< <
12 / total: 24

Münafiqin Əxlaqsızlığı və Oyunları 1/7

Müsəlmanlar “vicdanları”, münafiqlər isə “məntiqləri” ilə hərəkət edərlər

İman gətirənlərlə, müsəlman əxlaqını yaşamayan insanların həyatlarının hər anı bir-birlərindən tamam fərqlidir. Bunun ən mühüm göstəricilərindən biri də, iman gətirənlərin “vicdanları”, iman gətirməyənlərin isə “məntiqləri” ilə hərəkət etmələridir. Müsəlmanlar qarşılaşdıqları hər hadisədə, alacaqları hər qərarda, atacaqları hər addımda, söyləyəcəkləri hər sözdə, hər düşüncələrində, hər seçimlərində vicdanlarının səsinə qulaq asarlar. İman gətirməyənlər isə bütün bu mərhələlərdə həmişə dünyəvi hesablar edər və hər şeyi məntiq süzgəcindən keçirərək hərəkət edərlər. Dolayısilə müsəlman əxlaqı ilə yaşamağa qərar verən insanın, özündə mütləq bu sorğunu aparması, eləcə də, “vicdanı”, yoxsa “məntiqi” ilə hərəkət etdiyini nəzərdən keçirməsi lazımdır.

Necə ki, bu sorğunu aparmamış olub iman gətirdiyini söyləyən birinə; “müsəlman olduqdan sonra həyatında nə dəyişdi?” deyə sual verdiyimiz vaxt; “artıq namaz qılıram, haramlara diqqət yetirirəm” deyə bilər. Əlbəttə ki, bunlar İslam əxlaqını yaşamağın bir tələbidir və bu hökmlərə diqqət göstərməyə başlamış olması olduqca gözəldir. Lakin müsəlman olan birinin, digər insanlardan fərqi bir də bu olmalıdır: “Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, indi artıq vicdanınla hərəkət edəcəksən. Allah hər an sənin vicdanına vəhy edəcək sən də vicdanına tabe olacaqsan. Vicdandan istifadə etmədən məntiqlə hərəkət etmək vərdişi isə artıq sənin üçün bitəcək”.

Bir insanın iman gətirdiyi halda, hələ də Quran əxlaqı və vicdanı əvəzinə, məntiqi ilə düşünüb həyatını bu yöndə istiqamətləndirməsi, onu səmimiyyətsiz xarakterdə qoyacaq və səmimi iman gətirməsinə mane olacaq.

Çünki münafiqlər də məhz həyatlarını həmişə belə “məntiq hesabları” edərək keçirərlər. Allah bir Quran ayəsində münafiqlərin bu əxlaqına belə diqqət çəkmişdir:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Ayədə münafiqlərin müsəlmanlarla birlikdə olmaq üçün “yaxın fayda”, yəni “qısa müddətdə əllərinə keçəcək mənfəət axtardıqları” xəbər verilmişdir. Məntiqlə hərəkət edən münafiqlər üçün “şəxsi maraqları” dünyadakı hər şeydən önəmlidir. Dolayısilə bir seçim edərkən, daha az zəhmət çəkərək, daha qısa müddətdə və daha çox mənfəəti kimdən əldə edə biləcəklərinin hesabını aparar və bu tərəfin yanında dayanarlar. Həmçinin əldə edəcəkləri mənfəətin də mütləq konkret mahiyyətli olmasına diqqət yetirərlər. Məhz Allahın ayədə diqqət çəkdiyi vəziyyət də münafiqin bu əxlaqını çox açıq şəkildə göstərər. Münafiq, əgər “yaxın fayda”, “zəhmət çəkmədən əldə ediləcək”, “asan qazanc” mövcud olsa, o zaman müsəlmanların tərəfində dayana bilər. Lakin bunlar olmadıqda, mütləq bunları tapacağı başqa yer axtarmağa başlayar.

Məhz münafiqin həyatının hər mərhələsində, etdiyi hər seçimdə diqqətçəkən bu küfri xüsusiyyət, münafiq xarakterini tanımaq baxımından olduqca əhəmiyyətlidir.

