< <
7 / total: 24

Münafiqin Qaranlıq Dünyası

Münafiqin ağlı, küfr əhli arasındakı keçmiş həyatındadır və o həyata böyük həsrət duyar

Allah Quranda hz. Musa (ə.s) və qövmünün yaşadıqları bəzi hadisələri nəql edərək, bu hadisələrdəki hikmətləri görüb düşünməyimizi istəmişdir. Məhz hz. Musa (ə.s) hekayəsindəki nümunələrdən biri belədir:

Hz. Musa (ə.s) İsrail oğullarına peyğəmbər kimi göndərildiyi dövrdə, İsrail oğulları, Fironun rəhbərliyindəki Misir torpaqlarında yaşayırdı. Misirlilər İsrail oğullarından kölə kimi istifadə edir və onları işgəncəylə təzyiq altında saxlayırdılar. Hz. Musa (ə.s), Fironun zalım tətbiqləri, təzyiq və işgəncələri altında əzilən İsrail oğullarını yaşadıqları bu zülmdən xilas etdi və onları Fironun torpaqlarından çıxartdı.

Allah hz. Musa (ə.s)-ı bir xilaskar kimi göndərməklə İsrail oğullarına çox böyük lütf etmişdir. Hz. Musa (ə.s), Firona qarşı mübarizə apararaq onları uzun illərdir ki, uğradıqları zülmdən xilas etmişdir. Lakin İsrail oğulları Allahın bu nemətinə; zülmdən, köləlikdən və işgəncədən xilas olduqlarına şükür edib sevinməli olduqları halda, hz. Musa (ə.s)-a qarşı; “sən bizə gəlməmişdən əvvəl də, gəldikdən sonra da əziyyətə düçar edildik!” kimi nankorca bir ifadə işlətmişlər:

Onlar dedilər: “Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”. (Əraf surəsi, 129)

Buna baxmayaraq, hz. Musa (ə.s) qövmünə; “gəlin sizi Fironun zülmündən qurtarım”, “sizi azad şəkildə yaşayacağınız, Allahın vəd etdiyi torpaqlara aparım”, “burada sizi əzirlər, alçaldırlar, orada rahat olarsınız” dedi. Fironun zülmündən xilas olmaq istəyən İsrail oğulları, hz. Musa (ə.s)-ın bu təklifini qəbul edib onunla birlikdə yola düşdülər.

O dövrdə İsrail oğulları, tərk etdikləri torpaqlarda həmişə zülm və işgəncə altında yaşadıqları halda, yenə də əvvəlki əziyyət dolu həyatlarının həsrətini çəkirdilər. Buna görə də, hz. Musa (ə.s)-a; “biz orada qoyduğumuz mədəniyyəti, keyfiyyət anlayışını, oradakı yemək mədəniyyətini; bir sözlə, oradakı həyatı istəyirik. Biz burada səhrada bunları tapa bilmirik. Keçmiş həyatımızı özlədik. Kölə olsaq da, alçaldılsaq da, biz o mədəniyyətə, Fironun orada təqdim etdiyi həyata geri qayıtmaq istəyirik” dedilər.

İsrail oğullarının, Firon kimi zalım bir insanın zülm və işgəncələrindən xilas olduqlarına sevinməli olduqları, ağılları onun təqdim etdiyi həyat tərzində qalmışdır. “Fironun keyfiyyət və zənginlik anlayışı, Misir mədəniyyətinin ehtişamı xeyli yaxşı idi, indi isə biz səhrada qalırıq” deyərək hallarından gileylənmiş və Fironun yanına geri qayıtmaq istədiklərini dilə gətirmişlər. Halbuki əgər səmimi iman gətirmiş insanlar olsaydılar, harada və hansı şərtlər altında olsalar da, məqsədləri Allah üçün yaşamaq olardı. Allahın özlərinə verdiyi hər cür nemətə şükür edib yaşayardılar. Lakin səmimi iman gətirmədikləri üçün, Fironun zalım sistemi altında əziyyət görmək bahasına belə olsa, ağılları Fironun yanındakı göstərişli həyatda və istifadə etməyi ümid etdikləri imkanlarda qalmışdır.

