Adnan Oktar deyir ki...

 

Adnan Oktar deyir ki... 24 may 2017> Click for more

Qəzəb bədənə çox zərərlidir, qəzəb nəticəsində insanın ürək ritmi pozula bilər, təzyiqi yüksələ bilər, beyin qanaması ola bilər. Qəzəblənən insan həm özünə, həm də ətrafına zərər verər. Müsəlman təvəkküllü olur, hər şeyi Allahın yaratdığını bilər və hüzurla hərəkət edər.

Adnan Oktar deyir ki... 21 may 2017> Click for more

Tale kinolent kimi axır. İnsan səmimi olmaqla məsuldur.

Adnan Oktar deyir ki... 16 may 2017> Click for more

Qəzəbi gülünc və alçaldıcı hesab etmək lazımdır. İnsan qəzəblənərək özünü alçaltmamalıdır. Qəzəbi məğlub etmək şeytanı məğlub etməkdir. Qəzəblənməmək ibadətdir. Mömin təvəkküllə, səbirlə hərəkət edərək qəzəblənməz.

Adnan Oktar deyir ki... 11 may 2017> Click for more

Tarixin təkamülü deyə bir şey yoxdur. Hamımız müəyyən edilmiş taleyi izləyirik. Bütün hadisələr taledə yaradılıb.

Adnan Oktar deyir ki... 22 aprel 2017> Click for more

Təvəkkül və səbir Allaha olan sevginin ən açıq dəlilidir. Yaxşı günündə Allahı sevib, çətinlik olduqda tərk etmək çox böyük əxlaqsızlıqdır.

Adnan Oktar deyir ki... 18 mart 2017> Click for more

Şans deyə bir şey yoxdur. Hər hadisəni Allah yaradar. Taledə olan reallaşar.

Adnan Oktar deyir ki... 14 mart 2017> Click for more

Tale sonsuz uzun zamanın, sonsuz qısa zaman içində yaradılıb bitmiş olmasıdır.

Adnan Oktar deyir ki... 4 mart 2017> Click for more

Biz təvəkkül əhli olaraq Allahın yaratdığı taleyə təslim olmuş bəndələrik. Allah nə istəsə o olar və o xeyir olar.

Adnan Oktar deyir ki... 3 dekabr 2016> Click for more

Qədərdə bəhs edilib bitmiş mövzulardan bəhs edirik. Hal-hazırda bəhs etdiyimiz mövzudan Fateh Sultan Mehmet İstanbulu fəth edərkən bəhs etmişdik. Rəsulullah (s.ə.v) Kəbədə bütləri devirərkən biz burada söhbət edirdik. Allah Qatında təkcə bir an var.

Adnan Oktar deyir ki... 13 noyabr 2016> Click for more

İnsanların böyük əksəriyyətində gələcək qorxusu ilə mal-dövlət toplama ehtirası olur. Bu, təvəkkülə uyğun olmayan, Allahın bəyənmədiyi davranışdır.

Adnan Oktar deyir ki... 1 noyabr 2016> Click for more

Müsəlman təvəkkülü olmalıdır. Qəzəbdən qaçmalıdır. Qəzəb fiziki cəhətdən də sağlamlığa çox zərər verər.

Adnan Oktar deyir ki... 21 iyun 2016> Click for more

Münafiqlər və dəccaliyyət çox təfsilatcıdır. Allah onları təfsilatın içində həlak edir, təfsilatın içində boğur. Müsəlman çox sadədir. Çünki hər şeyi Allaha buraxmışdır. Çox ağıllı yanaşar, təvəkküllə yanaşar. İşləri də həmişə rahat gedər, həmişə xeyirə nail olar.

