqlarında heç bir ziddiyyət və uyğunsuzluq görməzsən. O, göy üzünü heç bir qüsuru olmadan yaratdı”. (Mülk surəsi, 3)

Bu say heç vaxt dəyişmir, nə 6 olur, nə də 8. Burada möcüzəvi cəhət elektronların orbitlərinə işarə edən sayın ayə ilə tam uyğun olmasıdır.

İşığın suya atılmış bir daşın yaratdığı dalğalar kimi yayıldığı məlumdur. Ancaq işıq bəzən özünü həm də maddi zərrəciklər kimi aparır, pəncərəyə dəyən yağış damlaları kimi kəsik-kəsik, fasiləli zərbələr şəklində özünü göstərir. Buna görə də deyirlər ki, işığın ikili təbiəti var; o, həm zərrəcik, həm də dalğa xüsusiyyətinə sahibdir. Eyni ikili təbiət elektronda da müşahidə olunur.

Təbii ki, bu fakt elm aləmində böyük qarışıqlıq yaratdı. XX əsrin ən məşhur fiziklərindən biri olan professor Riçard Feynman bunu belə izah edir:

“Elektronların və işığın necə davrandıqları bizə məlumdur. Necə davranırlar? Özlərini sırf zərrəcik kimi apardıqlarını desəm, sizə yanlış yol göstərmiş olaram. Dalğa kimi davrandıqlarını desəm də, həmçinin. Onlar analoqu olmayan şəkildə hərəkət edirlər. Texniki dildə buna “kvant mexanikasına uyğun hərəkət tərzi” deyə bilərik. Bu, əvvəl gördüyümüz heç bir şeyə bənzəməyən davranış tərzidir. Atom qövsün ucuna bağlanıb sallanan nəsnə kimi hərəkət etmir. Nüvəni əhatə edən bulud və ya duman təbəqəsinə də bənzəmir. Biz indiyə qədər onların davranışına bənzəyən heç bir şey görməmişik. Bir qədər sadələşdirsək, elektronları fotonlara bənzətmək olar. Onların ikisi də qəribədirlər, amma eyni cür qəribədirlər. Necə davrandıqlarını təsəvvür etmək üçün çox güclü fantaziya lazımdır,b çünki bu, bizə məlum olan hər şeydən fərqlidir”.21

Elm adamları elektronların belə davranışlarını heç cür izah edə bilmədikləri üçün çıxış yolu kimi bu hərəkətə yeni bir ad qoydular: “Kvant mexanikası hərəkətləri”. Bu məqamdakı əsrarəngiz proseslərlə bağlı heyrətini professor Feynman “...amma bunun necə olduğunu soruşmayın, çünki onsuz da heç kim bilmir” sözləri ilə dilə gətirir.22

wave particle

Lakin məsələ heç də Feynmanın dediyi qədər qəliz deyil. Bəzilərinin özlərini çətin vəziyyətə salmalarının səbəbi ortadakı açıq dəlillərə baxmayaraq, bu möhtəşəm sistem və nizamın uca bir Yaradıcı tərəfindən qurulduğunu qəbul etmək istəməmələridir. Halbuki hər şey aşkardır: Allah kainatı yoxdan var edib, qüsursuz və heç nəyə bənzəməyən şəkildə yaradıb. Alimlərin heç bir cavab tapmadıqları və hər dəfə: “...Axı bu, necə olur?” - deyə təəccüblərini bildirdikləri sualların cavabı budur ki, böyük Yaradıcı sadəcə: “Ol”, - deməklə hər şeyi yoxdan var edib.

“Göyləri və yeri yoxdan yaradan Odur. Bir şeyin yaranmasını istədiyi zaman ona yalnız “Ol!”- deyər, o da olar”. (Bəqərə surəsi, 117)

Elektronların Qapı Açdığı Rəngarəng Dünya

Qapqara bir dünyada yaşamağın necə olduğunu heç düşünmüsünüzmü? Bir anlıq təsəvvür edin ki, bədəniniz, ətrafınızdakı insanlar, dənizlər, göy üzü, ağaclar, çiçəklər, qısası, hər şey qapqaradır. Belə bir dünyada yaşamağı əsla istəməzdiniz, elə deyilmi?

