Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 16 may 2017> Click for more

Heç bir insan maddənin əslini görməmişdir. Heç bir insan beynindən çölə çıxıb maddənin əsli ilə təmasda olmamışdır.

Adnan Oktar deyir ki... 6 may 2017> Click for more

Göz görməz. Bütün gözlər kordur. Göz təkcə beyinə elektriki ötürər, beyində gözü olmayan biri bu elektriki rəngarəng təsvir olaraq görür.

Adnan Oktar deyir ki... 3 may 2017> Click for more

Allah gözü təkcə səbəb olaraq yaradıb. Gözdən beyinə çatan elektrik də çox zəifdir. Təsviri birbaşa ruh görür.

Adnan Oktar deyir ki... 15 fevral 2017> Click for more

Bir insanın görmə, eşitmə, toxunmadaki sistemi bildiyi halda, Allahı heç zikr etməməsi əsla başa düşülən hal deyil. Çox böyük qəflətdir.
Qulağa gələn atomları və elektriki beyində danışıq, musiqi, tiz və bas tənzimləməsi icra edilmiş şəkildə eşitmək heyranedici möcüzədir. Qulaqdan gələn elektrik keyfiyyətini insan təkcə uğultu şəklində qəbul edə bilər. Lakin musiqi kimi eşidir, istiqaməti bilir, əsas tiz və bas seçimi edir.
Görmənin gözlə əlaqəsi yoxdur. Göz təkcə elektriki ötürən mövqedədir. Təsviri beyinin içində işıltılı görən biri var. Təsvirin yaranması üçün beyinə gələn elektrik çox zəif elektrikdir. Bu zəif elektriki üçölçülü aydın təsvir kimi görmək böyük möcüzədir.
İşıq və rəng çox böyük hadisədir. Qapqaranlıq beyinin içində çox təfərrüatlı rəngli görənin kim olduğu barəsində darvinistlər heç düşünmək istəmirlər. Səsin eşidilməsi, səsi idrak edən bir şüurun olması çox böyük hadisədir. Hiss edən, eşidən, qoxunu qəbul edən kimdir? Bunlar çox böyük möcüzədir.

Adnan Oktar deyir ki... 17 yanvar 2017> Click for more

Beyinin içində gözü olmadan görən kimdir? İnsanlar bunu sorğu-sual etməlidir. Elektrik siqnallarını üçölçülü mükəmməl təsvir olaraq görən ruhdur.

Adnan Oktar deyir ki... 8 dekabr 2016> Click for more

Xarici aləmdə musiqi yoxdur. Hər insan musiqini beyninin içində eşidir. Xarici aləmdə təkcə səs dalğaları var, səsi musiqi kimi qəbul edən ruhdur. Ruhun musiqini eşitməsi üçün elektrikə, səs dalğasına ehtiyacı yoxdur. Səs dalğası, beyinə çatan elektrik, hamısı təkcə səbəb olaraq var.

Adnan Oktar deyir ki... 4 dekabr 2016> Click for more

Beyinə çatan çox zəif amperli elektriki insan danışma, musiqi, səs kimi eşidir. Səs beyində bilavasitə Allah tərəfindən dinlətdirilir.

Adnan Oktar deyir ki... 26 noyabr 2016> Click for more

"İŞİD-ə Türkiyə silah verdi iddiası" çox səmimiyyətsiz böhtandır, bu əsassız iddianın heç bir səbəbi, şərhi və məntiqi yoxdur. İŞİD-in silahları və güllələri həmişə xarici mənşəlidir, tək bir ədəd belə türk malı olan silahları yoxdur, olmayan bir şeyi söyləyib böhtan atırlar.

