< <
9 / total: 24

Münafiqin Texnologiya və Sosial Mediadan Çirkli Oyunları Üçün Istifadə Etməsi

Texnoloji imkanlardan hiyləgərcəsinə istifadə etmək münafiqə şeytani həzz və cəsarət verər

Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər “çadırdan-çadıra, əldən-ələ ötürdükləri əl yazılarıyla məlumat və xəbər göndərdikləri halda”, hazırkı dövrdə münafiqlərin əlində bunlarla heç müqayisə edilməyəcək qədər geniş imkanlar var. Münafiqlər hazırkı müasir texnoloji və imkanlar içərisində, xeyli geniş və təsirli “münafiq hərəkət sahəsinə” sahibdirlər. İnternetin, smartfonların, kompyuterlərin; “gizlincə və heç kimə hiss etdirmədən fəaliyyət göstərməyə və sonra da bütün bunları dərhal yox etməyə imkan verən texnolojiların mövcudluğu”, hazırkı münafiqlər üçün “şeytani həyəcan verən zənginlik”dir. Dolayısilə əsrimizdə münafiqin ən təsirli silahlarından biri “internet, kompyuter və mobil telefon texnolojiları”dır.

Əlbəttə ki, bütün bu texnoloji imkanlar, bütün insanların həyatını asanlaşdıran və həyatlarına rahatlıq bəxş edən çox mühüm nemətlərdir. Lakin münafiqin fərqi, bu nemətlərdən şeytani planlarını həyata keçirə bilmək və dürüst insanları aldatmaq üçün istifadə etməsidir.

Münafiq, özünə hər mövzuda böyük hərəkət imkanı təmin edən kompyuter, internet, rabitə kimi texnolojiların hamısı barədə çox ətraflı məlumat sahibidir. Sanki tamamilə “texnoloji mütəxəssisi”dir. Şeytanın dəstəyi və ilhamı sayəsində, bütün bu məsələlərdə “heyrətamiz bacarığa sahibdir”. Çox çevik və sürətli hərəkət edə bilmək, etdiyi hərəkətlərin izini çox sürətlə silib yox edə bilmək qabiliyyəti vardır. Dolayısilə də münafiq, bu cür hiyləgər fəaliyyətlərini icra edərkən asanlıqla hiss edilməyə bilər.

Münafiqin “şeytanın zəkasıyla hərəkət edən varlıq” olduğu düşünüldüyü zaman, texnoloji imkanlardan və internetdəki məlumatlardan, hiyləgər planları üçün “nə qədər təsirli şəkildə istifadə edə biləcəyi” də daha yaxşı aydın ola bilər. Həmçinin dərin dövlət mənsublarını tapıb onlara çata bilmək, əlaqədə olduğu çirkli strukturlara müsəlmanlar əleyhinə məlumat göndərmək və bütün bunları edərkən olduqca səssiz və gizlincə hərəkət edə bilmə məsələlərində də münafiq çox məharətlidir. Tam mənasıyla “texnoloji qurdu” olduğu üçün, yaxalanma ehtimalına qarşı da, hər şeyin avtomatik şəkildə silinib yaddaşı təmizliyəcəyi şəkildə texnoloji tədbirlər alar.

Lakin münafiq Allahın özünü gördüyünü və etdiyi hər hərəkətin tək-tək Allah dərgahında yazıldığını, axirətdə isə bütün bunlardan sorğu-sual olunacağını heç düşünməz. Onun əhəmiyyət verdiyi yeganə şey, bütün bu fəaliyyətlərini insanlardan gizli şəkildə icra edə bilməkdir. İnsanlara yaxalanmadığı təqdirdə, bütün planlarının mükəmməl şəkildə irəliləyəcəyini zənn edər. Halbuki münafiqin bir planı vardırsa, Allahın sonsuz ağılda və sonsuz gücdə bir planı var. Etdiyi hər münafiq hərəkət, axirətdə tək-tək ortaya çıxacaq, bütün insanlar onun bütün bu mərhələlərdə etdiyi hiyləgərlikləri öyrənəcəklər. Dünyada gizlincə nə isə etdiyi zaman böyüdüyünü zənn edən münafiq, axirətdə rəzil-rüsvay olacaq və əbədiyyən xor görülüb alçaldılacaq. Nə texnoloji, nə şeytani zəkası, nə də dərin dövlət mənsublarından ibarət olan tərəfdaşları onu xilas edəcək.

madde, new scientist

Adnan Oktar: Münafiqlər əsrimizə uyğun şəkildə çox incə və ətraflı izah edilməlidir. Çünki kompyuter var, internet var, telefon var. Münafiqin yeni silahları bunlardır, yəni münafiqin indiki imkanları, keçmişdəki silahlara bənzəmir. Amansız silahlarla təchiz edilib.

Məsələn, axşam yatağından qalxır, mobil telefonu var, onu açır, oradan dünyanın bir yerindəki dərin dövlətin murdar bir nəfəri ilə pıçıltıyla və ya yazışaraq əlaqə yarada bilir. Əlaqə yaratdıqdan sonra da bu danışığını silib yox edə bilir, yəni heç kimin bu məlumatı əldə edə bilməsi mümkün deyil. Buna görə də, əsrimizə uyğun şəkildə çox əhatəli izah edilməlidir münafiqin xüsusiyyətləri. (A9 TV, 10 fevral 2016)

Münafiq, küfr əhli ilə olan gizli əlaqəsini və məlumat nəqlini, interneti və kompüter texnolojilarını istifadə etməklə həyata keçirər

Allah bir ayədə; “...onlar yalana qulaq asanlar, sənin hüzuruna gəlməyən başqa bir camaat üçün qulaq asanlar (xəbər toplayanlar)dır” (Maidə surəsi, 41) sözləriylə, münafiqlərin ən mühüm xüsusiyyətlərindən birinin, “gizlincə müsəlmanlardan xəbər toplayıb, bunu küfr əhlindəki dostlarına ötürmələri olduğunu” xəbər vermişdir. Ayədə işlənən; “sənin hüzuruna gəlməyən”, sözləriylə “müsəlmanlarla əlaqəsi olmayan, onlarla görüşməyən insanlar üçün” münafiqlərin iman gətirənlərin arasına daxil olub, orada “məlumat topladıqları” bildirilmişdir.