Bəs Yer üzünü rəngli edən nədir? Dünyamızı gözəlləşdirən rənglər necə yaranır?

colorful world

Maddənin quruluşundakı bəzi xüsusiyyətlər bizim onları rəngli görməyimizi təmin edir. Konkret olaraq, rənglər elektronların atom daxilindəki bəzi hərəkətlərinin nəticəsində əmələ gəlir. Bu yerdə təbii ki, “elektronların hərəkəti ilə rənglərin nə əlaqəsi ola bilər?” sualı ortaya çıxacaq. Həmin əlaqəni qısa şəkildə izah edək.

Elektronlar yalnız müəyyən orbitlərdə hərəkət edirlər. Bu orbitlərin 7 ədəd olduğunu artıq bilirik. Hər orbit müəyyən enerji səviyyəsinə malikdir. Bu enerji səviyyələri orbitlərin nüvəyə yaxınlığı-uzaqlığı ilə müəyyənləşir. Orbit nüvəyə nə qədər yaxındırsa, elektronun enerjisi o qədər az, nə qədər uzaqdırsa, o qədər çox olur.

Sun

70% of the rays reaching our earth from the sun are just appropriate for the existence of life on the earth.

Elektronların orbitlərinin hər birinin aşağı səviyyəsində alt orbitlər də var. Elektronlar müntəzəm olaraq öz orbitləri ilə alt orbitin arasında hərəkət edir. Amma bu özbaşına olmur, elektronların orbitlər arasında “səyahət etməsi” üçün xaricdən enerji almaları lazımdır. Bu enerjinin mənbəyi isə fotonlardır.

Foton - ən sadə dillə desək - işıq zərrəcikləridir. Kainatdakı ulduzların hamısı bir növ foton mənbələridir. Dünyamız üçün ən mühüm mənbə isə təbii ki, Günəşdir. Fotonlar Günəşdən çıxaraq saniyədə 300.000 km. sürətlə bütün fəzaya yayılırlar.

electromagnetic spectrum

1) radiodalğalar
2) mikrodalğalar
3) infraqırmızı şüalar
4) görünən şüalar
5) ultrabənövşəyi şüalar
6) rentgen şüaları
7) qamma şüalar

Günəşdən dünyamıza çox fərqli şüalar gəlir. Elektromaqnit spektrində də göründüyü kimi, biz bu şüaların yalnız çox kiçik bir qismini seçə bilirik.

Günəşdən gələn həmin fotonlar Yer üzündəki maddələrin atomları ilə toqquşanda elektronların bayaq dediyimiz “səyahəti” başlayır. Onlar geriyə - öz orbitlərinə - qayıdanda isə gözümüzə gələn rəngi formalaşdıracaq fotonu yenidən xaricə göndərirlər.

Bir neçə cümlədə sadə şəkildə izah etdiyimiz bu proses ilk yaradılışdan bu günə heç bir axsaqlıq olmadan davam edir. Onun hər mərhələsi çox dəqiq plan və nizam içində baş verir. Elektronlarla fotonlar arasındakı bu mexanizmin sadəcə bir hissəsinin belə işləməməsi rəngsiz, hətta qaranlıq bir dünyanın olmasına gətirib çıxarardı. İşıqlı və rəngli kainatı görə bilməyimizi təmin etmək üçün dəqiq plan və nizam içində işləyən bu mexanizmin mərhələlərini bir də sadalayaq:

Günəşdən Yer üzünə gələn işıq foton dənəcikləri halında yayılır. Bu foton dənəcikləri Yerdəki maddələrin atomları ilə toqquşurlar.

Fotonlar atomun daxilinə doğru çox da irəliləyə bilmir. Orbitdəki elektronlarla toqquşur.

Elektronlar onlara çırpılan bu fotonları udurlar.

Elektronlar udduqları fotonların da enerjisini aldıqları üçün daha yüksək enerji səviyyəsinə uyğun orbitə keçirlər.

Daha sonra bu elektronlar əvvəlki hallarına qayıtmaq istəyirlər.

Öz orbitlərinə geri qayıdarkən xaricə enerji yüklü bir foton göndərirlər.

Elektronlardan əks olunan həmin fotonlar da elə cismin rəngini müəyyənləşdirir.