 Adnan Oktar deyir ki... 19 may 2016> Click for more

Hər hadisəni Allah etdiyinə görə “Dost”un etdiyi hər şeydə xeyir var. “Dost”un etdiyi heç nədən ötrü kədərlənmək olmaz.
Allah "kədərlənmə" deyir. Tövsiyə zənn edirlər, fərz hökmdür bu. "Qorxma" fərz hökmdür, möhkəm hökmdür. Açıq əmrdir; "qorxma". Buna görə də müsəlman; kədərlənmək, üzülmək, bunlardan qaçmalıdır. Haramdır bunlar, təvəkküllü müsəlmanın edəcəyi şey deyil.
Təvəkkül etməmək nədir? Şirkdir. Acı niyə olur? Şirk qoşduğu üçün Allah tərəfindən ona cəza. Nağd cəza.
Allaha təvəkkül edilmədiyi zaman, qorxu və kədər, şirkin cəzası olaraq insana verilər.

 Adnan Oktar deyir ki... 12 may 2016> Click for more

Səbri tolerantlığa çevirməmək lazımdır, başqa cür səbir əziyyət olar. Səbir Allaha təvəkküllə, məmnuniyyət içində “Allah yaradırsa xeyir vardır” deyib sıxıntı, iztirab çəkmədən gözləməkdir. Başqa cür olduqda dözümlülük olur ki, o çətindir, Allah verməsin.

 Adnan Oktar deyir ki... 25 aprel 2016> Click for more

Peyğəmbərimiz (s.ə.v) ölən birinin ardından yas tutmağı haram etmişdir. Təvəkkül etməmək, Allahın etdiyinə razı olmamaq haramdır.

 Adnan Oktar deyir ki... 21 mart 2016> Click for more

Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz.

 Adnan Oktar deyir ki... 7 mart 2016> Click for more

Yas tutmaq Qədim Şumerlərin, Akkadların, Xetlərin, bütpərəst qövmlərin, Qədim Misirin tətbiqidir, Quranda bir çox ayə və hədislərlə qadağan edilmişdir. Allaha təvəkkül etməyə zidd davranışdır.

 Adnan Oktar deyir ki... 26 fevral 2016> Click for more

Kədərlənmək, ağlamaq və qışqırıb-bağırmağın olmamasına təvəkkül deyilir. Təvəkküllü insan demək, hadisələr qarşısında sarsılmayan, kədərlənməyən, ağlamayan, məhv olmuş reaksiyası göstərməyən insan deməkdir. Təvəkkül ayələrinin hamısı eyni zamanda yası ləğv edən ayələrdir.
Mömin ağılla hərəkət edər. Kədərlənməsi gözlənilən bir hadisədə təvəkkül edər, Allaha güvənər, sevinc içində olar. Onsuz da təvəkkül, bu cür hadisələr qarşısında yanlış reaksiya göstərilməməsinə deyilir.

 Adnan Oktar deyir ki... 17 fevral 2016> Click for more

Hüzn Allaha üsyan etməyin digər adıdır. Haramdır. Kədərlənmək, Allahın etdiyini bəyənməmək deməkdir. Allahın etdiyindən narahat olub buna qarşı göstərilən etiraza hüzn deyilər. İnsan Allahın təqdir etdiyi taleyi bəyənmirsə ağlayar. Kədərlənər, hirslənər, narahat olar.

 Adnan Oktar deyir ki... 15 fevral 2016> Click for more

Müsəlman Allaha olan imanından, təvəkkülündən ötrü hər zaman nəşəlidir. Cihad sahəsində də nəşəlidir, şəhid olarkən də nəşəlidir. Sevincindən nəsə itirməz. Lakin imanı zəif insanın əli-ayağı boşalar, ümidsizliyə qapılar, təşvişə qapılar, bədbəxtdir, ağlayar, qorxu içində yaşayar.

Adnan Oktar deyir ki... 22 fevral 2015> Click for more

Allah: "Təlaş etməyin. Təvəkküllü olun. Mənə buraxın. Ölərkən də çox rahat öləcəksiniz" deyir. Allah: "Amma təlaş etsəniz, təvəkkül etməsəniz canınız yanar" deyir.
Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst, səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır.

