Müəllif Haqqında

ADNAN OKTAR BİR GÜNÜNÜ NEÇƏ KEÇİRDİYİNİ AÇIQLAYIR

 


 


Oda TV, 25 sentyabr 2008

 

Adnan Oktar: Mənin günüm çox mənalı keçir və çox işləyirəm, əlavə yuxuya vaxt ayıra bilmirəm, çünki mən yuxunu həyatdan alınmış bir parça kimi görürəm. Onun üçün 3-4 saatdan çox yatmaram, sabah namazından qalxıram. Ondan sonra daima hərəkətdə oluram. Qəzet oxumaqdan çox xoşum gəlir. Amma internet vasitəsilə deyil. Xəbərləri çox sürətlə oxuyuram, məni maraqlandıran yerlər varsa onları qeydə alıram. Onların təkrar incələnmək üçün dostlarıma verirəm. Mən heyvanları, çiçəkləri, bitkiləri çox sevirəm. Çoxlu pişiyim var və çox şirindilər. Məsələn birini anası tərk elədi. Böyüdü, böyük pişik oldu amma uşaq kimi qaldı. Daima sevgi istəyir və heç vaxt evin qabağından çəkilmir. Bu da mənim çox xoşuma gəlir. Mənim sevgi, qayğı duyğularımı daha da artırır. Xüsusiyyətindən biri də ona həmişə ciyər verilməlidir. Ağaclarım var, meyvə ağacları, onlarla maraqlanıram. Bir qismi yeni əkildiyindən onların gübrə verilməsinə, budanmasına diqqət edirəm. Keçən dəfə bir çiçək almışdım, bir xeyli çiçək açmış, təzə tumurcuq vermişdi. Axşam diqqətlə ona baxdım, çox cəlbedici, çox şahanə bir şey, yəni təəccüblüdür incə kökü çox uzanmış, çiçəyi də çox gözəl, rəngləri də canlı idi. Bunlar Allahın verdiyi çox gözəl nemətlərdir. Yəni o qədər ki, baxmaqla insanın buna nə vaxtı çatar, nə də ömrü yetər.


 


İHA, 6 aprel 2008

 

İHA: Bir də sonuncu olaraq Adnan Oktar şəxsi həyatında nə edir? Demək istədiyiniz bir şey varmı? Necə yaşayış tərziniz var? Bunlara aid bölüşmək istədiyiniz bir şey varsa...

Adnan Oktar: Şəxsi həyatımda mənim ən çox sevdiyim pişiklərdi. Mənim bir ordum var, onlarla məşğul oluram. Şəkil çəkmək çox xoşuma gəlir. Müasir şəkil çəkirəm. Bağça işləri ilə məşğul oluram, ağacları budayıram, bəzən gülləri, çiçəkləri səliqəyə salıram. Bəzən də şəhərə çıxıram. Əvvəllər çox şəhərə çıxmazdım, indi daha çox çıxıram.


 


Tempo TV, dekabr 2008

 

Adnan Oktar: Məktəb illərimdə ömrüm həmişə axtarmaqla keçdi, daima oxuyurdum, araşdırırdım, incələyirdim. Mən küçədə çox gəzən, ora bura gedən biri deyildim. Evdə kimya laboratoriyam olub. Həmişə onunla məşğul olurdum. Dulusçuluq tərzində çalışmalar edərdim, heykələ oxşar şeylər düzəldərdim. Gildən rəsm çəkərdim, hələ də rəsm çəkirəm, 3 metrin 2 metrə olan nisbətində yağlı boyadan tablo hazırlayıram. Müasir rəsmlər çəkirəm, bir çoxlarını dostlarıma hədiyyə olaraq verdim. Qara qələmlə rəsmlər çəkərdim. Ondan çox xoşum gələrdi, evdə müxtəlif kiçik şeylərin maketlərini, təyyarə maketləri hazırlayaraq günümü bu cur dəyərləndirirdim. Amma daha çox kitab oxuyurdum və kitab oxumaqdan çox zövq alırdım.

 

 


Kuşadası TV, iyul 2008

 

Adnan Oktar: Mənim ən çox sevdiyim heyvanlar pişiklərdir. Məsələn, Duman adlı pişiyimi gördünüzmü? Onlara baxmaqdan doya bilmirəm. Balaları var, onlarla da maraqlanıram. Dovşanlarım var onlar çox gözəldirlər. Allah onlarda çox gözəl təcəlli edir. Keçən gün də iki quzu aldım. Onlar  şirin, gözəl varlıqlardır. Onlar insanı çox sakitləşdirir, fərəhlədir insanı, şəfqətini daha da artırır, ruhunu rahatladır. Allahın çox gözəl nemətləridir. Əsasən onlara vaxt ayırıram. Onlar xaricində vaxtım olarsa hovuzda bəzən üzürəm.

