Atom Möcüzəsi

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
5 / total: 8

IV Hissə: Canlanan Atomlar

Bura qədər maddənin yoxdan yaranmasından və onu əmələgətirən atomlardan danışdıq və dedik ki, canlı-cansız nə varsa hamısı atomlardan ibarətdir. Atomlar özləri cansız varlıq olduqları üçün canlıları meydana gətirmələri olduqca heyrətamizdir. Təkamül təlimini qəbul edən alimlər bunu izah edə bilmirlər. Bir araya gələn daş parçalarının canlı varlıq əmələ gətirmələri necə absurddursa, cansız atomların birləşərək öz-özünə canlı varlıqlar yaratmaları da mümkün deyil. Bir daş parçasını və kəpənəyi gözünüz önündə canlandırın. Biri cansızdır, digəri canlı. Amma quruluşuna, təməlinə baxanda hər ikisi atom adlanan eyni zərrəciklərdən yaranıb.

Cansız maddənin öz-özünə canlıya çevrilməyəcəyi ilə bağlı belə bir nümunə göstərmək olar. Alüminium uça bilərmi? Əlbəttə ki, xeyr. Bəs alüminiumu plastik maddə və benzinlə qarışdırsaq uçarmı? Yenə də yox. Ancaq əgər bu maddələrdən bir təyyarə düzəltsək, o zaman uça bilər. Bəs həmin təyyarənin uçması nəyin sayəsində mümkün oldu? Qanadlarınmı? Mühərrikinmi? Pilotunmu? Xeyr, çünki onların heç biri özbaşına uça bilməzlər. Təyyarə uçmaq qabiliyyəti olmayan ayrı-ayrı hissələrin müəyyən plan və layihə ilə xüsusi formada birləşdirilməsinin nəticəsində uçur! Uçmaq qabiliyyəti nə alüminiumdan, nə plastikdən, nə də benzindən gəlir. Düzdür, bu maddələrin xüsusiyyətləri vacibdir, ancaq məhz uçmaq qabiliyyəti onların xüsusi layihə nəticəsində bir araya gətirilməsi sayəsində qazanılır.

Canlı sistemlər də eynilə bu cürdür. Canlı hüceyrəsi də cansız atomların xüsusi şəkildə bir araya gətirilməsi nəticəsində yaranır. Canlı hüceyrələrin böyümə, çoxalma və buna bənzər digər xüusiyyətləri molekulların xüsusiyyətindən deyil, onların mükəmməl şəkildə birləşdirilməsindən irəli gəlir. Bu isə Allahın ölüdən dirini yaratmasından başqa bir şey deyil:

“Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz ondan nə cür üz döndərirsiniz?” (Ənam surəsi, 95)

 

plastic, aluminium, steel, atom

Yuxarıda gördüyünüz plastik, alüminium, polad kimi maddələr uça bilərmi? Xeyr. Onları bir araya yığsanız, yenə də uça bilməzlər. Təyyarə isə bu maddələrin xüsusi şəkildə, layihə və plan əsasında birləşdirilməsindən hazırlanıb. Uçmaq qabiliyyəti nə plastikdən, nə alüminiumdan, nə də poladdan gəlir. Onların xüsusiyyətlərinin hər biri özlüyündə çox əhəmiyyətlidirlər, amma məhz uçmaq üçün onlar şüurlu layihə və plan əsasında birləşdirilməlidirlər. Canlı sistemlər də eynən belədir - canlı hüceyrə cansız atomların şüurlu şəkildə və xüsusi şəkildə birləşdirilməsi nəticəsində yaranıb.

Cansız maddəni canlı varlığa ancaq üstün güc və ağıl sahibi olan Allah çevirə bilər, yəni canlı ancaq yaradıla bilər. Canlı sistemlər elə kompleks quruluşa sahibdir ki, bu günün texnoloji imkanlarına baxmayaraq, hələ də necə işlədikləri tam anlaşılmayıb. Lakin XX əsrdə sürətlə inkişaf edən elm və texnologiya bir həqiqəti aşkara çıxarıb: canlılar çox kompleks quruluşa malikdir. XIX əsrin ortalarında təkamül təlimi ortaya atılanda ibtidai mikroskoplarla aparılan araşdırmalar hüceyrənin sadəcə bəsit bir ləkədən ibarət olduğunu göstərirdi. XX əsrin mükəmməl texnoloji vasitələri - elektron mikroskoplar isə sübut etdi ki, canlı varlıqları əmələ gətirən hüceyrələr xeyli mürəkkəb, kompleks orqanizmdirlər və ancaq mükəmməl layihə əsasında yaradıla bilər. Ən əsası bu araşdırmalar cansız maddələrin qətiyyən öz-özünə canlı varlıq yarada bilməyəcəyini ortaya qoydu. Canlı ancaq canlıdan yarana bilər. Bu, təcrübə yolu ilə də sübut edilib.39 Təkamül təlimini qəbul edənlərin bu sualların qarşısında təslim olmaqdan başqa yolları yoxdur. Buna görə həmin dəstədən olan məşhur alimlər elmi fikir bildirmək əvəzinə boş-boş nağıllarla gözdən pərdə asmağa çalışırlar. Məsələn, maddənin özünün şüuru, qabiliyyəti və iradəsi olması haqda qeyri-elmi və qeyri-ciddi iddialar irəli sürürlər. Əslində isə bu yalanlara heç özləri də inanmır və cavab veriləsi elmi sualların qarşısında aciz qaldıqlarını etiraf edirlər:

