< <
8 / total: 24

Münafiqin Özünü Küfr Əhlinə Bəyəndirmək Səyi

Münafiq, öz aləmində dini darıxdırıcı hesab edər

Münafiqlər müsəlmanların yanında olduqları müddət ərzində həmişə Allahdan, dindən, gözəl əxlaqdan bəhs edilən və Quran oxunan mühitlərdə olarlar. Həmçinin müsəlmanların arasında dinin bütün gözəlliklərinə və iman gətirənlərin gözəl əxlaqına şahidlik etdikləri halda, dindən yana qəlbləri daş kimi olduğu üçün, bütün bunlardan bir an belə müsbət mənada təsirlənməzlər. Şeytanın anarxiya və xaos dolu qaranlıq dünyasına duyduqları heyranlıqla dini öz aləmlərində “bəsit və cansıxıcı” hesab edərlər. Münafiqlər üçün əsil cəlbedici olan; “qarışıqlığın, mənfəətpərəstliyin, sevgisizliyin, saxtakarlıqların hakim olduğu, hər kəsin bir-birini aldatdığı və bir-birindən nifrət etdiyi küfri həyat tərzi”dir. Olduqca ürküdücü olan bu şeytani struktura və bu həyatı yaşayan inkarçılara (haşa) Allaha ibadət edən kimi ibadət edər, var gücləriylə onların qaranlıq dünyasında özlərinə bir yer tutmağa çalışarlar.

Həmçinin münafiqlər axirətdə alacaqları qarşılığı deyil, dünyada əldə edə biləcəkləri mənfəətləri əhəmiyyətli hesab edərlər. Dolayısilə öz zəif və şeytani ağıllarına əsasən, dinin bu istiqamətiylə özlərinə heç bir mənfəət qazandırmayacağını düşünərlər. Dini yaşayaraq ətraflarındakı insanlar içində uğur qazana bilməyəcəkləri və göstəriş edə bilməyəcəkləri qənaətindədirlər. Həmçinin onlara görə din asan və sadədir. Allah dini insan fitrətinə ən uyğun və ən rahat bir həyat tərzi olaraq yaratmışdır, buna görə din asan və sadədir. Münafiq isə “küfr əhlinin qarmaqarışıq fəlsəfi ifadələrinə, təmtəraqlı və hara çatmaq istədiyi heç cür anlaşılmayan əntəl danışıqlarına, özlərini çox müdrik və təcrübəli insanlar kimi göstərmək səylərinə”böyük heyranlıq duyar.

Münafiq, istədiyi bu şeytani gümanların heç birini dində tapa bilməz. Dini öz aləmində çox sadə və cansıxıcı hesab edər (İslamı tənzih edirik). Dolayısilə özünə göstəriş qazandıracaq şeyin, onlar kimi dindən uzaq danışıqlar edib, onların dindən kənar fəlsəfələrini müdafiə etmək olduğuna inanar. Buna görə də, demək olar ki, hər platformada özünü insanlara onlardan biri kimi tanıda bilmək üçün “bu fəlsəfi ifadələr və onların əntəl fikirlərindən” istifadə edər. Sosial şəbəkə hesablarında bunlardan bəhs edən şəkillər, sözlər, filmlər paylaşar. Bu məsələlərdə küfr əhlində “ustad” kimi tanınan kəslərin paylaşdıqlarını bəyənər və səhifələrində onlardan gətirilmiş sitatlara yer verər. Beləliklə də, özünü guya “monoton müsəlman” kimi görünməkdən xilas etdiyinə və bununla da böyük “göstəriş etdiyinə” inanar.

Halbuki əsil monoton olan, küfr əhlinin və münafiqin inandığı batil fəlsəfələr, yaşadıqları bəsit əxlaqa əsaslanan həyatdır. İslam, insanlara dünyanın bütün gözəlliklərini ən yaxşı şəkildə yaşamağı, dünyada ən çox xoşbəxt olmağın yolunu öyrədən haqq dindir. Dini yaşayan müsəlman dünyanın hər cür nemətindən ən mükəmməl şəkildə istifadə edən, hər şeydən ən çox zövqü ala bilən insandır. Küfr əhlinin soyuq, qaranlıq, donuq, kompleks ruhu isə, onlara yalnız bədbəxtliyin, narahatlığın və çıxılmaz vəziyyətlər içində sürünüb qalmağın yolunu göstərər. Bu münafiqin və küfrün yalnız dünyada çəkdiyi acıdır. Axirətdə isə dəhşətli əzab onları əbədiyyən buraxmayacaq.