Bütün bu proseslərin nəticəsində bir cisimdən gözümüzə gələn işıq dənəcikləri (fotonlar) həmin cismin rəngini yaradır. Öz işığı olmayan və Günəşdən aldığı işığı yayan cismin rəngi həm aldığı işıq, həm də o işığı necə əks etdirməsi ilə bağlıdır. Ağ işıqla aydınlanan cisim gözümüzə qırmızı görünürsə, bu, o deməkdir ki, həmin cisim Günəşdən gələn işığın spektrlərinin böyük hissəsini udur, yalnız qırmızını əks etdirir.

Əvvəl dediyimiz kimi, atomdakı hər orbitin altında alt orbit (suborbit) var və elektronlar onların arasında səyahət edirlər. Hər orbitin müəyyən bir enerji səviyyəsi var və elektronlar yerləşdikləri orbitin enerji səviyyəsinə uyğun enerji daşıyırlar. Orbitlər nüvədən uzaqlaşdıqca sahib olduqları enerjinin miqdarı da artır. Əgər elektronun olduğu suborbitin yuxarısındakı başqa bir suborbitdə boş yer varsa, elektron bir anlığa yoxa çıxır və dərhal üst enerji səviyyəli həmin yerdə peyda olur. Ancaq elektronun bu hərəkəti edə bilməsi üçün enerjisinin keçid aldığı alt orbitin enerji səviyyəsinə uyğun gəlməsi lazımdır. Elektron da öz enerjisini Günəşdən gələn foton zərrəciklərini udaraq artırır.

Bir neçə nümunə ilə məsələni daha aydın izah edə bilərik. Bir Morfo kəpənəyi düşünək. Kəpənəyin bədənindəki piqmentlər Günəş işığının bütün spektrini soraraq, bircə mavi rəngi buraxır. Bu rəngə uyğun foton zərrəcikləri gözümüzə çatanda oradakı hiss reseptorları beynimizə mavi rəngi kodlaşdıran elektrik siqnalları göndərir və beyində mavi rəng yaranır.

Yəni cismin rəngi işığın xüsusiyyəti və həmin cismin bu işığı necə əks etdirməsi ilə müəyyənləşir. Məsələn, paltarın rəngi Günəş işığında və mağazada baxanda eyni cür görünmür. Beynimiz əgər cismin qara olduğunu dərk edirsə, bu, o deməkdir ki, həmin cisim Günəşdən gələn işığın bütün spektrini udur, xaricə heç bir zərrəcik (foton) buraxmır. Əgər cisim Günəşdən gələn işığın bütün spektrini əks etdirirsə, heç bir spektri udmursa, onda beynimiz onu ağ kimi dərk edir.

Bu yerdə aşağıdakı məqamlara xüsusilə diqqət yetirmək lazımdır:

1. Cismin rəngi işığın xüsusiyyətindən asılıdır.

2. Cismin rəngi öz atomlarındakı elektronların hərəkətindən, bu elektronların işığın hansı spektrini udub, hansını əks etdirməsindən asılıdır.

3. Cismin rəngi gözümüzə çatan fotonu beynimizin necə dərk etməsindən asılıdır.

İndi isə bir daha düşünək. Gözlə görülməyəcək qədər kiçik olan atomun nüvəsinin ətrafında inanılmaz sürətlə hərəkət edən elektronlar öz orbitlərindən bir anda qeyb olaraq, suborbit adlandırılan başqa bir məkanda meydana çıxırlar. Bu keçid üçün suborbitdə boş yerin olması da zəruridir. Elektronlar keçidin baş tutması üçün lazım olan enerjini təmin etmək məqsədilə fotonları udurlar. Sonra isə yenidən əvvəlki orbitlərinə geri qayıdırlar. Bu hərəkət əsnasında insan gözünün aldığı rəng əmələ gəlir. Sayları sonsuza yaxın olan atomlar hər an heç durmadan bu hərəkətləri təkrarlayırlar. Nəticədə biz rəngləri davamlı olaraq görə bilirik.

blue butterfly

Rənglərin yaranmasındakı bu mükəmməl dizayn bizi tək bir həqiqətə aparır: kainat ən kiçik zərrəciklərindən ən böyüyünə qədər qüsursuz bir uyğunluq və nizam içində yaradılıb. Rənglərdəki sənət Allah`ın qüsursuz yaradılış dəlillərindən sadəcə biridir.

