Niyə Özünü Aldadırsan?
Yaradılış həqiqəti - 2![]()
Konfuçiusornis Təkamül nəzəriyyəsi quşların kiçik ətyeyən teropod dinozavrlardan, yəni sürünənlərdən törədiyini iddia edir. Halbuki, həm quşlarla sürünənlər arasındakı anatomik fərqlər, həm də fosillər bu iddianı təkzib edir. Şəkildəki ilk nümunəsi 1995-ci ildə Çində tapılan fosil, konfuçiusornis (confuciusornis) adlandırılan nəsli kəsilmiş quş növünə aiddir. Günümüzdəki quşlara çox bənzəyən konfuçiusornis quşların təkamülü ssenarisini yerlə bir edir.
![]() Mövcud vələs yarpağı
Dövr: Kaynozoy erası, Eosen dövrü 30 - 40 növü məlum olan vələs ağacı şimal iqlimlərinin hakim kəsildiyi bölgələrdə yetişir. Əsasən Şərqi Asiya və Çin torpaqlarında yetişən bu ağacının bəzi növlərinə Avropa və Şimali Amerikada da rast gəlmək mümkündür. Fosil tapıntıları mövcud vələs ağacları ilə milyonlarla il əvvəl yetişən vələs ağacları arasında heç bir fərq olmadığını sübuta yetirir. Vələs ağacları darvinistlərin iddialarına böyük zərbələr endirməklə yanaşı danılmaz yaradılış həqiqətini də bir daha gözlər önünə sərir.
![]() Ginkqo yarpağı
Dövr: Kaynozoy erası, Eosen dövrü Darvinistlərin bitkilərin təkamülü ssenarisini çürüdən dəlillərdən biri də şəkildəki 50 milyon illik ginkqo yarpağıdır. Ginkqoların başqa bir bitkidən törəmədiklərini, eyni zamanda başqa bir bitkiyə başlanğıc vermədiyini sübuta yetirən bu fosil digər bütün fosil nümunələri kimi təkamülçüləri çıxılmaz vəziyyətə salır. www.tekamulsaxtakarliqlari.com
![]() Qoza fosili ilə bugünkü qozalar arasında heç bir fərq yoxdur
Dövr: Kaynozoy erası, Paleosen dövrü Qozaların quruluşu da digər bütün canlılar kimi milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmamışdır. Mövcud qozalarla 65 - 23 milyon illik qozalar arasında heç bir fərqin olmamağı tarix boyu heç vaxt təkamülün baş vermədiyinə əhəmiyyətli dəlillərdən biridir.
![]()
At nalı xərçəngi At nalı xərçəngi buğumayaqlılar tipinin chelicerata (xeliserlilər) yarımtipinə daxil olub hörümçəkkimilər və əqrəbkimilər fəsiləsinə daha yaxındırlar. Şəkildəki 150 milyon illik at nalı xərçəngi fosili canlıların təkamüllə deyil, anidən ortaya çıxdığını, yəni yaradıldıqlarını bir daha təsdiqləyir.
![]()
Şar balığı Şar balığı milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmamışdır. 95 milyon il əvvəl yaşayan şar balıqları ilə mövcud şar balıqlarının eyni quruluşa malik olmasını heç bir təkamülçü izah edə bilməz. Fosillər Allah`ın bütün canlıları yoxdan yaratdığını sübuta yetirir.
![]()
Krevet xərçəngi Darvinistlərin iddialarını çürüdən tapıntılardan biri də şəkildəki krevet fosilidir. Meydana çıxdıqları ilk andan etibarən bütün xüsusiyyət və orqanları ilə mövcud növlərindən fərqlənməyən krevetlər yüz milyon illərdir heç bir dəyişikliyə məruz qalmamışdır. Bu krevet fosili də digər bütün fosillər kimi cəfəngiyat dolu təkamül nəzəriyyəsinə öldürücü zərbələr endirir. www.Allahinvarliqdelilleri.com
![]()
Xərçəng Yaradılışı sübuta yetirən fosillərdən biri də şəkildəki 150 milyon illik krevet fosilidir. Fosil mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənmir. Həyatın mənşəyini araşdırmaq üçün kifayət qədər zəngin fosil nümunələri mövcuddur və bu nümunələr yalnız bir həqiqəti söyləyir: bütün canlı növləri yer üzündə anidən və olduqca müxtəlif quruluşlarda üzə çıxmışdır və təkamül nəzəriyyəsini dəstəkləyən hər hansı ara "keçid fosili" yoxdur. Bu da uca Allah`ın bütün canlıları yoxdan yaratdığına dəlillərdən biridir.
![]()
Ayı kəlləsi Təkamülçülər itlərlə ayılar arasındakı bəzi anatomik bənzərlikləri irəli sürərək hər iki canlının ortaq əcdaddan törədiyini iddia edirlər. Fosillər isə bu iddianın da cəfəngiyat olduğunu göstərir. Şəkildəki ayı kəlləsi fosili ayıların hər hansı bir təkamül keçirmədiklərinə dəlildir.
![]()
Timsah kəlləsi İstər 200 milyon il yaşa malik olsun, istər 50 milyon il, əldə olunan timsah fosilləri də mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənmirlər. Bu fosillər timsahların yüz milyonlarla il ərzində heç bir təkamül keçirmədiklərini, anidən ortaya çıxdıqlarını sübuta yetirirlər. Təkamül nəzəriyyəsini çürüdən bu dəlillər bütün canlıları Allah`ın yoxdan yaratdığına şübhə yeri qoymur.
![]()
Mürəkkəb balığı Darvin bilirdi ki, nəzəriyyəsi yalnız fosillərlə sübuta yetirilə bilər və buna görə də paleontoloji qazıntılara böyük ümid bəsləyirdi. Lakin Darvindən sonra keçən 150 il ərzində heç bir ara keçid forması fosili əldə edilməmişdir. Bu səbəbdən, Darvinin iddiaları heç vaxt öz təsdiqini tapmadı. Əksinə, fosillər Darvinin təkamül nəzəriyyəsinin əsassızlığı üzə çıxartdı. Bu fosillərdən bir digəri isə mövcud növləri ilə eyni xüsusiyyətlərə malik 95 milyon illik mürəkkəb balığı fosilidir.
![]() Tısbağa fosili (yuxarı sağda) mükəmməl quruluşu ilə mövcud növlərindən fərqlənmədiyini sübuta yetirir.
Tısbağa Şəkildəki 37 - 23 milyon illik tısbağa fosili, mükəmməl quruluşu ilə dövrümüzdə yaşayan tısbağalardan heç bir xüsusiyyəti ilə fərqlənmir. Bu dəlillər qarşısında təkamülçülər istəsələr də, istəməsələr də, bir həqiqəti qəbul etməlidirlər. Oklahoma universitetinin geologiya və geofizika fakültəsindən olan təkamülçü David B. Kitts bu həqiqəti belə açıqlayır: "Təkamül növlər arasında ara keçid formaları tələb edir, ancaq paleontologiya elmi bunu təmin etməmişdir". (David B. Kitts, "Paleontology and Evolutionary Theory", Evolution, 28-ci cild, sentyabr 1974, səh. 467)
|