İslam Terroru Lənətləyir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
9 / total: 10

Terrorizmin Əsas Qaynaği: Darvinizm və Materializm

Allah qullarına şəfqətlidir.
(Ali-İmran surəsi, 30)

Kitabın birinci hissəsində terrorun iki əhəmiyyətli qaynağının olduğunu açıqladıq. Bunlardan birinin ilahi dinləri yanlış şərh edən və sonradan uydurulmuş xürafə qaynaqları əsas alan radikal terrorizm olduğunu dəlilləri ilə və müxtəlif nümunələrlə ortaya qoyduq. Xüsusilə son zamanlarda ortaya çıxan və İslam adından çıxış etdiyini iddia edən terror təşkilatlarının əməllərinin İslama zidd olduğunu Quran ayələri işığında açıqladıq. Terrorun başqa bir qaynağı isə materialist və darvinist dünya görüşüdür.

Bir çox insan təkamül nəzəriyyəsini ilk olaraq Çarlz Darvinin ortaya atdığını və elmi dəlil və təcrübələrə əsaslanan nəzəriyyə zənn edir. Halbuki təkamül nəzəriyyəsinin ilk ortaya atan Darvin olmadığı kimi, nəzəriyyənin qaynağı da elmi dəlillər deyil. Nəzəriyyə qədim doqmatik materialist fəlsəfənin təbiətə uyğunlaşdırmasından ibarətdir. Hazırda da nəzəriyyə elmi dəstəyi olmadığına baxmayaraq, sırf materialist fəlsəfə uğrunda xurafatlılıqla müdafiə olunur. Bu xurafat dünyaya böyük bəlalar gətirmişdir. Çünki darvinizmin və ondan güc alan materialist fəlsəfənin yayılması ilə yanaşı, “insan nədir” sualına verilən cavab dəyişmişdir. Daha əvvəllər bu suala: “İnsan Allahın yaratdığı və Onun öyrətdiyi əxlaqa görə yaşamalı olan varlıqdır”, -deyə doğru cavab verən insanlar sonra yanlış olaraq “insan təsadüflərlə var olmuş, həyat mübarizəsi ilə inkişaf etmiş heyvandır” kimi düşünməyə başlamışdır. Bu böyük yanlışlığın hesabı isə ağırdır. İrqçilik, faşizm, kommunizm kimi dəhşətli ideologiyalar bundan güc almışdır. Kitabın bu hissəsində darvinizmin insanlığa gətirdiyi bu bəladan söz ediləcək və bunun dövrümüzün ən əhəmiyyətli problemlərindən biri olan terrorizmlə əlaqəsi açıqlanacaq.

Darvinizm Yalanı: “Həyat Bir Münaqişədir”

Darvin nəzəriyyəsini yazarkən yanlış təməldən yola çıxmışdı:

“Canlıların inkişafı təbiətdəki həyat mübarizəsinə bağlıdır. Bu mübarizəni güclü olanlar qazanır. Zəiflər isə əzilərək yox olmağa məhkumdurlar.“

Darvinin elmi əsası olmayan fikirlərinə görə, təbiətdə amansız həyat mübarizəsi, daimi qarşıdurma var. Güclülər həmişə zəifləri əzir və inkişaf da bunun sayəsində mümkün olur. “Növlərin mənşəyi” kitabında yazdığı alt başlıq onun bu sapqın və elmə zidd olan sözlərini ehtiva edir: “Növlərin mənşəyi, təbii seleksiya və həyat mübarizəsində üstün irqlərin qorunması ilə”.

Bundan başqa, Darvin həyat mübarizəsinin insan irqləri arasında da əsaslı olduğunu önə sürmüşdü. Bu əsassız iddiaya görə, “üstün” irqlər mübarizədə qalib gəlir. Darvinə görə, üstün irqlər avropalı ağ millətlər idi. Asiyalı və ya afrikalı irqlər isə həyat mübarizəsində geri qalmışdır. Darvin daha da irəli gedib bu irqlərin yaxın zamanlarda dünyadakı mübarizəsini itirib yox olacağını irəli sürmüşdü:

“Bəlkə də yüz il sürməyəcək yaxın zamanlarda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz, ələnəcəklər. Bu minvalla, insanla ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bunun sayəsində ortada indiki avropalılardan daha mədəni irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər meymunları qalacaq”.27

Hind antropoloq Lalita Vidyarti, Darvinin təkamül nəzəriyyəsinin irqçiliyi sosial elmlərə necə qəbul etdirdiyini belə açıqlayır:

“Darvinin ortaya atdığı “ən güclülərin həyatda qalması” düşüncəsi insanın mədəni təkamül dövrü keçdiyinə və ən üst pillənin ağ adamın mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən sevinclə qarşılandı. Bunun nəticəsində, XIX əsrin ikinci yarısında qərbdə elm adamlarının əksəriyyəti irqçiliyi mənimsədilər”.28

Darvinin Ilham Qaynağı: Maltusun Amansız Nəzəriyyəsi

İngilis tarixçisi, professor Ceyms Collun “Avropa 1870-ci ildən sonra” adlı kitabı.

Maltus müharibə, qıtlıq, xəstəlik və uşaq qətlləri kimi əməllərlə əhalinin sürətlə artımının nəzarətə götürüləcəyini və bunun sayəsində qida mənbələri ilə əhali arasında mütənasiblik olacağını iddia edir. Bunun həm ağılsız və məntiqsiz, həm də son dərəcə azğın bir düşüncə olduğunu vicdanlı olan hər kəs qəbul edir.

Darvinin qaranlıq və təhlükəli fikirlərinin ilham qaynağı ingilis iqtisadçı Tomas Maltusun “Nüfuz prinsipi üzərində təcrübə” (An essay on the principle of population) adlı kitabı idi. Maltus insanların özbaşına buraxıldıqda çox sürətdə çoxaldığını hesablamışdı. Ona görə, nüfuzu nəzarətdə saxlayan başlıca amillər müharibə, qıtlıq və xəstəlik kimi fəlakətlərdir. Qısası, bu iddiaya görə, bəzi insanların yaşaması üçün digərləri ölməlidir və həmçinin mövcud olmaq davamlı müharibə deməkdir.

19-cu əsrdə Maltusun sapqın fikirləri olduqca geniş kütlə tərəfindən mənimsənmişdi. Xüsusilə, Avropada üst təbəqənin ziyalıları Maltusun zalım fikirlərini dəstəkləyirdi. “Nasistlərin elmi arxa planı” adlı məqalədə XIX əsr Avropasının Maltusun əhali artımı ilə bağlı baxışlarına verdiyi qiymət belə açıqlanır:

“XIX əsrin ilk yarısında Avropada hakim sinfin üzvləri yeni kəşf edilən əhali artımı problemini müzakirə etmək və kasıb təbəqənin ölüm faizini artırmaq məqsədilə Maltusun fikirlərinin həyata keçirilməsi istiqamətində hansı vasitələrdən istifadə edəcəkləri planını fikirləşmək üçün müşavirə keçirdilər. Gəldikləri nəticənin məzmunu qısa şəkildə belə idi: “Kasıblara təmizliyi tövsiyə etmək əvəzinə, onları bunun tam əksini etməyə təşviq etmək lazımdır. Şəhərlərimizdəki küçələri daha dar düzəltməli, həddindən artıq insanı evlərə doldurmalı və vəba xəstəliyini yaymağa çalışmalıyıq. Ölkəmizdə kəndləri durğun sulara yaxın salmalıyıq, bataqlıqlarda yaşamağı təşviq etməliyik və sairə”.29

Maltusa görə, belə zalım planların nəticəsində yaşayış mübarizəsində güclü olanlar zəif olanları əzəcək və sürətlə artan əhali bu şəkildə tarazlanmış olacaq. Sözügedən “kasıbları əzmək” proqramı İngiltərədə XIX əsrdə, həqiqətən də, həyata keçirilirdi. 8-9 yaşlarındakı uşaqların gündə 16 saat kömür şaxtalarında işlədildiyi və minlərlə uşağın çətin şərtlər səbəbi ilə öldüyü bir sənaye quruluşu və iqtisadiyyat quruldu. Maltusun nəzəriyyə olaraq lazım bildiyi “yaşayış mübarizəsi” İngiltərədə XIX əsrdə azyaşlı uşaqlara və kasıb xalqa əzab dolu həyat yaşatdı.

