Sosial Silah Darvinizm
NəticəƏxlaqi pozuntu iqtisadi pozuntunu da keçdi!...", "Uşaq fahişələr...", "Gənc ingilislərə görə, təcavüz təbiidir", "Finlandiyada 400 homoseksual və lezbiyan cütlük evləndi", "Qey toyu", "Əsəb durmur" "Cinayətlərin ardı kəsilmir", "Narkotikə başlama yaşı 13 oldu", "Qoyun, narkotik sərbəst olsun!", "Zülm hər yerdə", "Qıtlıqda müharibə", "Kabusa: "Dayan", - deyən yoxdur", "Müharibə, skandal və qiyamlar ili", "Serblər nasistlərə bənzədi", "Vətəndaşları tankla əzdilər", "Yer üzü barıt çəlləyi kimidir", "Dünya atəş və gözyaşına boğuldu", "Cinayət partlayışı", "Su kimi spirtli içki işlədilir", "Avropa gəncliyi spirtli içkiyə təslim oldu", "ABŞ şiddətin qarşısını ala bilmir", "İnsanlıq qalmayıb", "Mənəvi pozuntu", "Amerikalı gənclər əxlaqi pozuntuda", "İnsanlıq təkliyə qaçır" ... ![]() … Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28) Bunlar fərqli tarixlərdə, fərqli qəzetlərdəki başlıqlardan bəzi nümunələrdir; demək olar ki, hər gün qəzet və televiziya xəbərlərində qarşılaşdığımız bəzi xəbərlərdəndir. Bunlar və bənzəri xəbərlərin sayı o qədər çoxdur ki, artıq insanların böyük əksəriyyəti bu cür hadisələrə alışmış vəziyyətdədir. Bir çox insan dünyanın dörd tərəfində davamlı şəkildə qarışıqlığın, qarşıdurmanın və anarxiyanın olmasını, eyni ölkə insanlarının bir-birləri ilə çəkişməsini, ardı-arası kəsilməyən cinayətləri, kasıb və möhtaclara kömək əlinin uzadılmamasını, stress, depressiya kimi ruhi sıxıntıların gedərək yayılmasını, intiharların sayının artmasını yadırğamır. Sanki bütün dünya qarşıdurma, dava, çətinlik və gərginliklə dolu və haqsızlığın, ədalətsizliyin hökm sürdüyü bir həyatı mənimsəmiş və hər kəs bunu qəbul etmiş kimidir. Bu qəbul etmənin əsas səbəblərindən biri bütün bu mənfi halların sözdə təbii zənn edilməsi, insan təbiətinin sanki qaçılmaz nəticələri kimi görülməsidir. Halbuki, həqiqətdə bunlar insanlığa hakim olan batil bir dünya görüşünün gətirdiyi nəticələrdir. Bu batil görüş materialist və darvinist dünya görüşüdür. Bu kitabda araşdırdığımız sosial darvinizm bu görüşün əhəmiyyətli hissəsini meydana gətirir. İnsanların çoxu fərqində olub-olmasalar da, darvinist-materialist həyata doğru yönləndirilirlər. Kasıb insanların və ya üçüncü dünya ölkələri xalqlarının səfalətinə qarşı kədər və ya qayğı duyulmaması, zülmə məruz qalan insanlara qarşı laqeydlik, eqoist həyat şəklinin hakim olması, kindar, intiqamçı, davakar və rəqabətçi əxlaqın yayılması, hətta xüsusilə iş dünyasında bunların məqbul sayılması, insanların digər insanlara sevgi və hörmət etməməsi bu dünya görüşünün başlıca əlamətləridir. Kitab boyu araşdırıldığı kimi, darvinist-materialist görüş təcavüzdən müharibəyə qədər hər cür vicdansızlığı qanuni göstərir və bu yolla təşviq edir. ![]()
(İnsanları) Allah`a tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Əslində, hər insan darvinist-materialist görüşün acısını müəyyən bir şəkildə çəkir. İrqçi hücumlara məruz qalan zənci bir şagirddən eqoist və laqeyd uşaqları tərəfindən tək və məhrumiyyətə tərk edilən ata-anaya, işə götürən tərəfindən sağlamlığa zərərli şərtlərdə az ödənişlə uzun saatlar boyu işlədilən işçilərdən həyatın boş və məqsədsiz olduğunu zənn edən, məsuliyyətsiz və başıboş bir həyat yaşayıb özünü maddi və mənəvi böhrana sürüyən gənclərə qədər bir çox insan bədbəxt, çətinlik və gərginlik dolu həyat yaşayır. Bu sonsuz dövrün sona çatması, insanlığın sülhə, hüzur və xoşbəxtliyə, sevgi və hörmət dolu bir dünyaya yönəlməsi üçün lazım olan şey materialist dünya görüşünün fikirlə məğlub edilməsidir. Buna görə, insanların materializmin dayaq nöqtəsi olan darvinizmin elmi şəkildə çökdüyünü və tətbiq edildiyi təqdirdə hansı böyük bəlalara səbəb olduğunu öyrənmələri son dərəcə əhəmiyyətlidir. Bununla yanaşı, darvinizmin yanlışlığına qapılanlar əhəmiyyətli bir həqiqətin fərqində olmalıdırlar. Bütün nöqsanlarına və səhvlərinə baxmayaraq, israrla müdafiə etməyə çalışdıqları təkamül nəzəriyyəsinin heç bir elmi əsası qalmamışdır. Bu gün elm dünyasında yaşanan hər inkişaf bu həqiqəti yenə gücləndirir və təkamül nəzəriyyəsi tarixin tozlu səhifələrinə basdırılır. Üstəlik, bir çox tarixi təcrübə (kitab boyu nümunələri ilə açıqlandığı kimi) göstərir ki, təkamül nəzəriyyəsinin ortaya qoyduğu həyat modeli zülm, haqsızlıq, mərhəmətsizlik və ədalətsizlik ilə eyni məna ifadə edir və insanlara acı, gözyaşı və itkidən başqa bir şey gətirmir. Bu səbəbdən, darvinistlər təkamül nəzəriyyəsinin təşviq etdiyi pisliklərin fərqinə varmalı, ön mühakimələrdən xilas olub ağıl və elmdən kənar bu nəzəriyyəni müdafiə etməkdən tez bir zamanda imtina etməlidir. Ümid edirik ki, bu əsər söz mövzusu yanlışlığa qapılanların nə qədər ciddi səhvə yol verdiklərini qavramalarına vasitəçi olar.
|