madde, new scientist

Adnan Oktar: “Münafiqlər İslamı (haşa) bir az cansıxıcı hesab edərlər. Öz aləmlərində onu küfrlə dəyişdirmək istəyərlər. Məsələn, İslami bir əsər, Qurani bir əsər onu sıxar. Mütləq küfrdən bir əsər olsa xoşuna gələr; bunları oxumaq istəyər. Allahdan, Kitabdan, dindən bəhs edən kitabları oxumaq istəməz. Onları bəyəndiyini də söyləmək istəməz, onu (haşa) alçaldıcı hesab edər. Lakin küfrdən nə olduğu bilinməyən, nə söylədiyi, başa düşülməsi çətin kitablar, yazılar olduqda, ədabazlıq olsun deyə onları bəyənər və oradan özünə bir payə çıxardar. Özünü ucaltdığını zənn edər. Halbuki, Allah küfr əhlini tənqid edir, “gücü və qüruru onların yanındamı axtarırlar?” deyir. Məhz münafiqlər gücü və qüruru həmişə küfr əhlinin yanında axtararlar”. (A9 TV, 23 yanvar 2016)

Münafiq, müsəlmanları deyil, küfr əhlini keyfiyyətli hesab edər

Allahın Quranda; “onlar, möminləri qoyub kafirləri dost (vəli) tutarlar. “Güc və qüruru (izzəti)” onların yanındamı axtarırlar? Şübhəsiz ki, “bütün güc və qürur”, Allaha məxsusdur” (Nisa surəsi, 139) sözləriylə bildirdiyi kimi, münafiqlər möminləri deyil, küfrü güclü hesab edərlər. Münafiqlər bu baxış prizmalarından ötrü dünya həyatı ilə bağlı hər mövzuda, küfr əhlinin müsəlmanlardan üstün olduğuna inanarlar. Təkcə onların yanında olacaqları zaman güclü və qürurlu olacaqlarını və təkcə bu şəkildə etimad qazana biləcəklərini düşünərlər. Öz zəif ağıllarına görə küfr əhlindən biri olmağın guya “keyfiyyət əlaməti”, müsəlmanlardan biri kimi görünməyin isə “keyfiyyətsizlik” olduğuna inanarlar.

Müsəlmanları keyfiyyətsiz, küfr əhlini isə keyfiyyətli görmələrindən ötrü də, “inkarçıların həyat tərzlərinə qibtə edər, onların hər cür azğın əxlaqını guya müasirlik kimi xarakterizə edərlər”. Ədabazlıqlarını, dinsiz rəftar və danışıqlarını bəyənər, onlar kimi olmağa çalışarlar. Özlərini heç kimin çata bilməyəcəyi yuxarı səviyyədəki keyfiyyətə sahibmiş kimi göstərən, heç kimə sevgi və hörmət bəsləməyən, heç kimə dəyər verməyən, kəskin izah və rəftarlarıyla cəmiyyət içində fitnə törədən küfr əhlinin davranışlarına qibtə edərlər. Onların dünyasında yer tuta bilmək, onlar kimi olmaq, onlar kimi yaşamaq istəyərlər.

Halbuki həm dünyada, həm də axirətdə, Allah tərəfindən “ən üstün” olaraq xarakterizə edilən insanlar müsəlmanlardır. Allah Özünə qəlbən bağlı möminlərə keyfiyyətin ən yüksək səviyyəsini meydana gətirə biləcək ağıl və estetika anlayışı verər. Hz. Süleyman (ə.s)-ın həyatında müsəlmanların bu xüsusiyyətinin diqqətçəkən nümunəsini görmək mümkündür. Allah hz. Süleyman (ə.s)-a böyük ehtişam və zənginlik vermiş, onu üstün güc və keyfiyyət içində yaşatmışdır. Gəlib-keçmiş bütün saleh müsəlmanlar həm yüksək insani keyfiyyətə sahib olmuş, həm də həyatın hər sahəsində maddi-mənəvi hər şeyi ən keyfiyyətli şəkildə yaşamışlar.