Adnan Oktar deyir ki... 18 fevral 2015> Click for more

İstədiyi şey onun üçün bir şər olur, lakin onun xəbəri yoxdur. İsrarla onun olmasını istəyir. Halbuki, o onun üçün şərdir. Allah ona nəsib etmirsə, onda xeyir var. Nəsib etmədiyində özündən çıxır. Sənə nəsib olduqda başın bəlaya girəcək. Allah səni qoruyur.
Universitet imtahanını keçə bilmədiyindən ötrü ağlını itirir. İmtahanı keçsən, bəlkə də, gedib orada öləcəksən. Bəlkə dəli olacaqsan, bəlkə ağlını itirəcəksən, bəlkə də sağlamlığını itirəcəksən. Allah sənə bir yaxşılıq edir. Buna razı olmalısan.
Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin. Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən.
Təvəkkülsüzlüyün nə faydası var? Yalnız əzab çəkmiş olacaq, boş yerə özünü alçaltmış olacaq. Allah qarşısında xəcalət çəkəcək. Özünü əzəcək və ağılsız, məntiqsiz anormal bir hərəkət etmiş olacaq.
Bəşəriyyət şirk və təvəkkül mövzusunu tam başa düşsə, tam inansa, tam qəlbinə yerləşdirsə, həyatda heç bir şeydən ötrü təlaşa qapılmaz.
Tale dəyişməz. Taleyə qarşı müqavimət göstərməyin adı əslində şirkdir. Allahdan başqa bəzi varlıqlarda güc və qüvvətin olduğuna inanmaqdır.

Adnan Oktar deyir ki... 9 fevral 2015> Click for more

Təvəkkülün sirrini açmış, onu tapmış, ona sarılmış adam, dünyanın ən böyük nemətinə, ən böyük rahatlığına sarılmışdır.
Taleyin nə olduğunu bilmədiyin təqdirdə sürünərsən, əzab çəkərsən. Amma qədəri bilsən Allah sənə bərəkət verər, nemət verər. İbadət etmiş olarsan. Çünki, hər an təvəkkül etmək, hər an namaz qılmaq kimidir.

Adnan Oktar deyir ki... 9 noyabr 2014    > Click for more

Tarixi yönləndirən Allahdır və onun yönləndirilməsində vəzifələndirilmiş qullar vardır, gizli qullar vardır. Gizli qullar tarixin yönlənməsində Allahın ilhamıyla istiqamətləndirilir.
İnsanlar başlarına gələn bir bəlanın əleyhinə olduğunu düşünməməlidir. Mütləq onda bir xeyir vardır. Allah Özünə qaytarmaq üçün edir.

Adnan Oktar deyir ki... 2 avqust 2014  > Click for more

Allahın planına insanlar uyacaqdır. Əməl etmədikdə Allah qan, iztirab, ağrını insanların üzərindən götürmür və daha da artırır.

Adnan Oktar deyir ki... 2 avqust 2014  > Click for more

Sevgi insanları, dünyaya hakim olanlar onlardır; amma dağınıqdırlar, dağınıq olduqları üçün də gücləri az olur.

Adnan Oktar deyir ki... 17 iyul 2014  > Click for more

Allah nə istəyirsə o yerinə yetirilər. Allaha qarşı müqavimət göstərmənin sonu fəlakətdir.

Adnan Oktar deyir ki... 19 may 2014> Click for more

Hiyləli quruluşu müsəlman görsə də çətinliyə düşməyəcək. Çünki onu yaradan Allahdır. Müsəlman sakit olacaq.

Adnan Oktar deyir ki... 18 may 2014> Click for more

Allah bir detal, hikmət yaradarkən mömin: "Biz Onun elminə bələd olamaya bilərik. Amma O bizim hər şeyimizi bilir. Biz Ona təslim olmuşuq"―deməlidir.

Adnan Oktar deyir ki... 15 may 2014> Click for more

Allah ilə əlaqənin heç kəsilməməsi lazımdır. Allah ilə əlaqə kəsilsə insan təvəkkülünü itirər. Təvəkkülünü itirən isə çox əsəbi, gərgin və narahat olar. Təvəkkül etməyi bir saniyə belə unutmamaq dünyada ən böyük nemətlərdəndir.

Adnan Oktar deyir ki... 18 aprel 2014> Click for more

“Hər şeyə ağlayın” məntiqi çox anormaldır. Bu, Məkkə müşriklərində, daha qədim dövrlərdə Şumer müşriklərində olan sistemdir. Çox səmimiyyətsiz şəkildə Allaha təvəkkül edilmədiyini göstərən hərəkətdir. Bir insan Allahın yaratmadığını düşünürsə ağlayar.