Adnan Oktar deyir ki... 19 oktyabr 2016> Click for more

Allah o qədər çox möcüzə yaradır ki, insan hara baxsa möcüzə görür. Ən böyük möcüzə isə insan beyninin içidir. Beynin içində gözsüz görən, qulaqsız eşidən biri var. Bu həqiqətin iman xaricində heç bir açıqlaması yoxdur. Göz maye bir quruluşun içindədir, oradan işıq keçir və tərs şəkildə təsvir meydana gəlir, çox zəif amperdə elektrikə çevrilərək beyinə gedir və beyində bu zəif elektrik mükəmməl rəngli çox aydın bir təsvirə çevrilir və gözü olmayan biri bu təsviri görür. Bu böyük möcüzədir.

Adnan Oktar deyir ki... 2 oktyabr 2016> Click for more

Allah sazdan zövq almağı nemət olaraq yaradıb. Sazdan səs çıxmaz, qulaq nəsə eşitməz. Titrəyişi musiqi olaraq yaradan Allahdır. Ruh Allahın sənətindən zövq alar. Ruhu maraqlandıran çöldən gələn aşağı amperlik elektrik cərəyanı deyil, Allah dərgahında yaradılandır.

Adnan Oktar deyir ki... 25 sentyabr 2016> Click for more

Hər insanın iki gözü də kordur. Göz elektrik axınını beyinə çatdıran cihaz kimidir. Beyində gözü olmadan təsviri görən biri var. Beyinin içində qulağı olmadan musiqini dinləyən kimdir? Təkamülçülər bir dəfə belə bu mühüm mövzu üzərində dayanmırlar.

Adnan Oktar deyir ki... 28 avqust 2016> Click for more

İlk yaradıldığı andan bəri heç bir insan beynindən kənara çıxıb təsvirin əslini görməyib. Hər insan beynin içindəki monitorun qarşısında yaşayır.

Adnan Oktar deyir ki... 24 may 2016> Click for more

Bir çox insan dünyanın həqiqi mahiyyətini anlaya bilmir. Çöldə rəng, işıq, səs yoxdur. Beyinin içində, gözü olmayan ruh rəngarəng dünya görür.

Adnan Oktar deyir ki... 24 aprel 2015> Click for more

Allahdan başqa heç bir varlıq yoxdur. Allah zamana və məkana tabe deyil. Allahın olduğu yerdə məkan olmaz. Məkan vəziyyəti olar. Məkan kölgəsi olar. Ancaq Allah mütləq varlıqdır.

Adnan Oktar deyir ki... 7 fevral 2015      > Click for more

Mal insanın beyninin içində yaradılır. Müsəlman beyninin içindəki görünüşü yox etməsi üçün Allaha dua etməlidir, bu qədər. Beyninin içindəki görünüşə qıymır, paylamağa qıymır.

Adnan Oktar deyir ki... 30 yanvar 2015      > Click for more

Kosmos boşluğunda, xarici kosmosda zaman yoxdur. Zaman beyində meydana gələn bir anın digər bir anla müqayisə edilməsi nəticəsində ortaya çıxan bir qavrayış və inanc forması olub, insan beynində meydana gəlir. Zaman beynin bir məhsuludur, bir inancdır. Çöldə zamanın olduğunu zənn edir. Bir an vardır, an içində olub bitmiş hadisələr vardır. Allah belə yaratmışdır.

Adnan Oktar deyir ki... 1 yanvar 2015      > Click for more

İçimizə əmanət bir ruh qoyulmuşdur, ən zəif maddədən yaradılmışıq. Qaya, polad, dəmir bunların hamısı möhkəmdir; amma ət-sümük ən davamsız maddədir. Dərhal dağılır. Dərhal çürüyər, dərhal parçalanar. Onun içindəki ruh orada gözləyir. Ət-sümük öldüyündə, o sərbəst olur.

Adnan Oktar deyir ki... 13 dekabr 2014    > Click for more

Allahdan başqa heç bir şey mütləq varlıq olmaz.

 Adnan Oktar deyir ki... 28 iyul 2014  > Click for more

Maddənin əslini heç bir zaman sonsuza qədər görəməzsiniz. Maddənin əslini bir tək Allah bilir.