Məhz münafiqlər, “müsəlmanlar haqqında topladıqları xəbərləri küfr əhlindəki dostlarına ötürmək fəaliyyətlərini” əsrimizdə “internetdən, kompyuter texnolojilarından və smartfonlardan” istifadə edərək həyata keçirərlər. Müsəlmanlar arasında olarkən, qaranlıq yerlərdə, rütubətli künclərdə, gizlincə və alçaqcasına küfr əhli ilə əlaqə yaradaraq müsəlmanlar əleyhinə hiyləgər fəaliyyətlər icra edərlər.

Quranın digər bir ayəsində Allah münafiqlərin küfr əhli olan bu əlaqələrini; “...həqiqətən, şeytanlar sizinlə mübarizə aparmaları üçün öz dostlarına gizli təlqinlər edərlər...” (Ənam surəsi, 121) sözləriylə xəbər vermişdir. Məhz əsrimizdə münafiqlər bu hərəkətlərini təkmilləşmiş rabitə vasitələrindən istifadə edərək edərlər. Bu yolla həqiqi dostları olan inkarçılara; ayədə bildirildiyi kimi “gizli təlqinlər edərlər”. Həmçinin bu təşəbbüslərini də, “əsrimizin təmin etdiyi texnoloji imkanlardan istifadə edərək internet vasitəsilə yazışmaqla, smartfonlardakı çoxsaylı mesaj proqramlarıyla və ya twitter, facebook, instaqram kimi sosial paylaşma saytları vasitəsilə” həyata keçirərlər. İnternet sürətiylə, inkarçı və münafiq dostlarıyla xeyli asan və sürətli şəkildə təmasa keçə bilər və eyni zamanda dünyanın ən uzaq guşəsindəki dərin dövlət mənsublarıyla belə çox rahat şəkildə əlaqə yarada bilərlər. Ardınca yenə çox çevik şəkildə müsəlmanlar əleyhinə topladıqları məlumatları sirdaşlarına ötürə və müsəlmanlara zərər verəcəklərini düşündükləri hərəkət planlarını onlarla danışa bilərlər.

Münafiq, bütün bu etdiklərini müsəlmanlara hiss etdirmədiyini düşündüyü zaman, bundan “böyük və şeytani həzz” alar. Gizlin-gizlin küfr əhlindən biriylə görüşmək, onların fəlsəfələrini dinləmək, onlarla o küfr məntiqi içərisində danışmaq, onlara istədiyi kimi ədabaz cavablar vermək, ruhuna sanki şeytani qida kimi gələr. Gecə yarısı digər bir münafiqə və ya küfr əhlindəki bir dostuna kiçik də olsa bir xəbər aparmaq, onun üçün sanki şeytani ehtiyac kimidir. “Facebook”dan, “twitter”dan, “whatsapp”dan və ya başqa gizlin mesajlaşma proqramından “küfr əhlindən bəziləriylə yazışmaq; zəngləşmək və ya qarşılıqlı surətdə veb kameradan istifadə edərək görüntülü söhbətlər etmək” münafiqi çox həyəcanlandırar. Küfr əhlindən, mənfəət əldə edə biləcəyi yeni-yeni dostlar əldə etmək və bütün bunları müsəlmanlara hiss etdirmədən edə bilmək, münafiqə şeytani zövq verər. Müsəlmanlardan gizlin bir şey edə bilməmək və inkarçı biriylə küfr ruhunu istədiyi kimi yaşaya bilməməkdən isə münafiq çox ciddi narahatlıq duyar.

Bütün bu texnoloji imkanlar; internet, kompyuter və ya smartfon texnolojiları əslində münafiqin təkcə küfr əhli ilə deyil, əsasən” şeytanla olan əlaqəsi üçün istifadə etdiyi bir vasitə”dir.

Bu texnoloji imkanların hər biri münafiq üçün, “sanki şeytana açılan bir qapı kimi”dir. Halbuki münafiq üçün “şər qapısı” olan bütün bu texnolojilar müsəlmanlar üçün böyük nemət, rəhmət və “xeyir qapısı”dır. Müsəlman bunlardan rəhmətə vəsilə olsun deyə istifadə etdiyi halda; münafiq şeytani əməl üçün istifadə edər.