Adnan Oktar deyir ki... 5 aprel 2014> Click for more

Yas tutmaq məntiqi birmənalı olaraq düzgün deyil. Müsəlmanda elə şey olmaz. Dünyaya göndərən də Allahdır, Öz qatına alan da Allahdır. Qədərə təslimiyyət, Allahın xeyrinə, gözəlliyinə, bərəkətinə etimad etmək lazımdır, doğru olan budur. Əks təqdirdə insana yaraşmayan hərəkətdir.
Allah canını aldığına görə, onu xeyirlə dünyaya gətirmiş, xeyirlə də Öz qatına almışdır. Ağlamağın mənası yoxdur. Rəbbimizin qədərindən razı olmaq, onda xeyir görmək möminin xüsusiyyəti olmalıdır.
Mömin həmişə sevincli, xoş əhvali-ruhiyyəli olmalıdır, Allahın hökmünə razı olmalıdır. Hz. Mövlana deyir: "Mən vəfat edərkən bayram edin". Şəbi Arus ilə Mövləvilər Mövlana üçün çalğıları ilə rəqs edərlər.
Cənnət sevinc yurdudur, sonsuz xoşbəxtlik və gözəllikdir. Hər şeyin ən yaxşısının olduğu bir yurda vəfat edən bir vildanı yola salırsansa yas tutmaq fikri səhv olar. “Allahın etdiyini bəyənmədim, mən daha yaxşısını bilirəm” mənası verər. Haşa. Allaha şirk qoşmaq olar

Adnan Oktar deyir ki... 29 mart 2014> Click for more

Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Saray səni xoşbəxt etməz. Allaha təvəkkül etmək səni xoşbəxt edər. Təvəkkül etdinsə, bütün iztirablar yox olar, çünki insan zəifdir. Allah bir nemət olaraq yaratmışdır.

Adnan Oktar deyir ki... 14 mart 2014> Click for more

Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir.

Adnan Oktar deyir ki... 24 fevral 2014> Click for more

Allaha təvəkkül etməlisən. Allaha təvəkkül etməsən hər şey sənə əzab verər, hər şeydən sıxılarsan. Hər şey səni qorxudar. Dünyanın bütün hadisələri sənin üzərinə gəlir. Ayənin ifadəsi ilə göyün yüksəkliklərində ürəyin sıxıldığını hiss edərsən. Allaha təslim ol, ürəyin rahatlansın.

Adnan Oktar deyir ki... 5 fevral 2014 > Click for more

Hər zaman hər şeydə xeyir olduğunu unutmaq olmaz. Allah dünyanı sabit saxlamaz; dayanmadan hərəkətləndirər, canlandırar. Həmişə hərəkət, həyəcan vardır.

A9 TV ; 3 yanvar 2014> Click for more

Hər şeydə bir xeyir var. Mehdiyyətin bir mərhələsindəyik.

Adnan Oktar deyir ki... 4 oktyabr 2013> Click for more

Nə münafiqlərin, nə də materialistlərin Allahın diləməsi xaricində bir gücləri yoxdur.

Adnan Oktar deyir ki... 13 sentyabr 2013> Click for more

Allah yaxşı insanlar üçün dünyanı şəkildən-şəklə salaraq dizayn edir.

Adnan Oktar deyir ki... 11 sentyabr 2013> Click for more

Allahın gözəl bir planı var, o plan həmişə fəaldır.

Adnan Oktar deyir ki... 1 sentyabr 2013> Click for more

Mehdiyyət hələ dünya yaradılmadan əvvəl var idi və qiyamətə qədər də etibarlıdır.

Adnan Oktar deyir ki... 29 avqust 2013> Click for more

Allah dünyanı dizayn edir. Suriyanı, İraqı, İsraili, Türkiyəni hazırlayır, hər yeri hazırlayır. Bütün dünya qonaqların, yəni hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişi üçün bayram hazırlığı kimi hazırlaşırlar.