Məhz Allah hz. Musa (ə.s) qövmündəki bu nümunələrlə bizə hər dövrdə, “münafiq xarakterli insanların küfr əhlinə heyranlıq duyduqlarını” xəbər vermişdir. İman gətirənlərlə birlikdə olub Allahın özlərinə bəxş etdiyi nemətlərə sevinmək əvəzinə, küfr edən insanlar kimi yaşamaq, onların əhəmiyyət verdiyi əşyalara sahibi olmaq, onlar kimi danışmaq, onlar kimi yeyib içmək istədiklərini; onların göstəriş etdikləri şeylərlə göstəriş edə bilməyi arzuladıqlarını bildirmişdir. Əlbəttə ki, müasirliyin, mədəniyyətin və ehtişamın olduğu bir mühit, hər insanın zövq ala biləcəyi gözəlliklərdir. Lakin hz. Musa (ə.s)-ın qövmü, sırf bu imkanlar üçün, haqq dini tərk edib Peyğəmbər (ə.s)-ın yanından ayrılmağı seçmiş və Fironun ən dözülməz işgəncələri altında yaşamağı belə cəlbedici görmüşlər. Allah Quranda Musa qövmünün bu rəftarını bizə belə bildirmişdir:

O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!” – dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. (Bəqərə surəsi, 60-61)

Ayələrdə bildirildiyi kimi, Allah hz. Musa (ə.s) ilə birlikdə Misirdən çıxan İsrail oğullarına lütfündən bəxş edib onlara çeşmələr və yeməklər bəxş etmişdir. Lakin bütün bu gözəlliklərə şükür etməli olduqları halda, onlar; “ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar ki, bizim üçün yerin bitirdiklərindən paxla, acur, sarımsaq, mərcimək və soğan çıxartsın” deyiblər. Təbii ki, “sarımsaq, soğan, acur, mərcimək” deyərkən, təkcə bu yeməklərin özlərinə heyranlıq duymurdular. O dövrdə Firon camaatının bu yeməkləri ənənəvi bişirmə forması vardı və onlar da, əslində bu göstərişə böyük heyranlıq və həsrət duyurdular.

Bunun kimi yenə Firon cəmiyyətində mühüm bir göstəriş vəsiləsi olan “qızıl buzov heykəli”, onun ehtişamı və göstərişi də onları çox valeh edirdi. Oradakı “ədabaz sistem” çox xoşlarına gəlirdi. Eynilə onların danışdıqları dilə qarşı da böyük heyranlıq duyurdular. Normalda öz dilləri ivrit dili idi, lakin Fironun işlətdiyi dili daha göstərişli hesab edir və onlar da bu dili işlədərək, öz aləmlərində eyni şəkildə göstərişli olmaq istəyirdilər.

Buna görə də, Firon sisteminin zülmü altında yaşamaq bahasına, ölümü belə gözə alır, bu sistemin göstərişli, ehtişamlı mühitindən istifadə etməyi arzulayırdılar. Bu küfri sistemə duyduqları heyranlıq, şüurların altından çıxmırdı. Hz. Musa (ə.s) onlara doğrunu nə qədər söyləsə də, ağılları həmişə Firon sistemində qaldığı üçün heç cür razı olmur, eləcə də, gizli və ya açıq şəkildə əvvəlki həyatlarına duyduqları həsrəti dilə gətirirdilər.

Əlbəttə ki, İsrail oğullarının bu sözləri və heyranlıqları təkcə onlara məxsus olan bir düşüncəni əks etdirmir. Allah burada bizə, tanımalı olduğumuz mühüm bir insan xarakterini tanıdır. Tarixin hər dövründə, imanı tam mənimsəməyən insanlarda bu xarakter həmişə ortaya çıxmışdır. Hal-hazırda da, bu baxış prizması münafiq xarakterinin mühüm xüsusiyyəti olaraq diqqət çəkər.