 

 


Gaziantep Kanal 5, 20 sentyabr 2008

 

Adnan Oktar: Hamısı bir-biri ilə eyni olmur. Məsələn, bəzi reportajlar olur ki, onlarla daha çox məşğul oluram. Amma tez qalxmağı xoşlayıram. Sabahları tez dururam. Çox yatmaq məni narahat edir. 3-4 saat yatıram. Tez qalxıb duş alaraq rahatlanıram. Bir az da gəzirəm, bu zaman daha da rahatlayıram. Özümə yüngül səhər yeməyi hazırlayıram. Onu da deyim ki, zeytunu çox xoşlayıram. Daha sonra ağır yeməklərdən uzaq dururam. Tərəvəz yeməklərini xoşlayıram, çoxunu da özüm hazırlayıram.

 

Cənab Adnan Oktar Memar Sinan Universitet xatirələrini anır.

 


 

Kırşehir Ahu TV, 15 iyul 2008

 

Adnan Oktar: Maşallah, təbii ki, hidayət verən Allahdır. Mən məktəb illərinə qədər namaz qılmırdım. Məktəb illərinin son dövrlərində Türkiyədə o vaxtlar terror, münaqişə var idi. Allahın varlığı, birliyi haqqında düşünürdüm. Marksizm və faşizm mövzularını araşdırırdım. Mənim olduğum yer hadisələrin mərkəzi idi. Ankara siyasi elmlər fakültəsi, Ankara Qurtuluş liseyi, hüquq fakültəsi mənim həmişə olduğum mühitlər idi. Həmişə silahlı çatışmalar, hadisələr olur, bombardmanlar olurdu. Yəni gözümün qabağında adamlar döyülürdü. Silahlanmalar olurdu. Allah məni qorudu. Hadisələri yaxından görürdüm. Küçədə nümayişlər olurdu. Allah məni belə bir mühitdə yetişdirdi. Elə bir mühitdə özüm-özümü düşünərək bu yola girdim. Əlhəmdülillah, İslam yoluna Quran yoluna tam olaraq girdim. Hətta heç yadımdan çıxmır, namaza başlayacağım vaxt Ankaraya - Ulusa getdim. Xatırladığım qədəri ilə bazar günü idi. Yerdə kitablar satılırdı, kiçik kitablar. Orda satılan “Namaz hocası” deyə bit kitab var, kiçik incə bir kitab idi. Oradan kitab aldım və özüm necə başa düşdümsə elə də qılmağa başladım. Sonra Ömər Nəsuhi Bilmənin “Tam ilmihal”nı aldım. Orda tam geniş şəkildə idi. Beləcə həmin kitabı gecə-gündüz oxuyurdum. İmam Qəzzalinin “İhya”nı, İmam Rəbbaninin “Məktubat”nı aldım. Son olaraq Səid Nursinin “Risale-i Nur Külliyyatı”nı aldım. O məndə çox ciddi və dərin təsir bağışladı. Çox böyük faydasını gördüm, Əlhəmdülillah. Həmin vaxtlarda savadım bir xeyli artması ilə əlaqəli idi ki, danışmağa adam axtarırdım. Öz-özümə nə edim dedim? Gözəl Sənətlər Akademiyasını düşündüm, çünki ora çox yaxşı idi. Həm Marksistlərin çox olduğu bir yer, yəni tamamilə onların hakimiyyəti olan yer idi, eyni zamanda sənətin qalası idi. Ustad Səid Nursi həzrətləri ilə ateizimə qarşı mübarizə edəcəyik. Onda mən tam yerinə gedirəm dedim. İmtahanlarına girdim. Allaha şükür o vaxt məktəbi üçüncü olaraq qazandım. Rəsm imtahanlarına girmişdim. Rəsmlərimi çox bəyənmişdilər. Müəllimlərin biri gedib, biri gəlirdi. Qara qələmlə gözəl rəsm çəkirdim. Rəsmlərim onlara çox təsir etmişdi və məktəbi üçüncü olaraq qazandım. Məktəb mənim üçün çox uyğun idi. Emalatxanası var idi, davamiyyət məcburiyyəti yox idi, yəni daima yoxlanılmırdı. Məktəb səhərdən axşama kimi idi. Emalatxana da açıq olurdu. Allaha şükür inanılmaz fəaliyyət oldu. Darvinizmlə əlaqəli kitablar payladım, təbliğ etdim, o haqda danışdım. Məktəbi yaxşıca məlumatlandırdıqdan sonra mən düşündüm ki, indi fəlsəfə bölməsinə keçməliyəm və İstanbul Universitetinin imtahanına girdim. Oranı da qazandım və orada da fəaliyyətimə başladım. Amma düşündüm ki, tək-tək danışmaqdansa kitab yazmaq daha təsirli olacaq və daha geniş kütlə oxuyacaq. O zaman kitab yazmağı qərarı aldım. Sonra məlum bu əsərlər meydana çıxdı. Mən əvvəllər bunları tək-tək insanlara danışırdım. Məsələn, darvinizimlə əlaqəli olaraq sənədlər yığmışdım, qovluğum var idi. Qara qovluq, onu açıb bir-bir danışırdım. Sonra düşündüm ki, bunları qovluqda daşıyacağıma kitab olsun daha yaxşı olar, hamıya asan şəkildə paylamış olaram. Sonra belə çox uğurlu işlər oldu. Allaha çox şükür. Amma bunları edən Allahdır. Ətrafıma insanları toplayan, onlara sevdirən də Allahdır. Çünki möcüzədir. Universitet tələbəsi bir insan, gənc, yaraşıqlı və varlı, son dərəcə ağıllı, kollec qurtarmış və yaxşı bir ailəyə mənsubdurlar. Belə insanları dünya gözləyir, dünyanın bütün nemətləri gözləyir. Amma bu insanlar mənim adımı eşidərək yanıma gəlirlər. Əlhəmdülillah, dediklərim onlara çox təsir edirdi, bəlkə də səmimiyyətdən irəli gəlirdi.