Münafiq, müsəlman kimi görünməkdən utanar

Münafiqlər heç vaxt müsəlman kimi görünmək istəməz, müsəlman kimi tanınmaqdan utanarlar (müsəlmanları tənzih edirik). İman gətirənlərin olmadığı və ya onların özlərini görmədiklərini düşündükləri yerlərə getdikləri zaman, eynilə küfr əhlindən biriymiş kimi davranarlar. Müsəlmanlarla birlikdə görünmək heç xoşlarına gəlmədiyi halda, adları küfr əhli ilə çəkildiyi zaman xoşbəxt olarlar. Adlarının onlarla birlikdə çəkilməsində göstəriş axtararlar. Özlərinə məxsus sosial şəbəkə hesablarında küfrün ruhunu əks etdirən şeylər paylaşmalarının səbəbi də yenə bu baxış prizmalarıdır. Gündəlik həyatlarında olduğu kimi, bu platformalarda da müsəlman kimi görünməkdən çəkinərlər. Demək olar ki, hər fürsətdə qəlblərindəki şeytani istiqaməti üzə vuran və küfr əhlinə simpatiya duyduqlarını hiss etdirən şeylər paylaşarlar. Müsəlmanlara özlərini hiss etdirməmək üçün bir neçə imani şeylər paylaşsalarda, bunların digərlərindən çox az və görülməyəcək şəkildə olmasına diqqət yetirərlər.

Bu hiyləgər üsullarla hərəkət edən münafiqin unutduğu mühüm bir məsələ var: münafiqin müsəlmandan fərqi, üzərindəki küfri əlamətlərdən onsuz da dərhal aydın olur. Həmçinin bu da onun üçün çox alçaldıcıdır. Müsəlman nur kimidir; gözəl əxlaqı, nəcibliyi, keyfiyyəti, kəskin ağlı və sevgisi ilə bütün insanlara nümunə olan varlıqdır. Girdiyi hər yer nur kimi işıqlanar. Bütün dünya üçün xeyirli insandır. Onun əxlaqının, sözlərinin, rəftarlarının çatdığı hər yer insanlara fayda və xeyir gətirər. Sosial şəbəkədə bir müsəlmanın paylaşdıqlarıyla qarşılaşan hər insan, (iman gətirib-gətirməməsindən asılı olmayaraq) bu gözəl əxlaqa istər-istəməz heyran olar və bunun təsiri altında qalar.

Müsəlman olmaq insan üçün böyük şərəfdir. Münafiqin, müsəlmanlar kimi olmadığını vurğulamaq istəməsi, iman gətirənlər üçün xeyirə dönər. Beləliklə münafiqin qəlbindəki pislik, imansızlıq, küfrə olan meyllik və müsəlmanlara duyduğu kin və qəzəb ortaya çıxmış olar.

madde, new scientist

ADNAN OKTAR: "Şeytanlarıyla baş başa kaldıklarında ise, derler ki: "Şüphesiz, sizinle beraberiz." Benim onlarla aslında hiç beraberliğim yok diyorlar. Onun için Müslümanlarla beraber anılmak istemez münafıklar. Çok çekinirler. Müslümanlarla adlarının çıkmasını hiç istemezler. "Biz (onlarla) yalnızca alay ediyoruz." (Bakara Suresi, 14) "Eğleniyoruz onlarla, istihbarat topluyoruz, onları kullanıyoruz. Bizim onlarla bir işimiz olmaz" derler. Müslümanla adının çıkmaması münafık için çok hayatidir. Küfür içinde rahat hareket etmesi için buna ihtiyacı olur. Kendi kafasına göre tabii." (A9 TV, 24 Ocak 2016)

ADNAN OKTAR:  "Bir münafığın hastalığını anlamak istiyorsanız asrımızda Allah kolaylık yaratmıştır. Bakın Facebook'una, internet sayfalarına, bütün hastalığını görürsünüz, tablo gibi karşınıza çıkar. Kimlerle görüşüyor, ne yapıyor, Allah'a bakış açısı nedir, Kuran'a bakış açısı nedir? Bu sayfalarda, Allah sevgisinden, Peygamber sevgisinden hiç bahsetmez münafık. Tek kelime dini konulardan bahsetmek istemez, ağırına gider, utanç duyar." (A9 TV, 25 Ocak 2016)

Adnan Oktar: “Şeytanlarıyla təkbətək qalanda isə, belə deyərlər: “Şübhəsiz ki, sizinlə birlikdəyik”“. Biz əslində onlarla heç birlikdə olmamışıq deyirlər. Buna görə də, adlarının müsəlmanlarla birlikdə çəkilməsini istəməz münafiqlər. Çox çəkinərlər. Adlarının müsəlmanlarla birlikdə çəkilməsini heç istəməzlər. “Biz (onlara) yalnız istehza edirik” (Bəqərə surəsi, 14)” əylənirik onlarla, məlumat toplayırıq, onlardan istifadə edirik. Bizim onlarla heç bir işimiz olmaz” deyərlər. Müsəlmanla adının birlikdə çəkilməsi münafiq üçün çox mühümdür. Küfr əhli içində rahat hərəkət etməsi üçün buna ehtiyacı olar. Təbii ki öz ağlına görə”. (A9 TV, 24 yanvar 2016)