Darvin isə Maltusun bu fikirlərindən təsirlənərək mürtəce bir dünyagörüşünü bütün təbiətə tətbiq etdi və yaşamaq uğrundakı bu mübarizədə güclü olanların və real şəraitə ən yaxşı uyğunlaşanların qalib gələcəkləri fikrini irəli sürdü. Bundan sonra isə o, yaşayış mübarizəsinin təbiətin ən düzgün və dəyişilməz qanunu olduğunu iddia edirdi. Darvin bir yandan da insanın yaradılışını inkar edərək insanları dini inanclarını tərk etməyə dəvət edir, bununla da “həyat uğrunda mübarizə” nəzəriyyəsinin amansızlığına və qəddarlığına mane olan bütün əxlaqi dəyərləri hədəfə götürmüş olurdu. İnsanları qəddarlığa və əzazilliyə çağıran bu həqiqətdən kənar fikirlərin yayılması səbəbindən bəşəriyyətin XX əsrdə ödəyəcəyi əvəz çox böyük oldu.

Tomas Maltus

Çarlz Darvin

Darvinizmin Birinci Dünya Müharibəsinin Hazırlanmasındakı Rolu

Darvinizm Avropa mədəniyyətinə hakim olmaqla yanaşı, onun “Həyat uğrunda mübarizə” tezisi də öz təsirini göstərməyə başladı. İlk növbədə, istismarçı Avropa dövlətləri istismar etdikləri ölkələri “təkamül prosesində geri qalmış irqlər” kimi təsnifləşdirdilər və öz əməllərinin düzgün olduğunu göstərmək üçün darvinizmə əsaslandılar. Darvinizmin siyasi təsirinin nəticələrinin ən qanlısı isə 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi idi. Məşhur ingilis tarixçisi, professor Ceyms Jol “Avropa 1870-ci ildən sonra” (Eurore since 1870) adlı fundamental kitabında Birinci Dünya Müharibəsini hazırlayan amillərdən birinin o zamankı avropalı idarəçilərin darvinist düşüncəyə bağlı olduğunu göstərir. Məsələn, Avstriya-Macarıstanın ali baş komandanı, general Frants Baron Konrad fon Hötzendorff müharibədən sonrakı xatirələrində belə yazırdı:

“İnsana sevgini ön plana çıxaran dinlər, əxlaqi təlimlər və (bunun kimi) fəlsəfi doktrinalar bəzən, həqiqətən də, insan övladının həyat mübarizəsini zəiflədə bilirlər. Amma heç bir zaman bu mübarizəni dünyanın hərəkətverici qüvvəsi olmaqdan çıxara bilməyəcəklər... Dünya müharibəsinin böyük fəlakəti bu böyük prinsiplə tam uyğunluq şəraitində həqiqətə çevrilmişdir. İnsanların və dövlətlərin həyatının başlıca qüvvələri ilə meydana çıxan bu müharibə eynilə boşalması lazım olan bir ildırım gücü kimi təbii qanundur”.30

Darvinizm "insan təkmil heyvandır", "bəzi irqlər təkamül prosesində geridə qalmışdır", "təbiətdə amansız mübarizə var, bu mübarizədə güclü olan qazanır, zəif olan sıradan çıxır" kimi iddialarla 20-ci əsrdə faşizm də daxil, bir çox ideologiyaya dəstək vermişdir.

Belə bir ideologiyaya sahib olan Konradın nəyə görə Avstriya və Macarıstanı müharibəni başlamağa sürüklədiyini başa düşmək çətin deyildi. Bunun kimi fikirlər zamanın sadəcə hərbi şəxsiyyətləri ilə məhdudlaşmır. Alman komandanı Teobald fon Betman-Holviqin şəxsi müşaviri və yaxın dostu Kurt Rizler 1914-cü ildə belə yazırdı:

“Mütləq və əzəli düşmənlik insanlar arasındakı münasibətlərin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət... insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə, bu, təbiət və həyat mənbəyinin özəyində vardır”.31

Faşist ideologiyasının bais olduğu İkinci dünya müharibəsi bəşər tarixinin ən böyük fəlakəti oldu və özündən sonra 55 milyon ölü buraxdı.

Birinci Dünya Müharibəsinin generallarından olan Fridrix fon Bernardi isə müharibə ilə təbiətdəki mücadilə qanunları arasındakı bağlantını aşağıdakı şəkildə qurmuşdu:

“Müharibə bioloji tələbat və zərurətdir, təbiətdəki ünsürlərin qarşı-qarşıya gəlməsi və mübarizəsi qədər vacibdir, bioloji cəhətdən yerinə düşən nəticələr verir, çünki bu nəticələr canlıların təməl xüsusiyyətləri ilə sıx bağlıdır”.32

Göründüyü kimi, Birinci Dünya Müharibəsi savaşıb qan tökməyi, əzab çəkib-çəkdirməyi inkişaf olaraq görən və bunları dəyişilməz təbii qanun sayan avropalı alim, general və idarəçilərin sayəsində meydana çıxmışdı. Bütün bu kökündən yanlış fikirlərlə tənəzzülə, süquta və heçliyə sürükləyən ideoloji qaynaq isə Darvinin “həyat uğrunda mübarizə” və “sonradan düzəlmiş irqlər” anlayışlarından başqa bir şey deyildir.

Birinci Dünya Müharibəsi 8 milyon nəfərin ölümünə, yüzlərlə şəhərin xarabalığa çevrilməsinə və milyonlarla insanın yaralı, əlil, evsiz-eşiksiz və işsiz qalmasına səbəb oldu. Bundan 21 il sonra başlayan və 55 milyon insanın ölümünə səbəb olan nasizm müharibəsinin təməl daşı da darvinizmə əsaslanırdı.

Nasistlərin zalım və amansız xarakterinin kökündə dayanan əsas səbəb dinə qarşı olan və darvinist ideologiyalardır.

Darvinizmin Açdığı Mənhus Yol: Faşizm

Darvinizm XIX əsrdə irqçiliyi qidalandırıb bəsləyərkən XX əsrdə doğulub inkişaf edəcək və bütün dünyanı qana bulayacaq bir ideologiyanın - nasizmin də təməlini qoyurdu.

Nasizmin ideoloqları daha çox darvinizmdən təsirlənmiş və bəhrələnmişdilər. Adolf Hitler və Alfred Rozenberq tərəfindən formalaşdırılan bu nəzəriyyə araşdırılanda burada Darvinin “Növlərin mənşəyi” kitabında on dəfələrlə təkrarlanan “təbii seleksiya”, “seçici cütləşmə”, “irqlərarası həyat mübarizəsi” kimi anlayışlara təkrar-təkrar rast gəlmək olar. Hitler özünün məşhur kitabına “Mənim mübarizəm” adını da darvinizmin həyatın bir mübarizə səhnəsi olması və bu mübarizədə üstün gələnlərin həyatda qalması haqqındakı prinsiplərindən bəhrələnərək qoymuşdu. Hitler həmin kitabda xüsusilə irqlərin mübarizəsindən söz açır və belə deyirdi:

“Tarix təbiətin öz-özünə yaradacağı yeni irqi iyerarxiya nəticəsində tayı-bərabəri olmayan bir imperiya meydana gətirəcəkdir”.33

Hitler 1933-cü ildə keçirilən məşhur Nürnberq mitinqində isə yüksək irqin zəif irqləri idarə etdiyini, bunun təbiətdə də müşahidə edilən yeganə məntiqli haqq olduğunu bildirmişdi.34