Adnan Oktar deyir ki... 28 iyul 2014  > Click for more

Allahın Özünü gördüyü kimi Allahı görmək mümkün deyil. Çünki haşa Allah olmaq lazımdır, Onu sonsuza qədər bilməyəcəyik. Amma təcəlli olaraq cənnətdə, məsələn, bir gözəl gənc görünüşündə Allah təcəlli edir.

Adnan Oktar deyir ki... 24 may 2014> Click for more

Merac deyilən 3-cü ölçüdən 4-cü ölçüyə keçiddir. Kainatda ölçülər vardır. Biz üç ölçülü bir kainatdayıq. 4-cü ölçü var, indi onu görə bilmirik. 4-cü ölçüdəkilər bizi görərlər. Mələklər, cinlər bizi hal-hazırda izləyir. Amma biz onları izləyə bilmərik. Bizim onları görə bilməyimiz üçün nur olmamız lazımdır. Peyğəmbərimiz (s.ə.v)-də nur olaraq görmüşdür.
Peyğəmbərimiz (s.ə.v)-in Meraca gedərkən bədəni nura boyandı, maddə olmaqdan çıxdı. Maddə olmaqdan çıxınca xəyal sürətində hər yerə gedər, inşaAllah.

Adnan Oktar deyir ki... 22 oktyabr 2013 > Click for more

Hər iddia adamının münafiqi beyninin içində yaradılır. Çöldəki bədənini sən bilməzsən. Sən sənə göstərilənləri bilməkdə cavabdehsən. Məsələn, uşaq ölürsə, bu, sənin beynindəki uşaqdır. Çöldəki uşağı bilməzsən. Bu, Allahın elmi―Ledün elmidir. Yəni batin elmidir.

Adnan Oktar deyir ki... 20 oktyabr 2013> Click for more

Biz hal-hazırda yuxudayıq. Həyat da bir yuxudur və biz yuxu görürük. Biz bu yuxudan öldüyümüz vaxt ayılacağıq.

Adnan Oktar deyir ki... 28 sentyabr 2013> Click for more

Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi.

Adnan Oktar deyir ki... 11 sentyabr 2013> Click for more

İnsan beynindən kənarda, yəni çöldə zaman yoxdur. Tək bir an vardır. Sonsuz qısa zamana an deyilir. Allah sonsuz qısa zaman içində, sonsuz uzun zamanı yaratmışdır. İnsan taleyində baş verən hər şey bu qısa zaman içində olub bitib. Yəni sonsuz qısa zaman içində hər şeyi edib bitirib.

Adnan Oktar deyir ki... 21 İyul 2012> Click for more

Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

Darvinistlər bir şeyi izah etdikləri zaman Allah onlara onu etdirir. Özü edə bilməz. Beyninə hazır məlumat axır, yalnız onu söyləyir. Ondan kənar bir şey söyləyə bilməz. Nə ondan artığını, nə də əskiyini, tam doğrunu söyləyər.
Hər elm adamı beyninin içindəki elektron mikroskopuna baxar. Çöldəki elektron mikroskopla əlaqəsi yoxdur. Beynindəki kəşfi edər. Allah o kəşfi ona verər, o da ona veriləni tapar.
DÜNYA çox keyfiyyətli yuxudur. ŞÜURU AÇIQ ŞƏKİLDƏ YUXU GÖRÜRÜK. Diqqətlə baxsanız, başa düşərsiniz: beynimizin içindəki görüntünü seyr edirik.

Adnan Oktar deyir ki... 19 İyul 2012> Click for more

Bizə verilən bütün məlumatı Allah yaradır. Hər biri Allaha aiddir. Allah beynimizdən keçənləri də, zahirdə olanları da bilir.

Adnan Oktar deyir ki... 16 İyun 2012> Click for more

Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyilən bir şey yoxdur. Beyin bir hadisəni digəri ilə müqayisə edir, bu müqayisədən bir inanc meydana gəlir. Biz də bu inanca zaman deyirik.