Adnan Oktar: “Bir münafiqin xəstəliyini anlamaq istəyirsinizsə əsrimizdə Allah asanlıq yaratmışdır. Baxın facebookuna, internet səhifələrinə, bütün xəstəliyini görərsiniz, portret kimi qarşınıza çıxar. Kimlərlə görüşür, nə edir, Allaha baxış prizması necədir, Qurana baxış prizması necədir? Bu səhifələrdə, Allah sevgisindən, Peyğəmbər sevgisindən heç bəhs etməz münafiq. Dini mövzulardan tək söz belə bəhs etmək istəməz, xoşuna gəlməz, utanar”. (A9 TV, 25 yanvar 2016)

Münafiq, dini əsərləri oxuyan biri kimi tanınmaq istəməz

Münafiqin mühüm bir xüsusiyyəti də dindən bəhs edən əsərləri oxumaqdan şiddətlə qaçmasıdır. Münafiqlər bütün mənlikləriylə şeytanın dünyasına yönəldilməsindən olduqları üçün Quran ayələrini, Allahdan və dindən bəhs edən kitabları qətiyyən oxumaq istəməzlər. Qurandakı, küfr əhlinin azğın məntiqlərini yerlə-yeksan edən möhtəşəm üslub onlara dəhşətli dərəcədə iztirab verər.

Bunun müqabilində münafiqlər, küfr əhlinin fəlsəfəsini müdafiə edən kitabları böyük şövqlə oxuyarlar. Bu kitablardakı şeytani izahlar və küfri məntiqlər qaranlıq ruhlarıyla üst-üstə düşdüyü üçün, onları oxumaq çox xoşlarına gələr. Xüsusən də əllərində, çantalarında, olduqları məkanlarda bu kitablarla görülmək onlar üçün çox mühüm məsələdir. Buna görə də, inancsız insanlar arasında məşhurlaşmış dinsiz-ateist müəlliflərin kitablarını satın alıb yanlarında saxlayar, evlərində də bunları görüləcək bir yerə qoyarlar. Facebook, tvitter, instaqram kimi sosial şəbəkə saytlarında bu kitabları oxuduqlarına dair şeylər paylaşarlar. Əllərində bu cür bir kitabı oxuyurmuş kimi tutarkən və ya bu müəlliflərin kitablarının olduğu bir kitabxananın qarşısında poz verərkən çəkdirdikləri fotoşəkilləri sosial şəbəkə hesablarına yükləyərlər.

Əlbəttə ki, buna bənzər davranışlara münafiqlərdən başqa bir çox insanda da rast gəlmək olar. Lakin onlar, dürüst şəkildə fikirlərini ortaya qoyan, dinsiz, ateist və imansız olduqlarını açıqca ifadə edən kəslərdir. Dolayısilə bu inanclarını dəstəkləyən fəaliyyətlər göstərmələri də normaldır. Münafiqin fərqi isə, “dinsizliyini gizlətməsi”, insanlara “iman gətirdiyini” “İslamı müdafiə etdiyini” söyləyib ardınca da paylaşdıqlarıyla hiyləgərcəsinə “dinsizliyin təbliğatını aparmağa çalışması”dır.

Məhz buna görə də, münafiqlər Quranın göründüyü, Allahdan, dindən bəhs edən İslami əsərlərin iştirak etdiyi bir şey paylaşmaqdan çəkinərlər. Bu davranışlarındakı məqsədləri, küfr əhlindəki ədabaz insanların rəğbətini qazanmaq, onların gözünə girməkdir. Bu yolla onların diqqətini çəkmək, onlar tərəfindən təqdir edilmək istəyərlər.

Onlar zəhmətlə küfr əhlinin rəğbətini qazanmaq üçün səy göstərərkən, ortaya qoyduqları küfri modellə müsəlmanlara qarşı özlərini ələ vermiş olarlar. Bütün bu etdiklərindən, Allahı sevən səmimi müsəlman deyil, əksinə küfr əhlinə heyranlıq duyan və münafiq xüsusiyyəti göstərən insanlar olduqları açıqca aydın olar. Əlbəttə ki, bu vəziyyət aralarında səmimiyyətsiz bir insan olduğunu görmək imkanı tapan müsəlmanlar üçün rəhmətdir. Tədbirli davranmaları və diqqət yetirməli olduqları bir insanla birlikdə olduqlarını anlamış olarlar.

