< <
10 / total: 16

Kamil iman sahiblərinin gözəl həyatı


Həqiqətən də: "Rəbbimiz Allah`dır!" – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. (Əhqaf surəsi, 13-14)

Möminlər iman edər və sonra doğru yön tutub imanlarında qətiyyət göstərərlər.

Onlar Rəbbimizdən gələn hər şeydə xeyir olduğunu bilər, hər zaman şükür edər və Ona qəlbən bağlanaraq təslimiyyət göstərərlər.

Onlar Allah qatında təqva sahibləridir.

Allah onların bu səmimi yaxınlıqlarına əvəz olaraq həm dünyada, həm də axirətdə yaxşılıq vəd etmişdir. Daha da əhəmiyyətlisi, onları rəhməti ilə əhatə etmiş, onlardan razı olmuş və onlara sevgisini və məmnuniyyətini yönəltmişdir. Bu, Quranda belə müjdələnmişdir:

… Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 100)

Onlar dünyaya həvəslə bağlanmaz, Allah`ın rizasını və cənnətini qazanmaq üçün axirətə yönələrlər. Allah onların bu dərin təslimiyyətlərinə əvəz olaraq onlara cənnətlə bərabər dünya həyatının nemətlərini də artırar:

Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)

... Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah`ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)

Onlar dünyada qarşılaşdıqları bütün çətinliklərə səbir edər və başlarına gələn çətinlik nə olursa-olsun, Allah`dan başqa dostları, köməkçiləri və vəliləri olmadığını unutmazlar.

Onlar ancaq Ona sığınıb, ancaq Ondan kömək diləyərlər.

Rəbbimiz olan Allah onları rəhməti ilə əhatə edər və onları qoruyar. Hər hadisəni onların lehinə çevirər və onların yollarını açar, onlara asanlıq verər. Daha da əhəmiyyətlisi, Allah`ın dostları olmaları səbəbi ilə onları yer üzündə mütləq qalib edər, onlara zəfər verər və onları dünyanın və cənnətin varisləri edər:

Musa öz qövmünə dedi: "Allah`dan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allah`ındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir." (Əraf surəsi, 128)

(Onlar deyəcəklər: "Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allah`a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! (Zumər surəsi, 74)

Onlar Rəbbimizin rəhmətinə qovuşmağı qəlbən arzu edən, Onun heybətindən titrəyərək qorxanlardır.

Onlar Allah`a qəlbən bağlı olaraq yalvaranlardır.

Onlar özlərini xilas etməsi, cəhənnəm əzabından qoruması və cənnəti nəsib etməsi üçün Allah`a acizliklə və ürəkdən yalvaranlardır. Rəbbimiz də onların bu səmimi yalvarışlarına cavab verər və onları sonsuza qədər rəhməti altında yaşayacaqları cənnətlərə yerləşdirər:

Allah`dan qorxanlar isə təhlükəsiz bir yerdə – bağçalarda və çeşmələr başında olacaqlar! Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. Bax belə! Üstəlik, onları iri qaragözlü hurilərlə də evləndirəcəyik. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları cəhənnəm əzabından qorumuşdur – sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 51-57)

Həqiqətən də cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): "Salam" , - deyəcək. (Yasin surəsi, 55-58)

Məhz onlar Allah`ın rizasını qazanan Kamil iman sahibləridir.

 

10 / total 16
"Harun Yəhyanın Kamil Iman kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top