MƏN AYƏ İLƏ, HƏDİSLƏ İSBAT EDƏRƏK HƏR MÖVZUNU İZAH EDƏRƏM. Allah Kitab Əhlini şəfqətlə “LailahəillAllah”a dəvət edin deyir.
İSRAİL PEYĞƏMBƏR ADIDIR, YƏHUDİLƏR DƏ PEYĞƏMBƏR NƏSİLİDİR. Yəhudilər Osmanlı dövründə də Müsəlmanların nəzarətində idilər.
HZ. İSA (Ə.S) GƏLDİKDƏ XRİSTİANLAR MÜSƏLMAN OLACAQ. Hz. İsa (ə.s)ı gördüklərində həqiqi İsaya bağlanacaqlar. Hz. İsa (ə.s) heç kimi zorla Müsəlman etməyəcək. ALLAHın HÖKMÜ AÇIQDIR, DİNDƏ MƏCBURİYYƏT YOXDUR.
KİTAB ƏHLİ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)i QƏBUL ETMƏKLƏ ÖHDƏLİKLİDİR. Tək bir haqq kitab vardır, o da Qurandır. HƏR KƏS QURANa UYĞUN YAŞAMALIDIR. Xristianlar "Məhəmmədiyəm" deyəcək, Hz. İsa (ə.s) məmnun olacaq. Hz. İsa (ə.s) Qurana tabe olaraq gələcək inşAllah.
GİZLİ NAMAZ QILAN BİR ÇOX YƏHUDİ VAR. İslam hər insanın fitrətində vardır. Yaxın dövrlərdə bütün Yəhudilər Quranı əzbər biləcəklər.
Təkamülə inananlar kiçik bir məlumat oxuyub inanırlar. Bu mövzuda çox cahildirlər. Bu haqda qəzet yazıçılarının belə ən çox bir səhifəlik məlumatları var . Cahil xalqı bax belə belə aldadırlar. Cahil xalqa onsuz da detallı izah etməyə ehtiyac yoxdur.
YƏHUDİLƏRƏ DƏ, XRİSTİANLARA DA ŞƏFQƏTLƏ YANAŞMAQ LAZIMDIR. GÖZƏL bir üslubla. Allah "gözəl bir USLUBLA MÜZAKİRƏ EDİN " deyir.Allah nəzakətli bir üslub istəyir . "Allahın birliyinə dəvət edin" deyir. Amma bir qisimi onları asıb-kəsməklə izah etməyə çalışır. İsa Məsih gələcək və hamısına mərhəmətlə yanaşacaq. Biz indiki mərhələdə bu insanları İsa Məsih üçün hazırlayırıq .
Yəhudilərin də, Xristianların da hamısının rahat olması, gözəl olması üçün cəhd göstərəcəyik. İNŞAALLAH ÖNÜMÜZDƏKİ İLLƏRDƏ HZ. İSA (Ə.S)ın GƏLİŞİ İLƏ MƏHƏMMƏDİLİKLƏ ŞƏRƏFLƏNƏCƏKLƏR.Onları çox gözəl bir həyat gözləyir. Bu, təzyiq etmədən olacaq. Qan axıdılmayacaq, bir adamın belə burnu qanamayacaq. Peyğəmbərimiz (s.ə.v)ın açıq vədi var.
Bəzi Xristianların Hz. İsaya (ə.s) Allah demələri (Allahı tənzih edərik), onların beyinlərini qarışdırırdı. Buna görə də Avropada Amerikada bir çox adam Xristianlığı tərk edir həmin vaxt.
Həqiqi bir Yəhudinin mütləq Məhəmmədi olması, Qurana uyğun hərəkət etməsi lazımdır. O zaman Tövrata sevgisi Hz. Musa (ə.s)a sevgisi çox mükəmməl və dürüst olar. Başı və vicdanı çox rahat olar.
İslam eşq dinidir. Xristianları da Yəhudiləri də qoruyar. Müsəlmanlar arasındakı məzhəb ayrımını heç bir zaman təsdiq etmir.
Hz. Musa (ə.s) Müsəlman idi, Hz. İsa (ə.s) Müsəlman idi. Yəhudilər Hz. Məhəmməd (s.ə.v)a iman etdiklərində Hz. Musa (ə.s) dövrü Müsəlmanı olarlar. Qüsursuz dindar olarlar. İsəvilər də, Hz. Məhəmməd (s.ə.v)a iman etdiklərində, Hz. İsa (ə.s.) dövrü Müsəlmanı olarlar. Xristianlığı tam yaşayarlar. Hz. Məhəmməd (s.ə.v)a iman; Yəhudilərin əlindən Hz. Musa (a.s)ı almaz, Xristianların əlindən Hz. İsa (a.s.)ı almaz. Əksinə, onları bir-birilərinə daha çox yaxınlaşdırar.