Allah qorxusunda dərinlik vardır. O, EŞQ qorxusudur. Tamamilə fərqli qorxudur. Məsələn, silahın və yaxud bombanın insanlarda yaratdığı təşvişə və qorxuya bənzəməz.
Allah, cəhənnəm qorxusu olmasa, dünyanın bütün nizamı pozular.
Bir yaşlı insana baxmaq çox çətindir. Tək Allah sevgisi ilə baxmaq istəməzlər, çətin gələr, amma Allah qorxusu ilə həm fədakarlıq edər, həm pulunu xərcləyər, həm də lazım gəlsə canını belə verər. MƏSƏLƏN, SIRF ALLAH SEVGİSİ İLƏ CANINI VERMƏYƏ BİLƏR, AMMA ALLAH QORXUSU İLƏ MÜTLƏQ VERƏR.
"Allah qorxusuna nə gərək var? Allahı mən uşaq qəlbimlə uşaq kimi sevmək istəyirəm "desən, uşaqcasına düşünmüş olarsan.
Allah qorxusu hikmətin də, ağılın da əsasıdır. Yəni Allah qorxusu olmayanda insanın ağlı yox olar. Onun üçün Allah qorxusu çox böyük nemətdir.
Sevgi, şəfqət, mərhəmət, yaxşılıq, gözəllik və ağılın təməlində Allah qorxusu vardır. Allah qorxusu olmadığı zaman, insanlar ağılasığmaz zülmlər edə bilərlər. "Mən Allahı sevirəm" deyər, amma qeyri-normal hərəkətlər edər. Allah qorxusu gözəl əxlaqın, gözəl davranışın təməlidir.
TƏKCƏ ALLAH SEVGİSİ OLSA, ALLAH SEVGİSİNİ YAŞAYA BİLƏCƏKLƏRİ MÜHİT OLMAZ. ALLAH QORXUSU OLMADIĞINA GÖRƏ DİNSİZLİK DÜNYAYA HAKİM OLAR.
Allah qorxusu aşiqi küsdürməməkdir. Mən Allah aşiqiyəm, eşqlə sevdiyim Allahı küsdürmək istəmirəm. Onun razı qalmaması mənə iztirab və acı verər.
Allah qorxusu qüvvətli sevgidən qaynaqlanan qorxudur. Yəni bir insanın bombadan və yaxud başqa nədənsə qorxması kimi deyil. AŞİQİNİ, AŞİQ OLDUĞU ALLAHI İNCİTMƏKDƏN QAYNAQLANAN QORXUDUR.