Adnan Oktar: “Allah Muminun surəsinin 67-ci ayəsində; “ayələrimizə qarşı təkəbbür göstərərək” deyir, yəni İslama, Qurana qarşı təkəbbür göstərərək. Məsələn, münafiq Quranla şəkil çəkdirə bilməz, utanar. Adının müsəlman adı olmasından utanar. İslamdan bəhs edən kitablardan utanar. Allahdan utanar (Allahı, Quranı və dini mövzuları tənzih edirik).

madde, new scientist

“Lə ilahə illəlAllah Muhammədən Rəsulullah” yazan bir yazının yanında şəkil çəkdirmək istəməz. Lakin belə, əntəl, dinsiz, imansız olanların kölgəsində olmağı istəyər. Onlarla tanınmaq istəyər. Allah; “ayələrimizə qarşı təkəbbür göstərərək gecə vaxtı sayıqlayırdınız” deyir. Məhz münafiq sayıqlayar, yəni cəfəngləyər. Psixopatcasına, məsələn, gizlincə yazışır, telefonla yazır, internetdən yazır və ya gecə yarısı geyinir, gizlincə bir yerdən enib bir yerə gedir. Digər münafiqlərlə əlaqə yaradıb onlara məlumat verir. (A9 TV, 24 yanvar 2016)

Adnan Oktar: “Məsələn, əsrimizə baxın, münafiq internetdə paylaşma saytlarında “müsəlmanam” deyər. Lakin müsəlman olduğuna dair bir ifadə; bir ayə, bir Quran şəkli, Quran ayələrindən bəhs edən ifadələr və ya müsəlmanların hər hansı hərəkətini yaxud Qurandan izah etdiklərini münafiqin səhifəsində, yazılarında görmək qeyri-mümkündür. İndi əsrimizdə nə var? İnternet var, internetdəki müxtəlif paylaşma səhifələri var. Bu yerlərdə adının həmişə küfr əhli ilə birlikdə çəkilməsini istəyər münafiq. Müsəlmana yaraşan şəkildə tanınmaq istəməz. Məsələn, səhifəsində ayə olması çox narahat edər münafiqi. (Haşa) Onu alçaldıcı hesab edər. “Facebook”unda ayə paylaşmaq və ya Quran yaxud müsəlmanlara yer vermək münafiqin heç xoşuna gəlməz. Əlindən gəlsə hamısını çıxardıb silmək istəyər, lakin tamamilə ifşa olacağını bildiyi üçün, istəmədən, məcburən paylaşar. Lakin nifrət edər, ona görə əsil insanlar küfr əhlidir. əsl izdiham küfrdür. Müsəlman olmaqdan çox utanar, kafir ruhu olduğu üçün (dini mövzuları tənzih edirik)”. (A9 TV, 29 yanvar 2016)

Münafiq, dini mövzulardan bəhs edərkən belə hiyləgərcəsinə dinsizliyi təlqin edər

Münafiq bəzən, qəlbindəki səmimiyyətsizliyin, kin və qəzəbin başa düşülməməsi məqsədiylə Allahla, dinlə əlaqədar (əvvəlcə müsbət kimi görünən)danışıqlar edə bilər. Lakin bu danışıqların içinə mütləq hiyləgərcəsinə bir “fitnə ünsürü” qatar. İlahi danışıq edəcəkmiş kimi bir rəftar göstərərək etdiyi demək olar ki, hər danışığının arasına, mütləq şeytani ünsürlər yerləşdirər.

Məsələn, möminlərin gözəl əxlaqından bəhs etmək üçün başladığı bir sözü, müəyyən şəkildə onların əleyhinə bir danışığa döndərər. Guya İslamı tərifləmək məqsədiylə başladığı danışıqlara həmişə tənqidi cümlələr əlavə edər. Bir sözlə, münafiq, dinin lehinə kimi görünən hər danışığını, mütləq “dindən kənar bir açıqlama ilə, mənfi bir şərh” və ya “səhv başa düşülməyə açıq, şübhə verən üslublarla” tamamlayar. Bunu da açıq-aşkar deyil, “hiyləgərcəsinə, üstüörtülü və gizli üsullarla” edər. Bunları hazırlamaqdakı məqsədi həm “öz aləmində İslamı degenerasiya edib zərər verə bilmək, həm dinsizliyi təlqin edə bilmək, həm də küfr əhlinə özünü bəyəndirə bilmək”dir.