“Həyat yaranmamışdan əvvəl Yer kürəsi boş və kimsəsiz idi. İndi isə Yerdə həyat qaynayır. Bu, necə oldu? Karbon əsasında yaranan üzvi molekullar necə canlandılar? İlk canlı orqanizmlər necə yarandılar? Həyat necə təkamül keçdi ki, müasir insanlar kimi mürəkkəb və mükəmməl canlılar meydana çıxdı?”40

“Təkamül nəzəriyyəsinin çözə bilmədiyi çox ciddi məsələlər var: maddə necə yarandı? Kainat və dünya indiki formasını necə qazandı? Cansız maddə öz-özünə kompleks canlı molekullara necə çevrildi?”41

Sitatları gətirilən təkamülçü alimlərin də etiraf etdikləri kimi, təkamül nəzəriyyəsinin əsas və yeganə məqsədi canlıların Allah tərəfindən yaradıldığını inkar etməkdir. Ancaq kainatın hər nöqtəsində yaradılış həqiqəti açıq şəkildə göründüyünə və onun hər detalı qətiyyən təsadüf nəticəsində yarana bilməyəcək qədər mükəmməl olduğuna baxmayaraq, təkamülçülər boş-boş iddialardan başqa ortaya heç nə qoya bilmirlər.

 it is not possible for life to be formed of inanimate matter

Bu şəklin nə qədər mənasız olduğu göz önündədir. Günümüzdə hər kəs təbiətdəki daş parçalarının qurbağa və ya balığa dönməsinin mümkünsüzlüyünü bilir. Əlbəttə ki, cansız maddədən canlının yaranması mümkün deyil. Canlı ancaq canlıdan törəyir. Bu isə canlı varlıqların guya cansız maddələrdən yarandığını iddia edən təkamül təlimini darmadağın edir.

Dövrümüzün ən çılğın təkamülçü alimlərindən biri olan Riçard Dokinz isə bu sözləri ilə məqsədsiz təsadüflərin nəyisə yarada biləcəyinin mümkünsüzlüyünü və bu mümkünsüzlüyə qarşı yeganə alternativin təbiətdən üstün bir qüvvə olduğunu etiraf edib:

“Bir şeyin yaradılışının mürəkkəbliyi və kompleksliyi ortaya çıxdıqca, onun təsadüf nəticəsində yaranmasına inam da azalır və əgər təsadüf yoxdursa, onun yeganə alternativi ağıllı bir Yaradanın varlığıdır”.42

WHILE ATOMS STUDY ATOMS

Atomlar Atomları Araşdırır

Təkamülçülərin iddialarına görə, təsadüfən yaranan atomlar təsadüfən universitet professorunu yaradıblar və indi də elektron mikroskopu altında özlərini araşdıraraq, təsadüfən yarandıqlarını bəyan ediblər. Şübhəsiz ki, belə nağıllarla heç uşaqların da başını qatmaq olmaz.

Təkamülçü alimlər bu həqiqəti qəbul etməkdənsə, cansız maddənin öz-özünü əmələ gətirdiyini deməklə gülünc vəziyyətə düşürlər. Atomların özbaşına birləşib canlı varlıq yaratmaları haqda bütün fikirlərin təbii ki, heç bir elmi əsası yoxdur və ola da bilməz. Bu nağılların nə qədər mənasız olduğunu əyani şəkildə göstərmək üçün bir nümunə göstərək. Təkamülçülər canlı aləmin yarandığını belə izah edirlər: böyük partlayışdan sonra necə oldusa atomlar yarandılar. Özü də çox dəqiq hesabla, çox həssas tarazlıqla...