Adnan Oktar deyir ki... 20 iyul 2013> Click for more

Amerikanı, Rusiyanı fərqli bir güc zənn edirlər. Bütün güc Allahındır. Atoma, elektrona hər şeyə hakim olan Allahdır. Sonsuzluğa hakim olan da Allahdır.

Adnan Oktar deyir ki... 7 iyul 2013> Click for more

Hadisələrə tam siyasət gözü ilə deyil, iman gözü ilə baxmaq lazımdır. Bütün “dərin dövlətlərə”, insanlara və hadisələrə hakim olan Allahdır. Hadisələrin ledün cəhətlərini yaxşı görmək lazımdır.

Adnan Oktar deyir ki... 16 iyun 2013> Click for more

Qədərdə tarix yalnız mehdiyyətin qalibiyyəti üzərində hazırlanıb.

Adnan Oktar deyir ki... 12 iyun 2013> Click for more

Türk millətinin qədəri mehdiyyətin xaricində bütün istiqamətlərdə bağlı yaradıldı. Türk millətinin qədəri yalnız mehdiyyətə açıqdır. Əbəs yerə çalışıb, cəhd göstərirlər.

Adnan Oktar deyir ki... 19 may 2013> Click for more

Rəbbimizin dediyindən başqa bir şey baş verməz. Haşa, Allahla kimsə döyüşə bilməz. Qədəri kimsə dayandıra bilməz. Qədərə boyun əysinlər, özlərini Allahın öhdəsinə buraxsınlar. Allaha güvənin, Ona sığının.

Adnan Oktar deyir ki... 3 may 2013> Click for more

Qədər təsadüflər nəticəsində getməz. Qədər Allahın planladığı şəkildə Allahın yaratdığı şəkildə axar. Buna görə başıboş gedən bir qatar, haradan uçacağı müəyyən olmayan bir şey, belə bir quruluş yoxdur. Bu qatarın hara gedəcəyi müəyyən, hansı stansiyalarda olacağı müəyyəndir. Peyğəmbərimiz (s.ə.v) açıqlamış və həmişə oralardan keçir, başqa yerdən keçə bilməz.

Adnan Oktar deyir ki... 27 İyul 2012> Click for more

Müsəlman silahına, ailəsinə, yoldaşlarına, puluna deyil, Allaha güvənməlidir.
Təvəkküllü insanlar qeyri-adi dərəcədə sağlam və şən olarlar. Dərdləri olmaz. Elə insanların fiziki xəstəlikləri də olmur.
Bir insanın təvəkkül etməməsi üçün dəli olması lazımdır. Təvəkkül ən böyük nemət və rahatlıqdır. ƏN GÜCLÜ ƏSƏB DƏRMANININ, STRESS ƏLEYHİNƏ OLAN DƏRMANLARIN BELƏ EDƏ BİLMƏYƏCƏYİ TƏSİRİ TƏVƏKKÜL EDİR.

Adnan Oktar deyir ki... 21 İyul 2012> Click for more

Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir.
Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır.

Adnan Oktar deyir ki... 20 İyul 2012> Click for more

Darvinin, Marksın dediklərinin hər biri Allah qatında hazır idi. Məsələn, Marksın kapitalı daha o doğulmadan əvvəl, heç atası belə doğulmamışdan əvvəl hazır idi, AMMA ALLAH ONA ÖZÜ YAZIRMIŞ KİMİ GÖSTƏRİR. Beynində elə göstərilir.

Adnan Oktar deyir ki... 19 İyul 2012> Click for more

Fironu, Nəmrudu, Darvini, Stalini, Lenini, hər birini yaradan Allahdır. Allah hər bir kommunistin, dinsiz, imansızın fəaliyyəti qədərdə onlar daha doğulmadan əvvəl yaratmışdır. Buna görə də Allahın istəyindən kənara çıxa bilməzlər.
Darvinistlər, materialistlər, kommunistlər, onlara görə, Allahı aciz vəziyyətə salmaq üçün, haşa, səy göstərirlər. Lakin heç bir təsiri olmaz. Çünki qədərdə onları, onların İslam əleyhinə fəaliyyətlərini yaradan da Allahdır.

