Möminlərin Cəsarəti
Yaradılış həqiqəti - 2
|
![]() |
Dövr: Kaynozoy erası, Eosen dövrü
At nalı xərçəngləri buğumayaqlılar yarımtipidirlər və hörümçək və əqrəb nəslinə daha yaxındırlar. Şəkildə görünən 150 milyon il yaşındakı at nalı xərçəngi fosili yaradılışın açıq həqiqət olduğunu, təkamülün heç vaxt yaşanmadığını bir daha təsdiq edir. |
![]() |
Dövr: Kaynozoy erası, Eosen dövrü
Mürəkkəb balıqlarının tarix boyu həmişə mürəkkəb balığı olaraq var olduqlarının isbatı olan şəkildəki 95 milyon illik fosil təkamülçülərin iddialarına meydan oxuyur. Mürəkkəb balıqlarının təkamül keçirdiyinə dair ən kiçik dəlil belə önə sürə bilməyən təkamülçülər fosil qeydləri qarşısında böyük pərişanlıq keçirirlər. |
![]() |
54 - 37 milyon illik bu sumaq bitkisi ilə bu günümüzdəki sumaq bitkiləri arasında heç bir fərq yoxdur. Milyonlarla il ərzində sumaqlar dəyişikliyə uğramamış, təkamül keçirməmişdir. |
![]() |
Şəkildə görünən fosil 33 milyon il əvvəl yaşayan kərgədanlarla, günümüzdəki kərgədanlar arasında heç bir fərq olmadığının dəlilidir. Milyonlarla ildir strukturları dəyişməyən canlılar təkamül nəzəriyyəsinin böyük yalandan ibarət olduğunu göstərir. Allah`ın üstün yaratmasının izləri olan fosillər təkamülçülərin yalanlarını hər keçən gün daha da məhv edir. |
![]() |
Quru bitkiləri fosil qeydlərində olduqca dəqiq qalıqlara malikdir, amma bu fosillərin heç biri bir növdən digərinə, yəni ara-keçid forması xüsusiyyəti göstərməz. Hamısı özlüyündə orijinal olaraq yaradılmış tamam ayrı növlərdir və bir-birləri arasında iddia edildiyi kimi, hər hansı təkamül əlaqəsi yoxdur. |
![]() |
37 - 23 milyon yaşındakı cüyürlərin, dövrümüzdə yaşayan cüyürlərdən heç bir fərqinin olmaması bu canlıların milyonlarla ildir heç dəyişmədiyini, yəni təkamül keçirmədiyini göstərir. |
![]() |
"Ən qədim tısbağalara Almaniyadakı Trias dövrü fosil yataqlarında rast gəlinir. Bu gün yaşayan nümunələrinə çox bənzəyən sərt qabıqları sayəsində asanlıqla digər növlərdən ayırd edilir. Daha erkən, ya da daha ibtidai tısbağaya aid heç bir iz təyin olunmamışdır. Halbuki, tısbağalar çox asanlıqla fosilləşirlər və fosillərinin çox kiçik parçaları belə tapılanda asanlıqla tanınarlar." (Robert Carroll, Vertebrate Paleontology and Evolution, s. 207) |
![]() |
Günümüzdəki dəniz ulduzları hansı xüsusiyyətlərə sahibdirsə, bundan yüz milyonlarla il əvvəl yaşayan dəniz ulduzları da eyni xüsusiyyətlərə malikdir. 360 - 325 milyon ildir dəniz ulduzlarının eyni olduğunu göstərən bu fosil təkamülçülərin iddialarını əsassız edir, canlıların sahib olduqları xüsusiyyətlərlə yaradıldıqlarını göstərir. |
![]() |
Skatların çoxu dəniz sahilində yaşayır. Qəlsəmələri altda, gözləri üstdədir. Quyruq üzgəcləri və kürək üzgəcləri çox kiçikdir, hətta bəzi növlərdə yoxdur. Bundan 100 milyon il əvvəl yaşayan skat balıqlarının sahib olduqları bütün xüsusiyyətlərə günümüzdəki skat balıqları da malikdir. Bunun mənası isə skatların aradan keçən 100 milyon ilə baxmayaraq, heç dəyişmədikləri, yəni təkamül keçirmədikləridir. |
![]() |
Kanadadakı fosil yataqlarında çoxdişli siyənək balığı fosilinə rast gəlinmişdir. Bu fosil nümunələrinin hamısı çoxdişli siyənək balıqlarının milyonlarla ildir eyni olduqlarını göstərir. Milyon illərlə davam edən bu sabitlik (canlıların quruluşundakı dəyişməzlik) təkamülçülərin iddia etdikləri prosesin heç vaxt yaşanmadığının əhəmiyyətli dəlilidir. |
![]() |
Fosil qeydləri bütün milçək növlərinin bir anda ortaya çıxdıqlarını və milyonlarla ildir heç dəyişmədən varlıqlarını davam etdirdiklərini ortaya qoymuşdur. Bu da milçəklərin digər bütün canlılar kimi təkamül keçirmədiyini isbat edən vəziyyətdir. Bir çox elm adamı bu həqiqəti ifadə edir, təkamül nəzəriyyəsi ilə böcəklərin mənşəyini açıqlaya bilmədiklərini deyirlər. Aşağıdakı fosildə 50 milyon illik sekvoyya yarpağı fosili ilə birlikdə mart milçəyinin fosili görünür. |
![]() |
Ciyərli balıqlar suların azaldığı dövrlərdə özlərini palçığa basdıraraq həyatlarını davam etdirirlər. Bilinən ən qədim ciyərli balıq fosili Devon dövrünə (417 - 354 milyon il) aiddir. Şəkildə görünən fosil də eyni dövrə aiddir. Bundan 350 milyon il əvvəl yaşayan ciyərli balıqların dövrümüzdə yaşayanlardan heç bir fərqi yoxdur. Yüz milyonlarla ildir dəyişməyən ciyərli balıqlar canlıların təkamül keçirmədiklərinin, yaradıldıqlarının isbatlarından biridir. |