Həqiqətən də müsəlmanlar arasında olub da, hələ də imandan əvvəlki keçmiş həyatlarının həsrətini çəkən insanlara rast gələrik. Həmçinin tarix boyu hər müsəlman cəmiyyətdə belə insanlar olmuşdur. Əslində bu insanlar, müsəlmanlarla birlikdə olduqdan sonra, imansız insanlarınkı ilə müqayisə edilməyəcək qədər gözəl həyat yaşamağa başlayarlar. Bundan əvvəl, Allah qorxusu olmayan insanlarla birlikdə olduqları üçün, ətrafındakı insanlardan hər cür pisliyi görmüş, hər cür mənfəət əlaqəsinə, səmimiyyətsizliklərə, yalanlara, ikiüzlülüklərə, mərhəmətsizliyə, hörmət və sevgi çatışmazlığına şahid olublar. Bu iki həyat arasındakı dəhşətli ziddiyyəti açıqca görürlər. Birində sevginin, hörmətin, gözəl əxlaqın, dostluğun, etimadın, səmimiyyətin ən gözəl halı yaşandığı halda; digərində isə yalnız əzab, sıxıntı, bədbəxtlik və zülm vardır. Bu aydın həqiqətə baxmayaraq, bu insanların hələ də müsəlmanlardan əvvəl yaşadıqları həyatlarına heyranlıq və həsrət duymaları, yalnız qəlblərindəki küfr əhlinə olan sevgilərindən ötrüdür.

Yenidən imansız insanlarla yaşamalı olsalar, yenə bədbəxt olacaqlarını, yenə alçaldılacaqlarını, heç dəyər görməyəcəklərini, mənfəət üçün istifadə olunacaqlarını bildikləri halda, yenə də bu alçaldılmağa geri qayıtmağı daha gözəl görərlər. Həmişə “o mühitlərdə o insanlarla birlikdə olsalar, həyatları necə olardı?” bunun xəyallarını və planlarını qurarlar. “Yaxşı, bəlkə burada müsəlmanlar bir-birlərini qoruyur, bir-birlərinə kömək edirlər, lakin küfr əhli ilə birlikdə olsaydım, məni daha çox qoruyardılar, daha çox sevərdilər, mənə qarşı çox hörmətkar və çox gözəl davranardılar” kimi həqiqətdən kənar düşüncələrlə özlərini aldadarlar.

Halbuki bu çox böyük yanılmadır və bu həqiqəti əslində özləri də çox yaxşı bilirlər. Çünki iman gətirməyən insanların bütün həyatları, insanlarla olan bütün əlaqələri mənfəət üzərinə qurulub. Dolayısilə imanın olmadığı bir mühitdə heç bir insan, ciddi mənfəət təqdim edilmədiyi müddətcə, heç vaxt əbəs yerə başqasına hər hansı gözəllik təqdim etməz. Əgər Allah qorxusu və imanı olmayan bir insan, səbəbsiz yerə başqasına yaxınlaşırsa, deməli, zehnində mütləq “incə bir mənfəət planı” var. Ya bu insandan maddi mənfəət təmin etməyi ümid edir, ya da bu insandan fiziki mənada istifadə edə bilməyi planlaşdırır. Ya bu insanın ətrafında çatmağı ümid etdiyi bəziləri var, ya da ailəsindən əldə etməyi ümid etdiyi mənfəətlər var. Bu mövzuda əks ehtimal heç vaxt mümkün deyil. Onsuz da bu insan, həmin insana qarşılıqsız, tərtəmiz, saf və yaxşı niyyətli düşüncələrlə yaxınlaşırsa, onun kimi qarşısına çıxan hər insana kömək əlini uzadan əxlaq göstərməlidir. Küçədə gördüyü bir dilənçini də götürüb ən yaxşı şəraitdə yaşadar, kimsəsiz bir uşağa da əlində, ovcunda olan maddi-mənəvi hər imkanı təqdim edər. Lakin aydındır ki, ortada belə vəziyyət yoxdur. Bu da bu insanın, yalnız mənfəət üçün yaxınlaşdığının sübutudur.

Bütün bunlar bir insanın küfr əhlinin əsil üzünü anlaması üçün kafi nümunələrdir. Lakin münafiq, küfr əhlinə olan heyranlığından və yenidən o həyatı yaşamağa duyduğu həsrətdən ötrü bu həqiqətləri anlamazlıqdan gələr. Bunun əvəzində də, həyatı sevgisizlik, bədbəxtlik və narahatlıq içində, alçaldılmaqla keçər.

Adnan Oktar: “Münafiqlər ilk fürsətdə əvvəlki inanclarına, əvvəlki həyatlarına qayıdırlar. Beynində həmişə o olur, heç cür getmir. Müsəlman olduqdan sonra, əvvəlki əxlaqsızlığı, əvvəlki macəraçılığı, əvvəlki fırıldaqçılığı, əvvəlki oğurluğu, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu, əvvəlki fahişəliyi, hər nə varsa ona geri qayıtmaq istəyir.