Münafiq, telefonun tək bir düyməsinə və ya kompyuterinin tək bir düyməsinə basmasıyla birlikdə, sanki şeytanı ilə əlaqəyə keçər. Həmçinin sonra da şeytanla qurduğu bu əlaqəni saatlarla davam etdirər. Özünü görən heç kəs də olmadığı üçün, necə küfri ruhla yaşadığını heç kəsə hiss etdirməmiş olar. Lakin hər hansı birinin özünü görmək və ya küfr əhli ilə qurduğu əlaqəni görmək ehtimalına qarşı da lazım olan hər cür tədbirini alar. Məsələn, etdiyi hər telefon söhbətinin, kompyuter vasitəsilə yaratdığı hər cür əlaqənin arxa planını, tək bir düyməyə basaraq dərhal silə biləcəyi bir sistemi mütləq fəaliyyətdə saxlayar. Yaxud istifadə etdiyi internet tətbiqetmələrinin dərhal yaddaşlarını təmizləmək və ya özlərini silib yox etmək xüsusiyyətlərini aktivləşdirər. Münafiq, texnolojinın ən təkmilləşmiş imkanlarından istifadə edərək hələ ən başından bütün bu mərhələləri və baş verə biləcək gedişatları düşünərək, lazım olan hər cür tədbirini alar. Buna görə də, əksi sübut edilməsi mümkün olmayacaq şəkildə, hiyləgərcəsinə küfr əhli ilə qurduğu əlaqəsini davam etdirər.

Allah münafiqlərin bu gizlin əlaqələrinə; “şübhəsiz ki, gizli yığıncaqlardakı pıçıldaşmalar, iman gətirənləri kədərləndirmək üçün təkcə şeytan (məhsulu olan işlər)dəndir...” (Mücadilə surəsi, 10) ayəsiylə diqqət çəkmişdir. Ayədə bildirilən münafiqlərlə küfr əhlinin, öz aralarında “pıçıldaşmaları”, həmişə üz-üzə edilən hərəkət deyil. Əsrimizdə münafiqlər bunu internet yolu ilə, kompyuter və ya smartfon vasitəsilə də edərlər.

Lakin Allah ayənin davamında; “halbuki Allah icazə vermədikcə o, onlara heç nə ilə zərər verə bilməz” sözləriylə çox mühüm bir həqiqəti xatırlatmışdır. Küfr əhli ilə münafiqlər arasında keçən hər danışığı yaradan təkcə Allahdır. Heç birinin Allahdan müstəqil gücü yoxdur. Bütün güc və qüvvə Allaha məxsusdur. Münafiq küfr əhli ilə əməkdaşlıq edib müsəlmanlar əleyhinə tələ qurarkən, Allah da onlara bir tələ qurar. Dolayısilə bunların heç biri müsəlmanların narahat olmasına səbəb olmamalıdır. Allah ayənin son cümləsindəki; “o zaman möminlər yalnız Allaha təvəkkül etsinlər” sözləriylə, müsəlmanlara yalnız Özündən qorxmalarını və yalnız Allahın gücünə etimad etmələrini bildirmişdir. Çünki münafiqin bütün bu sayılan hərəkətlərini yaradan Allahdır. Müsəlmanlar da bundan ötrü münafiqləri heç vaxt Allahdan müstəqil güc kimi görməzlər. Nə vaxtsa münafiqlərin məğlubiyyətə düçar olacaqlarını, müsəlmanların isə qalib gələcəklərini heç vaxt unutmazlar.

Münafiq, küfr əhli ilə yaratdığı gizli əlaqəni hiyləgər üsullarla gizlətməyə çalışar

Münafiq, bir gün mütləq küfr əhlindəki həyatına geri qayıdacağının planlarını quraraq yaşayar. Buna görə də, müsəlmanların yanında olduğu hər vaxtı küfr əhli arasında yaşayacağını ümid etdiyi, gələcək illərini öz aləmində zəmanətə almaqla məşğul olaraq keçirdər. Bu istiqamətdəki ən mühüm fəaliyyəti isə, “küfr əhlinin rəğbətini qazanmaq, aralarında yaxşı yer tutmağa çalışmaq və onların gözündə etimad qazanmaq”dır. Münafiqə görə bunun yolu isə, küfr əhlinə möminlərlə əlaqədar məlumat ötürməkdən keçər. Nə qədər çox məlumat ötürsə, küfr əhlindəki tərəfdaşlarının gözünə bir o qədər çox girə biləcəyini düşünər.

Münafiq bu son planını həyata keçirə bilmək üçün “hər cür şeytani macəraya və təhlükəyə atılmağa” hazırdır. Əlindəki bütün imkanlardan hiyləgərcəsinə istifadə edib, bu əlaqələri yaratmaq məsələsində, sanki “gözü dönmüş ehtiras” içərisindədir. Bəzən kompyuterindən, bəzən telefonundan küfr əhli etdiyi həyata keçirdiyi danışıqlarla həmişə bunun zəminini hazırlamağa çalışar. Bunu edərkən də möminlər tərəfindən hiss edilməmək üçün şeytani zəkasıyla mütləq bəzi tədbirlər alar. Məsələn, yaxınlığında müsəlmanlar vardırsa, olduğu yerin qapısını bağlayaraq uca səsdə musiqi açar və musiqi dinləyirmiş təəssüratı verərkən əslində gizlincə və saatlarla küfr əhlindəki dostlarıyla telefonda danışar. Yaxud otağında yatırmış oyunu oynayaraq heç kimin özünü narahat etməməsini təmin edər. Ardınca da qaranlıqda gizlincə kompyuterini açıb inkarçı dostlarıyla və ya digər münafiqlərlə əlaqə yaradar. Otağına qəfildən biri gəlsə də, çox sürətli şəkildə başqa məsələ ilə maraqlanırmış kimi edərək yazışmalarını gizlədər. Bəzən də müsəlmanların olduğu bir mühitdən uzaqlaşa bilmək üçün olduğu yerin vanna otağına keçərək, gizli danışıqlarını orada həyata keçirməyi planlaşdırar. Vanna otağında pıçıltıyla küfr əhli ilə telefon danışıqlarını edərkən də suyu açaraq və ya saç qurutma maşınını işə salaraq səsinin eşidilməsinə əngəl törətməyə və hiyləgər fəaliyyətini gizlətməyə çalışar. Ardınca da oradan çıxmadan əvvəl, küfr əhli ilə etdiyi danışıqlarına dair telefonundakı bütün yaddaş qeydlərini mütləq silər.

