< <
2 / total: 24

Giriş

Münafiq təhlükəsi, İslam aləminin ən vacib və ən mühüm mövzularından biridir. Çünki İslamın qarşısındakı ən hiyləgər qüvvə “münafiqlik”dir. Münafiqlik, əsrlərdən bəri “müsəlman aləmini hiyləgərcəsinə gəmirən”“məhv etməyə çalışan” şeytani bir sistemdir. Lakin müsəlmanların böyük əksəriyyəti bu böyük təhlükədən lazımınca xəbərdar deyil. Əksər insan İslam aləminin qarşısında dayanan əsil qüvvənin, “inkarçılar” olduğunu düşünür. Halbuki müsəlmanların ən böyük düşməni “münafiqlər”dir. Münafiqin, müsəlmanlara qarşı duyduğu kin, qəzəb, nifrət və həsəd, inkarçılarınkından çox şiddətlidir. Eynilə narkotikdən istifadə edən birinin narkotikdən olan asılılığı kimi; münafiqin də müsəlmanlara alçaqlıq, pislik, düşmənçilik etmək, böhtan atıb tələ qurmaq asılılığı var. Küfr əhli də İslamı və müsəlmanları sevməz; lakin onlardakı kin və nifrət münafiqlərdəki kimi şiddətli deyil.

Bu gün İslam aləminin bu vəziyyətə düşmüş olmasının əsas səbəbi də yenə münafiqlikdir. Suriyada, İraqda, Əfqanistanda, Fələstində, Sudanda, Misirdə, Liviyada, Yəməndə, Arakanda və daha bir çox yerdə yaşanan zülm və əzabların ən mühüm səbəblərindən biri, İslam aləmindəki münafiqlərdir. İslam aləmində “müsəlmanların əzilməsini, kütlələr halında qətlə yetirilməsini təşkil edən” alçaq dəstə həmişə münafiqlərdir. Dünyada hökm sürən dərin dövlətlərin və dinsiz ideologiyaların əldə etdikləri güc də, yenə həmişə münafiqlərdən aldıqları dəstək sayəsində güclənmişdir. Münafiqlərin dünya dərin dövlətləriylə əməkdaşlıq edərək müsəlman cəmiyyətlər üzərində oynadıqları oyunlar, “İslam aləmində qanın su kimi axıdılmasına, minlərlə müsəlmanın şəhid edilməsinə” səbəb olmuşdur. Hələ də hər keçən gün oynanan bu oyunlara yenisi əlavə olunur və müsəlman cəmiyyətlər yeni-yeni əzabların içinə doğru sürüklənməyə çalışılır.

Dolayısilə bütün bu tələlərin puç edilə bilməsi üçün, İslam aləmində münafiqlik yolunun möhkəm şəkildə bağlanılması əsas şərtdir. Bunun üçün də əvvəlcə “münafiqlik təhlükəsi çox yaxşı görünməli” və sonra da “dünya səviyyəsində bütün müsəlmanlar münafiqləri çox yaxşı müəyyənləşdirə biləcəkləri şəkildə məlumatlandırılmalıdırlar.”

Bu çox yaxşı başa düşülməlidir ki; “münafiqlərin məğlub olması, İslamın qalib olması deməkdir”. Münafiqlər məğlub olmadan, İslam da qalib ola bilməz. Buna görə də, İslamın dünya hakimiyyətini həsrətlə gözləyən, gecə-gündüz bu məqsəd üçün səy göstərən bütün müsəlmanlar, əvvəlcə münafiqliyin elmi cəhətdən zərərsizləşdirilməli olduğunu unutmamalıdırlar. Əgər İslam aləmindəki münafiqlik fitnəsi həll olsa, müsəlman aləmində əsrlərdir ki, görünməmiş şəkildə böyük hüzur, bərəkət və fərəhlik yaşanacaq.