Dolayısilə münafiqin bu fitnə dolu hiyləgər üslubu, səmimi müsəlmanların sözlərindən tamamilə fərqli olmasıyla diqqət çəkər. Müsəlmanlar, münafiqlərin insanlara Allah və din haqqında şübhə vermək, onları tərəddüdə salmaq, başlarını qarışdırıb, doğru yoldan ayırmaq üçün bilərəkdən etdikləri bu incə oyunlarını dərhal pozarlar. Dərhal Quran ayələri və elmi dəlillərlə, əlaqədar mövzuların doğrularını sübut edərək göstərib dinləyənlərin məlumatlandırılmasını təmin edərlər.

Münafiq, İslamı deyil, öz şeytani fəlsəfəsini təbliğ edər

Münafiq, İslamdan bəhs edirmiş təəssüratını verərək gizlincə öz şeytani fəlsəfəsini təbliğ edər. Məqsədi fitnə törətmək, insanların qəlbinə dinə dair şübhə salmaq və xüsusən də imanı zəif insanları öz azğın düşüncələrinə çəkməkdir. Məsələn, hazırkı dövrdə özünü guya “müsəlman analitiklər” kimi tanıdan bəzi “münafiq ruhlu insanlar” qoşulduqları fəaliyyətlərdə, televiziya proqramlarında, yazdıqları məqalələrdə, kitablarda, qəzetlərdə və ya sosial şəbəkə profillərində “Qurana əsaslanmayan yanlış məlumatlarla, insanları din haqqında yanlış düşüncələrə salmaq, onları Allahdan, dindən uzaqlaşdırmaq və azğınlığa sürükləmək” üçün fəaliyyət göstərərlər. Bu insanların əsas taktikası, “Qurana uyğun olmayan azğın düşüncə və ya tətbiqləri, sanki dində varmış kimi göstərmək”dir. Öz aləmlərində ayələrin mənalarını təhrif edərək dinə zərər verməyə çalışarlar. Bunu edərkən də, din haqqında çox əhatəli məlumat sahibi olduqlarına dair təəssürat yaradaraq, əslində Quranla ziddiyyət təşkil edən düşüncələrini Qurana uyğun kimi göstərməyə çalışaraq geniş kütlələrə yaymağı hədəfləyərlər.

Hazırkı dövrdə istər yazılı, istər vizual, istərsə də sosial şəbəkədə bu yolla fəaliyyət göstərən və “dində haram edilən bəzi hərəkətləri, guya halal olaraq təqdim edən” bəzi münafiq qruplara rast gəlmək mümkündür. Bu cür təşkil edilmiş qruplar, Quranda haram edilən hərəkətlərdən biri olan “homoseksuallığı” və ya dünya səviyyəsində dinsizliyi hakim etməyə çalışan “Rumilik fəlsəfəsi” kimi azğınlıqları müdafiə edər və bunları qanuni göstərməyə çalışarlar. Bütün bunların nəticəsində də, insanları həqiqi İslamdan uzaqlaşdırıb azğınlığa sövq etməyə çalışarlar.

Lakin Allah Quranın; “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (Hicr surəsi, 9) ayəsiylə İslamı qoruyan olduğunu bildirmişdir. Allah, qiyamətə qədər haqq dinini qoruyacaq. “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlər istəməsələr də, Allah Öz nurunu tamamlayacaqdır” (Saff surəsi, 8) ayəsi isə Allah, inkarçıların və münafiqlərin danışıqlarıyla, etdikləri təlqinlərlə İslamı pozmağa və degenerasiya etməyə çalışacaqlarına diqqət çəkmiş, lakin bunda heç vaxt müvəffəqiyyət qazana bilməyəcəklərini xatırlatmışdır. Allah münafiqlərin bütün səylərinə baxmayaraq, dinini batil inanc və fəlsəfələrdən üstün edəcək və İslam əxlaqını bütün dünyada hakim edəcək.

Münafiq, Allahı Quranla deyil, şeytani şəkildə zikr edər

Münafiqin heç istəmədiyi və ən əzab çəkdiyi məsələlərdən biri Allahı zikr etməkdir. Lakin Allahı zikr etmək müsəlmanların ən əhəmiyyət verdiyi və diqqətlərinin ən açıq olduğu məsələlərdən biridir. Dolayısilə bu məsələdə əskikliyi olan kəslər də müsəlmanların nəzərindən yayınmaz. Məhz münafiq də, ifşa olmamaq üçün, hərdənbir, nə qədər istəməsə də, Allahın adı çəkilən söhbətlərə qoşulmaq məcburiyyətində qalar. Lakin bu cür vəziyyətləri də, yenə şeytani oyunları istiqamətində qiymətləndirməyə çalışar. Allahı zikr edirmiş kimi edərkən, danışıqlarına daxil etdiyi şeytani incəliklərlə, əslində hiyləgərcəsinə Allah əleyhdarı inanc, ideologiya və fəlsəfələri müdafiə edər. Məsələn, Allahı zikr edirmiş kimi başladığı bir danışıqda Allahı, Quranda Allahın Öz Zatını izah etdiyi şəkildə deyil, fəlsəfə ilə izah edər. Allahı Quranla deyil, məntiqlə izah etməyə cəhd edər. Allahın gücünə deyil, küfr əhlinin və elmin gücünə inandığını vurğulayar. Məsələn, kainatın yaradılışını Quranla deyil, fəlsəfə ilə açıqlamaq istəyər.