 

Al Bağdadi, 5 avqust 2008

 

Adnan Oktar: Mənim ailəm müasir, klassik bir ailədir. Ankarada orta səviyyəli bir ailə. Ailəmiz anam, atam, qardaşım, nənəm və babamdan ibarət idi. Təkcə rəhmətlik babam namaz qılar. Atam da Cümə namazlarına gedərdi, anam və qardaşımda namaz qılmazdılar. Mən məktəb illərində, namazı öyrəndim. Allahın varlığının açıq olduğunu görərək namaz qılmağa qərar verdim. Kitablar aldım. O dövrdə Ömər Nəsuhi Bilmənin ilmihalını almışdım. Səid Nursi həzrətlərinin də kitablarını aldım. Ona oxşayan daha bir çox kitablar aldım. Hətta Hüseyin Hilmi İşığın tam ilmihalı vardı, çox detallı məlumatlar olan kitab olduğu üçün almışdım. İmam Qəzzalinin “İhyası”nı, İmam Rəbbaninin “Məktubatı”nı, Əbu Leysi Səmərqəndi həzrətlərinin əsərlərini almışdım. Bundan başqa əsərlər, hazır kiçik kitablar, yəni əsrimizin alimlərinin və yaxud yazıçılarının yazdığı kitabları almışdım. Onları oxuyaraq getdikcə biliyimi artırmışdım. Sonra akademiyaya gəldiyimdə İstanbuldakı Fındıqlı Gözəl Sənədlər Akademiyasını qazanmışdım. Oranı qazanmağım mənim üçün çox da gözəl oldu. Yəni istədiyim bir yer idi. Bu baxımdan məktəb tamamilə marksistlərin əlində, Marksistlərin hakimiyyəti altında idi. Burada istədiyim kimi təbliğ edə bilərdim. Bunun üçün də fəaliyyətə başladım. Məktəbin koridorlarında, tənəffüslərdə, hətta dərsdə təbliğ edirdim. Bəzən müəllimlər gəlib həmin qrupları dağıdırdı. Emalatxana dərslərində təbliğ etməyə müəllimlər icazə vermirdilər. Bu şəkildə fəaliyyətimə davam edirdim. Orada indi də məşhur müəllim və professorlar işləyirlər. Onlarda təkamül nəzəriyyəsini izah edən kiçik kitabçalar var idi. Mən onlara kitablar paylayıb və onlardan tənqid gözləyirdim. Müəllimim siz oxuyub mənə tənqid edə bilərsinizmi? deyirdim. Amma əsil məqsədim təbii ki, kitabı oxumaları üçün səbəb yaratmaq idi. Tənqid etməklə yanaşı oxuduğundan nəticə alacağını bilirdim. Düşündüyüm kimi də olurdu. Məktəbdə daha çox təsirli oldum. Ətrafımda çoxlu dostum oldu. Sonra İstanbul Universitetinin fəlsəfə bölməsinə keçdim. Orda da yenə marksistlərin hakimiyyəti var idi. Yenə eyni şəkildə fəaliyyətə başladım. Sonra kitab hazırlamaq işlərinə başladım və hələ də davam etdirirəm.