Nasistlərin Darvindən təsirlənməsi bu gün bu məsələnin məşhur tədqiqatçısı olan tarixçilərin demək olar ki, hamısı tərəfindən qəbul edilən bir fikirdir. “Faşizmin yüksəlişi” (The rise of fascism) adlı kitabın müəllifi Peter Krisp bu həqiqəti belə ifadə edir:

“Çarlz Darvinin insanların meymundan əmələ gəlməsi nəzəriyyəsi ilk dəfə çap olunandan bir qədər sonra geniş dairədə yayıldı və qəbul edildi. Nasistlər Darvinin nəzəriyyəsindən müharibənin və irqçiliyin haqlı olduğunu göstərmək üçün istifadə etdilər”.35

Tarixçi-alim Hikman isə Hitlerin darvinizmdən təsirləndiyini belə açıqlayır:

“Hitler qatı təkamülçü idi. Psixozunun dərinliyi nə qədər olursa-olsun, onun “Mənim mübarizəm” kitabı ardıcıl təkamül düşüncəsini nümayiş etdirir, xüsusilə də ən güclülərin yaşamaq mübarizəsi və daha yaxşı bir cəmiyyət naminə zəiflərin məhv edilməsi fikirlərinə yer verir”.36

Bu düşüncələrlə meydana çıxan Hitler dünyanı tayı-bərabəri olmayan dəhşətə və görünməmiş vəhşiliyə məruz qoydu. Başda yəhudilər olmaqla, bir çox etnik və siyasi qruplar nasist ölüm düşərgələrində dəhşətli zülmə və qətliama məruz qaldılar. Nasistlərin işğalları ilə başlayan İkinci Dünya Müharibəsi isə üst-üstə 55 milyon insanın ölümünə səbəb oldu. Dünya tarixinin gördüyü bu ən böyük fəlakətin arxasında darvinizmin “həyat uğrunda mübarizəsi” düşüncəsi dayanırdı.

Qanlı Ittifaq: Darvinizm Və Kommunizm

Nasistlərin zalım və amansız xarakterinin kökündə dayanan əsas səbəb dinə qarşı olan və darvinist ideologiyalardır.

Sosial darvinizmin sağ qanadında faşistlər yer aldığı kimi, sol qanadında da kommunistlər dayanırdılar. Darvinin nəzəriyyəsinin ən qatı və alovlu tərəfdarları arasında kommunistlər hər zaman vacib yer tutmuşdur.

Darvinizmlə kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları olan Marks və Engels Darvinin “Növlərin mənşəyi” adlı kitabını çap edilər-edilməz oxumuş və kitabdakı “dialektik materialist” yanaşmaya heyran olmuşdular. Marksla Engelsin arasındakı məktublaşmalar onların hər ikisinin Darvinin nəzəriyyəsini kommunizmin təbiət elmləri baxımından təməli saydığını göstərir. Beləliklə, Engels, Darvinin təsiri ilə qələmə aldığı “Təbiətin dialektikası” adlı kitabında Darvini tərifləmiş və bu kitabın “Meymunun insana çevrilməsində əməyin rolu” adlı bölməsində təkamül nəzəriyyəsinə özünəməxsus əlavələr etməyə çalışmışdı.

Marks və Engelsin yolunu davam etdirən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəmişdilər. Rus kommunizminin banisi sayılan Plexanov özünün “marksizm darvinizmin sosial elmlərə tətbiq edilməsidir”37 fikri ilə məşhurdur.

Trotskinin isə “darvinizm dialektik materializmin ən böyük zəfəridir” şəklində açıqlaması var.38

Kommunist kadrların hazırlanmasında Darvin təliminin böyük rolu olub. Məsələn, Stalin gəncliyində dindar olduğu halda, onun məhz Darvinin kitablarının təsiri nəticəsində ateistə çevrilməsi tarixçilər tərəfindən qeyd edilən həqiqətdir.

Çində kommunist rejimi quran və milyonlarla insanı qətlə yetirən Mao Tsze-dun isə qurduğu bu qaydanın fəlsəfi əsaslarını: “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə istinad edir”, - deyə açıq şəkildə bəyan etmişdir.39

Darvinizmin Mao Tsze-duna və Çin kommunizminə təsiri Harvard Universitetindən tarixçi Ceyms Riiv Pasinin “Çin və Çarlz Darvin” (China and Charles Darvin) adlı kitabında incəlikləri ilə təsvir və şərh olunub.

Qısaca belə demək olar ki, təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz bağlılıq var. Təkamül nəzəriyyəsi canlıların bir təsadüfün nəticəsi olduğunu iddia etməklə ateizmə sözdə elmi əsaslar vermişdir. Tamamilə ateist ideologiya olan kommunizm də, bu səbəbdən, labüdən darvinizmə bağlıdır. Təkamül nəzəriyyəsi təbiətdəki inkişafın qarşıdurma, yəni həyat uğrunda mübarizə sayəsində mümkün olduğunu irəli sürməklə kommunizmin əsasında yer alan “dialektik qarşıdurma” fikrini dəstəkləyir.

Kommunizmin “dialektik qarşıdurma” ideyasının XX əsr ərzində təqribən 20 milyon insanı qətlə yetirmiş “cinayət maşını” olması nəzərə alınsa, darvinizmin dünyaya gətirdiyi fəlakətin miqyasını daha yaxşı təsəvvür etmək və başa düşmək mümkün olar.

Darvinizmin mübarizə anlayışını sinfi mübarizəyə tətbiq edən kommunistlər ideologiyalarını qəbul etdirmək üçün qətliam törətməyi və qan tökməyi ilkin vasitə olaraq qəbul etdilər.

Dialektik Qarşıdurma Cəmiyyəti Inkişaf Etdirməz, Onu Yıxar

Bir qədər əvvəl də bildirdiyimiz kimi, darvinizm canlılar arasındakı qarşıdurmanın həmin canlıları inkişaf etdirdiyini irəli sürərək “dialektik materializm” fəlsəfəsinə sözdə elmi əsas vermişdi.

Dialektik materializm adından da məlum olduğu kimi, qarşıdurma anlayışına əsaslanır. Bu fəlsəfənin qurucusu Marks: “Əgər dava-dalaş olmasaydı, mövcud olan hər şey necə idisə, elə də qalardı”, - deyirdi. O, başqa bir sözündə isə: “Qarşıdurma yeni bir cəmiyyətə hamilə olan hər köhnə cəmiyyətin nəticəsidir”, - deyərək40 inkişaf etmək üçün insanları gərginliyə, qarşıdurmaya, zorakılığa, müharibəyə və qan tökməyə çağırmışdı.

Marksın nəzəriyyəsinin ilk siyasi icraçısı olan Lenin də: “İnkişaf zidd olanların mübarizəsidir”, - deyərək bir-birinə əks fikirdə olan insanların daimi mübarizə içində olması modelini müdafiə etmişdir. Daha sonra isə Lenin bu mübarizənin ancaq qan tökməklə, yəni terror yolu ilə həyata keçirilə biləcəyini tez-tez qeyd edirdi. Leninin bolşevik çevrilişindən hələ 11 il əvvəl - 1906-cı ildə “Proletar” jurnalına verdiyi bir açıqlamada yer alan sözləri onun mənimsədiyi terrorist metodunu ortaya qoyur:

“Bizim marağımızı çəkən hadisə silahlı mübarizədir, bu mübarizə ayrı-ayrı fərdlər və kiçik qruplar tərəfindən həyata keçirilməkdədir. Bir hissəsi inqilabçı təşkilatlara aid ikən, o biri hissəsi hər hansı bir inqilabçı quruluşa bağlı deyildir. Silahlı mübarizə bir-birindən mütləq şəkildə ayrılması lazım olan iki fərqli məqsəd daşıyır: əvvəlcə, bu mübarizə insanlara, liderlərə və ordu və polisdəki vəzifəli şəxslərə sui-qəsd etməyi məqsəd kimi seçir, ikincisi, həm hökumətə, həm də xüsusi insanlara aid pul mənbələrini mənimsəyir. Mənimsənilən pullar qismən partiyanın kassasına, qismən xüsusi silahlanma məqsədlərinə və hərbi hazırlığa, qismən də düşmənlə mübarizəyə qatılan insanların yaşamasına xərclənir”.41