Məsələn, hz. Musa (ə.s)-ın yanındakılar da, Musa peyğəmbər (ə.s) aralarından ayrılan kimi, o mədəniyyətə geri qayıtmaq arzusuyla dərhal buzov heykəli düzəldirlər. Keçmiş Misir dininə qayıtmaq istəyindədirlər; “Misirdəki yeməkləri özlədik, o həyatı özlədik, o mühiti özlədik” deyirlər. Halbuki orada əzilirlər, qamçıyla işlədilirlər, alçaldılırlar. Kölgədə təxminən əlli dərəcə temperaturda işlədilirlər; hələ də belədir Misirdə. Urga verirlər, məsələn; on santimetr diametrində yağlı kəndir, tutur onu. Əlli tonluq, atmış tonluq qayalar.

madde, new scientist

Yağlı odunların üstündə sürüşdürərək onları kürəklərində çəkirlər və çəkə bilməsələr ağlasığmaz şəkildə qamçılanırlar. Axşamları da bunlara müəyyən ödəniş verilir işləri bitdikdə. Onunla da gedib sarımsaqlı, soğanlı, qarışıq Misir yeməkləri, kələmlə və o cür ləvazimatlarla hazırlanmış Misir yeməkləri var onları yeyirlər. Özlərini alçaldırlar. “Bu alçaq olan şeyə mi qibtə edirsiniz?” deyir həzrəti Musa (ə.s). “Sırf bunun üçünmü bunu edirsiniz?” deyir.

Qəribə şəxsiyyətsizdirlər münafiqlər. O həyatını unuda bilmir, axırda yenə eyni nöqtəyə gəlir. Münafiqin ağlı həmişə küfr əhlindədir. Keçmiş həyatında. Misirdə “öküz”, yəni “Bəqərə heykəlləri”, arxasından və önündən boşluq qoyularaq düzəldilir; ağzından və arxa hissəsindən. Külək toxunduqda da bu buzov heykəlləri “böyürmək səsi kimi” səs çıxardırlar. Təbii ki güclü küləkdə, normal küləkdə deyil.

Xüsusi olaraq düzəldilir, lakin sırf qibtə etdiklərinə görə. Münafiqlər sırf o mədəniyyəti, o fəlsəfəni yaşamaq üçün istəyirlər. Buzov heykəli, yəni öküz heykəli “sərvəti əlində saxlamağın simvolu idi” o zamanlar yəni zənginlik əlaməti idi. Prospekt və meydanlarda həmişə öküz heykəli dikilmişdi. Bunun üçün küfr əhli belə şeylərə çox maraq göstərir. Fironun sarayına çıxan yol da, hər iki tərəfi eyni şəkildə buzov, yəni öküz heykəlləriylə dolu idi. Məhz Quranın ən uzun surəsi olan Bəqərə surəsi “öküz-inək” mənasını verər”. (A9 TV, 25 yanvar 2016)

Münafiq, müsəlmanların arasında olarkən gizlincə öz tərəfdaşlarıyla xəbərləşər

Münafiqin iman gətirmədiyi halda müsəlmanlar arasında qalmasının bir səbəbi də, “aldığı məlumatları küfr əhlindəki dostlarına ötürərək onlara iman gətirənlər əleyhinə dəstək vermək istəməsi”dir. Kiçik-böyük, əhəmiyyətli-əhəmiyyətsiz əldə etdiyi hər cür məlumatı əlaqədə olduğu digər münafiqlərə və inkarçılara ötürdüyü zaman, onlar arasında etimad və nüfuz qazanacağına inanar. Onlarda; “məlumat toplayan, həlledici mövqedə olan, mühüm bir şəxs” təəssüratını yaratdığı zaman, “küfr əhlinin özünə heyranlıq duyacağını” və əvəzində də “özünə mühüm mənfəətlər təmin edəcəklərini” düşünər. Bu məqsədlə müsəlmanlar arasında əlindən gəldiyi qədər mühüm məlumatlara çatmağa və bunlardan onların əleyhinə istifadə etməyə çalışar.