Əgər bu cür texnoloji imkanlardan istifadə edərək, küfr əhli ilə ünsiyyət yaratmasına görə bir problem yaransa, münafiq bu dəfə də olduğu yerdəki digər imkanları araşdıraraq özü üçün müxtəlif yollar tapmağa çalışar. Məsələn, kompyuteri hər kəsin görəcəyi bir yerdədirsə, telefonunu yanına götürüb bir yerə gizlənməsi çox diqqət çəkəcəksə, münafiq olduğu yerdəki internetlə əlaqəsi olan bir televizordan və ya “Ipod” adlandırılan internet əlaqəsi olan musiqi playerlərdən istifadə edərək küfr əhlindəki dostları ilə əlaqə yaratmağa çalışar. Əksər insanın incəliklərini çox yaxşı bilmədiyi texnolojiları, sırf bu məqsədlə çox yaxşı öyrənən münafiq, ağıllı televiziyalar üzərindəki kameralar vasitəsilə başqa münafiq dostunun və ya küfr əhlindəki dostlarının kompyuterinə bağlanar. Yaxud bu televiziyalar vasitəsilə də youtube və ya facebook kimi canlı yayın həyata keçirilməsinə imkan verən bir çox proqram vasitəsilə müsəlmanların xəbəri olmadan əlaqələr yaradar.

Gecənin zülmətində bir-birindən çətin şərtlər altında sırf inkarçılarla dostluq yarada bilmək üçün bu qədər çətinliyə girməsi, münafiqə heç vaxt çətin gəlməz. Əksinə bütün bunlar ona heyrətamiz dərəcədə fəallıq, şeytani həyəcan və dinamiklik bəxş edər. Müsəlmanlardan gizlin şəkildə etdiyi hər şeytani əməl, onun öz ağlına olan etimadını, böyüklüyünə olan axmaqcasına inancını daha da artırar. Məhz bütün bu hiyləgər hərəkətləri etməkdən aldığı şeytani həzz də bundan irəli gəlir.

Küfr əhli arasında hörmətli və etimad sahibi olmaq münafiqlər üçün sanki “ölüm-qalım məsələsidir”. Küfr əhlinə müsəlmanlarla bağlı mümkün qədər çox xəbər daşıyaraq onların gözündə ucalacaqlarını düşündükləri üçün, hər anlarını bu məqsəd istiqamətində qiymətləndirmək istəyərlər. İfşa olmadan məlumat toplamağa davam edə bilmək üçünsə lazım olan hər yola müraciət edər, hər cür hiyləgərliyi göstərərlər.

Lakin münafiqlər bu qədər çətin və çirkli səy göstərərkən, bu mühüm həqiqəti heç anlamazlar. Müsəlmanlar onsuz da bütün həyatları insanların gözləri qarşısında olan, Quran əxlaqına uyğun həyat yaşayan, hər anlarını yaxşılığa və gözəlliyə vəsilə olmaq üçün yaşayan kəslərdir. Allahdan qorxan, buna görə də, hər cür pislikdən çəkinən, hər cür zülmün, qeyri-qanuni və qaranlıq işlərin qarşısında dayanan insanlardır. Dolayısilə münafiqlər, müsəlmanlar əleyhinə məlumat toplayıb bunu inkarçı dostlarına çatdırmaq üçün nə qədər çalışsalar da; yaxşılıq, gözəllik və xeyirli fəaliyyətlər üçün göstərilən səydən başqa heç nə tapa bilməzlər. Buna görə də, bacardıqları yeganə şey, bu xeyirli səylərin məlumatını verərək, İslamın yayılması üçün həyata keçirilən fəaliyyətlərə əngəl törətməyə çalışmaq olar.

Lakin münafiq bütün bunları edərkən Allahın özünü gördüyünü və sonsuz gücüylə müsəlmanları dəstəklədiyini heç düşünməz. İnsanların etdikləri şeytani əməlləri ən incə nöqtəsinə qədər bilən sonsuz ağıl və sonsuz güc sahibinin müsəlmanlara kömək edərkən; Allahdan müstəqil gücü olmayan münafiqin, yenə Allahın nəzarəti altında olan zəif ağlıyla müvəffəqiyyətli ola bilməsi isə, əlbəttə ki, heç vaxt mümkün deyil.

Münafiq, sosial media hesablarından özünü küfr əhlinə bəyəndirmək üçün istifadə edər

Hazırkı dövrdə münafiqliyə meylli şəxslərin gizli fəaliyyətlərini davam etdirə bilmək üçün ən çox faydalandıqları imkanlardan biri də, “sosial şəbəkə platformları”dır. Lakin münafiq, demək olar ki, hər insanla asanlıqla əlaqə yaratmaq imkanı təmin edən bu internet səhifələrində, özünü, Allahı sevən, Qurana iman gətirən, müsəlmanlarla dost olan, inanclı insan kimi tanıtmağı heç vaxt istəməz. Əksinə bu platformalardan, özünü küfr əhlinə bəyəndirə bilmək, onların diqqətlərini üzərinə çəkə bilmək və onlarla mənfəət əldə edə biləcəyi yaxın dostluqlar qura bilmək üçün istifadə etməyə çalışar.