XX əsrdə kommunizmə qarşı çıxan ən tanınmış ideologiyalardan biri faşizmdir. Maraqlı olan budur ki, kommunizmə qarşı olduğunu irəli sürən faşizm qarşıdurma anlayışına ən azı kommunizm qədər inanırdı. Kommunistlər sinfi qarşıdurmanın vacibliyinə inandığı halda, faşistlər bu qarşıdurmanın sadəcə olaraq fəaliyyət meydanını dəyişdirmiş və “irqlər və dövlətlərarası qarşıdurma” anlayışını inkişaf etdirmişdilər. Məsələn, nasizmin ən mühüm fikir qaynaqlarından və öndə gedən irqçilərdən olan alman tarixçisi Henrix fon Tritske: “Dövlətlər ancaq Darvinin həyat uğrunda mübarizəsinə bənzər gərgin və şiddətli rəqabətlə inkişaf edə bilərlər...”- deyə yazmışdır.42

Hitler isə darvinizmin qarşıdurma anlayışından ilham alaraq belə deyirdi:

“Təbiət güclülər və zəiflər arasında bir savaş, güclülərin zəiflər üzərindəki mütləq qalibiyyətidir. Əgər belə olmasaydı, təbiətdə davamlı qarışıqlıq olardı... Yaşayan hər bir canlı mübarizə aparmaq məcburiyyəti qarşısındadır. Davamlı mübarizənin yaşayış qanunu olduğu bu dünyada mübarizə aparmaq istəməyən yaşamaq haqqına da sahib deyildir”.43

Cəmiyyətlərin güclənməsi və inkişaf etməsi üçün mübarizənin, qarşıdurmanın, mübahisələrin və qan tökməyin məcburi olduğuna inanan bu iki sosial darvinçi ideologiyanın XX əsrdə yaratdığı mənzərə isə ortadadır. On milyonlarla məsum insan ölmüş, on milyonlarla insan yaralanmış və ya şikəst olmuş, ölkələrin iqtisadiyyatı çökmüş, səhiyyəyə, elmə, texnologiyaya, təhsilə və sənətə ayrılacaq gəlirlər əvvəlcə silahlara, sonra da bu silahların açdığı yaraların sarınmasına, darmadağın edilən və xarabalığa çevrilən şəhərlərin təkrar inşasına xərclənmişdir. Qarşıdurmanın, davanın və terrorun insanlara heç də inkişaf deyil, yalnız tənəzzül gətirməsi tarixdən aşkar şəkildə görünür.

Hər cür fikir ayrılığı və ziddiyyətlər Quranda bildirildiyi kimi, ağıl və vicdan sahibi olan insanlar tərəfindən sülh, əmin-amanlıq və dözümlülük şəraitində həll edilir. Bunu qavramayan və dialektik materializmin yalanlarına inanan millətlərin nəsilləri bir-biri ilə illər boyu vuruşmuş, vəhşi heyvanlar kimi boğuşmuş, nəticədə bir millət kimi gücdən düşmüşlər.

Fikri Fərqlilik Qarşıdurmaya Əsas Deyil, Əksinə, Fərqliliklər Gözəllik Əlamətidir

Dünyada, əlbəttə, ziddiyyətlər mövcuddur. Təbiətdə necə ki, qaranlıq və aydınlıq, gecə ilə gündüz, soyuq və isti varsa, bu qayda ilə insanların fikir və hərəkətlərində də belə ziddiyyətlər var. Ancaq fikri ziddiyyətlər qarşıdurmaya əsas vermir. Əksinə, ziddiyyətlər sülh, sevgi, şəfqət və mərhəmətlə dəyərləndirilsə, ortaya müxtəlif gözəlliklər çıxar. Hər fikri bir digəri ilə müqayisə edən insan öz fikrini daha da inkişaf etdirir və ya nöqsanlarını görərək fikrini tamamlayır. Əks fikirləri müdafiə edən insanların danışıqlarında dinc şəkildə fikir mübadiləsi olur. Bunu ancaq Quran əxlaqını mənimsəmiş səmimi, mərhəmətli və sülhsevər insanlar həyata keçirə bilərlər.

Bir insanı onun fərqli fikir tərəfdarı olduğu, fərqli dinə inandığı və ya fərqli irqə malik olduğu üçün öldürmək, ona əzab vermək isə çox böyük zalımlıqdır. Sadəcə olaraq buna görə tarix boyunca eyni vətənin övladları bir-biri ilə ölüm-dirim savaşına qalxmış, bir-birini heç nədən çəkinmədən qətlə yetirmiş, fərqli irqlərdən və ya dövlətlərdən olan insanları qadın, uşaq bilmədən öldürmüşlər. Bunu isə ancaq qarşısındakı insanı yalnız inkişaf etmiş bir heyvan sayan, ona insan olaraq qiymət verməyən və əməllərinə görə Allaha hesab verəcəyinə inanmayan insanlar edə bilərlər.

Müxtəlif fikirliliyə qarşı münasibətdə davranışın ən gözəli və doğrusu Quranda bildirilmişdir. Fikir ziddiyyətləri tarix boyu mövcud olmuşdur. Bunların ən məşhurlarından biri hz. Musa ilə onun dövründə yaşayan Firondur. Fironun bütün zalımlığına və təcavüzkarlığına baxmayaraq, Allah hz. Musaya onu Allahın dininə çağırmaqla vəzifə vermiş və istifadə edəcəyi metodu belə açıqlamışdır:

Fironun yanına yollanın. O, həqiqətən, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha, 43-44)

Hz. Musa Allahın əmrini yerinə yetirərək Firona uzun müddət haqq dini başa salmış, onun inkarına və insanlara zülm etməsinə mane olmaq üçün səbirlə bütün məsələləri açıqlamışdı. Firon isə onun gözəl əxlaqının və səbrinin müqabilində davakarlıq və təcavüzkarlıq sərgiləmiş və hz. Musanı və onun fikrinə qoşulanları qətlə yetirəcəyini demişdi. Ancaq bu hərəkətin nəticəsində qalib çıxan tərəf Firon olmadı. Əksinə, Firon və tərəfdarları boğularaq məhv oldular. Hz. Musa və onun yanında olanlar isə qalib gəldilər.

Bu nümunədən də göründüyü kimi, bir fikrin qalib gəlib inkişaf etməsi qarşıdurma, savaş və təcavüzlə əldə edilə bilməz. Hz. Musa ilə Firon arasındakı hadisələr tarixin qısaldılmış forması deməkdir; qarşıdurma və zülm tərəfdarlarının deyil, sülh və ədalət tərəfdarlarının qalib gələcəyini göstərən nümunədir. Gözəl əxlaq öz əvəzini həm dünyada, həm də axirətdə hər zaman tapar.

Darvinizm Və Terrorizm

Təbiətdəki ziddiyyətlər insanlar arasında qarşıdurma və qovğalara səbəb ola bilməz. Qarşılıqlı hörmət, sevgi və dözümlülük ilə ziddiyyətlər arasında uzlaşma aparmaq olar. Quran əxlaqı insanlara hüzur və sevinc dolu həyat təklif edərkən, dialektik qarşıdurma insanlara daima bədbəxtlik, bəla və ölüm gətirir.

Bura qədərki tədqiqatlarımıza görə, darvinizm XX əsrdə insanlığı fəlakətlərə sürükləyən və qarşıdurmaya meyilli olan çeşidli davakar ideologiyaların köküdür. Bu ideologiyalar darvinizmə əsaslanaraq özlərindən olmayanlarla qarşıdurmanı və ya savaşmağı dəstəkləmiş, bunu hətta ən əsas cəhətləri kimi mənimsəmişlər.