Lakin müsəlmanlar Allah qorxusu olan, dürüst, vicdanlı və tərtəmiz həyat yaşayan insanlar olduqları üçün münafiqlərin bu cür əleyhinə məlumat axtarışları həmişə uğursuzluqla nəticələnər. İman gətirənlər həyatları boyu insanların yaxşılığı və nicat tapması üçün səy göstərən, hər cür pislikdən çəkinən, qarışqanı belə incitməkdən çəkinən, yaşadıqları hər cəmiyyətə xeyir və bərəkət gətirən kəslərdir. İnancları, fikirləri, fəaliyyətləri və həyatları olduqca şəffafdır. Dolayısilə bu vəziyyətdə münafiqin edə bildiyi yeganə şey, çox şişirdərək, müsəlmanlar haqqında böhtana əsaslanan xəyali ssenarilər yaratmaq və küfr əhlindəki dostlarına yalan xəbərlər ötürmək olar.

Allah bir Quran ayəsində, müsəlmanlar arasında olan münafiqlərin “küfr əhlinə xəbər daşıdıqlarını” belə bildirmişdir:

Sizinlə birlikdə çıxsaydılar, sizə təkcə “pislik və zərər” verər və aranıza mütləq fitnə salmaq üçün səy göstərərdilər. Aranızda onlara xəbər daşıyanlar var. Allah zalımları tanıyır. (Tövbə surəsi, 47)

Digər bir Quran ayəsində isə Allah; “...həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün öz dostlarına gizli təlqinlər edərlər...” (Ənam surəsi, 121) sözləriylə, münafiqlərin küfr əhlinə xəbər daşımalarının tək səbəbinin mənfəət əldə etmək olmadığını bildirmişdir. Ayədə “sizinlə mübarizə aparmaları üçün” ifadəsiylə vurğulandığı kimi, münafiqlərin müsəlmanların yanında olma məqsədləri, şeytanın, Allaha və dinə qarşı apardığı mübarizədə şeytanın ordusu olan “inkarçılara arxa çıxmaq, onlara dəstək verərək gücləndirmək istəmələri”dir. Necə ki, münafiqlərin ən böyük hədəflərindən biri, müsəlmanların icra etdiyi xeyirli fəaliyyətləri dayandıraraq İslam əxlaqının yer üzünə yayılmasına əngəl törətməkdir. Bunu həyata keçirə biləcək qüvvənin isə inkarçılar və özləri kimi münafiqlik edən tərəfdarları olduğunu düşünərlər. Buna görə də, müsəlmanlar arasında bilərəkdən vaxt keçirər və bu müddət ərzində inkarçılar və münafiq dostlarıyla ünsiyyət halında olarlar.

Allah; “...həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün öz dostlarına gizli təlqinlər edərlər...” (Ənam surəsi, 121) ayəsiylə, münafiqlərin bu alçaqlığına bir daha diqqət çəkmiş və “bu ikiüzlü insanların inkarçılarla və özləri kimi olan digər münafiqlərlə gizlincə xəbərləşdiklərini” xəbər vermişdir.

Məhz səmimi iman gətirməyən və müsəlmanlara qarşı qəlblərində kin və qəzəb bəsləyən münafiqlərin, israrla müsəlmanların yanında qalmağa çalışmalarının ən mühüm səbəblərindən biri budur. Müsəlmanlara qarşı apardıqları mübarizələrində inkarçılara, dərin dövlətlərə və gizli strukturlara kömək edərək İslama irimiqyaslı zərər verə bilməyi ümid edərlər.

Münafiq, maqnit kimi dünyanın hər yerindəki münafiqləri tapmaq məsələsində çox bacarıqlıdır

Necə ki, şeytan öz əxlaqındakı insanlara asanlıqla yanaşa bilirsə, münafiq də eyni şəkildə, özü kimi münafiq ruhlu insanları heç çətinlik çəkmədən tapar və onlarla dərhal yaxınlaşar. Şeytanın öz dostlarını dərhal tanıyıb tapması kimi, münafiq xarakterli insanlar da sanki maqnit kimi bir-birlərini cəzb edərlər. Hamısı birlikdə eyni şeytani xarakteri və alçaq ruhu daşıdıqları üçün, bir-birlərini müəyyən edib anlamaqda heç çətinlik çəkməzlər.