Adnan Oktar deyir ki... 30 İyun 2012> Click for more

Bunların hər biri səbəbdir: Nə görmək üçün gözə ehtiyac var, nə eşitmək üçün qulağa, nə də dadmaq üçün dilə ehtiyac vardır. Bilavasitə Allahın yaratmasına ehtiyac var. Allah necə yaradırsa, o şəkildə olur.

 Adnan Oktar deyir ki... 30 İyun 2012> Click for more

Gözün , görmə mərkəzinin kor olduğunun şahidi oluruq . Bəs onda görən, beyindəki elektrik cərəyanını izləyən kimdir? Baxın, əsl “mən”, insan deyilən varlıq odur, yəni əsl görən varlıq odur.
Gözlər yalnız kamera funksiyasını həyata keçirir. Adi iki ədəd kamera kimidilər. Kameralar elektrik cərəyanını video qeyd ediləcək yerə necə aparırsa, o da eynilə aparıb beyindəki lazımi görmə mərkəzinə lentləri yerləşdirir, elektrik olaraq çatdırır. Bununlada işi bitir.
Burunda iybilmə hissiyyatı yoxdur. Burun qoxu qəbul etmir. Beyin də qoxu qəbul etmir Beyindəki ruh həmin elektrik cərəyanını qoxu olaraq qəbul edir.

Adnan Oktar deyir ki... 26 İyun 2012> Click for more

MÜTLƏQ VARLIQ YALNIZ ALLAHDIR. Allah xəyal olsun, sən mütləq varlıq olacaqsan, haşa. Onda sən küfrə düşərsən. SƏN XƏYALSAN, KÖLGƏ VARLIQSAN. ALLAH MÜTLƏQ VARLIQDIR. Bəzi adamlar Allahı radio dalğalarına bənzədirlər. "Allah hardadı?" deyər, haşa. "Radio dalğalarını görə bilirsən? Onun kimi" deyər. Bax, sən radio dalğası kimisən.

Adnan Oktar deyir ki... 24 İyun 2012  > Click for more

Sən ruhunun əsirisən, başqa cür heçnə edə bilməzsən. Mismar kimi mıxlanmış vəziyyətdəsən. Ruhun "yaz" deyir yazırsan.

 Adnan Oktar deyir ki... 24 İyun 2012> Click for more

Sən şüura tabesən, şüur sənə tabe olmaz. Şüur səni istiqamətləndirir, sən təkcə bacarmazsan. Laboratoriyada hər hansı bir şey tədqiq ediləndə şüurunda nəticə çıxarırsan. Şüur sənə nəzarət edir, sən şüuru idarə edə bilmirsən. Bundan əlavə şüur görmə, eşitmə, hiss etmə , toxunma, qoxulamadan ibarət ruhdur.

Adnan Oktar deyir ki... 22 İyun 2012  > Click for more

Allah sonsuz qısa zamanın içində sonsuz uzun zamanı yaratmışdır. Zaman sonradan bizim üçün yaradılmış bir şeydir. Allah zamana tabe deyil. Allah qatında təkcə "an" anlayışı vardır. Artıq burada zaman yoxdur. Sonsuz qısa zaman olub bitmişdir.
"Allahdan əvvəl nə vardı?" deyirsən. Çünki sənin üçün əvvəl və sonra anlayışı vardır. Allah zamanı yaradır, zaman yox. Təkcə bir an vardır. "An" ən qısa zaman, yəni sonsuz qısa zamandır. Sonsuz qısa zamanın da qarşılığı "an"dır.

Adnan Oktar deyir ki... 20 İyun 2012  > Click for more

Zaman insanın ağlındakı inanc, düşüncəsindəki şərhidir. Bir şeyi digəri ilə müqayisə etməsindən meydana gələn şərhdir.
Allah "ol" deyən kimi kainat yaranır. Allah Qatında təkcə an var. AN SONSUZ QISA ZAMANDIR. SONSUZ UZUN ZAMANI, SONSUZ QISA ZAMAN İÇƏRİSİNDƏ ALLAH YARADIB BİTİRMİŞDİR. Biz də bu anın içərisindəki zamanı yaşayırıq.