Dünyada fərqli inancların, fərqli dünyagörüşlərinin, fərqli fəlsəfələrin olması məlum həqiqətdir. Bütün bu fərqli fikirlərin bir-birinə tam zidd xüsusiyyətlərinin olması da son dərəcə təbii məsələdir. Ancaq bu fikirlər bir-birini iki fərqli şəkildə qiymətləndirə bilərlər:

1. Özlərindən olmayanların varlığına hörmət göstərən, onlarla dialoq qurmağa çalışan və insanpərvər bir yol tuta bilərlər ki, bu, Quran əxlaqına uyğun olan yoldur.

2. Özlərindən olmayanlarla qarşıdurma, savaşmaq, onlara zərər verərək üstünlük qazanmaq yolunu seçə bilər, yəni heyvani hərəkət edə bilərlər. Bu da materializmin, yəni dinsizliyin metodudur.

“Terrorizm” adını verdiyimiz fəlakət bu ikinci baxış bucağının ifadəsindən başqa bir şey deyil.

Bu iki fikir arasındakı fərqi tədqiq etdiyimiz zaman darvinizmin elm adı altında yürütdüyü “insan savaşan heyvandır” fikrinin insanlara son dərəcə böyük təsir göstərdiyini görürük. Qarşıdurma yolunu seçən insan və qrupların çoxunun darvinizmdən, bu ideologiyanın prinsiplərindən, bəlkə də xəbəri yoxdur. Amma onlar fəlsəfi kökünün nəticə etibarilə darvinizmə dayandığı bir nöqteyi-nəzəri mənimsəyirlər. Onları bunun doğruluğuna inandıran şey “bu dünyada güclülər irəlidə olur”, “böyük balıq kiçik balığı udur”, “savaşmaq hünərdir”, “insan savaşaraq ucalır” kimi kökü darvinizmə dayanan ifadələrdir. Darvinizmi yüksəkliyə qaldıran bu ifadələrin altı boş qalacaq.

Əslində, darvinizmi aradan qaldıranda onun yerində heç bir davakar fəlsəfənin qalmadığını görürük. Yer üzündəki insanların böyük qisminin inandığı üç ilahi dinin üçü də (xristianlıq, yəhudilik və İslam) qarşıdurmaya, qan tökməyə və amansızlığa qarşıdır. Hər üç dinin məqsədi yer üzündə sülhü və sakitliyi təmin etmək, məsum insanların öldürülməsinin, zülm və işgəncə görməsinin əleyhinə çıxmaqdır. Bu ilahi dinlər qarşıdurmanı, amansızlığı və davakarlığı Allahın insanlar üçün müəyyən etdiyi əxlaqa zidd olan, anormal və arzuolunmaz anlayışlar kimi qəbul edirlər. Amma darvinizm qarşıdurma və amansızlığın olmasını mütləq sayır, onları ən təbii, ən doğru və məcburi anlayışlar olaraq görür və göstərir.

Beləliklə, dünyamızı əhatə edən terror bəlasının kökündə bu qarşıdurma və şiddəti hədəfə gedən ən qısa yol kimi görən darvinizm gizlənir.

Sülh Və Əmin-Amanlıq Istəyən Hər Bir Insan Darvinizm Təhlükəsinin Fərqində Olmalıdır

Hər hansı bir problemlə mübarizə apararkən ən vacib məsələ o problemin kökünü, əsl qaynağını düzəltməkdir. Məsələn, ətrafa pis qoxu yayan zibilliyin ətrafı nə qədər təmizlənsə də, o zibillik pis iy yaymağa davam edər, həyata keçirilən bütün tədbirlərin nəticəsi qısamüddətli olar. Çıxış yolu zibilliyin qaynağını təmizləyib onu tamamilə ortadan qaldırmaqdır. Bundan başqa, zəhərli ilanları bəsləyib şəhərə buraxan bir insanın bu ilanların insanları öldürməyə başladığını görəndə təlaşa düşüb onları tək-tək ovlaması da ağıllı tədbir deyil. Bu vəziyyətdə yeganə çıxış yolu zəhərli ilanları bəsləyib çoxaltmaqdan tamamilə əl çəkməkdir. Beləliklə, terrorla mübarizə üçün terrorçuları tək-tək axtarmaq və onları təsirsiz hala gətirməyə çalışmaq çıxış yolu deyil. Dünyanı terrordan qurtarmaq üçün əvvəlcə terrorçunu yetişdirən əsas mənbə tapılıb aradan qaldırılmalıdır. Terrora mənbə olan əsas səbəb isə insanların səhv ideologiyaları və onların bu istiqamətdə aldığı təhsildir.

Müasir dövrdə də dünyanın hər bir ölkəsində darvinizm bütün məktəblərdə elmi həqiqət kimi tədris olunur. Amma gənclərə Allahın onları yaratması, bu gənclərin ruh, ağıl və vicdan sahibi varlıqlar olması, öldükdən sonra Allah qatında sorğu-sual olunaraq dünyada etdiklərindən dolayı hesab verəcəkləri və bu hesaba görə sonsuza qədər cənnət və ya cəhənnəmdə qalacaqları öyrədilmir. Əksinə, gənclərə onların təsadüflər nəticəsində meydana gəlməsi, ata-babaları heyvanlar olan, Allaha qarşı məsuliyyət daşımayan başıboş varlıqlar olması və ancaq müharibə və qarşıdurma ilə üstün gələrək həyatda yaşaya biləcəkləri öyrədilir. Məktəb həyatı boyunca bu təlimi alan insanların beyinlərini pozmaq, vəhşiliyi onlara təlqin etmək, onları bəşəriyyətin düşmənlərinə çevirmək, məsum körpələri öldürəcək qədər zalımlaşdıra bilmək isə bu mərhələdən sonra çox asandır. Belə təhsil almış gəncləri istənilən yanlış ideologiya öz sırasına çəkə və ona hər cür vicdana və əxlaqa zidd hərəkətləri etdirə bilər, ona hər cür əclaflığı və zalımlığı vacib məqsəd kimi göstərə bilər. Son yüz ildə dünyanı yandırıb-yaxan kommunist, faşist və irqçi terror qrupları məhz bu təhsil sisteminin məhsullarıdır.

Bu təhsil sisteminin ikinci böyük zərəri isə təhsili dindən ayıraraq dini cahil insanların dünyası ilə məhdudlaşdırmağa çalışmasıdır. “Təhsilli” olanlar darvinist-materialist təlqinlə dinsizləşdiyi halda, din təhsilsiz insanların nəzarətində qalır. Bu vəziyyətdə xurafat və batil inanclar asanlıqla inkişaf edib təsir gücü qazanırlar.

Nəticə olaraq deyək ki, məsələnin çözüm yolu terrorun əsl qaynağı olan darvinist-materialist təhsilə son qoymaq, gənclərə həqiqi elmi biliklərlə hazırlanmış sistem əsasında təhsil vermək və onlara Allah qorxusunu, ağıllı və vicdanlı hərəkət etməyi başa salmaqdır. Bunun nəticəsi isə Allahın Quranda bildirdiyi kimi, xoşbəxt, etibarlı, adil, rəhmdil və mehriban insanların yaradacağı cəmiyyətlər olacaq.

Elm Darvinizmi Təkzib Edir.

 

Birtərəfli Darvinist Təlimin Vəhşiliyə Səbəb Olan Təsirləri

Darvinist təlim insanlara həyatın hər hansı məqsədinin olmadığını təlqin edib onları ümid və sevincdən uzaq və cani təbiətli ruhi xəstələrə çevirir.

Bunun ən son nümunələrindən biri norveçli Anders Behrinq Breyvikdir. Breyvik 22 iyul, 2011-ci ildə Norveçdə yaşanan iki terror hücumunun səbəbkarı olduğunu etiraf etmişdir. Bu hücumlardan biri Osloda hökumət binasına edilən və səkkiz nəfərin ölümünə səbəb olan bombalı hücumdur. Digəri isə Utoya adasında Fəhlə Partiyasına edilən hücumdur. Bu hücum nəticəsində 69 nəfər həyatını itirmişdir.