Əgər münafiqin bu oyunu pozulsa və mənfəət üçün yaxınlaşdığı digər münafiqlər fikrən gücsüz vəziyyətə gətirilsə; o zaman münafiq dərhal özünə mənfəət təqdim edəcək yeni münafiq mərkəzləri axtarmağa başlayar. Müsəlmanlar onu hər dəfə çirkin içindən çıxardıqları zaman və ona hər dəfə doğrunu göstərdikləri zaman, münafiq imtina etmək əvəzinə, özünə yeni münafiq dəstəsi tapmağa üz tutar. Hər dəfə ifşa olduqda, hər oyunu hər dəfə pozulduqda, yolunu və üsulunu dəyişdirərək, digər bir hiyləgər üsulla bu münafiq xarakterli əlaqələri qurmağa davam edər.

Buna görə də, münafiqin dəstək aldığı səmimiyyətsiz mərkəzlərin ifşa edilməsi və şeytanın ona yaxınlaşa biləcəyi bütün yolların ağıllı şəkildə bağlanılması çox əhəmiyyətlidir. Çünki münafiq həmişə yeni bir yol axtaracaq, bir yolu bağlansa başqa bir yol axtarmağa başlayacaq. Lakin əgər şeytanın oyunları Quran əxlaqının tələb etdiyi şəkildə qətiyyətlə pozulsa, münafiq artıq oyun oynaya bilməyəcək hala gələr. İfşa olan və hər dəfə oyunları pozulan münafiq bir nöqtədə seçimini etmək məcburiyyətində qalar. Ya imanı seçərək müsəlmanlarla birlikdə dürüst həyat yaşamağı qəbul edər, ya da oyunlarının pozulmasından və şeytani hədəflərinə çata bilməməkdən usanaraq inkarçılardan yana olduğunu açıqca göstərər.

Münafiq, hiyləgərcəsinə həmişə müsəlmanların əleyhinə çalışar

Münafiq həyatı boyu həmişə müsəlmanların əleyhinə çalışar. Günün 24 saatı ərzində nə cür şeytani əməl edəcəyini düşünər. Səhər oyandıqdan axşam yatana qədər səmimiyyətsizlik, hiyləgərlik və xainlik arxasınca qaçar. Gizlin-gizlin müsəlmanları əldən salmaq, güclərini yox etmək və onları narahat etmək üçün edə biləcəyinin ən çoxunu etməyə çalışar. Lakin bu planlarını açıq şəkildə istədiyi kimi həyata keçirə bilmədiyi üçün, təkcə hiyləgərcəsinə gücünün çatdığı qədər hərəkət edər. Yoxsa münafiq çox “alçaq xarakterli və şirret” varlıqdır. Əlinə imkan keçsə və ya kiçik də olsa bir fürsət tapsa, müsəlmanlara zərər verə biləcək hər cür pis işin içinə girər. Onların əleyhinə olan hər yola müraciət edər. Hər dəfə imkan tapdıqda müsəlmanların düşmənləriylə ittifaq qurar, casusluq edər və onlara məlumat daşıyar. Öz aləmində müsəlmanlara zərər verəcəyini düşündüyü hər cür fəaliyyəti göstərmək istəyər.

Allah bir Quran ayəsində “münafiqlərin əsil məqsədlərinin müsəlmanların əleyhinə fəaliyyət yürütmək olduğunu” belə xəbər vermişdir:

Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)

Allah bu ayədə münafiqin “zərər vermək” “inkarı gücləndirmək” məqsədiylə hərəkət etdiyini bildirmişdir. Zərər verməyin forması isə, münafiqin əlindəki imkanlara əsasən dəyişər. Əgər gücü çatsa ola biləcək ən çox maddi və mənəvi zərəri vermək istəyər. Lakin buna imkan tapa bilmədiyi zaman da, çox kiçik dozalarda belə olsa mütləq müsəlmanların əleyhinə nə isə  etməyə çalışar. Bəzən “yalan danışaraq, böhtan ataraq, davakar, təcavüzkar, ədabaz və həyasız üslubla danışaraq”, bəzən “eqoistlik və ya tənbəllik edərək”, bəzən də “boş işlərlə müsəlmanları məşğul edib vaxtlarını alaraq, onları yuxusuz buraxıb, yormağa çalışaraq” narahatçılıq çıxartmağa və müsəlmanları narahat etməyə cəhd edər.