Sonra onların bir qismi fəzadakı ulduzları, qalaktikaları, bir qismi də Yeri əmələ gətirdi. Yeri əmələ gətirən atomların bir qismi daşı, torpağı formalaşdırarkən, birdən-birə canlı varlıq yaratmağa qərar verdilər. Əvvəl onlar çox kompleks quruluşu olan hüceyrələri əmələ gətirdilər, sonra da onları ikiyə bölərək çoxaltdılar. Lap axırda isə eşitməyə, danışmağa başladılar. Vaxt gəldi, bu atomlar universitet professoruna çevrilərək öz-özlərini mikroskop altında araşdırıb təsadüf nəticəsində yarandıqlarını iddia etdilər. Atomların bəziləri körpülər, göydələnlər inşa edən mühəndisləri, bəziləri təyyarələri, süni peykləri əmələ gətirən konstruktorları formalaşdırdı, bir hissəsi də kimya və fizika üzrə ixtisaslaşdı. Karbon, maqnezium, fosfor, dəmir və s. kimi atomlar isə bir araya gələrək fövqəladə və hələ də tam kəşf edilməmiş bir orqanı - beyini formalaşdırdı. Bu beyinlər hətta müasir texnika üçün əlçatmaz olan xüsusiyyətlərə, üçölçülü görmə qabiliyyətinə sahib oldu.

barrel

Atomların bir hissəsi aktyorları, bir hissəsi bəstəkarları və digər hissəsi də sənətçiləri yaratdılar. Bu nümunələri bir az da uzatmaq olar, amma belə bir şeyin heç vaxt baş tutmayacağını daha aydın göstərmək üçün xüsusi təcrübə keçirək: canlı orqanizmi yaratmaq üçün lazım olan bütün maddələrin atomlarını bir fincanın içinə yığaq. Təkamülçülər bu atomların birləşərək canlı maddələr yaratması üçün nəyi vacib sayırlarsa, onları da əlavə edək. Lap 100 il, 1000 il, 1000 000 il də keçsə, günlərin birində bu fincandan professor çıxa bilərmi? Əlbəttə, yox! Oradan nəinki professor, ümumiyyətlə, heç bir canlı varlıq çıxmaz. Nəinki quş, balıq, kəpənək, alma, fil, gül, ağac, qarışqa, çiyələk, portağal, heç bir milçək də belə çıxmaz. Çünki cansız maddələrin milyonu da bir araya gəlsə, canlı yarada bilməz.

Şüursuz atomlar həyatın özülü olan DNT molekulunu və zülalları necə yarada bilər? DNT (Dezoksiribonuklein turşusu) hüceyrənin nüvəsində yerləşərək insan orqanizminə aid bütün informasiyanı özündə saxlayır. Bu informasiya o qədər mürəkkəb şəkildə şifrlənib ki, ancaq 1940-cı illərdən sonra elm adamları onu müəyyən qədər öyrənə biliblər. DNT aid olduğu canlıya dair bütün informasiyaları daşımaqla yanaşı, özü-özünü çoxalda bilir. Əgər atomlar sadəcə bir araya gələrək molekulları yaradıblarsa, onda DNT molekulu bu məlumatları haradan öyrənib, necə daşıyır və necə çoxaldır? Bu suala cavab verən yoxdur.

Zülallar isə canlıların yarandığı əsas “material” olmaqla yanaşı, orqanizmin həyati funksiyalarının çoxunda aparıcı rol oynayırlar. Məsələn, qanın tərkibindəki hemoqlobin zülalı orqanizmin hər yerinə oksigen daşıyır, immun sistemimizdəki zülallar orqanizmə girən mikrobları zərərsizləşdirir, bir başqa növ zülallar isə yediklərimizin həzm olunmasını təmin edir...

DNA

Canlı hüceyrələrə aid bütün bilgiləri qüsursuz bir şifrə sistemi ilə özündə daşıyan DNT molekulu son dərəcə kompleks quruluşa sahibdir. Bu molekulun mükəmməl yaradılışı onun təsadüfən meydana gəlməsi haqqında iddiaları puça çıxarır.