1400 ildən bəri bu məqsədlə hərdənbir münafiqlərlə bağlı müxtəlif əsərlər yazılmış; tarixdəki münafiqlər haqqındakı bəzi məlumatlar bu kitablarda bir yerə toplanmışdır. Lakin 1400 ildən bəri, münafiqin hiyləgər aləminin, alçaq xarakterinin, şeytani oyunlarının və namərd üsullarının üstünü açan; münafiq əxlaqsızlığını, gündəlik həyata dair bütün incəlikləriylə ortaya qoyan bir əsər hazırlanmamışdır. Müsəlmanların böyük əksəriyyəti bu mövzuya kifayət qədər əhəmiyyət verməmiş və “münafiqin əxlaqsızlığını bütün İslam aləminə tanıtmağın” nə qədər mühüm mövzu olduğunu görməyiblər. Halbuki əsrlərdən bəri, hər dövrdə müsəlman aləmindəki bütün fitnələri münafiqlər törətmiş və etdikləri hərəkətlərlə İslam aləminin parçalanmasına, müsəlmanların əzab çəkməsinə səbəb olmuşlar.

Məhz bu kitab, İslam aləmindəki bu böyük fitnənin bitməsinə vəsilə olacaq “münafiqliyin üstünü açmaq” məqsədiylə hazırlanmışdır. Allahın Quran ayələri ilə müsəlmanlara tanıtdığı bu ikiüzlü, saxtakar insanların “hiyləgər və alçaqca üsulları, psixoloji təzyiq və usandırma üsulları” bu əsərdə çox ətraflı analizlərlə açıqlanmışdır. Oyundan-oyuna, saxtakarlıqdan-saxtakarlığa keçən, şeytan kimi hiyləgər və alçaq bir varlıq olan münafiqin bütün pisliklərinin üstü açılmışdır. Gizlicə göstərdikləri hiyləgər fəaliyyətlərlə müsəlmanları yox etməyi hədəfə alan bu şeytani dəstəyə qarşı, “Quran əsasında necə bir mübarizə aparılmalı olduğu və münafiqlərin müsəlmanlara oynamaq istədiyi oyunların necə zərərsizləşdirilə biləcəyi” də, yenə bütün incəlikləriylə bu kitabda qeyd edilir.

Müsəlmanların, Quranda və hədislərdə tanıdılan, “tarixdəki tanınmış münafiqlər” qədər, “əsrimizdəki münafiqlərin hansı hiyləgər üsullarla mübarizə apardıqlarını bilmələri” də olduqca əhəmiyyətlidir. Buna görə də, kitabda, hazırkı münafiqlərin, “XXI əsrin bütün texnoloji, sosioloji imkanlarından və psixoloji müharibə üsullarında da istifadə edərək”, müsəlmanlara qarşı necə bir mübarizə apardıqları da, gündəlik həyatdan çox ətraflı nümunələr verilərək açıqlanmışdır.

Allahın bu mühüm əsərdə qeyd edilənləri vəsilə etməsiylə, dünyada müsəlman aləmini daxilən yox etməyi hədəf alan bu hiyləgər qüvvəyə qarşı çox böyük müvəffəqiyyət əldə edilmiş olacaq. Hazırda “ifşa edilmədiyi üçün hiyləgərcə və gizlicə hərəkət edə bilən münafiq dəstəsi, bu əsərlə birlikdə bütün gücünü itirmiş olacaq”. Münafiqliyin gizliliyinin aşkar hala gətirilməsiylə, münafiqin şeytani sistemi də zərərsizləşdiriləcək. Beləliklə də, hazırda “İslam aləmində təsirli mübarizə aparan münafiq sistemi tam mənasıyla çökəcək və münafiqliyin dünya səviyyəsindəki hakimiyyəti və təxribatı da aradan qalxacaq”.