 

Çay TV, 23 iyul 2008

 

Adnan Oktar: 1979-cu ildə Gözəl Sənətlər Akademiyasının memarlıq bölməsini dördüncü olaraq qazanmışdım. Amma işin doğrusu məktəbə qəbul olma məqsədim memarlıq oxumaq deyildi. Sadəcə təbliğ etmək üçün uyğun bir yer idi. Həqiqətən ora marksistlərin, bir çox sol fraksiyanın nəzarətində idi. Demək olar ki, namaz qılan heç yox idi. Yəni olanda özünü gizlədirdi. Heç ortada elə biri yox idi. Yaxınlıqda Molla məscidi vardı. Mən sadəcə ora namaza gedirdim, cümə namazlarını və normal gün içindəki namazlarımı orada qılırdım. Təbliğ üçün son dərəcə uyğun olduğunu gördüm. Hətta bizim olduğumuz binada olan tələbələrdə yanıma gəlirdi. Belə olduqda ətrafımda çoxluq olurdu. Bu fəaliyyətimi dayandırmaq, bu formada danışıqlar etməməyim üçün yanıma müəllimlər də gəlirdilər. Ancaq buna baxmayaraq mən fəaliyyətimə davam edirdim. 2-3 il oradakı fəaliyyətimdən sonra ətrafımda 3-4 nəfər dostum oldu. İlk irəliləyiş elə oldu daha sonra yavaş-yavaş böyüməyə başladı.

 

Mersin TV, 5 sentyabr 2008

 

Adnan Oktar: 1979-cu ildə Gözəl Sənədlər Akademiyasına gəlmişdim. Akademiyanın kitabxanası vardı. İlk dəfə orda fosil rəsmləri tapmışdım. Anti-darvinist rəsmləri. Amma kitablar darvinizmə aid idi. Ancaq yenə də fosil rəsmlərini qoymuşdular. Baxdım, fosillər heç dəyişməmiş. Ancaq elə də çox qoyulmamışdı. Məktəb kitabxanasının surətçıxaran maşını ilə onların surətini çıxardım. Özümə qalın bir qovluq hazırladım. Hilmi Yavuz adında fəlsəfə müəllimim vardı. O zamanlarda marksist və sol fikirlərə sahib idi, yəni dinə qarşı bir hərəkəti var idi. Dinə inanmırdı. Mən ona təkamüllə əlaqəli o kiçik kitabçanı vermişdim mübahisə etmişdik. Allaha çox şükür illər sonra çox böyük dəyişikliklər oldu. Hilmi Yavuz müəllim də indi Allaha inanan və dini təbliğ edən biridir. Ərcümənt Tarcan adlı müəllimim də var idi. Bilmirəm yaşayırmı, əgər yaşayırsa Allah uzun ömürlər versin. O da o zaman darvinist düşüncələrə sahib idi. Heç yadımdan çıxmaz, demişdi ki, “tək bir hüceyrə yaratsınlar mən özümü məktəbin pəncərəsindən atacağam”. Məktəbin pəncərəsi də 3 metrə idi. Müəllimin oradan özün atmasını istəməzdim. Maşallah çox təsir etdiyini də görmüşdüm. Mən o vaxtlar hər yerdən rəsmlər yığırdım. “Elm və Texnika” jurnalından yaradılışı tam təsdiq edən dəlillər tapmışdım. Bunun sayəsində də çox gözəl çalışma hazırlamışdım. Allahın son zamanlarda bu qədər güclü dəlillər verməsi bir möcüzədir. Allaha şükür, misal olaraq dünyanı bu qədər yenilənməsi Rusiya da çox böyük nəticəyə yol açdı.

 

Sivas Sipas TV, 2 sentyabr 2008

 

Müxbir: Üç il ərzində Memar Sinan Universitetində tək başına məsciddə namaz qıldınız. Bu zaman ərzində hər hansı bir çətinliklə qarşılaşdınızmı? Sizə bu zaman ərzində təsir edən hər hansı bir hadisə oldumu? İnsanın tək olması, tək olaraq müqavimət göstərməsi düşünürəm ki, çətindir, asan olmamışdı. Tək olaraq mübarizəyə çıxdınız. Biz bu mövzuda sizdən məlumat almaq istəyirik.