DNT-də təxminən 50 min fərqli zülalın əmələ gəlməsini təmin edən proqramlar vardır. Zülallar canlıların yaşaması üçün böyük əhəmiyyətə malikdirlər və onlardan tək birinin olmaması orqanizmin yaşamasını qeyri-mümkün edir. İri molekullar olan DNT-nin öz-özünə, təsadüf nəticəsində yaranması isə elmin də sübut etdiyi kimi, mümkün deyil. DNT xüsusi şəkildə birləşən nukleotidlər, zülallar isə yenə də xüsusi şəkildə birləşən amin turşuları silsiləsidir. Hər şey bir kənara qalsın, canlıların həyatının təməl daşı olan DNT və zülalların təsadüf nəticəsində belə nizamlanmaları riyazi olaraq mümkün deyil. Hesablamalar göstərir ki, hətta ən sadə zülal molekulunun da təsadüf nəticəsində yaranması ehtimalı sıfıra bərabərdir (bu barədə daha geniş məlumat üçün Harun Yəhyanın “Təkamül yalanı” kitabına baxın). Bu riyazi qeyri-mümkünlüklə yanaşı, həmin molekulların təsadüfən yaranması kimyəvi cəhətdən də baş tuta bilməz: əgər DNT və zülalların yaranması prosesi zaman və təbii şərait baxımından tənzimlənməsə idi, onlar sadəcə olaraq bir-birləri ilə reaksiyaya girər (çünki bu iki maddə öz aralarında reaksiyaya girməyə çox meyillidirlər) və heç biri indiki şəklində mövcud olmazdı. Nəticədə DNT və zülallar canlı varlıqları əmələ gətirmək yerinə müxtəlif maddələr ortaya çıxarardılar. Əgər zamana və təsadüfə qalsa idi, canlı aləmi yaratmaq bir yana qalsın, DNT ilə zülallar onu yox edəcək bir reaksiyaya girə bilərdilər.43

Göründüyü kimi, nə DNT və zülalların yaranması, nə də onların canlı aləmi yaratmaq üçün iştirak etdikləri proseslərin sonrakı inkişafı təsadüf nəticəsində heç vaxt uğurlu ola bilməzdi. Dövrümüzün məşhur alimlərindən olan Jan Qutton “Tanrı və elm” adlı kitabında bu məsələnin qeyri-mümkünlüyünü belə vurğulayır:

“Hansı təsadüf nəticəsində bəzi atomlar bir-birləri ilə rastlaşaraq amin turşularının molekullarını yarada bilərdilər? Hansı təsadüf həmin molekulları bir araya gətirib DNT kimi mürəkkəb sistemi ortaya çıxara bilərdi? Biologiya alimi Fransua Yakobun verdiyi sualı mən də təkrarlayıram: ilk canlı hüceyrənin yaranmasını təmin edəcək ilk informasiyanı verən ilk DNT molekulunun planını kim hazırlayıb? Əgər təsadüflərə əsaslansaq, nə bu, nə də başqa sualları cavablandırmaq mümkün olacaq. Buna görə də son illər bioloqlar fikirlərini dəyişməyə başlayıblar. Çoxları Darvinin dediklərinin mənasız olduğunu anlamağa başlayıb və başa düşüblər ki, məsələyə maddədən üstün, onu nizamlayan bir qüvvə qarışmasa idi, iş olmazdı”.44

Jan Quttonun da dediyi kimi, XX əsrdə aparılan araşdırmalar və elmi kəşflər Darvinin təkamül nəzəriyyəsinin heç bir elmi əsasının olmadığını sübut etmişdir. Amerikalı bioloq Maykl Bey “Darvinin qara qutusu” adlı kitabında bununla bağlı yazır:

“Elm həyatın kimyasının necə formalaşdığını anlamaq üçün çox cəhdlər edib. Lakib bioloji sistemlərin molekulyar səviyyədəki həssas nizam və mürəkkəbliyini açıqlamaq məqamı çatanda elm iflic olur. Buna görə də bimolekulyar sistemlərin hansısa birinin başlanğıcını araşdırmaqla bağlı heç bir cəhd göstərilməyib. Bəzi alimlər özlərinə güvənərək bunun səbəbini çoxdan bildiklərini deyirlər. Lakin bu sözlər professional elmi ədəbiyyatda heç vaxt ciddi qarşılanmır. Bu sistemlərin quruluşunu araşdıranda məlum olur ki, onların həyat mexanizmləri darvinist yanaşmanın heç yanından da keçmir”.45

Bütün kainat və canlı varlıqlar yoxdan yaradılıb. Heç bir şey olmayanda təsadüflər də yox idi və buna görə ölü maddələr “təsadüfən” birləşib canlı varlıq əmələ gətirə bilməzdi. Buna ancaq və ancaq sonsuz qüdrət, sonsuz ağıl və sonsuz elm sahibi olan Allah qadirdir:

“Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb, hökmü altına alan, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!” (Əraf surəsi, 54)

 

İqtibaslar

39. Henry M. Morris, Impact No. 111, Eylül 1982

40. Prof.Dr. Carl Sagan, Cosmos, s.37

41. Darlington C.D.,Evolution for Naturalists, (NY, John Wiley, 1980) s.15

42. The Necessity of Darwinism, New Scientist, Vol 94, April 15, 1982, s. 130

43. Dr. Gary Parker, Impact No: 62, Ağustos 1978

44. Jean Guitton, Tanrı ve Bilim, s.38

45. Michael Behe, Darwin’s Black Box, s.8

5 / total 8
"Harun Yəhyanın Atom Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com