Tam mənasıyla bir “elm ədabazı” olan münafiq “heç bir mövzunu Quranla izah etməz”. Danışıqlarında yaradılışı inkar edən elm adamlarının ədabaz izahatlarından, fəlsəfənin mürəkkəb və məntiqsiz izahlarından istifadə edər. Elm, əlbəttə ki, Allahın böyüklüyünü qavramaqda yol göstərici olan böyük nemətdir. Lakin münafiq elmdən (haşa), onu Allahdan müstəqil və daha böyük güc zənn edərək danışar ki, bu da qəti yanılmadır.

Həmçinin münafiq, Allahın mövcudluğundan, vahidliyindən Quran ayələriylə bəhs etmək əvəzinə, şeytanın yönləndirməsi ilə, Quranın ruhundan tamamilə uzaq üslubla, şeytani məntiqsizliklərlə bəhs edər. Qəlbindəki xəstəlikdən ötrü, danışarkən Allahdan, dindən və imandan səmimi coşğuyla bəhs edə bilməz. (Haşa) Özünün Allahdan üstün olduğunu düşünən, Qurandan tamamilə uzaq, soyuq üslubu vardır. Heç vaxt Allaha təslim olmuş ruhla danışmaz. Özünün Allahdan üstündə bir varlıq olduğunu düşündüyü başa düşülən təkəbbürlü üslubu vardır (Allahı tənzih edirik). Bu şeytani təkəbbür münafiqin səsinə, danışıqlarına və mimikalarına da əks olunar.

Müsəlmanlar, münafiqin Allahı zikr edərkən istifadə etdikləri ədabaz, lovğa və asi üslubu gördükləri zaman, ondakı aydın bir “münafiq əlamətini” daha müəyyənləşdirmiş olarlar. Münafiqin bu üslubuyla, imanı zəif və ya din haqqında məlumatı olmayan şəxslər üzərində yaratmaq istədiyi dinsizliyə sövq edən təsiri, Qurani dəlillərlə və səmimi izahatlarıyla aradan qaldırarlar.

Münafiq (Allahı tənzih edirik) Allahı qəbul etmədiyini göstərən üslubuyla guya öz böyüklüyünü vurğulamaq istəyər. Halbuki ağzından çıxan hər sözü təkcə Allah istədiyi üçün danışır. Əlbəttə ki, etdiyi şeytani əməllərin hər birini Allah görür. Allah istəsə, münafiqi istədiyi anda, etdiklərindən ötrü əzablandırmağa qadirdir. Lakin Allah, dünya həyatında yaratdığı qanununun tələbi olaraq, ona müəyyən möhlət verir və onu sınayır. Bu müddəti Allaha qarşı təkəbbürlənər əks, hiyləgərcəsinə (haşa) Allahdan daha böyük olduğunu vurğulamağa çalışaraq keçirməsi isə, təkcə münafiqin axirətdə alacağı əvəzin və çəkəcəyi əzabın miqyasını böyüdür.

Münafiq, İslama xidmət etməsi lazım gəlsə, bunu hiyləgərcəsinə küfr əhlinə xidmət etməyə döndərər

Münafiq Allahı zikr etməkdən və Allahın zikr edildiyi mühitdə olmaqdan çox narahat olduğu kimi, Allah yolunda xidmət etməkdən də “böyük sıxıntı” duyar. İman gətirmədiyi halda Allahın dininə müəyyən töhfə vermək məcburiyyətində olması, ona şiddətli əzab verər. Buna görə də, İslama fayda verən, az da olsa, hər hansı şey etməkdən diqqətlə qaçınar.