Adnan Oktar: Təbii ki, ilk təbliğ etmələrimdə bir neçə insan gəlirdi və yenə gedirdilər. 1979-cu ildən 1981-ci ilə, hətta 1982-ci ilə qədər belə oldu. Məsələn, üç-beş insan gəlir, onlardan biri və ya ikisi qalırdı. Əlbəttə bu da Allahın qisməti idi. Amma mən böyüyüb artacağımızı, güclənəcəyimizi bilirdim. Çox səbirli olmağımı da bilirdim. Mən çalışmağa başlayarkən, məktəb tamamilə Marksistlərin hakimiyyətində idi, yəni bir çox sol terror qrupu və sol frakisiyonlar orada hakim idilər. Mən məktəbin yeməkxanasına gəlib çoxluq olan yerdə təbliğ edirdim, danışırdım, açıq bir mübahisə olurdu. Ətrafımıza tamamən solçular yığılırdı. Ancaq mənim çox təsiredici olduğumu görürdülər. Darvinizmi, materializmi tənqid etməkdə çox riskli olduğunu gördülər. Bizim məktəbin emalatxanasındakı solçu tələbələr maket bıçağı olur, maket hazırlayarkən hər şey edə bilərik mesajını vermək istəyirdilər. Onlar mənə dedilər: “Burada sənin bu tərz işlər etməyini istəmirik.” “Amma mənin dediklərim həqiqətdir” dedim. Əgər siz müzakirə etmək istəmirsinizsə, böyüklərinizi gətirin onlarla müzakirə edək. Onu da qəbul etmədilər.

Müxbir: Universitetin ilk illəri idi?

Adnan Oktar: Bəli, ilk illəri idi, 1979-cu ildən 1982-ci ilə qədər olan. Bunları gizli-gizli edirdim. Molla məscidi mənim kitab yığma yerim idi. Məsciddə bir yerdə gizlədirdim. Kitabları minbərin arxa hissəsində olan yerdə gizlədirdim. Çoxlu kitablar gətirməyim diqqət çəkmiş olardı. Məsələn, qara plastik qovluğuma 10 dənə qoyurdum, sakit-sakit tələbələrə bunu oxu mənə izah et, tənqidini mənə gətir. İlk olaraq sənə öyrətmək üçün bir kitab verirəm demirdim. Sadəcə tənqidini gətir deyirdim. Çox gözəl təbliğ etmə üsulu idi.

 

Ordu Kanal 52, 29 avqust 2008

 

Adanan Oktar: Bəli, 1979-1980-cı illərdə Fındıqlı Gözəl Sənətlər Akademiyası idi. O zaman memarlıq bölməsini qazanmışdım, həm də dördüncülüklə qazanmışdım. Müəllimimiz olan Hilmi Yavuz məşhur fəlsəfi şair və təhsil işçisi idi. Dərslərdə müəllimimiz Darvinizmindən danışırdı, materialist fəlsəfəni izah edərdi. Marksizmi danışardı ancaq müdafiə edəcək tərzdə danışardı. Mən də onun dərslərində iştirak edirdim. Bir gün ona Darvinizmlə əlaqəli kiçik bir kitab verdim və dedim:

- Müəllim, siz mənə bu kitabın tənqidini edərsinizmi?

- Məmnuniyyətlə

dedi.

Müəllimimizin oxuyub-oxumadığını 2-3 həftə izlədim, daha sonra otağına getdim. Ondan kitabı oxuduğunu soruşdum. Oxuduğunu bildirdi. Fikriniz nədir? dedim. Çox təsirlənmiş olduğunu üslubundan başa düşdüm. Yenə bir gün çıxış qapısında danışmaq üçün dostlarla qarşısını kəsmiş kimi oldum və dedim:

- Müəllim, təzə fosil tapılıb, bu insanın təkamül mövzusunda son nöqtəni qoyan bir dəlildir, nə deyirsiniz?

dedim. Əlimdə o vaxt surəti var idi yanımda gəzdirirdim ona nəzər saldı.

- Fərz edək ki, Darvinizm yıxıldı, bəs onda nə olar?

dedi.

Başa düşdüm ki, müəyyən bir qənaətə gəlmişdi, hər kəs Allahın inancına qayıdır. Əksini müdafiə edən heç kim yoxdur dedim. Ondan sonra Hilmi Yavuz müəllimlə bir az aramız açıldı. Ondan sonra məni gördüyü zaman yolun dəyişirdi. Ancaq indi maşaAllah, həm darvinizmə qarsı, həm dini müdafiə edən bir yolu var. MaşaAllah çox dəyişdi. Demək o zamanki məlumatlar uzun müddət təsirli olmuşdur, inşaAllah.

 

 

 

 
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top