Adnan Oktar deyir ki... 18 İyul 2012> Click for more

İnsan təvəkkül edir, amma puluna, yoldaşlarına, fiziki qüvvəsinə, silahına, tayfasına təvəkkül edir. Belə olmaz. TƏK GÜC ALLAHDIR. Tək təvəkkül edilməli olan ALLAHDIR. Mütəvəkkil, vəkil tutmaq, güvənmək deməkdir. Yəni Allaha təslim olmaq, Allahın öhdəsinə buraxmaqdır.
ALLAHA TƏVƏKKÜL EDƏN ƏN BÖYÜK RAHATLIĞI YAŞAYAR. DÜNYADAKI ƏN BÖYÜK, RAHATLIQ ALLAHA TƏVƏKKÜL ETMƏKDİR. Yəni Allaha təvəkkül etməkdən başqa belə fərahlıq, xoşbəxtlik verən başqa bi şey yoxdur. İman və Allaha təvəkkül etmək lazımdır, amma bunları haqqı ilə etməliyik.

Adnan Oktar deyir ki... 13 İyul 2012> Click for more

Dünyanın atomları maşAllah, inşaAllah zikrlərini dayanmadan hiss edir. Belə olduqda qədər dayanmadan dünya hakimiyyətinə doğru dəyişər. Qədərin qidası “maşallah, inşaAllah” zikrləridir. Qədər maşaAllah və inşaAllahı sevər.

Adnan Oktar deyir ki... 30 May 2012  > Click for more

Allah ayədə "Allah bilər, siz bilməzsiniz" deyir. İnsan öz özbaşına " kaş ki, belə olmasaydı " deyir. Sən sonsuz həyatı, Allahın razılığını qazanmağı məqsəd qoymursanmı? Bax gözəl olan da odur.
Əslində insanlar qədəri tam bilsələr çox rahat olarlar. Tam kamillik dərəcəsində qədəri bilsələr, bunu rahatlığı bir başqadır. Allah qədəri ən gözəl şəkildə yaradır. İnsanlar bəzən bəyənmirlər, halbuki, onun üçün ən gözəli, ən doğru olanı odur.

Adnan Oktar deyir ki... 8 May 2012  > Click for more

Batini olaraq yanaşsaq insan qədərində olmayanı düşünə bilmir. Məsələn, düşüncəsindəki pərdələr açılır. "Dərin düşünərək bu hala gəldim" deyə fikirləşər, amma dərin düşündüyü saat, vaxt da müəyyəndir. Ondan artıq dərin düşünə bilməz.

Adnan Oktar deyir ki... 27 Aprel 2012  > Click for more

İnsanların Allaha təslim olmaması möcüzədir, iman həqiqətidir. Əsl iman təkcə qarışqanın həyatını, saatı araşdırmaq deyil. İNSANLARIN DÜNYAYA MEYL ETMƏSİNİ ARAŞDIRMAQ LAZIMDIR. BU, DAHA BÖYÜK BİR İMAN HƏQİQƏTİDİR.
Allah "Vücudunuzu, səsinizi, baxışınızı, saçınızı, yeməyinizi, evinizi, diqqətinizi, geyiminizi, hər şeyi, hər yerinizi gözəlləşdirəcəyəm" deyir, "Yaşayışınızı, danışığınızı, yeyib-içməyinizi, hətta ölümünüzü belə gözəlləşdirəcəyəm, cənnətdə də sizi gözəlləşdirəcəyəm" deyir. Bütün bunlar yalnız Allaha təslim olmaqla olur .

Adnan Oktar deyir ki... 18 Aprel 2012> Click for more

Allah güc verməsə Firon addımını təyin edə bilməz. Allah nə vəd edirsə, qədərində nə varsa onu edər.

Adnan Oktar deyir ki... 13 Aprel 2012  > Click for more

Allah bütün kainatı bir an içində yaratmışdır.

Adnan Oktar deyir ki... 5 Aprel 2012  > Click for more

ALLAHIN GÜCÜNƏ GÜVƏNMƏK, RƏHMƏTİNƏ, MƏRHƏMƏTİNƏ GÜVƏNMƏK İBADƏTDİR. Allahın incə detallı düşüncəsinə inanmaq ibadətdir. Haşa, bir insan Allahı bunları düşünə bilməz deyə düşünsə, bu əxlaqsızlıq olar.

