< <
6 / total: 24

Dərin Dövlətlərin Münafiqlərlə İttifaqı

Münafiq güclü hesab etdiyi tərəfi müdafiə edər

Münafiqlərin mühüm bir xüsusiyyəti; “Allahın rizasının deyil, şəxsi mənfəətlərinin arxasında olmaları”dır. Hər hansı məsələdə özlərinə bir yol cızacaqları vaxt; “hansı tərəfdə və ya kimin yanında olsam daha çox mənfəət və imkan əldə edə bilərəm?” deyə düşünərlər. Həmçinin bu hesabları istiqamətində, həmişə öz aləmlərində daha çox güc və etibar sahibi olduğunu güman etdikləri tərəfi müdafiə edərlər.

Bir ayədə Allahın; “onlar tərəddüd edər nə bunlara, nə də onlara tərəf olarlar...” (Nisa surəsi, 143) sözləriylə bildirdiyi kimi, güc hansı tərəfə keçsə, münafiq də onun tərəfini tutar. O dövrdə küfr əhli kimdirsə, kim güclüdürsə, münafiq ona xidmət etmək istəyər. Firon dövründə olsa Firona, Nəmrud dövründə olsa Nəmruda yanaşar. Digər bir sözlə, “o dövrün Fironu və Firon dövləti hansıdırsa, münafiq onun ucalığına inanar və gücün orada olduğunu zənn edərək oraya sığınar”. Hazırkı dövrdə də, “hansı dünya dərin dövlətləri, hansı çirkli təşkilatlar və hansı şeytani güc mərkəzləri daha güclüdürsə”, münafiqlər dərhal onlarla əlaqə yaradarlar. Bəsit ruha və alçaq xarakterə sahib olan münafiqlər, “bu qaranlıq güc mərkəzlərinin özləri üçün bir növ xilaskar olduğuna inanar” və onlarla şeytani əməkdaşlıq edərlər.

Lakin müsəlmanlar müvəffəqiyyət qazansa, o zaman da həyasızca, “...sizinlə birlikdə deyildikmi?” (Hədid surəsi, 14) deyərək onlara yanaşarlar. Mənfəətləri üçün bir müddət daha hiyləgərcəsinə müsəlman təqlidi etməyə davam edərlər. Təkrar küfr əhlinin güclü olduğuna qənaət gətirdikləri zamanda, müsəlmanlar əleyhinə onlarla ittifaq yaratmağa üz tutarlar. Digər bir ayədə; ““...bu işdə bizim üçün nə xeyir var?” deyirdilər” (Ali İmran surəsi, 154) sözləriylə bildirildiyi kimi, münafiqlər həmişə hesablı şəkildə “mənfəət hesablaması” apararlar. Əgər müsəlmanlardan mənfəət əldə edə biləcəklərini düşünsələr onlara tərəf, küfr əhlində imkan tapdıqlarını zənn etsələr də, dərhal inkarçılara tərəf üz tutarlar.

Münafiqin bu “dəyişkən xarakteri” “güc kimdədirsə ona yanaşmağa çalışan rəftarı” həmçinin Quranın; “...kafirlərə bir pay düşsə: “Sizə üstünlük təmin etmədik mi? Möminlərdən sizə (gələcək təhlükələrin) qarşısını almadıqmı?” (Nisa surəsi, 141) ayəsiylə də təsvir edilmişdir. Ayədə həmçinin münafiqlərin müsəlmanların əleyhinə hiyləgərcəsinə və namərdcəsinə göstərdikləri o qədər səyin əvəzi olaraq, küfr əhlinin əldə etdiyi gücdən bir pay tələb etdikləri də bildirilir.

Digər bir ayədə isə, Allah Şueyb peyğəmbər (ə.s)-ın qövmündən nümunə vermiş və xalqının ona; “ey Şueyb, sənin dediklərinin çoxunu biz qavrayıb anlamırıq. Həqiqətən, biz səni aramızda zəif biri hesab edirik. Sən bizə qarşı güclü və üstün deyilsən” dediklərini xəbər vermişdir:

“Ey Şueyb” dedilər. “Dediklərinin çoxunu biz “qavrayıb anlamırıq”. Həqiqətən biz səni aramızda zəif biri hesab edirik. Əgər yaxın ətrafın olmasaydı, həqiqətən səni daşlayıb öldürərdik. Sən bizə qarşı güclü və üstün deyilsən. (Hud surəsi, 91)

Şueyb peyğəmbər (ə.s)-ın qövmündəki inkarçıların bu sözləri, münafiqlərin iman gətirənlərə olan baxış aspektlərini anlamaq baxımından olduqca diqqət çəkəndir. Bu insanlar; “Peyğəmbərin sözlərinin çoxunu qavrayıb anlamadıqlarını”; yəni “söylədiklərinin özlərini maraqlandırmadığını buna görə də söylədiklərinin yalnız mənfəətlərinə uyğun olan hissələrini qavradıqlarını” bildirmişlər. Həmçinin Peyğəmbərə, özünü küfr əhlinin arasında” gücsüz biri hesab etdiklərini” bildirmişlər (Peyğəmbəri tənzih edirik).