Buna görə də, istər səhifəsindəki profil məlumatlarında, istər dost siyahısında, istərsə də paylaşdıqlarında həmişə özünü küfr əhlinə bəyəndirə biləcək hər hansı məzmun olmasına heyrətamiz dərəcədə diqqət yetirər. Allahın bir Quran ayəsində; “onların əksəriyyətinin inkarçılarla dost olduqlarını görərsən...” (Maidə surəsi, 80) sözləriylə bildirdiyi kimi, məqsədi yalnız, “hər cür azğınlığı dəstəkləyən bu insanlarla yaxın dost ola bilmək, onların gözünə girə bilmək”dir.

Münafiqlər internetdəki bu cür platformalardan istifadə edərək, küfr əhlindəki insanlarla yaxın təmasa keçib, sonra da onların mövqe, ətraf, iş və maddi qazanc kimi imkanlarından mümkün qədər istifadə edə bilmək istəyərlər. Bu məqsədlə, gözlərinə kəstirdikləri, küfr əhlində göstərişli görünən, nüfuz sahibi və qabaqcıl insanlarla “mesajlaşma yolu ilə” tanış olmağa çalışarlar. Həmçinin zamanla bu insanlarla saatlarla yazışıb söhbət edəcək qədər səmimi dostlara dönərlər. Əgər küfr əhli ilə olan bu səmimiyyətləri müsəlmanların diqqətini çəksə və özlərinə bu istiqamətdə bir sual verilsə, bunun cavabını da əvvəlcədən hazırlamış olarlar. “Niyə bu insanlarla əlaqə yaratdıqları” sualına, “mən onlara İslamı izah etməyə çalışıram, buna görə vaxt ayırıb danışıram” kimi yalanlarla cavab verərlər. “Yaxşı bəs niyə onlarla müsəlmana yaraşan rəftarla deyil də, küfri üslubla danışırsan?” deyə sual verildikdə isə, bu dəfə də “onlara özlərindən biriymiş kimi bir üslubla yaxınlaşdıqda daha çox təsir göstərə bildikləri” kimi yeni bir yalan daha söyləyərlər.

Halbuki əsil məqsədləri, qaranlıq ruhlu, küfrə, azğınlığa və münafiqliyə meylli digər insanlarla iç-içə olmaq, onların rəğbətini qazanıb onlar arasında özlərinə küfri nüfuz qazanmaqdır. Bu yolla öz aləmlərində, gələcəkdə bu insanların arasındakı yerlərini indidən möhkəmlətmiş olacaqlarına inanarlar.

Burada bunu da xatırlatmaq lazımdır ki, hal-hazırda insanların böyük əksəriyyəti sosial şəbəkə platformalarından dost və ətraf əldə etmək və ya iş imkanlarını genişlətmək kimi məqsədlər üçün istifadə edirlər. Həmçinin bu vəziyyət həqiqətən də bir çox insana yeni-yeni dostluqlar və müxtəlif faydalar qazandırar. Lakin bənzər üsullardan istifadə edən münafiqin vəziyyəti və hədəfi bütün bu insanlarınkından çox fərqlidir. Münafiq, sosial şəbəkə yolu ilə əldə etdiyi imkanlarla küfr əhli ilə olan ittifaqını gücləndirmək və ardınca da özünə dürüstlük və gözəl əxlaqla yaxınlaşan tərtəmiz müsəlmanlar əleyhinə xain tələlər qurmaq və sui-qəsdlər hazırlamaq məqsədini güdər.

Lakin münafiq bütün bu imkanları yaradan və nəzarəti altında saxlayan gücün Allah olduğunu unutmuşdur. Nə qədər hiyləgərcə hərəkət etsə də, Allahın icazəsi olmadan müsəlmanlara zərər verə bilməsi qeyri-mümkündür. Çünki; “şübhəsiz ki, mənim hamim Kitabı nazil edən Allahdır və O, əməlisalehlərə himayədarlıq edir” (Əraf surəsi, 196) ayəsi ilə xəbər verildiyi kimi, Allah “saleh müsəlmanların qoruyucusu”dur.

Münafiq, sosial media hesablarında dini xatırladan mövzuları heç vaxt görmək istəməz

Müsəlmanlar, bircə şey paylaşmaqla on minlərlə insanla təmas yarada biləcəkləri sosial şəbəkə imkanlarından, İslamı təbliğ etməkdə ən təsirli şəkildə istifadə etməyə çalışarlar. İnsanları Allaha iman gətirməyə, Quran əxlaqını yaşamağa, səmimi müsəlman olmağa dəvət edən hər cür yazı, şəkil, video və məlumatı ən geniş kütlələrə çatdıra biləcək şəkildə sosial şəbəkə hesablarında paylaşarlar. Profillərində isə özlərini eynilə həqiqətdə olduqları kimi, “Allah aşiqi, səmimi müsəlman” olaraq tanıtmaqdan qürur duyarlar. Paylaşdıqlarıyla nə qədər dindar olduqlarını, Allahı nə qədər çox sevdiklərini, Quran əxlaqını yaşamaqda nə qədər həssas və şövqlü olduqlarını açıqca vurğulayarlar. İnternetdə olan bütün sosial şəbəkə platformalarındakı digər müsəlmanların xeyirli fəaliyyətlərini də mümkün qədər dəstəkləyərlər. Faydalı və təsirli olacaq, Quran ayələrini izah edən, İslam əxlaqını təbliğ edən hər cür paylaşılan şeyi bəyənər və ya öz səhifələrində də paylaşarlar.