Breyvik hücumlardan əvvəl “Avropa müstəqillik bəyannaməsi” adlı kitabında öz fikirlərini yazmışdır. Kitabın 1518-ci səhifəsində isə özünü elmi dünyagörüşünün və müasir biologiyanın çempionu elan etmişdir. Onun əhəmiyyət verdiyi kitablar arasında Ç.Darvinin “Növlərin mənşəyi” adlı əsəri yer alır (1).

Darvinist təhsil insanlara həyatın heç bir məqsədinin olmadığı yalanını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum olmuş, bədbin və cani xarakterli ruhi xəstələrə çevirir.

Breyvikə görə, “qüsursuz Avropa” sosial darvinizmin qanunlarını ehtiva etməlidir (2)

Breyvik kitabının 1202-ci səhifəsində Prinston Universitetindən darvinist bioloq Li Silverin yevgeninin yenidən tətbiqini müdafiə etməsinə tərəfdar olduğunu bildirir. Silverin dünyanın nüfuzunun indikinin yarısından da azına və ya 3.8 milyarda endirilməsi üçün “gələcək siyasətin məcburi radikal yönlü tətbiqi” fikirlərinə də eynilə qatılır (3). Eyni səhifədə Breyvikin Darvinin “soyqırımı və təbii seleksiya ... yanaşıdır” arqumentini nə qədər mənimsədiyi bu cümlələrdə açıq-aydın görünür:

“İkinci və üçüncü dünya ölkələri əhali artımının qarşısını almasalar, təbiət onların bu səhvini qıtlıqla düzəldəcək” (4).

Breyvik ardınca qərb dövlətlərinin bu təbii prosesə, yəni baş verəcək qıtlığa müdaxilə etməməli olduğunu belə müdafiə edir:

“Əgər say artımı qanunlarımıza tabe olmayan ölkələrdə qıtlıq baş verirsə, onlara kömək etməməliyik və ya müvəffəqiyyətsiz liderlərinə dəstək verməməliyik” (5).

“İfrat artıma ilk növbədə cavabdehlik daşıyan üçüncü dünya ölkələrinə qida yardımı dərhal durdurulmalıdır” (6).

Birbaşa Breyvikin özünün yazdığı bu sözlərdən açıq şəkildə görünür ki, o, darvinist təlim üzündən əxlaqi dəyərlərdən tamamilə uzaqlaşmış və bunun nəticəsində onlarla insanın ölümünə səbəb olan terror hadisələrini soyuqqanlılıqla həyata keçirmişdir.

Darvinist təlimin səbəb olduğu əxlaqi tənəzzülün başqa bir nümunəsi 17 uşağı öldürüb cəsədini yeyən amerikalı qatil Cefrey Dahmerdir. O, ölümündən qabaq “Dateline NBC” tv kanalına belə müsahibə vermişdir:

“Əgər insan məsuliyyət daşıdığı bir yaradıcının mövcud olduğunu düşünmürsə, o halda, niyə hərəkətlərini müəyyən hədlərdə islah etməyə çalışmalıdır? Elə mən də bunu düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim palçıqdan əmələ gəldiyimiz tezisinin gerçək olduğuna inanmışam. Öldüyümüz zaman hər şey bitir, artıq heç bir şey yoxdur” (7).

Darvinin kütlələri yönləndirdiyi yanlış inanc insanları seriyalı qətllər törətməyə, hətta insan əti yeyəcək qədər psixopatlığa sürükləyir. İnsanlara hər hansı bir yaradıcıya qarşı məsul olmadığını təlqin edən, onları başıboş və məqsədsiz varlıqlar olduğuna inandıran, insanı heyvan olaraq görən və ölümü son kimi göstərib insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə budur.

Son iki yüz ildir ki, dünyaya müharibə, qətl, zalımlıq, cinayət və hər cür bəla gətirən ən böyük batil güc darvinizmdir. Cəmiyyətlərdə inkişaf edən dinsizliyin, irqçiliyin və kütlə qətliamlarının səbəbkarı olan faşizm, kommunizm və dünya müharibələrinin ardında KEÇƏN ƏSRİN ƏN BÖYÜK YALANI VƏ BƏLASI OLAN DARVİNİZM DAYANIR.

Darvinin başlatdığı bu qara bəlanın cəmiyyətlərə mənfi təsiri dövrümüzə kimi davam etmişdir. Darvinizmin dövrümüzdəki dəstəkçilərindən olan Riçard Dokinzin son kitabı insanları Allah inancından uzaqlaşdırır, onları ümidsizlik və bədbinliyə doğru aparır. Buna misal kimi Amerikada müəllimin verdiyi Dokinzin kitabını oxuyub intihar edən 22 yaşlı bir tələbini göstərmək olar (8).

Dokinzin darvinizmin qaranlıq ideologiyasına əsaslandırdığı qorxulu düşüncənin təsiri bununla bitmir. O, “Unweaving the Rainbow” kitabının girişində bu həqiqəti belə etiraf edir:

“İlk kitabımın naşiri kitabı oxuduqdan sonra aldığı soyuq mesaj səbəbi ilə sıxıntı keçirdiyini və üç gün yata bilmədiyini etiraf etdi. Bəziləri də mənim səhərlər oyanmağa necə dözdüyümü soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə məzəmmət dolu məktub göndərdi. Məktubunda həmin kitabı oxuyan bir tələbənin yanına göz yaşı içində gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin ona pis təsir etdiyini yazırdı. Müəllim digərlərinin də təsirə düşməməyi üçün tələbəyə kitabı başqalarına göstərməməyi tövsiyə edib” (9).

Bu qaranlıq bəla, yəni darvinizm insanları ölüm və cinayətə, həmçinin vəhşiliyə sürükləyən, insanlara təsadüfən var olmuş heyvandan başqa şey olmadığını təlqin edən sapqın bir dindir. Bu dinin geridə qalan bir neçə təmsilçisi insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücü ilə çalışmağa davam edirlər. Buna görə də darvinizmin zəifliklərini təhsil ocaqlarında oxudulmasına qəti qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, həmçinin zülalın təsadüfən əmələ gələ bilməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi yerlə-yeksan etdiyini etiraf etmirlər. Lakin bütün bunlara baxmayaraq, 21-ci əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğunun bütün dünyada bilinməsinin ardından darvinizmi canlı tutmaq üçün göstərilən bütün cəhdlər boşa çıxmışdır.

__________________________________

[1] http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614

[2] Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386

[3] http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614

[4] Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386

[5] Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1202

[6] Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1203

[7] Kelly J. Coghlan, Houston Chronicle Sunday - 15 fevral, 2009

[8] http://www.worldnetdaily.com/index.php?fa=PAGE.view&pageId=81459

[9] Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company Newyork, 1998

 

Təhsil Müəssisələrindəki Darvinist Təlim Şiddət və Terrora Meyilli Nəsillərin Yetişməsinə Səbəb Olur

Dünyada heç bir şey təsadüfən olmadığı kimi, 20 və 21-ci əsrdə bütün dünyanı bürüyən hərc-mərclik də təsadüf deyildir. Allah bu hadisələrlə insanlara əhəmiyyətli bir nümunə göstərmişdir. Bütün dünya bunu anlamalıdır: əgər insanlar sevgi, qardaşlıq, dostluq və fədakarlıq üçün yaradıldıqlarını unutsalar, birlik olub güclənməyin yerinə bölünüb çəkişməyi tərcih etsələr, həmçinin batil cərəyanlara inanıb irəliləmək üçün öldürməyin və müharibənin labüd olduğuna inansalar, gözlədikləri münaqişələr öz başlarına gələr. Bununla belə, önəmli həqiqətlə üzləşərlər: münaqişə irəliləmə deyil, yalnız fəlakət gətirir.