Münafiqlərin bu yanlış qənaətlərinin tək səbəbi, “küfr əhlinin Allahdan müstəqil güc olduğunu zənn etmələri”dir. Allahın sonsuz gücünü təqdir edə bilmədikləri üçün, zahirən “gördükləri şərtlərə görə” qiymətləndirmə apararlar. Küfr sistemləri, dərin dövlətlər, maddi cəhətdən, ətraf və nüfuz cəhətdən onlara daha güclü kimi görünər. Müsəlmanların isə, dünyaya hakim olan bütün bu güc mərkəzləri içərisində, yalnız kiçik dəstə olaraq iştirak etdiyini düşünürlər.

Halbuki küfr əhlinin çoxluq, müsəlmanların isə azlıq təşkil etməsi Allahın xüsusi olaraq yaratdığı qanunudur. Həmçinin müsəlmanların sayca azlıq təşkil etdiyi yerdə, Allahın sonsuz gücü təcəlli edir. Çünki Allah, elçilərini və Özündən yana olan iman gətirən qullarını sonsuz gücüylə dəstəkləyir. Küfr əhli arasındakı güclü kimi görünən bütün şeytani strukturları yaradan və onların atdıqları hər addımı idarə edən Allahdır. Onlar kimi dünyadakı bütün insanları, cəmiyyətləri, təşkilatları, ölkə rəhbərlərini yaradan və addım-addım etdikləri hər işi, söylədikləri hər sözü istiqamətləndirən tək güc də, yenə yalnız Allahdır. Tarix boyu Allahın qanunu və imtahan mühitinin bir tələbi olaraq inkarçılar hər dövrdə iman gətirənlərdən sayca çox olmuşdur. Lakin məhz Allahın sonsuz gücü və qüdrəti həmişə, bu sayca az olan, səmimi iman gətirən insanlardan yana olmuşdur.

Bütün bu həqiqətlərdən xəbərsiz olan münafiqlər isə, güclü gördükləri küfr əhli arasındakı dostlarına özlərini bəyəndirə bilmək və onların az da olsa diqqətlərini çəkə bilmək üçün görünməmiş səy göstərərlər. Hər fürsətdə onların baxış aspektlərini, ideyalarını, fikirlərini nə qədər yaxşı mənimsədiklərini və nə qədər yaxşı tərəfdar olduqlarını sübut edib bu insanların gözünə girməyə çalışarlar.

Lakin məlum olduğu kimi, səmimiyyətsizlik əsasında qurulan heç bir yaxınlıq heç vaxt daimi ola bilməz və yox olmağa məhkumdur. Belə ki, müsəlmanlar bu güclü görünən şeytani strukturların oyunlarını pozub, onların şeytani tələlərini ifşa etdikləri zaman, münafiqlər də dərhal tərəf dəyişdirərlər. Hətta mənfəətləri baxımından zəruri hesab etsələr, onların ciddi müxalifi mövqeyinə belə gələ bilərlər. Həmçinin daha sonra özlərinə mənfəət əldə edə biləcəkləri başqa mərkəzlər axtarmağa başlayarlar. Çünki kim güclüdürsə o tərəfə dönən münafiqin tərəfdarlığı, dostluğu, yaxınlığı yalnız saxta, səmimiyyətsiz və riyakar oyundan ibarətdir.

madde, new scientist

Adnan Oktar: “Əgər düşmənləri güclü deyilsə, onları da tərk edirlər, ayədə bildirilib. Məsələn, müsəlmanlar, küfr əhlini fikrən əzsə, o zaman müəyyən yolla onlardan da qopurlar. Güclünün tərəfində olar münafiqlər. Sonra arsızca möminlərə; “sizinlə birlikdə deyildikmi?” deyirlər. Bu da, məhz dəliliklərinin əks olunmasıdır... . Deyir ki, Allah Münafiqun surəsinin 8-ci ayəsində; “and olsun” deyir, and içirlər bir də, “Mədinəyə qayıtmalı olsaq”, o şəhərə yenidən gəlməli olsaq, “gücü və qüruru çox olan”, baxın kimin tərəfindədirlər görürsünüzmü? Gücü və qüruru çox olan. Məsələn, dünya dərin dövləti və ya hər hansı dinsiz dəstə, lakin güclü görünən, təcavüzkar və müsəlmanlara düşmən olan bir dəstə, məsələn, terrorist bir dəstə. “Gücü və qüruru çox olan”, güc deyildikdə hər cür mənəvi və fiziki güc nəzərdə tutulur. “Və qüruru çox olan”, yəni cahil qüruru, küfr qüruru. Küfr özündən razıdır. “Aciz və zəif olanı”, müsəlmanları necə görür? Aciz və zəif. “Əlbəttə, oradan çıxardacaq!”, yəni darmadağın edəcək müsəlmanları deyir. Onların şüur altında həmişə bir gün müsəlmanlara hücum ediləcəyi və onların darmadağın ediləcəyi fikri vardır. Münafiqlər həmişə bu həsrət içində yaşayarlar. Buna görə də, həmişə küfr əhli ilə əlaqə saxlayarlar”. (A9 TV, 22 yanvar 2016)

Münafiq, dərin dövlət təşkilatlarını və küfr güc mərkəzlərini, haşa Allahdan daha böyük hesab edər

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

Münafiqlərin ən mühüm xüsusiyyətlərindən biri də, gizli planlar qurub bunları tətbiq etməyə çalışarkən, “Allahın sonsuz gücünü və bütün varlıqlar üzərindəki hakimiyyətini unutmaları”dır. Məhz buna görə də, hadisələrin yalnız xarici görünüşünə baxaraq müəyyən mühakimə sahibi olarlar. Dünyadakı tarazlıqlara baxıb analiz aparar və buna əsasən seçimlərini müəyyənləşdirərlər. Güclü bir dəstə vardırsa, bu gücün daimi olacağını zənn edər və onların tərəfində çıxış edərlər. Halbuki Allah Quran ayələrində, “tarix boyu neçə-neçə güclü cəmiyyətlər, neçə-neçə güclü insanlar yaratdığını; lakin bunların Allahın tək bir əmri ilə kəlləmayallaq aşaraq yox olduğunu” xatırlatmışdır.