> Click for more

Bədənimiz, ruhumuz, qədərimiz HƏR ŞEYİMİZ ALLAHA AİDDİR.
Küfrə düşməmək üçün bir şey edərkən inşAllah deməlisən. Hər şeyi edən Allahdır.
Çətinliyi tərif etmək üçün Allah “göyə yüksəlirmiş kimi olarsan” deyir. Amma ALLAHA ÜRƏKDƏN TƏSLİM OLSAN, ÜRƏYİNDƏ BİR SAKİTLİK TAPARSAN .
MÜSƏLMAN TAM SƏMİMİYYƏTLƏ ALLAHa TƏSLİM OLACAQ. Müsəlman "bədənim də ruhum da Allaha aiddir" deyəcək.
Allaha səmimi təslim olanlarda fərahlıq və gözəllik olar. Allah hər şeyi bir məqsədlə yaratmışdır. Təvəkkül Allahın dünyada verdiyi ən əhəmiyyətli nemətlərdəndir. Təvəkkül etməyən insanda psixoloji narahatlıq başlayar. ALLAHA TƏVƏKKÜL EDƏNİN DÜNYASI GÖZƏL OLAR.
Hal-hazırdakı söhbəti bizə danışdıran , bütün danışıqları yaradan , hər şeyi yaradan Allahdır. Hər şeyi Allah yaratdığına və hər şey xeyirlə yaradıldığına görə kədərlənmək və çətinlik haram olar.
Kədər və çətinlik, -Haşa- "hadisələri mən meydana gətirirəm" mənasını verər. "Mən də bundan sıxılıram" demək olar. Elə o zaman şirkə qaçırsan. HÜZNÜN VƏ ÇƏTİNLİYİN MƏNŞƏYİNDƏ ŞİRK VARDIR. İnsanlar şirkə qaçır, Allahın təcəllisi olaraq görmürlər. HƏR ŞEYİ VƏ BÜTÜN GÖRÜNÜŞÜ ALLAHın YARATDIĞINI BİLDİYİNDƏ, KİMƏ VƏ NƏYƏ KƏDƏRLƏNƏ BİLƏRSƏN ONDA?
Müsəlmanın ürəyi həmişə şükürlü olacaq, KƏDƏR HARAMDIR. HƏR ŞEYİ ALLAHın YARATDIĞINI BİLƏN ƏSLA KƏDƏRLƏNMƏZ.
Allah ayədə "Allahın qədrini haqqı ilə təqdir edə bilmədilər" deyir. Allah insanların, ümumiyyətlə, belə bir bəlanın içində olduğunu söyləyir. Halbuki, HEÇ BİR ŞEYİ İNSAN ÖZ İRADƏSİ İLƏ EDƏ BİLMƏZ. ANCAQ ALLAH DİLƏSƏ EDƏR.
Cüzi iradəni də küllü iradəni də Allah yaradar. Bunu qəbul etməyənlər elə bilir ki, özlərinə bir ilahlıq verəcəklər (Allahı tənzih edərik). Halbuki, insan acizlərin acizidir. Hər şeyin yaradıcısı Allahdır. Ağılı olan, vicdanı olan bu mövzunun içindəki gözəlliyi, qeyri-adiliyi düşünüb tapa bilər.
Çarəsiz, qorxan, kədərlənən müsəlman olmaz. Müsəlman, Rəsulullah (s.ə.v) kimi olacaq.
Kədərlənmək haramdır, Müsəlman hüzurlu olmalı. Kədərlənmək ancaq Allaha təvəkkülsüzlükdən yaranır. Hər hadisəni Allah edir, qarşıdakı insan deyil və Allah o hadisəni mütləq xeyirlə meydana gətirir. Ən ümidsiz kimi görünən hadisələri də Allah yaradar.
Allaha iman və təvəkkül dünyadakı ən böyük lüksdür. İnsan təvəkkülü unutduğunda dünya üstünə çökər. Təvəkkül etdiyində isə bütün dünya onun xidmətinə girər.
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com