Münafiq isə müsəlmanların tam əksinə, paylaşılan bütün bu şeyləri paylaşmaqdan diqqətlə qaçar. İslamın xeyrinə olacaq, dini gücləndirəcək, insanlara Allah sevgisini izah edən hər hansı məlumat və ya şəklin səhifəsində görünməsini qətiyyən istəməz. Dindar müsəlman kimi görünməyi, Quran ayəsi paylaşmağı heç xoşlamaz. Küfrü tənqid edən, dinsiz ideologiyaların ziddiyyətlərindən bəhs edən, Allahın mövcudluğunu elmi dəlillərlə göstərən məlumatları səhifəsinə əlavə etməyə isə heç vaxt yanaşmaz. Özü bu məlumatları əlavə etmədiyi kimi, müsəlmanların paylaşdıqları xeyirli şeyləri də “bəyənməz” və bu məlumatların yayılmasını istəmədiyi üçün, bunları “paylaş” seçimini təsdiqləməklə də öz səhifəsində paylaşmaz.

Münafiq bunları etmədiyi kimi; insanlara Allahı sevdirən, Quran əxlaqını öyrədən, İslamın lehinə olan şeylər paylaşmaq əvəzinə, “insanları İslamdan soyutmaq məqsədi daşıyan, küfr əhlinin, dinsizlərin, ateistlərin, azğın cərəyanları dəstəkləyən insanların paylaşdıqlarını bəyənib, bunları öz səhifələrində də paylaşar”. Bunların əksəriyyəti, rumilik, homoseksuallıq, darvinizm cəfəngiyatı, ateizm, marksizm, kommunizm kimi, insanları İslamdan uzaqlaşdıran azğın ideologiyaları müdafiə edən insanlardır. Buna baxmayaraq, münafiq bu insanları açıqca dəstəkləməkdən və bunlarla dostluq qurmaqdan heç çəkinməz.

Həmçinin münafiqin sosial şəbəkə hesablarında heç vaxt yer vermək istəmədiyi mövzulardan biri də “münafiqlik”dir. Çünki bu, münafiqin eşitməyi heç vaxt istəmədiyi mövzulardan biridir. Bu mövzudan bəhs edən bir ayəni, məlumatı, videonu və ya şəkilli izahatı heç bir yerdə görmək istəməz. Buna görə də, müsəlmanların bu mövzudakı məlumatlandırıcı fəaliyyətlərini də qətiyyən öz səhifəsində paylaşmaz. Həmçinin bu mövzularda müxtəlif şeylər paylaşan, səhifələrində münafiqliklə bağlı çoxlu məlumat olan müsəlmanların sosial şəbəkə hesablarını da qətiyyən görmək istəməz.

Lakin digər tərəfdən bunu açıqca tətbiq etməsinin, birlikdə olduğu müsəlmanların da diqqətini çəkəcəyini bilər. Buna görədə, hər nə qədər istəməsə də hərdənbir, İslamın təbliğ edilməsində çox təsirli olmayacağını düşündüyü, bəzi səthi şeylər paylaşar. Lakin bunda da çox hiyləgər bir üsuldan istifadə edər. Müsəlmanların lehinə bir şey paylaşırsa, dərhal ardınca bunu düzəltmək üçün, insanları küfrə və azğın cərəyanlara özəndirəcək ən azı dörd-beş ədəd bir şey paylaşar.

Bəzən də, İslamın lehinə olan, zərurət qarşısında paylaşdığı şeyi, əsas səhifəsində ön plana çıxmasın deyə, onu tarix sırası ilə geridə qoyacaq və görülməməsini təmin edəcək şəkildə şeytani üsul işlədər. Paylaşdığı bu şeyin ardınca hikmətsiz və boş məsələləri izah edən müxtəlif şəkillər, yazılar, videolar paylaşar və beləliklə də, İslamı izah edən məlumatı öz aləmində təsirsiz hala gətirdiyini düşünər. Başqa üsul olaraq da, “paylaşma tənzimləmələrini” yalnız inkarçı dostlarının görəcəyi şəkildə tənzimləyər və beləliklə də, şeytani təşəbbüslərini və küfrə dair paylaşdıqlarını müsəlmanların görməməsini təmin edər.

Münafiqin eyni məqsədlə işlətdiyi digər üsul isə; “özünü büruzə verməmək üçün paylaşdığı İslami məlumatı əvvəlcə səhifəsinə əlavə edib müsəlmanların bunu görməsini təmin etmək; sonra da bir neçə saat ərzində bunu gizlincə silərək səhifəsindən götürmək”dir. Bu hiyləgər üsulunu hər kəsin gördüyünü və nə məqsədlə etdiyini anladığını bilməsinə baxmayaraq, müsəlmanları aldatdığını zənn edərək həyasızca bu üsulu tətbiq etməyə davam edər.