Məhz münafiqlər, içlərindəki dünya həvəsi və ehtirasından ötrü, bu həqiqətləri görə bilməzlər. Dünyadakı tarazlıqlara görə hansı dövlətlər, hansı gizli strukturlar güc sahibi görünürsə, onların tərəfini tutmağın lazım olduğunu düşünərlər. Allah Nisa surəsinin 139-cu ayəsində; “onlar, möminləri qoyub kafirləri dost (vəli) tutarlar” deyə bildirmişdir. Həmçinin münafiqlərin “güc və qüruru”, “iman gətirməyənlərin yanında axtardıqlarına” diqqət çəkmişdir. Ayədəki “güc və qürur” sözləriylə, bu “dünyanın hakimiyyətinə, dünyaya yön verməyə çalışan dərin dövlətlərə” də diqqət çəkilmişdir.

Allah, “güc və qüruru”, yəni “özündən razı olmağı, hər kəsdən fərqli və daha etibarlı olmağı”, “onların yanındamı axtarırlar?” deyə bildirmişdir. Çünki ayədə xatırladıldığı kimi; “şübhəsiz ki, “bütün güc və qürur”, Allaha məxsusdur”“. Allahın sonsuz gücü yanında, dərin dövlətlərin, dərin strukturların və ya bənzəri gizli təşkilatların heç bir gücü yoxdur. Zahirə aldanan insanlara hər nə qədər özündən razı, göstərişli və ya güclü görünsələr də, bunların hər biri, “Allah istəmədən heç nə edə bilməyəcək aciz cəmiyyətlər”dir. Bu təşkilatların rəhbərləri və ya üzvləri də, küçədə rast gəldiyiniz digər bütün insanlar kimi acizlikləri olan, xəstələnən, yaşlanan və bir gün mütləq öləcək olan, Allahın qorumasına möhtac, adi insanlardır. Lakin bu həqiqətləri düşünməyən münafiq xarakterli insanlar, onları gözlərində çox böyüdər və bu təşkilatların adlarını belə çəkərkən böyük heyranlıq duyarlar.

Dəccali dərin dövlətlər, şeytani hədəflərinə nail olmaq üçün münafiqlərdən istifadə edərlər

“Münafiq təhlükəsi” “münafiqləri zərərsizləşdirmək üçün aparılacaq fikri mübarizə”, İslam aləmi üçün ən mühüm məsələlərdən biridir. Tarix boyu, dünyadakı “bütün dəccali sistemlər, dərin dövlətlər, şeytani təşkilatlar və qeyri-qanuni strukturlar”, İslam aləmi üzərində oynamaq istədikləri oyunlarda və çirkli hədəflərinə nail ola bilmək üçün “münafiqlərdən” istifadə etmişlər. Çünki münafiq xarakteri, bu çirkli təşkilatların alçaqca oyunlarını və namərdcə tələlərini tətbiq edə bilmələri üçün vacib əhəmiyyət daşıyır. Münafiq, alçaq, xain, namərd, hiyləgər, saxtakar və əclaf xarakterli, psixopat və manyak ruhlu varlıqdır. Dürüstlüyə, yaxşılığa və doğruya müharibə başlatmışdır. Həmçinin üzərində, şeytandan aldığı namərd cəsarət də vardır. Mənfəətlərinə nail olmaqda, qanun tanımaz. Əxlaqsızlıqda tanıdığı heç bir imani, əxlaqi, etik və ya insani hüdud yoxdur. Gözü dönmüşdür. Mənfəət üçün hər cür alçaqlığı etməyə, hər cür pis oyunu oynamağa hazırdır.

Məhz bu alçaq və şeytani ruhundan ötrü, dəccali qüvvələr, dərin dövlətlər və qeyri-qanuni təşkilatlar üçün, münafiq, sanki biçilmiş xalat kimidir. Çünki çirkli işlərini gördürmədə ən cəsarətli, həyasız və əxlaqsız xarakteri münafiqlərdə taparlar. Buna görə də, tarixin başlanğıcından bəri, gəlib-keçmiş bütün şeytani strukturlar münafiqi əldə olunmaz fürsət kimi xarakterizə etmiş və bütün pis işlərində və şeytani planlarını tətbiq etməkdə, həmişə münafiqlərdən istifadə etmişlər.

Necə ki, şeytani strukturların bu tələbi birtərəfli deyil. Münafiq də, öz hiyləgər planları istiqamətində, sığına biləcəyi “küfri qüvvə” tapmaq axtarışındadır. Qarşısındakı güc, nə qədər böyük strukturdursa və dünya səviyyəsində nə qədər böyük təsirə malikdirsə, münafiq də onu gözündə o qədər böyüdər. Lakin münafiq “qanuni və dürüst qüvvə” axtarmaz. Çünki dünyada nə vaxtsa küfrün hakim olacağına inanar. Dolayısilə də, mütləq onların tərəfində iştirak etməli olduğunu düşünər. Buna görə də özü kimi, mənfəətlərinə asan yoldan və hiyləgərliklə, oyunla, intriqa ilə nail olan; alçaqlıqda, namərdlikdə, əclaflıqda hüdud tanımayan “şeytani bir struktura” sığınmaq istəyər. Məhz bu iki tərəfli tələb nəticəsində də ortaya, tarix boyu hər dövrdə təsirini göstərmiş “namərd, alçaq və şeytani ittifaq” çıxar.