Adnan Oktar deyir ki... 29 May 2012  > Click for more

HEÇ BİR QULAQ EŞİTMƏZ. BÜTÜN QULAQLAR KARDIR. Səs dalğasını elektrik cərəyanına çevirər, beyinə aparar sadəcə. Vəzifəsi qurtarar ondan sonra. Orada qulağı olmadan eşidən ruh var. Həqiqi insan odur.

Adnan Oktar deyir ki... 29 May 2012> Click for more

Təkamülçülər həqiqi insanla heç maraqlanmırlar. Yəni gözsüz görən və həqiqətən görəni bir kənara buraxırlar. Görməyən, kor olan bir sistemlə, eşitməyən qulaqla maraqlanırlar.

Adnan Oktar deyir ki... 28 May 2012  > Click for more

HƏR EVİN QAPISI BİR KEÇİDDİR. Məsələn, birdən-birə küçəyə yeni bir aləmə açılır. O keçiddən yeni bir aləmə çıxırsan.

A9 TV 3 May 2012  > Click for more

Bədiüzzaman "əsir maddəsi var" deyir. Nikola Tesla da "əsir var" deyir. Hələ elm adamları bunu tapa bilməyiblər. Əsir deyilən bir maddə var, Bədiüzzamanın dediyi doğrudur.

A9 TV, 29 Aprel 2012  > Click for more

Görüntü, sevginin mənbəyi kimə aiddir? Əlbəttə ki, Allaha aiddir. Allahı unutmaq olarmı? Bu normal deyil. Allah "Şükr edin, nemətimi artırım" deyir. Çünki bütün nemətlərin əsl sahibi yalnız Allahdır.

Adnan Oktar deyir ki... 28 Aprel 2012  > Click for more

Mütləq yoxluq olmaz. Biri ortaya çıxıb "mən varam" dediyi zaman hər kəs artıq Allahın sonsuza qədər var olduğuna iman edir. Başqa cür mümkün deyil.
"Mən varam" deyildiyi zaman, bir varlıqdan bəhs edildiyində artıq sonsuza qədər Allahın yoxluğu qeyri-mümkündür. Çünki kiçik bir şeyin belə mütləq yoxluq kimi düşünülməsi qeyri-mümkündür.

Adnan Oktar deyir ki... 27 Aprel 2012  > Click for more

Biz maddənin əslini əsla dərk etməyəcəyik, maddədən yalnız Allahın bizə göstərdiyi qədər məlumatımız olar.

 Adnan Oktar deyir ki... 18 Aprel 2012> Click for more

"Görmək üçün gözə ehtiyac var" deyirsən. Ruh gözsüz görür. "Eşitmək üçün qulağa ehtiyac var" deyirsən. Ruh qulaqsız eşidir. Ruhun toxunmağa barmağı yoxdur, lakin hiss edir. Ağzı yoxdur, dad bilir. Dili yoxdur. İNSANLAR ƏSL İNSANI BİR TƏRƏFƏ QOYUB, CƏSƏDLƏ MƏŞĞUL OLURLAR. Artıq o cəsəddir.

Adnan Oktar deyir ki... 18 Aprel 2012  > Click for more

ELEKTRİKİ OXUYAN, ANLAYAN, GÖRƏN, EŞİDƏN VARLIQ RUHDUR… Əks halda, elektrik çıxaran bir cisim heç bir işlərinə yaramaz. Yəni ona insan deyə bilməzsən.