Darvinizm Və Bu Fəlsəfədən Irəli Gələn Kommunizm Münaqişə və Müharibəni Əsas Alır

Heraklit (Herakleitos 576-480) ilk dəfə qədim Yunanıstandan başlayan və “mübahisə” mənasına gələn dialektikanın tərifini belə verir: “Hər şey ziddiyyətlərin mübarizəsindən doğur”. Heraklitə görə, müharibə bütün hər şeyin atasıdır. Dolayısilə, dialektikanın gərəkdirdiyi tezis antitezislə çəkişərkən onunla savaşmalıdır. Bir tezisin müdafiəçiləri digər tezisin müdafiəçiləri tərəfindən yeniləcəksə, bu, ancaq savaş və münaqişə yolu ilə olmalı və qarşı tərəf mütləq yox edilməlidir. Meydana gələn sintez bir müddət sonra yeni bir tezisə çevrilməli və savaş eyni sürətlə davam etməlidir.

Hegel və ardınca Marks buna birbaşa savaş adı verməsələr də, “çəkişmə” demişdilər. Kommunist liderlərin bunu savaş və qətliam kimi anlamağı uzun sürmədi. Onlar savaşın gərəkli olduğuna inanıb bunu marksizmin əsas şərti kimi gördülər. Dövrümüzün yaşıl kommunistləri bu savaş anlayışını rədd etsələr də, xain pusqular, gerilla savaşları, kütlə qətliamları kommunizmin gərəyidir. Hazırda Suriyada gerçəkləşdirilən qətliamlar, kommunist PKK-nın Türkiyənin cənub-şərq bölgəsində törətdiyi əməllər bunun nümunələridir.

Terror Təşkilatlarının Əsasında Kommunizm Durur

Terror bəlasından əziyyət çəkən ölkələrin qarşısında əksər hallarda kommunist ideologiya dayanır. Kommunizm o qədər canlıdır ki, adı rəsmən qoyulmasa da, Şimali Amerikanın bir hissəsinə, Şimali Avropaya və Orta Şərqin demək olar ki, hər yerinə hakimdir. Onsuz da rəsmi olaraq kommunizmlə idarə edilən Cənubi Amerika ölkələrini, Çin və Şimali Koreya kimi qızıl ölkələri saymağa gərək yoxdur. Bu kommunist-marksist hakimiyyət üzündən terror bütün dünyaya yayılmışdır. Açıq-aşkar marksist təhdidə göz yumanlar hələ də uzun müzakirə proqramlarında terrora həll axtarırlar. Fəqət eyni anda öz tədris müəssisələrində öz uşaqlarına dialektik təlim verirlər. Həmin uşaqlar məktəblərdə iki qarşı fikrin mütləq çəkişəcəyi yalanını, tarixin bu münaqişələrdən ibarət olduğunu və bunun nəticəsində cəmiyyətlərin irəliləyib rifaha çatacağını öyrənirlər. Dağlardakı terrorçular da, məktəblərdəki uşaqlar da eyni təlimi alırlar. Həmçinin həm kommunist ölkələrdə, həm də kapitalist ölkələrdə eyni təlimi keçirlər. Beləliklə, eyni üsulla savaşı şərtləndirən marksist düşüncə gizli şəkildə bütün ölkələrə yayılmağa davam edir. Burada bunu xatırlatmaq lazımdır: kapitalizm marksizmə vurulan zərbə deyil. Tam əksinə, Marksa görə, cəmiyyətlərin kommunizmə keçidi üçün əhəmiyyətli şərtdir. Kommunizm kapitalizmin təsiri ilə eqoistləşən, yalnız öz mənfəətini düşünən və insani dəyərlərdən uzaqlaşan fərdlərə və cəmiyyətlərə hakim olmağı gözləyir. Son iqtisadi böhran kommunizm üçün dərman rolunu oynamışdır. Marksist və kommunistlər üçün mühit hazır vəziyyətə gəlmişdir. Bunu görmək istəyənlər dünyada baş verən fövqəladə qarışıqlıqlara yaxından nəzər sala bilərlər.

 

Müharibə Mübarizənin Gərəyi Deyil

Ziddiyyətlər həmişə mövcud olmuşdur. Yaxşı və pislər arasındakı mübarizə dünya tarixinin ən başından bəri vardır. Lakin bu mübarizənin tərifini doğru-düzgün vermək lazımdır. Mübarizənin gərəyi heç bir zaman müharibə deyil. Ziddiyyətlərin mübarizəsi qarşılıqlı danışıqlara, elmi dəlillərin ortaya çıxarılmasına və sevgiyə, hörmətə əsaslanmalıdır. Heç kimi məcburən bir fikrə alışdırmaq və ya buna görə qətl etmək olmaz. Heç bir müharibə indiyə kimi cəmiyyətlərə irəliləyiş gətirməmişdir. 20-ci əsrin qanlı savaşları və hazırda da bitmək bilməyən münaqişələr silah sektorunu bəsləməklə mədəniyyəti, texnologiyanı, şəhər və iqtisadiyyatları məhv edir. Qorxu içində yaşayan xalqla irəli getmək mümkün deyil. Getdikcə yoxsullaşıb ac qalan, təhsil almayan, çalışıb istehsalatla məşğul olmayan xalq inkişaf etməz. Şəhər və qəsəbələr bombalanmaqla gözəlləşməz. Gənc nəslin ölməsi ilə cəmiyyətlər irəliləyə bilməz. Xirosima və Naqasakiyə atılan atom bombaları nəsillərlə davam edən fəlakətdən başqa bir şey deyil. Marksizmin önə sürdüyü qanlı dialektika cəmiyyətlərə xəyali inkişafı heç bir zaman bəxş etməmişdir və etməyəcək də. Əgər buna izin versək, dünyanı daha böyük fəlakətlər bürüyər, hər yer qan gölünə dönər.

Darvinizm dünyada baş verən bir çox qarşıdurmanın fəlsəfi dayaq nöqtəsidir. Təkamül nəzəriyyəsi canlı növlərinin tək bir hüceyrədən (ki darvinistlər bu canlı hüceyrənin necə əmələ gəldiyini elmi yöndən açıqlaya bilmir) təsadüfən və davamlı dəyişikliyə məruz qalaraq meydana gəldiyini iddia edirlər. Bu xəyali dəyişiklik və irəliləmə müddətinin ana ünsürlərindən biri isə qarşıdurmadır. Canlıların ancaq qarşıdurma ilə inkişaf etdiyini müdafiə edən bu amansız ideologiyanın əsası güclü olanların gücsüzləri yox etməyinə dayanır. Darvinizmin elmi nəzəriyyə kimi qələmə verilib dünya miqyasında dərsliklərə daxil edilməsi isə darvinist düşüncəni cəmiyyətlərə yaymışdır. Bu vəziyyət milyonlarla insanın həyatını itirməsinə səbəb olan müsibətlərlə nəticələnmişdir.

Darwinizm, dünyada yaşanan birçok çatışmanın felsefi dayanak noktasıdır. Evrim teorisi, canlı türlerinin, tek bir canlı hücreden (ki Darwinistler bu canlı hücrenin nasıl oluştuğunu da bilimsel olarak açıklayamamaktadır), sözde tesadüfler sonucunda sürekli değişim geçirerek meydana geldiğini iddia eder. Bu hayali değişim ve ilerleme sürecinin ana unsurlarından biri ise çatışmadır. Canlıların ancak çatışma ile gelişebileceklerini savunan bu acımasız ideolojinin temeli, güçlü olanların güçsüz olanları yok etmesine dayanır. Darwinizm aldatmacasının sözde bilimsel bir teori gibi lanse edilip, dünya çapında okul müfredatlarına dahil edilmesi ise, büyük bir kitle aldatmacasını beraberinde getirmiş ve sapkın Darwinist fikirler toplumlara yayılmıştır. Bu durum, milyonlarca insanın hayatını kaybetmesine sebep olan belalarla neticelenmiştir.