Dərin dövlətlər, İslam aləmində oynamaq istədikləri hər alçaqca oyunda və hər cür pis işlərində münafiqlərdən istifadə etmiş və onların daxildən verdikləri şeytani dəstək sayəsində, müsəlmanlara qarşı namərdcə tələlər qurmuşlar. Ölkələrin dağılmasında, parçalanıb bölünməsində və ələ keçirilməsində bu şeytani strukturlar həmişə münafiqlərin daxildəki gücündən istifadə etmişlər. Tarix boyu dövlət liderlərinə tələ qurarkən, siyasətçilərə təzyiq göstərib istiqamətləndirərkən, istədikləri kəsləri vəzifədən götürüb yerinə öz tərəfdarlarını gətirərkən, onlara ən böyük dəstəyi verən, yenə həmişə münafiqlər olmuşdur.

Adnan Oktar: “Dünya Dərin Dövləti, İslam aləmindəki münafiqləri tək-tək seçər. Biz necə ki, müsəlmanı anlayıb seçirik, elə deyil? Təqvalı insan, gözəl insan, gözəl əxlaqlı, vicdanlı insan axtarırıq. Dünya Dərin Dövləti də, “bu millətin içində ən əxlaqsız, ən şərəfsiz, ən murdar, ən üzüqara, qulağı kəsik, hər cür şərəfsizliyə meylli, nə qədər özünü bəyənən, eqoist, psixopat, manyak xarakterli, ruhu qaranlıq İblis vardırsa, gedib araşdırın, bizə xəbər verin” deyər.

madde, new scientist

Bunları da adamları axtarıb tapar. Onlar onsuz da özünü göstərər, “mən şeytanam” deyə bağırarlar. Çünki onlar da reklama maraqlı olurlar. “Burada şeytan var, xəbəriniz vardırmı?” deyə xəbər verər. Hədisdə deyir ki, “Dəccal şeytanları çağırar”. Deməli, var, hazır ki, çağırır. “Onlara gedin insanların Rəbbi olduğumu söyləyin deyər” deyir. “Onlar da dünyaya yayılar hər cür pisliyi, məlanəti, pisliyi insanlara söyləyər və yayarlar”, yəni müsəlmanların başına bəla olmağa çalışarlar, küfr əhlinə yaltaqlıq edərlər, dəccaliyyəti də dünyaya hakim etmək üçün çalışarlar. Amma təbii ki, bu Dəccaliyyət hz. İbrahim (ə.s) dövründə də var, Firon dövründə də var, hz. Nuh (ə.s) dövründə var; hər dövrdə var. Şeytanlar gedir eyni zamanda Dəccalı tapırlar. Deyirlər ki, şeytanlar Dəccala, “nə istəyirsənsə söylə edək”, yəni yaltaqlıq edirlər. Yəni o onları tapmır, eyni zamanda onlar da onu tapırlar, tək tərəfli deyil. O da; “durmayın gedin, insanlara mənim onların Rəbbi olduğumu söyləyin” deyib hər birini bir tərəfə göndərəcək, yəni vəzifələndirəcək. Artıq o onun xidmətçisi olur; dərin dövlətin casusu və xidmətçisi olur. Bunu kim söyləyir? Bunu Mədinəli əllamə Məhəmməd İbn Rəsul Əl-Hüseyn Əl-Bərzənci. Kürd əsillidir, böyük alimdir, əsrinin mücəddidi və müctəhididir. “Qiyamət əlamətləri” adlı məşhur əsərində söyləyir. Səhifə 212-213”. (A9 TV, 9 fevral 2016)

...ŞEYTANLAR ONA: “NƏ İSTƏYİRSƏNSƏ SÖYLƏ, EDƏK!” deyəcəklər. O da: “Dayanmayın gedin, insanlara mənim onların Rəbbi olduğumu söyləyin!” deyib HƏR BİRİNİ BİR TƏRƏFƏ GÖNDƏRƏCƏK... (Allahı tənzih edirik). (Mədinəli Əllamə Muhamməd ibn Rəsul əl-Hüseyni əl-Bərzənci, Kıyamet Alametleri, səh. 212-213)

Dərin dövlətlər münafiqləri müəyyən etməkdə mütəxəssisdirlər

Dərin dövlətlər, şeytani məqsədlərini həyata keçirməkdə münafiqlərdən “bir piyada kimi” istifadə edərkən, özlərini də həmişə gizləmiş, pərdə arxasında gizlətmiş və bəzi hadisələrin tarixə də fərqli şəkildə keçməsini təmin etmişlər.

Hal-hazırda da, dəccaliyyətə liderlik edən dünya dərin dövlətləri, “tarixdəki bu şeytani ənənəni” araşdırmışlar. Ən qısa yolla şeytani nəticələr əldə edə bilməyin fironların, nəmrudların üsullarını tətbiq etmək olduğunu görmüş və onların izindən getmişlər. Həmçinin hər cür çirkli işlərini həll edərkən münafiqlərdən istifadə etməyə başlamışlar.