Münafiq, sosial media hesablarında müsəlmanları izləmək istəməz

Sosial şəbəkə platformalarında özlərini müsəlman kimi tanıtmaqdan diqqətlə qaçan və hətta bu vəziyyətdən ciddi şəkildə sıxıntı keçirən münafiq, kompyuterini açdığı, internetə daxil olduğu və ya öz sosial şəbəkə hesablarına baxdığı zaman, heç vaxt Allahı xatırladan və Quran əxlaqını izah edən bir məlumat görmək istəməz. Lakin münafiq, özünü müsəlmanlardan biri kimi göstərməli və dindar kimi tanıtmalı olduğundan da xəbərdardır. Məhz bu zərurət, münafiqin heç dözə bilmədiyi və ciddi şəkildə qəzəbləndiyi məsələlərdən biridir. Lakin buna baxmayaraq, zəruri hesab etdiyi üçün, ətrafındakı müsəlmanlarla sosial şəbəkə üzərindən “takipləşmək” və onların facebook, twitter, instaqram kimi platformalarda göndərdikləri “dostluq təkliflərini” qəbul etmək məcburiyyətindədir. Lakin bu vəziyyətin ortaya çıxartdığı mənzərə münafiq üçün daha da içindən çıxılmaz və çox çətin dözülən vəziyyət yaradır. Çünki məlum olduğu kimi, facebook, twitter və instaqram kimi sosial şəbəkə platformalarında, dost kimi qəbul edilən və ya izlənilən şəxslərin bütün paylaşdıqları, istər-istəməz qarşı tərəfin “əsas səhifəsi”ndə görünür. Bu təqdirdə insan, “dostlar siyahısı”nda olan və ya izlədiyi hər kəsin hər paylaşdıqlarını anbaan görmək məcburiyyətində qalar. Həmçinin müsəlmanlar da “müntəzəm şəkildə İslamı və Quran əxlaqını təbliğ etdikləri, küfr əhlinin və münafiqlərin yanlış fəlsəfəsini izah etdikləri üçün”, münafiq həmişə paylaşılan bu şeylərlə üz-üzə gələr. Məhz bu da münafiqi hövsələdən çıxardar. Çünki bu şərtlərdə qaçdığı hər cür məlumat onun qarşısına çıxır; eşitmək və ya görmək istəmədiyi hər cür ilahi mövzunu istəmədən oxumaq məcburiyyətində qalır.

Məhz münafiqin bunun üçün tapdığı ağılsız çıxış yolu da; “izlədiyi və ya dost olduğu müsəlmanları yavaş-yavaş və hiss etdirmədən dostlar və izlənilənlər siyahısından çıxartmaqdır”. Bəzən bununla da kifayətlənməz və qəzəbindən ötür müsəlman şəxslərin səhifələrini “blok edərək əngəlləyər”. Lakin bunun bilinməsi və diqqət çəkməsi ehtimalına qarşı münafiqin hazırladığı şeytani bəhanələri var. Məsələn, internetdəki bir sistemin, onun hər hansı müdaxiləsi olmadan avtomatik şəkildən bu insanları dostlar siyahısından çıxartdığını və ya əngəllədiyini iddia edər. Hətta əks hücuma keçərək, əsas qarşı tərəfin özünü dostlar siyahısından çıxartdığını və ya blok etdiyini iddia edərək özünü müdafiə etməyə çalışar. Praktikada belə ehtimalın baş verməsi texniki cəhətdən mümkün olmadığı halda, bu bəhanələrin əksini sübut etmək imkanı olmadığı üçün, münafiq hiyləgərcəsinə hərəkətini tamamlamış olar.

Münafiqin dostlar siyahısında müsəlmanların olmasını istəməməsinin bir səbəbi də, küfr əhlindəki dostlarına müsəlmanlardan yana bir insanmış kimi görünmək istəməməsidir. İnsanların; “görəsən bu insan kimləri izləyir?” deyə maraqlanıb baxdıqları zaman, öz aləmində “inkarçı dostlarına qarşı göstəriş edə biləcəyi küfr əhlinin qabaqcıllarının görülməsini” istəyər. Dostlar siyahısında müsəlmanlarla küfr əhlindən olan şəxslərin sayı müqayisə olunsa, müsəlmanların sayının bir neçə nəfəri keçmədiyini, əksəriyyəti isə inkarçıların təşkil etdiyini görülməsini hədəfləyər.

Müsəlmanlar, əlbəttə ki, münafiqin bütün bu oyunlarını və bütün bunlarla necə bir nəticə əldə etməyə çalışdığını açıqca görərlər. Lakin bunu unutmamaq lazımdır ki, münafiqin İslamı izah edən şeylər paylaşmaqdan qaçması, İslamın yayılmasına, insanların dəstə-dəstə Quran əxlaqına yaxınlaşmalarına heç vaxt əngəl törədə biləcək hərəkət deyil.

Münafiqin bu vəziyyəti başını quma salmış dəvəquşunun ağılsızlığına bənzəyir. Münafiq bu oyunlarıyla, İslamın təbliğini təkcə özünün görməsini əngəlləyə bilir. Lakin digər tərəfdən on minlərlə insan, müsəlmanların paylaşdıqları səmimi şeylər vasitəsilə küfrün və münafiqlərin oyunlarını görüb, İslam əxlaqını yaşamağa başlayar.

Münafiqin sosial mediadan küfr əhlindən tərəfdar toplamaq üçün istifadə etmə üsulları

İnternet Allahın Axırzamanda yaratdığı ən böyük nemətlərdən biridir. Quran əxlaqının gözəlliklərini izah etmək, yeni dostlar əldə etmək, müsəlman əxlaqını dünyaya yaymaq üçün sosial media çox gözəl vasitədir. Dünyanın müxtəlif guşələrindəki insanlar bu sayədə bir-birlərini tanıya bilir, qarşılıqlı görüşərək xeyirli fəaliyyətlər icra edə bilirlər. “Twitter”da tanış olduqları bir insanla dostyana söhbətlər edərək Allahı zikr edir, “facebook”da qarşılaşdıqları keçmiş bir dostları ilə ortaq fəaliyyət göstərmək imkanı tapa bilirlər.