Adnan Oktar deyir ki... 17 Aprel 2012  > Click for more

Sağlam bir beyinlə, sakit başla düşündüyümüz zaman həm metafizik bir mühitdə olduğumuzu anlayırıq, həm də böyük bir ağlın, çox böyük bir ağlın, yəni uca Allahın hər yeri əhatə etdiyini, hər yerə hakim olduğunu görürük.

> Click for more

Darvinist maddənin əslini anlayanda bir də görəcək ki, bədəni onun istəklərinə cavab vermir. İdarə edəbildiyi isə sadəcə beynində yaranan görüntüsüdür.
3 ölçülü dərinlikdən nəzər saldıqda əşyaları uzaqda zənn edirik. Cisimlərin əsli ilə əsla əlaqə qura , toxuna bilmirik. Maddənin əsli şəffaf və rəngsizdir. Dalğalar əslində səssiz və qapqaranlıqdır. Bütün bunları səs və rəng olaraq şərh edən beynimizdir. Bizlər yalnız beynimizdəki bu görünüşləri seyr edə bilərik.
Allah can verir. "Allahın verdiyi canı Allaha vermərəm" deyir. Allah mal verir "malı Allaha vermərəm" deyir. Onda Allah bu adamı niyə cənnətdə yaratsın. BU GÖRÜNÜŞÜN HAMISI ALLAHA AİDDİR. BƏDƏN, RUH ONA AİDDİR. QƏDƏRDƏKİ BÜTÜN GÖRÜNÜŞ ONA AİD OLDUĞUNA GÖRƏ BİZƏ AİD OLAN HEÇ BİR ŞEY YOXDUR.
Maddənin əslini ürəyin və ağılın açıqca qəbul edəcəyi kimi isbat edirik. MADDƏNİN ÇÖLDƏKİ GERÇƏK ŞƏKLİNİ BİLMİRİK, ŞƏFFAF OLDUĞU ÜÇÜN FƏRQLƏNDİRƏ BİLMƏRİK. Biz yalnız Allahın beynimizdə yaratdığı qismi ilə əlaqədə oluruq. Çöldə yalnız var olduğunu bilirik, amma əslində beynimizdə yaradılanı görürük.
Beyindəki yaradılma hadisəsini tam qavrayan insan bütün elektronik alətlərin beyində yaradıldığını da rahatlıqla görəcək. HEÇ KİM MADDƏNİN ORİJİNALINI İNDİYƏ QƏDƏR GÖRMƏYİB. HƏR KƏS BEYNİNİN İÇİNDƏ YAŞAR.
HƏR BİR GEYİMİ ALLAH YARADAR. GERÇƏK GEYİMLƏR ƏSLİNDƏ RƏNGSİZ VƏ ŞƏFFAFDIR. Allahın beynimizdə yaratdığı geyim əsl geyim olur. Allahın xaricində kimsə maddənin əsli ilə əlaqə qura bilməz. Biz maddənin ancaq Allahın yaratdığı bənzəməsini görürük.
Yaradılış doğrudan Allahın möcüzəsidir. FƏRQİNDƏ OLMADIQLARI BÖYÜK BİR HƏQİQƏT DAHA VAR. MADDƏNİ BEYİNLƏRİNİN İÇİNDƏ GÖRÜRLƏR. Darvin heç bir zaman üçün beyninin xaricinə çıxıb çöldəkiləri təsbit edə bilməmişdir. Universitet professorları beyinlərinin xaricinə çıxa bilməzlər. Beyinlərinin içindəki mərcimək qədərlik bir hissə içində yaşayarlar. Oradakı monitordan seyr edərlər. HEÇ BİR İNSAN BEYNİNİN İÇİNDƏKİ BU EKRANDAN ÇIXIB ÇÖLDƏKİ KAİNATI GÖRMƏMİŞDİR.
Çöldəki dünya qapqara qaranlıqdır və maddə şəffafdır. ÇÖLDƏKİ DÜNYANI QƏTİ OLARAQ KİMSƏ GÖRƏ BİLMƏZ. İnsanlar Allahın göstərdiyi görünüşün xaricində heç bir şey görə bilməz .
Hər şeyi Allahın yaratdığını elmi olaraq isbat edirik. Elm heç kimin maddənin əslini görmədiyini isbat etdi. BÜTÜN İNSANLAR BEYİNLƏRİNİN İÇİNDƏ YAŞAYARLAR.