Hal-hazırda İslam aləminin müxtəlif əzablar və çətinliklər içində yaşaması da, məhz bu dəccali dərin dövlətlərlə münafiqlərin çirkli əməkdaşlığının bir nəticəsidir. “İslam aləmini necə nəzarət altına ala bilərik?”, “müsəlmanları necə zərərsizləşdirə bilərik?” deyə düşünən dəccaliyyət qüvvələri, ən təsirli yolun “münafiqləri nəzarət altına almaq və mənfəət təqdim edərək onları istədikləri kimi istiqamətləndirmək” olduğunu görmüşlər. Həmçinin münafiqləri əllərində saxladıqları halda, (Allahın diləməsi xaricində) İslam aləmində asanlıqla çirkli planlarını tətbiq edə biləcəklərini görmüşlər.

Münafiq Allahdan qorxmadığı, alçaq xarakterli, böyüklük, üstünlük, məqam, mövqe, pul və mənfəət arxasınca qaçan, psixopat ruhlu varlıq olduğu üçün, dərin dövlət mənsubları, münafiqləri asanlıqla müsəlmanların başına bəla olacaq hala gətirməyi bacardılar. Demək olar ki, hər ölkədə, müxtəlif mənfəətlər təqdim edərək əllərində saxlamağı bacardıqları minlərlə münafiqlə, dünya səviyyəsində təsirli, çox böyük şeytani təşkilatlar meydana gətirmişlər. Bunların bir hissəsi “müsəlmanları ümidsizliyə sövq edərək”, bir hissəsi “müsəlman cəmiyyətlərinin aralarını vuraraq”, bir hissəsi də “satqınlıq edib dərin dövlətlərə xəbərçi işləyərək” qarışıqlıq çıxartmışlar. Bir hissəsi isə “müsəlmanların malını və mülkünü talan edib onları kasıblaşdıraraq” və ya “müharibə və qırğına qızışdıraraq, kütləvi bombardmanları təşkil edib, sel kimi qan axıdılmasını təmin edərək” İslam aləmində böyük təxribat törətmişlər.

Lakin müsəlmanlar bütün bu deyilənləri, yaşadıqları mühitdən çox uzaqda baş verən oyunlar kimi görməməlidirlər. Çünki bəhs edilən dərin dövlət mənsubları, istifadə etdikləri münafiqləri, “həyatın tam içindən”; bütün insanlar yolda gedərkən, məktəbdə, işdə və ya internetdə asanlıqla rastlaşa biləcəkləri kəslər arasından seçərlər. Hər hansı ölkədə bir xəstəxanada çalışan savadlı həkim, hər gün yazıları hər kəs tərəfindən izlənilən tanınmış bir yazıçı, bir çox simpatiyası olan bir müğənni və ya dövlət idarəsində çalışan adi bir məmur, facebook, twitter, instagram kimi sosial şəbəkə platformalarında izlənilən hər hansı bir insan da, bu dərin dünya dövlətlərinin oyuncaqlarından biri ola bilər. Xalqdan hər hansı biri kimi görünən bu insanlar, bəzən boyunlarına götürdükləri “agentlik vəzifəsi”nin tələbi olaraq, xüsusən “özlərini dindar kəslər kimi tanıdıb” müsəlmanlar arasında özlərinə yer tutmağa çalışarlar. Bəzən də, onsuz da müsəlman qruplardan birinin mənsubu olarkən, şeytani qabiliyyətləri ilə dərin dövlət mənsubları tərəfindən görülər və yavaş-yavaş müsəlmanlar əleyhinə hiyləgərcəsinə hərəkətlər edəcək bir agent kimi yetişdirilər.

Şeytanın, dəccalların və dərin dövlətlərin münafiqlərlə olan bu əməkdaşlığına və əsrlərdir ki, İslam aləmi üzərində oynadıqları oyunlara qarşı, hər müsəlman çox diqqətli olmalıdır. Lakin iman gətirənlər bunu da heç vaxt unutmamalıdırlar ki, dəccalların və ya dərin dövlətlərin qurduqları bir tələ, oynadıqları bir oyun vardırsa, onların hamısından üstün güc sahibi olan Allahın da bir planı var. Allah, tarixin başlanğıcından bəri taleyi bu plan istiqamətində hərəkət etdirir. Buna görə də, taleyin hərəkəti qəti və dəqiq şəkildə bəllidir. Dolayısilə küfr əhlinin bu oyunlarından və tələlərindən narahat olmaq da yersizdir.

Şeytan Allahın yaratdığı olduqca gücsüz məxluqdur. Eynilə küfr əhlinin də müstəqil heç bir gücü yoxdur. Küfr əhlini yaradan və bu şəkildə hərəkət etməsinə icazə verən Allahdır. Münafiq də Allahın zavallı və aciz quludur. Hər biri, müsəlmanların cənnətdə yüksək məqamlarla mükafatlandırıla bilmələri üçün yaradılan, imtahan mühitinin xüsusi varlıqlarıdır. Heç birini gözdə böyütmək üçün bir dəlil və ya səbəb yoxdur. Gözdə böyüdüləcək və sonsuz böyük olan yalnız Allahdır. Həmçinin bu imtahan mühiti də Allahın idarəsində mükəmməl şəkildə işləyir. Allah, nəticədə “qalib gələcək olanların mütləq müsəlmanlar olduğunu” xəbər vermişdir.