Lakin bütün müsəlmanların gecə-gündüz Allah yolunda xidmət etdiyi bir cəmiyyətdə, əlbəttə ki, münafiq diqqət çəkməmək üçün hərdənbir bəzi məsələlərdə nə isə edirmiş kimi görünməyə çalışar. Məsələn, bəzən Allahla, dinlə əlaqədar bir yazı yazmaq, Allahın gücünü, qüdrətini, uca xüsusiyyətlərini dilə gətirən bir izahat vermək, belə bir yazını və ya danışığı özünəməxsus sosial şəbəkə səhifələrində paylaşmaq məcburiyyətində qala bilər. Lakin bu onun üçün çox böyük iztirab vəsiləsidir. Çünki həm ətrafındakı insanlara “Qurana tabe olmuş, dindar insan kimi görünmüş olacaq”, həm də bu yazı və ya danışıq insanların qəlbində dinə dair müsbət təsir yaradacaq. Məhz münafiq heç vaxt belə xeyirə vəsilə olmaq istəməz. Çünki onun məqsədi “insanları dinə dəvət etmək deyil, tam əksinə dindən uzaqlaşdırmaq”dır. Öz şeytani fəlsəfəsinə öldürücü zərbə endirəcək Qurani bir fəaliyyəti, öz əli ilə hazırlaması, münafiq üçün sanki ölüm kimidir. Məhz buna görə də, əgər bir iş görməyə məcbur olsa, bunun içinə mütləq “münafiq ünsürlər” daxil edər. Məsələn, Allahdan, dindən bəhs edən bir yazı yazması lazım gəlsə, yazının içinə “fitnə ünsürləri” daxil edər. Beləliklə yazı Allah sevgisi və Quran əxlaqı ilə yazılmış bir yazıdan çox fərqli olar. Sətir aralarına hiyləgərcəsinə; “insanları Allahdan uzaqlaşdırmağa, ağıllarında din və müsəlmanlar haqqında sual işarələri yaratmağa, (Allahı tənzih edirik) Allahın ədaləti, ağlı və yaratması ilə əlaqədar mövzularda şübhə və vəsvəsə verməyə, azğın ideologiyaları qanuni göstərməyə çalışan” ifadələr daxil edər. İnsanların “şüur altına şübhə salmağı qarşısına məqsəd qoyan, dindəki istiqanlılığı qətiyyən əks etdirməyən”, olduqca soyuq və texniki dildən istifadə edər.

Münafiqin istifadə etdiyi hər bir şeytani ünsür, eyni zamanda onun “küfr əhlindəki dostlarına verdiyi incə bir mesaj”dır. Onlara, müsəlman kimi görünsə də, əslində iman gətirmədiyini, müsəlmanlarla eyni inancı və eyni fikirləri bölüşmədiyini və “məqsədinin dinə deyil, küfrə xidmət etmək olduğunu” tam istədiyi şəkildə, açıq dillə izah etmiş olar. Bir münafiqin İslam üçün yazdığını iddia etdiyi bir yazını oxuyan insan, əslində onun İslamdan nə qədər uzaq və dinə qarşı çıxan biri olduğunu açıqca görər.

Lakin bütün oyunlarında olduğu kimi, münafiq etdiyi bu hərəkətlə də müvəffəqiyyət qazana bilməz. Çünki müsəlmanlar onsuz da səmimi iman gətirən insanlar olduqları üçün, münafiqin bu hiyləgər səyindən qətiyyən təsirə düşməzlər. İnkarçılar isə, onsuz da münafiqlə eyni məntiqdə olduqları üçün, münafiqin bu şeytani izahatları onları da maraqlandırmaz. Münafiqin bu oyunlarla əldə edə bildiyi yeganə şey; “özünə küfr əhlindən səmimiyyətsiz dostlar tapması” olar. Münafiqdən müvəqqəti olaraq mənfəətləri istiqamətində istifadə etmək istəyən inkarçılar, münafiqin bütün bunlarla verdiyi mesajı alar və bu istiqamətdə münafiqlə əməkdaşlıq edə bilmək üçün hərəkətə keçərlər. Lakin bu da Allahın icazəsi ilə, çox qısa davam edəcək mənfəət əlaqəsindən ibarətdir. Küfr əhlindəki tərəfdaşları münafiqdən istədikləri kimi mənfəətləri üçün istifadə etdikdən sonra, ondan üz döndərəcək və onu qaranlıq şeytani dünyasında yenə təkbaşına qoyacaqlar. Münafiq dünyada olduğu kimi axirətdə də bu təkliyi dadacaq; Allahın hüzuruna haqq-hesab verməyə heç bir dostu olmadan tək-tənha çıxacaq. Sonunda isə etdiyi bütün xainlikləri əvəzini əbədiyyən cəhənnəmdə dadacağı ağrılı-acılı əzabla alacaq.

 

8 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net