Mən "Bir az sonra bura fövqəladə varlıqlar gələcək və biz başqa bir yerə gedəcəyik" desəm və sonra söhbətə davam etsəm ətrafdakılar da bunu fövqəladə bir şey kimi görsə və heç maraqlanmasa bu qəribə olmazmı? "Maddə beynimizdə şəkil kimi görünür" deyirəm, izah edirəm, bəziləri yalnız dinləyib keçirlər. Halbuki, bunu bir az anlasa, bir az düşünsə şoka girər. Allahın yaratma sənətini və gücünü çox yaxşı dərk edər.
Hər an yaradılırıq,Allah davamlı yaradır. Beynimizdə hər şey davamlı bir-birini izləyən görünüş kimi yaradılır. Bu görünüşdə ulduzlar var, qayıqçılar balıq satır, simit satıcısı var... Həyat o qədər təbii göstərilir ki, insanların ikinci bir ehtimal verməsi qeyri-mümkün olur. "Əsl həqiqət budur" deyir. Halbuki, biz bunların yalnız beynimizdəki görünüşünü izləməkdəyiz. Bu Allahın sənətidir.
Küçədə bir çox insan ölü gəzir. Allah "sən onların gördüklərini sanarsan halbuki, onlar ölüdürlər" deyir.
İnsanların iman etməsinə ən çox təsirli mövzu maddənin əslidir. İnsanların əksəriyyəti görüntünün beyində meydana gəldiyini bilmir. Halbuki, maddənin əslini bilən bir insanın zehnində dünya həyatının həqiqəti, cənnət, cəhənnəm və axirət fövqəladə şəkildə dəqiqləşər.
Sonsuz əvvəl və sonsuz axır, sonsuz qısa zamanda yaradılmışdır. Allahın zaman və məkandakı dərin elmini anlamağa çalışmaq lazımdır.
Hər şeyi Allah yaradar, qul heç bir şey edə bilməz. Allah insanın ağzını, qırtlağını vəsilə edər biz də onları dinləyərik. Bu, bütün insanlarda belədir. Bütün güc və qüvvət yalnız Allahındır.
İnterneti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. İnsanların, çox vaxt beyinlərinin içindəki kompüteri gördüklərindən, beyinlərinin içindəki düymələrə basdıqlarından xəbərləri yox. Kompüter ekranının əsli, eşikdə şəffaf və qapqaranlıq. İnsanlar bu sirri bilsələr bir an yerlərində dayana bilməzlər.
İnsanlar möhkəm mala, pula bel bağlayırlar, halbuki bunların hamısı beynində yaradılır. İnsanların çöldə zənn etdiyi lakin yalnız beyinlərində yaradılan dollarların rəngi əslində yaşıl deyil. Onlar çöldə qapqara qaranlıqdırlar. Günəş də qaranlıqdır, işığı bizim beynimizdə yaradılar.
Vəhdəti-vücud bizim görüşümüz deyil. Hər şeyi Allah yoxdan və zamansız olaraq yaradar. Allahın haşa gözləməyə ehtiyacı yoxdur. Zaman bizə görə vardır, bizim üçün yaradılmışdır. Allah üçün zaman yoxdur, zamanı yaradan Allahdır.

30 Yanvar 2011; Kanal Avropa və Çay TV  > Click for more

CƏNABI ALLAH KAİNATI METAFİZİK YARATMIŞDIR. FİZİKA KİMİ GÖRÜLƏR, AMMA METAFİZİKADIR. Qardaşlarımız bunun doğru olduğunu 2012-ci ildə, 2013 və 2014-cü illərdə də görəcək.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com