Adnan Oktar: “Dünya səviyyəsində münafiqləri təşkil edən Dünya Dərin Dövlətidir. Çünki münafiqin heyrətamiz dərəcədə şeytani zəkası var. Bunlar da münafiqi çox asanlıqla seçib taparlar və onlardan müsəlmanların əleyhinə istifadə edərlər. Hər cür kəşfiyyatda və fitnədə istifadə edilə bilər münafiq...

madde, new scientist

Adam şeytani düşüncədə bir sistem yaradıb. Şeytanlığı müdafiə edir. Kimə müraciət etməlidir? Müsəlmana müraciət etsə olmaz. Axmağa müraciət etsə olmaz. Şeytan kimi adama ehtiyacı olur. Bunun üçün də, dərin dövlətlər şeytan kimi adamları tapmaqda mütəxəssisdirlər. Münafiq tapmaqda mütəxəssisdirlər. Lakin münafiqlərin onsuz da zəncirvarı bir-birlərini tapmaq gücləri var, bu da böyük möcüzədir. Münafiq münafiqi çox rahat tapa bilər...

Bunun üçün İngiltərə dərin dövləti, məsələn, Pakistanın münafiqlərini toplayır, Hindistanın münafiqlərini toplayır, lakin zəncirvarı. Məhz bu, şeytanın verdiyi qabiliyyətdir. Yəni bu çətindir əslində, münafiqi müəyyən etmək. Nəhəng ölkədə adam münafiqi çox asanlıqla tapır. Banqladeşdə, məsələn, gedib çox asanlıqla tapır. Misirin bütün münafiqləri İngiltərə dərin dövlətinin əmrindədir. Öz aləmində böyük bir təşkilat yaradır. Sonra da öz guşəsinə çəkilib viskisini qurtumlayır, zəhərləməyə davam edir. Münafiqlər də it kimi o tərəfdar azğınlığı ilə onlara xidmət edirlər. Məhz münafiq, İslama xidmət etməkdə çox tənbəldir, lakin münafiqliyə xidmət etməkdə hərarətli enerjisi var”. (A9 TV, 28 may 2016)

Münafiqlər Dəccalın və dərin dövlətlərin əsgərləridir

Əvvəlki sətirlərdə qeyd edildiyi kimi, dərin dövlətlər “hər cür pis, qeyri-qanuni və çirkli işlərində” münafiqlərdən istifadə edərlər. Bu mənada “münafiqlər, dərin dövlətlərin ordusunu meydana gətirən əsgərləridir”. “Münafiqlərin Ali Baş komandanı da dərin dövlətlərdir”. Onun da ən başında “şeytan” vardır. Dərin dövlətlər münafiqləri, şeytandan aldıqları əmrlər istiqamətində idarə etməklə məsuldurlar.

Allah bir Quran ayəsində; “Allahın özlərinə qəzəbləndiyi bir qövmü vəli (dost və müttəfiq) tutanları görmədinmi?...” (Mücadilə surəsi, 14) sözləriylə, “münafiqlərin, şeytan və küfr əhli olan bu ittifaqına” diqqət çəkmişdir. Münafiqlər ayədə bildirildiyi şəkildə, Allahın dininə düşmən olan, bu uğurda mübarizə aparan, İslamı və müsəlmanları dünyadan tamamilə yox etməyi hədəfləyən insanları “dost və müttəfiq” hesab etmişlər.

Digər bir ayədə isə Allah; “və dedilər: “Ey Rəbbimiz, həqiqətən biz ağalarımıza və böyüklərimizə itaət etdik...” (Əhzab surəsi, 67) sözləriylə, münafiqlərin bu ittifaqlarını və dərin dövlətlərlə olan “əməkdaşlıqlarını cəhənnəmdə də etiraf edəcəklərini” xəbər vermişdir. Bu dərin qüvvələrin, özlərinin “ağaları və böyükləri olduğunu” “onlara itaət etdiklərini”, yəni güclü gördükləri “bu şeytan dəstəsindən gələn hər əmr və təlimatı tətbiq etdiklərini” söyləmişlər. Ayənin davamında isə, “beləliklə onlar bizi yoldan azdırmış oldular” sözləriylə, münafiqlərin onlara itaət edərək doğru yoldan azmış olduqları da bildirilmişdir. Ağaları kimi gördükləri dəccali strukturlar, münafiqlərdən hər cür alçaqlıq, əxlaqsızlıq və casusluq üçün istifadə etmişlər.

Həmçinin Quranın bir ayəsində Allah; “şübhəsiz ki, gizli yığıncaqlardakı pıçıldaşmalar, iman gətirənləri zərər vermək üçün təkcə şeytan (məhsulu olan işlər) dəndir...” (Mücadilə surəsi, 10) sözləriylə, münafiqlərin müsəlmanlara zərər vermək, İslam əleyhinə fəaliyyət göstərmək məqsədiylə “gizli yığıncaqlar” təşkil etdiklərinə diqqət çəkmişdir. Ayədə həmçinin bu yığıncaqlardakı “pıçıldaşmalara” da toxunulmuşdur. Məhz şeytanın əmrləri istiqamətində hərəkət edən dəccallar və dərin dövlət mənsubları, hər cür pis işləri üçün istifadə etdikləri münafiqlərlə bu gizli yığıncaqlarda bir yerə toplanarlar. Həmçinin aralarındakı pıçıldaşmalarla da münafiqlərə, İslam aləmi və müsəlmanlar əleyhinə edəcəkləri şeytani hərəkətlərin təlimatlarını verərlər.