Bu möhtəşəm mexanizm insanın yaratdığı heç nə ilə müqayisə edilə bilməz. Məsələn, saatın çox mürəkkəb mexanizmi var və onun düzgün işləməsi üçün bütün hissələri (çarxlar, dişli ötürücülər, vallar və s.) lazımlı şəkildə, lazımlı yerdə olmalıdır. Bu mexanizmdə ən kiçik bir axsama saatın işinə zərər verir. Lakin atomların quruluşunu və elektronların bayaq izah etdiyimiz mexanizmini düşünsək, onunla müqayisədə saatın nə qədər sadə və bəsit olduğu açıq-aşkar görünər. Dediyimiz kimi, bu mexanizm insan əli ilə düzəldilmiş heç bir sistemlə müqayisə edilməyəcək qədər mürəkkəb, mükəmməl və eyni zamanda qüsursuzdur. İnsanı istər-istəməz heyrətə gətirən belə sistem materialist alimlərin dediyi kimi, təsadüflər nəticəsində yarana bilərmi? Əlbəttə ki, yox!

 

İndi isə belə bir sual verək: kimsəsiz səhrada yol gedərkən yerdə işləyən bir saat görsəniz, onun toz-torpaq, qum və daşların birləşməsi nəticəsində təsadüfən yarandığını düşünərsiniz? Bunu heç kim düşünməz, çünki saatın ağıl, dizayn və bacarıq nəticəsində düzəldiyi göz qabağındadır. Atomdakı plan və ağıl isə insanın düzəldə biləcəyi bütün mexanizmlərdən qat-qat üstündür. Bu ağıl da böyük elm sahibi, hər şeyi bilən, görən və yaradan Allahdır.

Allah gördüyümüz və görmədiyimiz hər şeyi möhtəşəm sənətkarlıqla yaradaraq, xəbərimiz belə olmadan bizim ixtiyarımıza verib. Əvvəl heç bilmədiyimiz, bəlkə öyrənməyi heç ağlımıza da gətirmədiyimiz rənglər məsələsi elm inkişaf etdikcə bütün incəlikləri ilə insanlara məlum olub. Elm inkişaf etdikcə ağıl və vicdan sahibi olan hər insan Allahın varlığını qəbul edir və Ona inanır. Bu həqiqəti görməzlikdən gəlmək mümkün deyil. Çünki elmin inkişafı da Onun varlığını təsdiqləyir.

Lakin bütün bunlara baxmayaraq, kainatın hər nöqtəsində şahid olduğumuz üstün sənət və ağılı görmək istəməyənlər də tapılır. Məşhur elm adamı Lui Pasterin bununla bağlı maraqlı bir fikri vardı: “Elmin azı insanı Allahdan uzaqlaşdırır, çoxu isə Ona doğru aparır”.23

İnsanın ətrafındakı yaradılış nümunələri haqqında elmi artdıqca daha aydın dərk edir ki, Allah hər şeyi idarə edir, həm göydə, həm yerdə baş verənləri nəzarətdə saxlayır və bir gün mütləq bizim də canımız alınacaq, bu dünyada gördüyümüz işlərlə bağlı haqq-hesaba çəkiləcəyik. Ətrafımızdakı saysız-hesabsız hadisələrlə bağlı məlumatımız artdıqca, gündən-günə Allahın elminə heyranlığımız da çoxalır. Bu heyranlıq isə Allahın sonsuz qüdrətini, gücünü mümkün olduqca dərk etməyə və Ondan qorxub-çəkinməyə səbəb olur. Quranda bununla bağlı belə deyilir:

“Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi? Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah hər şeyə qalib olan və bağışlayandır”. (Fatir surəsi, 27-28)

Zərrəciklərin Proqramlanmış Hərəkəti

Bura qədər atomu təşkil edən zərrəciklərin xüsusiyyətlərini müşahidə etdik. İndi isə bu zərrəciklərin əvvəl bəhs etmədiyimiz ortaq bir cəhətini öyrənəcəyik. Bu, “spin hərəkəti” adlanır.

Atomu əmələ gətirən zərrəciklərin öz oxları ətrafında fövqəladə bir sürətlə fırlanmalarını fiziklər “spin” adlandırıblar (İngiliscə spin “fırlanma” deməkdir - tərc.). Spin hərəkəti kainatdakı bir çox sistemdə mühüm rol oynayır. Atomun içindəki zərrəciklərdən tutmuş fəzadakı ulduzlara qədər bütün sistemlər bu hərəkət üzərində qurulub.