Müsəlmanlar bütün bu sosial media platformalarından xeyirli məqsədlər üçün istifadə etdikləri halda, münafiqlər də bu imkanlarla küfr əhli olan əlaqələrini daha yaxşı hala gətirə bilməyin planlarını qurarlar. Çünki münafiqlər müsəlmanlarla birlikdə hərəkət edərlərkən mənfəət hesabları apardıqları kimi, küfr əhlinə yaxınlaşarkən də yenə mənfəətlərini qorumağı əsas götürərlər. Əllərindəki hər imkandan, küfr əhlindən, öz aləmlərində güclü gördüklərinə yaxınlaşmaq üçün istifadə etməyə çalışarlar. “Görəsən onlara necə yaxınlaşa bilərəm?” Necə tanış olub, necə səmimi ola bilərəm?”, “aralarında necə yer tuta bilərəm?”, “imkanlarından necə istifadə edə bilərəm?” kimi düşüncələrlə gizlincə və hiyləgərcəsinə həmlələr etməyə başlayarlar.

Məsələn, twitter, facebook, instagram kimi sosial media mühitlərində əvvəlcə “dünya səviyyəsində ən məşhur olan adları müəyyənləşdirməyə” çalışarlar. Hər ölkənin mətbuatda, siyasətdə, iqtisadiyyatda ən qabaqcıl, ən dərin əlaqələrə, ən geniş kütləyə və ən güclü maliyyə resurslarına sahib təşkilatlarını tapıb, bunların rəhbərlərini tək-tək izləməyə başlayarlar. Sonra bu kəslərin diqqətlərini üzərlərinə çəkə bilmək üçün, onların yazdıqları yazılara, özlərini görmələri üçün bu kəsləri də “etiketləyərək” diqqətçəkən cavablar yazarlar. Yazılarının altındakı “bəyən” seçimini işarələyərək, bir daha onlara duyduqları simpatiyanı ifadə edib fərq edilməyə çalışarlar. Həmçinin onların yazdıqları yazıları, “twitter”dəki “retweet” və ya “paylaş” seçimlərindən istifadə edərək, öz sosial media səhifələrində də yayımlayaraq onlara duyduqları rəğbət və heyranlıqlarını göstərə bilməyi ümid edərlər. Bu mərhələdə, əgər planladıqları kimi qarşı tərəfin diqqətini çəkə bilməyi bacarsalar, bundan dərhal sonra bilavasitə “xüsusi mesajlaşma” hissəsindən yazışmağa başlayaraq bu kəslərin dostluqlarını qazanmaq yoluna gedərlər.

Bütün bunlar, əlbəttə ki, adi bir insanın da, sosial media platformalarında demək olar ki, hər gün tez-tez edə biləcəyi olduqca normal hərəkətlərdir. Lakin münafiqlər bu təfərrüatlardan səmimiyyətsiz şəkildə istifadə edərək hiyləgərcəsinə və saxtakar üsullarla şeytani hədəflərinə çata bilməyi ümid edərlər.

Məqsədləri, bu kəslərdən istədikləri kimi mənfəət əldə edə bilməkdir. Bu kəslərin ölkə xaricindəki imkanlarıyla xarici bir ölkəyə gedib orada yerləşib yaşamaq fürsətini qazanmağı yaxud orada özlərinə yaxşı bir iş tapmağı yaxud da yaxşı qrup içərisinə girərək etibar qazana bilməyi ümid edərlər. Sonra da əldə etdikləri bu imkanlarla öz aləmlərində müsəlmanlar əleyhinə daha təsirli fəaliyyət göstərə biləcəklərini düşünərlər.

Cahil mühitdəki insanlar, münafiqlərin göstərdiyi bu xarakteri,öz aralarında istifadə etdikləri deyimlə “tərəfdarlıq” kimi adlandırırlar.Bu, inkar edən və münafiqlik edən bütün insanlarda görülən ortaq bir xarakter xüsusiyyətidir. Dolayısilə hər iki tərəf də bir-birinə eyni “mənfəətpərəst baxış prizması” ilə yaxınlaşır.

Bu məqamda münafiqi bu ikiüzlü və hiyləgər təşəbbüslərindən döndərə bilməyin yolu, mənfəət gözlədiyi mənfəət mərkəzlərinə istiqamətli şəkildə oynadığı hiyləgər oyunlarını ifşa etmək və əlaqə yaratmağa çalışdığı insan və ya təşkilatların, Allahın sonsuz qüdrəti qarşısındakı gücsüzlüyünü ona sübut etməkdir. Özünə böyük mənfəətlər təmin edəcəyini ümid etdiyi mərkəzlərin öz gözündə alçaldığını düşünməsi münafiqi məyus edər. Gözündə böyütdüyü o məşhur və tanınmış insanların, məşhur təşkilatların, adi bir struktura çevrildiyini görmək münafiqin geri çəkilməsinə səbəb olar. Rəzil-rüsvay olduğunu gördüyü insanların artıq özünə heç nə qazandıra bilməyəcəyini düşünər. Məhz buna görə də belə vəziyyətlə qarşılaşdığı vaxt, bu şəxslərə və ya təşkilatlara istiqamətli yaltaqlanmaq səyindən imtina edər.

Lakin, əlbəttə ki, bu müvəqqəti ləngimədir və çox qısa müddətlidir. Münafiq imkan tapdığı ilk fürsətdə şeytanın ilhamı və şeytani zəkasıyla, küfr əhlinə yaxınlaşa biləcəyi yeni imkanlar tapmaq üçün mütləq yeni bir hiyləgər fəaliyyətə daha girişəcək.

 

9 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net