Məhz müsəlmanlar bütün bu həqiqətlərdən və bu şeytani ittifaqdan çox yaxşı xəbərdar olmalıdırlar. Çünki münafiq təkbaşına hərəkət edən varlıq deyil. Bu həqiqətlərdən xəbərdar olmayan bəzi müsəlmanlar, “münafiqlərin müstəqil və sayları beş-on nəfəri keçməyən, yalnız özlərinə zərərləri olan kəslər olduqlarını” düşünə bilərlər. Lakin əgər dərin dövlətlərin münafiqlər üzərindəki planlarından və onlardan istifadə edərək İslam aləmində və müsəlmanlar arasında oynadıqları oyunlardan xəbərdar olsalar, bu baxış prizmaları dəyişəcək. Şeytanın liderliyindəki bu çirkli strukturun, dünyanın hər tərəfindəki münafiqlərin şeytani gücünü bir yerə toplayaraq, nəticədə böyük dəccali güc əldə etdikləri çox yaxşı bilinməlidir.

Həmçinin “münafiqin, adi bir insan deyil; arxasına şeytanı, Dəccalı və dünya dərin dövlətlərini almış, qaranlıq bir strukturun üzvü olan bir varlıq olduğu” da unudulmamalıdır. Çünki bu ittifaq ilə, dərin dövlətlərin gücü, eyni zamanda da hər bir münafiqin şəxsi gücü halına gəlmiş olar. Buna görə də, bir münafiqin üzərindən şeytanın təsirini qaldırıb, onu doğru yola çağırarkən də, bu həqiqətləri dərk edərək çox diqqətli və ağıllı bir fikri mübarizə aparılmalıdır.

Şeytanın liderliyindəki dərin dövlətlər, inkarçılardan və münafiqlərdən istifadə edərək İslama qarşı amansız mübarizə aparır və müsəlman aləmində böyük zülmün liderliyini edirlər. Lakin bunu heç vaxt unutmamaq lazımdır ki, əsgəri olmayan dərin dövlətin, gücü də olmaz. Əgər İslam aləmində münafiqliyə qarşı Quran əxlaqı ilə təsirli fikri mübarizə aparılsa, şeytan və onun əmrindəki dərin strukturlar əllərindəki bütün əsgərlərini və güclərini itirəcəklər. Bunun üçünsə “münafiqliyin nə olduğu” “gündəlik həyatda necə ortaya çıxdığı” məsələsində müsəlmanların çox yaxşı məlumatlandırılması və hər müsəlmanın, “bir münafiqi müəyyənləşdirə biləcək vəziyyətə gəlməsi” əsas şərtdir. Məhz bu kitabla, münafiqliyin bütün incəlikləriylə ifşa edilib bu məlumatların bütün İslam aləminə çatdırılması, Allahın icazəsi ilə bu gözəl nəticəyə vəsilə olacaq.

Axirətdə isə bu çirkli şeytani ittifaq, nə vaxtsa mütləq cəhənnəmlə nəticələnəcək və ağaları olan inkarçılar kimi münafiqlər də, etdiklərinin əvəzini əbədi əzab içində yaşayaraq alacaqlar.

Münafiqlər, şeytan və dərin dövlətlər birləşərək bir “kirli mühit” meydana gətiriblər

Allah bir Quran ayəsində, münafiq qadınlar və münafiq kişilərin axirətdə qarşılaşacaqları əzabı xəbər verərkən, bir “kirli mühit”dən bəhs etmişdir:

Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth surəsi, 6)

Ayədə keçən “kirli mühit” ifadəsi “münafiqlərin, şeytanın əmrindəki dəccallar və onların nəzarətindəki dünya dərin dövlətləri ilə olan ittifaqlarına” diqqət çəkməsi baxımından çox əhəmiyyətlidir. Belə bir kirli mühitin mövcudluğu, dünyadakı “pisliyin təkcə bir mərkəzdən təşkil edildiyini” “çox genişmiqyaslı bir struktur olduğunu” açıqca göstərir. Buna görə bir-birləriylə ittifaq halında hərəkət edən münafiqlərin meydana gətirdiyi bir çevrə var və onun ortasında da dərin dövlətin mənsubları iştirak edir. Ancaq Allah ayənin davamında “bu kirli mühitin mütləq təpələrinə çöküb yox olacağını” da xəbər vermişdir. Yəni küfr əhlinin qabaqcılları və münafiqlərin ortaq şəkildə qurduqları çevrə, yenə öz təpələrinə çökəcək və öz qurduqları tələ həlak olmalarına gətirib çıxardacaq. Allah bu şeytani ittifaqa daxil olanların hamısına qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır.

Münafiq, müsəlmanlara yalan deyər; küfr əhli arasındakı dostlarını və dərin dövlət adamlarını isə sirdaş tutar

Allah, Quranın; “Onlar, möminləri qoyub kafirləri dost (vəli) tutarlar...” (Nisa surəsi, 139) ayəsiylə, münafiq xarakteri haqqında çox mühüm bir məlumat daha verir. Bu insanlar müsəlmanlar arasında yaşadıqları, onlardan həyatlarının hər mərhələsində həmişə sevgi, hörmət, yaxşılıq və mərhəmət gördükləri, qorunduqları halda, yenə də onları həqiqi dostları kimi görməzlər. Müsəlmanlara qarşı həmişə nöqsan axtaran, günahlandıran, böhtan atan, narazı, nankor və şikayətçi rəftar göstərərlər. Münafiqlərin əxlaqından, rəftarından və danışıqlarından, “dostlarının və etimad etdikləri insanların müsəlmanlar olmadığı” açıqca aydın olar. Hər halları əsrarəngiz və sirlidir. Şişirdilmiş və süni olan yaxınlıqları isə, daha da şübhə vericidir. İman gətirənlərdən gördükləri yaxşılıqları, bəlkə də həyatları boyu başqa heç kimdən görmədikləri halda, həyatlarındakı demək olar ki, hər şeyi onlardan gizlədərlər.