Bu kitab vəsiləsiylə müsəlmanlar, “İslam aləminə gizlicə daxil olan bu alçaq xarakterli insanları tanıyıb, müəyyənləşdirə biləcək” və onların müsəlmanlar üzərində təsirli ola biləcəkləri mövqelərə gəlmələrinin qarşısını ala biləcəklər. Həmçinin aldıqları tədbirlərlə münafiqlərin İslam aləmi üzərindəki mümkün ola biləcək təxribatlarının və zərərlərinin də, əvvəlcədən qarşısını almış olacaqlar.

İslam aləmində oynamaq istədikləri bütün çirkli oyunları üçün münafiqlərdən istifadə edən dəccali sistemlər və dünyanın dərin dövlətləri də, müttəfiqlərinin zəifləməsiylə, müsəlmanlar qarşısında böyük məğlubiyyət yaşayacaqlar.

Dəccaliyyət, küfr əhli və münafiqlərin bu çirkli ittifaqı zərərsizləşdirildikdən sonra, hazırda bir-birlərindən qopmuş halda olan müsəlman aləmi birləşərək “İslam Birliyini meydana gətirə biləcək” və ardınca da “İslam əxlaqını bütün dünyaya hakim edəcəklər”.

Lakin bütün bu qeyd edilənləri qiymətləndirərkən, bu həqiqəti də heç vaxt unutmamaq lazımdır: Allah Quranın; “...şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir” (Nisa surəsi, 76) ayəsiylə, şeytanın əslində nə qədər gücsüz olduğunu xatırlatmışdır. Digər bir ayədə isə Allah; “həqiqət budur ki, iman gətirənlər və Rəbbinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir məcburedici gücü (hakimiyyəti) yoxdur. Onun məcburedici gücü (hakimiyyəti) təkcə onu özünə vəli tutanlar və Onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir”“ (Nəhl surəsi, 99-100) deyə buyurmuşdur. “Münafiq də, şeytanın insan surətinə bürünmüş halıdır”. Dolayısilə “münafiqin də, Allahın sonsuz gücü qarşısında çox gücsüz və aciz varlıq olduğunun heç vaxt unutmamaq” lazımdır. Münafiq zahirdə dünyadakı bütün dəccali sistemləri və şeytani təşkilatları arxasına almış, böyük güc sahibi kimi görünsə də, “Allahın nəzarəti altında olan” “sonunda mütləq məğlub olmağa məhkum olaraq yaradılmış” aciz varlıqdır.

Dolayısilə müsəlmanlar heç vaxt münafiqləri Allahdan müstəqil gücə sahiblərmiş kimi qiymətləndirməməli və Allahın Quranda; “...bu, Allah üçün çox asandır” (Əhzab surəsi, 19) ayəsiylə bildirildiyi kimi, “bu şeytan dəstəsini zərərsizləşdirməyin Allah üçün çox asan olduğunu” heç vaxt unutmamalıdırlar.

madde, new scientist

Adnan Oktar: “Münafiqlə bağlı kitablarımız risalələr halında nəşr olunacaq. Bütün dünyaya münafiqliyi çox yaxşı izah edəcəyik. Həmçinin beləliklə yer üzündən bu münafiq sistemi inşaAllah siləcəyik. Çünki İslam aləminin məhv olmasına səbəb olan münafiqlikdir. Mərakeş, Tunis, Əlcəzair, Liviya, İraq, Suriya... Hər yerdə münafiqlər həmişə İslam aləminin başına bəla olublar. Səksən və ya doxsan faizində İslam aləmində münafiqlər fəaliyyətdədir. Həmçinin müsəlmanları əzdirirlər və əzilmələrinə vəsilə olurlar. Münafiq xarakterini müsəlmanlar səthi bilirdilər, hazırda çox əhatəli şəkildə öyrənirlər. Həmçinin təbii ki, bunu kitab halına gətirdiyimiz zaman, DVD-lərlə, filmlərlə izah etdiyimiz zaman, münafiq gün kimi ortaya çıxacaq. Həmçinin müsəlman da, münafiqləri çox rahat tanıyıb buna görə hərəkət edəcək”. (A9 TV, 6 iyun 2016)

 

2 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net