Zərrəciklərin “spin” hərəkəti ilk dəfə 1925-ci ildə kəşf edilib və bu zaman məlum olub ki, iki ayrı zərrəcik heç vaxt eyni vəziyyətdə olmur. Bildiyimiz kimi, atom çox kiçik zərrəcikdir və onun da içində həmişə mürəkkəb hərəkət mövcuddur. Bəs atomu təşkil edən bütün zərrəciklər eyni cür hərəkət etsə idilər, nə olardı? Gəlin düşünək. Əvvəl protonu əmələ gətirən 3 kvarkdan başlayaq. Onlar eyni anda eyni sürətlə eyni istiqamətdə hərəkət etsə idilər, birləşib bir kvarka çevrilərdilər. Bu zaman isə protonun yaranması baş tutmaz və nə nüvə, nə də atom olardı. Çünki kvark enerjidən ibarətdir, eyni anda, eyni istiqamətdə, eyni sürətlə hərəkət edən 3 ayrı enerjinin olması isə mümkün deyil. Onlar nəyə görəsə bir-birlərindən fərqlənməlidirlər. Bu da özünü ancaq hərəkət fərqində göstərir. Ancaq bu halda kvarklar (kiçik enerji topaları) neytron və protonları əmələ gətirə bilir. Əgər kvarkların hamısı eyni istiqamətdə, eyni sürətlə hərəkət etsə idilər, dediyimiz kimi, nə protonlar, nə neytronlar, nə atom, nə də nüvə olardı. Yəni ümumiyyətlə, maddə mövcud olmazdı.

“Spin” hərəkəti də indiyə qədər araşdırdığımız bütün başqa amillər kimi kainatın yaranması üçün böyük rol oynayıb. Məşhur elm adamı Stiven Hokinq bunu belə izah edir:

“...Əgər dünya bu hərəkət olmadan yaradılsa idi, kvarklar heç vaxt proton və neytronları əmələ gətirə bilməzdi. Proton və neytronlar da elektronlarla birgə atomları əmələ gətirə bilməzdi. Bunların hamısı ilk pillədən bir-birlərinə uyğun yaradılıblar”.24

Müasir elm atomları alt zərrəciklərinin bu hərəkətini kəşf etsə də, bu fövqəladə hadisənin izahını verə bilmirlər. Bu şüursuz zərrəciklərin “spin” şəklində hərəkət edə bilmələri üçün bizim izah etdiyimiz bütün bu prosesləri düşünüb dərk etmələri lazım idi. Daha sonra isə necə hərəkət etmək barədə qərar verməli, yəni bir strategiya hazırlamalı idilər. Hansı zərrəciyin məhz hansı istiqamətdə hansı sürətlə hərəkət edəcəyi çox dəqiq şəkildə müəyyənləşməli idi. Daha sonra isə bu strategiya kainatdakı sonsuz sayda zərrəciklərin hamısına çatdırılmalı, onlar da qəbul etməli idilər...

İndi isə bu sualı cavablandıraq: niyə bütün zərrəciklər bu strategiyaya əməl edirlər? Niyə onlardan heç biri ümumi qaydanı pozmur? Məgər bu zərrəciklərin hamısının ağıl, iradə və zəkası var? Əlbəttə, yox. Hətta kütləsi belə olmayan sadəcə enerjidən ibarət bu zərrəciklərin özləri, şübhəsiz ki, müstəqil şəkildə plan qurub, qərar qəbul edə bilməzlər. Burada Allahın sonsuz ağlı, sonsuz gücü və sonsuz elmi qarşımıza çıxır. Allah bütün bu zərrəcikləri özünə tabe etdirib və beləcə də kainatı yaradıb.

Bir ayədə bu həqiqət bizə belə çatdırılır:

“...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Ona boyun əyir”. (Bəqərə surəsi, 116)

 

İqtibaslar

13. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

14. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

15. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

16. Ümit Şimşek, Atom, Yeni Asya Yayınları, s.7

17. Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçi Yayınları, 1995, s. 53

18. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62

19. Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçi Yayınları, 1995, s. 52

20. Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, s 142, 143

21. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 150

22. Richard Feynman, Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 151

23. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, s. 5

24. Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet Yayınları, s. 117

3 / total 8
"Harun Yəhyanın Atom Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com