Yaradılış həqiqəti - 1
|
Heç bir dəyişikliyə məruz qalmadan saniyədə 15-80 dəfə qanad çırpan quşların sahib olduğu bu möcüzəvi sistemin təsadüfən yarandığını düşünənlər böyük səhv edirlər. İnsan qolunu saniyədə bir-iki dəfədən çox qaldırıb endirə bilmədiyi halda, uzunluğu 10-12 sm, çəkisi isə bir neçə qram olan canlının bu cür mükəmməl hərəkət etməyi, şübhəsiz, Uca Allah`ın əsəridir.
Allah'ın varlıq dəlilləri.com
|
Uçuş qabiliyyətini, görmə itiliyini, yüksək sürətlə uçarkən heç zərər görmədən enmə və dayanma qabiliyyətini qartallara qazandıran nədir? Uçma anlayışını bilməyən hüceyrələr bir yerə yığılıb qanad meydana gətirməyəmi qərar vermişlər? Öz varlıqlarının belə şüurunda olmayan hüceyrələrin, bu cür üstün ağıl və plan tələb edən bir işi öz başlarına etmədikləri açıqdır. Canlıları yoxdan var edən, onlara möcüzəvi qabiliyyətlər bəxş edən Rəbbimiz olan Allah`dır.
Heyvanlardakı dizayn.com
|
Allah bəzi canlıları rəng və şəkil olaraq təqlid etmə qabiliyyətləri ilə birlikdə yaratmışdır. Bunun nəticəsində, düşmənlərindən asanlıqla gizləndikləri kimi, qarşılarındakı canlılara da istədikləri mesajları göndərə bilirlər. Dişiləri cəzb etmək, ya da düşmənləri qorxutmaq üçün bu mesajlardan istifadə edirlər.
Adnan Oktar.az
|
İnsanın tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini, yəni təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat var. Bunun mənası, hər insanın gözlə görünməyən hüceyrəsində, ondan dəfələrlə kiçik nüvədə olan bir molekulun içində təxminən 1000 cildlik, dünyada bənzəri olmayan nəhəng ensiklopediya daşımasıdır.
Dnt möcüzəsi.com
|
Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifəni əzbərdən bildiyi halda, görəsən, siz ağıllı və şüurlu insan olaraq həyatınız boyu neçə ensiklopediya səhifəsi əzbərləyə bilərsiniz? Necə ki, hər əsərin və ya hər məlumatın bir yazıçısı və sahibi varsa, DNT-dəki məlumatın da sahibi və yaradıcısı vardır. O yaradıcı üstün və güclü, sonsuz elm və ağıl sahibi olan aləmlərin Rəbbi Allah`dır.
Məqalələr.com
|
Bu səhifədəki rəngləri qəbul etməyiniz və bu rənglərin sizdə duyğu və düşüncə meydana gətirməsi bir-birindən asılı, eyni zamanda, fərqli mexanizmin eyni anda işləməsi ilə mümkün olur. Bu quşun başındakı mavi rəngi, boynundakı qaralığı, qanadlarındakı uyğun rəngləri görməyiniz yüzlərlə kompleks əməliyyatın eyni anda reallaşmasının nəticəsidir. Bu mexanizmlərin uyğunluğu və qüsursuz quruluşu Allah`ın bir lütfüdür.
Maddə və xəyal.com
|
Səhləb çiçəyi törəmək üçün dişi arıların görünüşünü təqlid edir. Erkək arı çiçəyi mayalandırmağa çalışarkən üzərinə tökülən tozcuqları başqa çiçəyə daşıyaraq çiçəklərin törəməsini təmin edir. Beyni, gözü, ağlı, mühakiməsi olmayan bitkinin dişi arıların necə göründüyünü bilməsi, bu görünüşü təqlid etməsi, əlbəttə, özünün qazandığı xüsusiyyət deyil. Səhləb çiçəyini sahib olduğu xüsusiyyətlərlə nöqsansız yaradan Allah`dır.
Quran elmə yol göstərir.com
|
Darvinistlər yer üzündəki bütün canlıların xüsusiyyətlərini “ana təbiət” adını verdikləri xəyali güc tərəfindən əldə etdiklərini iddia edərkən, əslində, ilahlaşdırdıqları “ana təbiət”in daş, torpaq, ağac və çiçəkdən ibarət olduğunu və şüursuz olduğunu düşünməzlər. Şüursuzluğun şüur tələb edən mexanizmlər yarada bilməyəcəyini dərk edə bilmirlər. Bəllidir ki, canlı və cansız bütün varlıqlar və sahib olduqları qüsursuz nizamlar üstün Ağıl və Sənətin, yəni uca Allah`ın əsəridir.
Həyatın gerçək mənşəyi.com
|
Bütün meyvə və tərəvəzlər qara torpaqdan hansı mineralları götürməsinin gərəkdiyini bilir. Ehtiyaclarından az və ya çox mineral götürməzlər. Bir qədər torpağa mis, dəmir, sink və oxşar minerallar qoyularsa, bunları necə ayırd edəcəyinizi, hansından nə qədər miqdarda lazım olduğunu heç bir texniki kömək olmadan edə bilərsinizmi? Əlbəttə ki, xeyr. Yeməkləri ən faydalı mineral və vitaminlərlə təchiz edən, ən gözəl şəkildə qablaşdırılmış olaraq insanlara lütf edən uca Allah`dır.
Allah'ın sonsuz gücü.com
|
|