 

Qanlı Ideologiyalara Qarşı Əsaslı Həll Təhsil Ocaqlarında Birtərəfli Darvinist Təlimin Aradan Qaldırılmasıdır

Fikirlər bir-birinə zidd olduqda nəticəni ancaq elmi dəlilləri qarşıya qoymaqla, azad düşüncəyə önəm verib qarşı tərəfə sevgi və hörmət bəsləməklə əldə etmək olar; zorakılıqla deyil. İndi hər bir kəsin dünyanı bürüyən fəlakətlərin səbəbini anlamasının zamanı yetişib. Savaş məntiqini cəmiyyətlərə marksizm vermişdir və marksist topluluqlar gizlin şəkildə bunun əsas yolunu hazırlamışdır. Bunu durdurmağın yolu müharibəni qanuniləşdirən dialektika məntiqinin saxtakarlığını elmi yolla göstərməkdir.

1. Fosillər Təkamülü Təkzib Edir.
2. Tarixi Yalan: Təkamül Nəzəriyyəsi

3. Təkamül Yoxdur.
4. Darvinizm Böyük Bir Cəfəngiyatdır.

Tarixin qanlı dialektikası kimi azğın fikrə zəmin hazırlayan təbiətin dialektikası fikrinin məntiqsiz olduğundan bəhs etmək lazımdır. Həmçinin təbiətdə ov edən canlıların varlığı kimi, fədakar canlıların da mövcud olduğu göstərilməlidir. Bu əhəmiyyətli həqiqəti göstərmək üçün bütün dünyada uşaqlarımıza qanlı dialektika fikrini aşılayan təhsil sistemi dəyişdirilməlidir. Dünya nə bizə, nə də başqa canlılara savaş yeridir. Dünya bütün haqq dinlərdə Allahın bildirdiyi kimi ancaq sevgi ilə gözəlləşər. Allah bizdən sevib-sevilməyi istəyir. Bu dünya Allahın istəyinə uyğun olaraq sevgiyə yönəldiyimiz təqdirdə dəyişər.

 

Darvinizm Terrorun Qaynağı, İslam Isə Həllidir

Adnan Oktar: 11 sentyabr hadisəsini törədənlərin hamısı darvinist-materialist təlimdən keçən, Avropada təhsil alan və maddəçilik görüşünə sahib insanlardır. Kimliyində müsəlman yazılmasının əhəmiyyəti yoxdur...

Marksist yetişən, solçu təlimi keçən və darvinist-materialist təhsil alan insanların adının Həsən və ya Muhəmməd olması heç nəyi dəyişdirmir. Materialist və ya darvinist insanın törətdiyi əməl materialist-darvinist əməldir. Marksist əməldir. Dolayısilə, bunlara görə müsəlmanların üstünə düşmək mənasız işdir. Hər cür terror əməlini törədənlərə baxdıqda mütləq darvinist-materialist təlimdən keçdiyini görürük. Allahdan qorxan, Allahı canından çox sevən, axirətə gedəcəyinə inanan, cənnət-cəhənnəmə inanan bir insan gedib məsum uşaqları, qadınları bombalayarmı? Allahdan qorxan bir insanın buna gücü çatarmı? Nəinki bunu etməz, ağlından belə keçirməz.

Bunu edənlər, ümumiyyətlə, elə insanlardır; dediyim kimi, yəni dini təlim almış, lakin darvinist düşüncədəki insanlardır. Bunu İslama aid edə bilmərik. Terrorun qaynağı darvinizm və materializmdir. Marksizm, leninizm vardır; leninist düşüncədə terror şərtdir. Marksizm kommunizmin nəzəri, leninizm də praktik yönüdür. Həmin şəxslər də bunun gərəkdirdiyini edirlər. Lenin praktikaya çatmağın yolunun terror olduğunu deyir. Marksizm və leninizm düşüncəsində terror şərtdir. Həmin insanlar da eynisini edirlər, bu qədər...

İslamda müharibənin hüququ vardır. Bu, Quranda göstərilmişdir. Müdafiə savaşı var; qadın və uşaqlara əsla toxunmaq olmaz... Yalnız ölkəyə müharibə elan edilər, ölkə də sənə savaş elan edər. Leqal müharibə var, yəni açıq mübarizə aparılır. Amma sülh müqaviləsi bağladığın ölkəyə həmin müqavilə sabit olduğu halda, üç-dörd nəfər çıxıb: “Mən buna müharibə elan etdim”, -deyərsə, bu, olmaz. Hələ uşaqlara hücum edərsə, heç olmaz.

İslam Mədəniyyət, Bilgi, Sevgi, Sənət və Ağılla Yayılar. Rəzalətli Əməllərlə Yayılmaz. Qan Tökməklə Yayılmaz

Peyğəmbərimizin bütün savaşları müdafiə savaşı olub. Canını qoruma savaşı, yəni bir yerə gedib zor gücünə ələ keçirməmişdir. (Cənab Adnan Oktarın “Azernews” müsahibəsindən, 23 oktyabr, 2008)

İslam Əxlaqının Yaşanması Ilə Mükəmməl Mədəniyyət Meydana Gələr

Adnan Oktar: Xristian aləminin papası var, lakin Türk-İslam dünyasının lideri yoxdur. Türk-İslam dünyasının başına mütləq bir lider keçməlidir və birlik qurmalıdırlar. Birlik qurularsa, bu əxlaq dərhal yayılar. Bunu qəbul etməyən kimsə qalmaz.

Din cahillərinin, əqli zəiflərin, kitab oxumayan və dünyanı tanımayan insanlara qalarsa, terror da olar, qarışıqlıq da. Cinayətlər, kasıblıq, elm və sənətə qarşı çıxmaq və s. hər şey olar. Lakin İslam birlik halında yaşanan dindir. Türk-İslam Birliyi qurulub mənəvi lider seçildikdə o lider bütün nöqsanları aradan götürər. Bunun yerinə sevgi, mərhəmət, dostluq və qardaşlıq gələr. Təmizlik, estetika və elm gələr və bununla da mükəmməl mədəniyyət ortaya çıxar. Çox mükəmməl mədəniyyət meydana gələr. Buna görə də mən Türk-İslam Birliyinin qısa zamanda qurulmasını istəyirəm. (“Associated Press of Pakistan, 6 sentyabr, 2008)

Sevgiyə HƏ Nifrətə YOX

“Teröre karşı alınacak en kalıcı önlem sevgi ve dostluğu sürekli gündemde tutmaktır.
Hanif İslam dininin sevgi, barış ve kardeşlik anlayışı ile terör çözülür.
Şiddete, nefrete karşı sevgiyle kardeşlikle karşılık vermek gerekir.
“Teröre karşı sonuna kadar barışçı olacağız” demek terörü bitirir.”
Adnan Oktar

Iqtıbaslar

25 Bernard Lewis, İslam Dünyasında Museviler, İmge Kitabevi, İstanbul, 1996, Musevi Ansiklopedisi, Cilt 1, Yusuf Besalel, Gözlem Gazetecilik Basın ve Yayın AŞ, 2001, s. 246

26 18.8.2000, Ha'aretz Gazetesi; MiddleEast.Org, August 2000

27 Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 2

28 Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), s.196

29 New Evidence on Evolution of Early Atmosphere and Life, Bulletin of the American Meteorological Society, cilt 74, Kasım 1982, s. 1328-1330.

30 Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7

31 Jeffrey Bada, Earth, Şubat 1998, s. 40

32 Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, cilt 271, Ekim 1994, s. 78

33 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189

34 B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988

35 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179

36 Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cilt 87, 1976, s. 133

37 Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197

38 Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, ss. 75-94; Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, cilt 258, s. 389

39 J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, Aralık 1992

40 Alan Walker, Science, cilt 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, cilt 3, Cambridge: Cambridge University Press, 1971, s. 272

9 / total 10
"Harun Yəhyanın İslam Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top