Müsəlmanlara qarşı rəftarları belə olduğu halda, iman gətirməyən, Allah sevgisi olmayan, İslamın mənfəətlərini düşünməyən, hətta müsəlmanlara qarşı düşmənçilik bəsləyən kəsləri isə özlərinə daha yaxın hesab edərlər. Həmçinin onları asanlıqla sirdaş tutarlar. Saatlarla və heç sıxılmadan bu insanlarla boş söhbətlər etmək, dərin dostluqlar qurmaq, onlar arasında yer tutub etimad qazanmağa çalışmaq, münafiq xarakterli insanlara olduqca cəlbedici gələr. Hətta hərdənbir Allah, Quran, iman və ya müsəlmanlar əleyhinə danışıqlar və ya qiymətləndirmələr etmək də, bu kəslərə şeytani həyəcan verər.

İman gətirənlərlə birlikdə olarkən belə, gizlin-gizlin və hiyləgər üsullarla bu insanlarla əlaqə yaradar, onlarla vaxt keçirməyin yollarını axtararlar. Müsəlmanlar onlara dünyanın heç bir yerində rast gələ bilməyəcəkləri qədər gözəl əxlaqla yaxınlaşdıqları halda, onlar inkarçıların dostluğunu daha həyəcan verici hesab edərlər. Həmçinin bu insanların gözlərinə girə bilmək, aralarında bir yer tutub etimad qazana bilmək üçün də, yenə müsəlmanlardan istifadə etməyə cəhd edərlər. Özlərinə hər cür gözəlliyi, etimad və sevgi mühitini təqdim edən möminlərdən əldə etdikləri kiçik-böyük hər cür məlumatı, heç tərəddüd etmədən müsəlmanları özlərinə düşmən qəbul etmiş bu insanlarla bölüşərlər. Öz həyatlarına dair şəxsi məlumatlarını da yenə etimad edib müsəlmanlarla bölüşmədikləri halda, bütün bunları sirdaş tutduqları bu yad insanlara söyləməkdə heç bir problem görməzlər.

Allah bir Quran ayəsində münafiqlərin bu alçaqlıqlarını müsəlmanlara; “onlar, sənin yanına gəlməyən başqa bir camaat üçün qulaq asanlar (xəbər toplayanlar)dır” sözləriylə xəbər vermişdir:

Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır... (Maidə surəsi, 41)

Ayədə münafiq xarakterli insanların, “ağızlarıyla iman gətirdik deyən, lakin əslində qəlblərində belə inanc olmayan kəslər” olduqları bildirilmişdir. Həmçinin bunların, “müsəlmanlardan olmayan insanlara söyləyə bilmək üçün, iman gətirənlər arasından gizlicə məlumat və xəbər toplayan” kəslər olduqları da xəbər verilmişdir. Münafiqlər bu xəbərləri, müsəlmanların əleyhinə hərəkət edən insanlara çatdırdıqları zaman, verdikləri məlumatlar sayəsində onların dostluqlarını və etimadlarını qazanacaqlarını ümid edərlər. Böyük həyəcan və heyranlıq yaradacaqlarını və beləliklə də onlar arasında yaxşı yer tuta biləcəklərini zənn edərlər.

Halbuki xəyalları heç vaxt həyata keçməz. Çünki iman əsasında yaradılmayan, mənfəət əlaqəsinə əsaslanan əlaqələr aldadıcı və müvəqqətidir. Məhz münafiqlər də bunu bildiklərindən, həmişə bu həyəcanı davam etdirə bilməyin yollarını axtararlar. Həmişə yeni məlumatları, gizli sirləri əldə edə bilmək və bunları həqiqi dostları qəbul etdikləri inkarçılara çatdıra bilməyə çalışarlar.

Bu çox açıq bir həqiqətdir ki, qəlbində həqiqi imanı və Allah sevgisini yaşayan bir insan, imandan uzaq insanlarla dostluqdan, onlarla saatlarla boş söhbətlər etməkdən heç vaxt səmimi zövq ala bilməz. Müsəlmanların həyatını təhlükə altına salacaq, onlara zərər verəcək, təhlükəsizliklərinə xələl gətirəcək məlumatlar ötürməsi isə heç vaxt mümkün olmaz. Əksinə iman gətirən biri, Allahın xatırlanmadığı, boş sözlərin danışıldığı, İslam və müsəlmanlar əleyhinə söhbətlərin edildiyi bir mühitdə olmağı heç vaxt qəbul etməz. Müsəlmanların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün də fədakarca səy göstərər. Bu istiqamətdə zərər verəcək ən kiçik rəftara yanaşmaz. Dolayısilə münafiq xarakterli insanların, imandan uzaq kəslərə duyduqları bu maraq, heyranlıq və bağlılıq, onların etibarsız və ikiüzlü şəxsiyyətlərinin başa düşülməsində çox mühüm dəlil meydana gətirər.

 

6 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net