Ayənin davamında xəbər verilən münafiqin müsəlmanlar əleyhinə digər bir səyi də “inkarı gücləndirmək”dir. Münafiq əlindən gəldiyi qədər “İslama zərər verə bilmək, müsəlmanları gücsüz hala gətirə bilmək, dinsizliyi, səmimiyyətsizliyi, küfr əxlaqını yaya bilmək” istəyər. İslam əleyhinə təsirli olacağını düşündüyü hər cür təşəbbüs və fəaliyyəti dəstəkləyər. Küfrün güclənməsi üçün müsəlmanlardan məlumat toplayıb inkarçılara ötürər. Dinsiz ideologiyaların güclənməsi üçün gizlincə fəaliyyət göstərər. Müsəlmanların Quran əxlaqını dünyada hakim edə bilmək üçün gördükləri işlərin təsirini yox etmək, onları müvəffəqiyyətsizliyə düçar etmək üçün müxtəlif oyunlar oynayar və tələlər qurar.

Ayədə bildirilən, münafiqin müsəlmanlar əleyhinə apardığı digər bir fəaliyyət də, “müsəlmanların arasını ayırmaq”dır. Müxtəlif “yalan, böhtan və oyunlarla müsəlmanların arasını vurmağa çalışmaq, anlaşmazlığa düşmələrini təmin etmək, bir-birləriylə görüşmələrinə, yaxın dostluqlar qurmalarına əngəl törətməyə çalışmaq” da yenə münafiqin müsəlmanlar əleyhinə oynadığı oyunlardandır.

Münafiqin bu məsələdəki digər hücumu isə “daha əvvəl Allaha və Onun Elçisinə qarşı vuruşanları gözətləmək”dir. Münafiq öz aləmində müsəlmanlara zərər verə bilmək üçün, daha əvvəl müsəlmanlara qarşı hər kim mübarizə apardısa gedib onları tapar və onlarla yaxın əlaqə yaradar. Məsələn, bir yerdə bir münafiq qrup vardırsa və ya inkarçılardan müsəlmanları hədəf almış bir dəstə vardırsa, münafiq dərhal onlarla dialoq yaradıb onları iman gətirənlər əleyhinə daha da qızışdırmaq istəyər.

Münafiqin müsəlmanlar əleyhinə göstərdiyi bu cür xain fəaliyyətlərin həddi-hüdudu və ucu-bucağı yoxdur. Şərtlərə və imkanlara görə, həmişə yeni hiyləgərliklər tapar, saxtakarca üsullar meydana gətirər. Lakin buna baxmayaraq, münafiqlər; “biz yaxşılıqdan başqa heç nə istəmədik” deyərək guya “nə qədər təmiz insanlar olduqlarına dair” and içərlər. Özlərini hər zaman yalnız yaxşılıq arxasınca qaçan, ağıllı, dürüst, yaxşı niyyətli insanlar kimi tanıtmağa çalışarlar. Lakin əslində həmişə şeytani əməl və pislik arxasınca qaçarlar və bu sözləri də yalandır. Necə ki, Allah ayənin sonunda; “Allah onların, şübhəsiz ki, yalançı olduqlarına şahidlik edir” sözləriylə münafiqin bu alçaq xarakterini xəbər vermişdir.

Lakin Allah Quranda; “Allah kafirlərə möminlərin əleyhinə nə isə  etmələrinə qətiyyən imkan verməz” (Nisa surəsi, 141) buyurmuşdur. Məhz buna görə də, münafiq də küfr əhli olan ittifaqından, Allahın bu ayəsinin tələbi olaraq, hər nə etsə də, istədiyi müvəffəqiyyəti heç vaxt əldə edə bilməz. Allah müsəlmanların mütləq üstün gələcəyini Quranda belə xəbər vermişdir:

And olsun, göndərilən bəndələrimiz haqqında (bu) sözümüz keçmişdir: “Həqiqətən onlar, mütləq nüsrət (kömək və zəfər) tapacaqlar. Həmçinin, şübhəsiz; Bizim ordularımız, üstün gələcək olanlar onlardır. (Saffat surəsi, 171-173)

 

7 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net