madde, new scientist

Adnan Oktar: “İnsanın ruhunda iki qüvvə də mübarizə aparar: vicdanı və məntiqi. Mömin həmişə vicdanının tərəfində olmalıdır... Məsələn, mən Memar Sinan Gözəl Sənətlər Universiteti daxili arxitektura oxuyurdum. Yaxşı, daxili memar olarsan, nə edər adam, bir atelye açar, bir şeylər edər, davam edir. Məsələn, adam deyər: “Mən evlənim, övlad sahibi olum, cəmiyyətdə bu daha yaxşı qarşılanar. “Evli insandır, uşaqları var, təbliğ edir. Belə insan çox məqbul görülər” deyə düşünə bilərəm. Yaxud: “Niyə həmişə İstanbulda qalım? Bir az da Antalyada İslamı təbliğ edə bilərəm” deyə bilərəm, elə deyil? Yaxud da: “Ölkə xaricinə gedim, orada İslamdan bəhs edim” deyə bilərəm. (1980-ci illər baxımından) ən təhlükəli olan yerdə qalıram, təhlükənin mərkəzində, ətrafım sarıldığı bir vaxtda, gedib orada təbliğ edirəm. Bunu mənə kim deyir? Vicdanım deyir. Məntiqim nə deyər? “Qardaşım başına bəla axtarırsan?” deyər. “Get başqa ölkəyə, elə deyil? Nə təhlükə olar, nə də başqa şey. Elə heç kim də başına iş açmaz, orada istədiyin kimi yaşa” deyə bilər. “Evlən, övladına, işinə, gücünə bax, lakin yenə də təbliğini et” də deyə bilər. Bunu kim deyər? Məntiq deyər. Məntiq insanı həlak edər. Mən həmişə vicdanıma tabe oldum, insanlar həmişə təəccübləndi vicdanıma tabe olduğum üçün. “Sən bəlanı axtarırsan?” deyirlər. Halbuki vicdana tabe olunduğu üçün Allah həmişə zənginlik, bərəkət və gözəllik verir, həmişə müvəffəqiyyət verir. İqtidar, müqtədir sistem hər yerdə yerləşir. İslam yavaş-yavaş inkişaf edir”. (A9 TV, 21 yanvar 2016)

Münafiq haqq olana deyil, güclü və özündən razı olduğuna inandığı tərəfə yanaşar

Münafiqlərin, güclü olan tərəf hansıdırsa dərhal onun tərəfində dayanmaları, bu səmimiyyətsiz insanların ən xarakterik xüsusiyyətlərindəndir. Küfr əhlinə duyduqları həsrət, onların küfr əhlinin, dünyanın hər yerində və hər sahədə müsəlmanlardan daha güclü və daha özündən razı olduğunu zənn etmələrindən irəli gələr. Lakin müsəlmanlar dünya səviyyəsində güc qazandıqları zaman da, bu dəfə də dərhal onlara yanaşar və özlərini onlara, “müsəlmanların ən təqvalı olanlarındanmış kimi tanıtmağa” çalışarlar.

Tarixin hər dövründə münafiqlər bu xarakter xüsusiyyətini göstəriblər. İçərisində olduğumuz Axırzamanda İslam əxlaqı təkrar dünyaya hakim olduğu zaman da, münafiq xarakterli insanlar yenə müsəlmanların tərəfindəymiş kimi görünməyə çalışarlar. Allah Quranda onların bu səmimiyyətsiz rəftarını bizə belə bildirmişdir:

Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. (Hədid surəsi, 14)

Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Ayədə müsəlmanlar müvəffəqiyyət qazandıqları zaman və güc əldə etdikləri zaman, münafiqlərin dərhal onların yanına gedib; “biz də sizinlə birlikdə deyildik?” deyərək bu gücdən istifadə etməyə çalışdıqları xəbər verilmişdir. Açıq-aydın görünən o qədər səmimiyyətsiz rəftarlarına baxmayaraq, belə vəziyyətdə heç utanıb sıxılmadan üzsüz şəkildə; “biz onsuz da sizinlə birlikdə idik” deyə bilirlər. Bunun səbəbi isə, əlbəttə ki, ağılsızlıqlarıdır. Münafiqlər etdikləri anormal və müsəlman əxlaqı ilə uyğun gəlməyən rəftarlarının, səmimiyyətsizliklərinin, ikiüzlülüklərinin və gizlin-gizlin yürütdükləri hiyləgərcə fəaliyyətlərin heç anlaşılmadığından əmindirlər. Buna görə də “biz onsuz da sizinlə idik, İslam əxlaqını dünyaya birlikdə hakim etdik, birlikdə səy göstərdik” kimi sözlər söylədikləri vaxt, bunun dərhal qəbul ediləcəyini zənn edərlər.

Ayənin davamında bildirildiyi kimi, güc küfr əhlinin əlinə keçdiyi zaman da, münafiqlər bu dəfə də onların yanına gedib; “müsəlmanlardan sizə gələcək təhlükələrin qarşısını alıb sizə kömək etmədikmi?” “sizin üstün gəlməyiniz üçün sizə dəstək vermədikmi?” deyərlər. Məhz bu münafiqin səmimiyyətsizliyinin çox açıq göstəricisidir. Öz mənfəət hesablarına görə, hansı tərəf daha təsirli, müvəffəqiyyətli və göstərişlidirsə, münafiq mütləq onların tərəfində dayanar.

Lakin Allah Quranda münafiqlərin məntiqləriylə etdikləri bu mənfəət hesablarının onlara heç bir fayda verməyəcəyini xatırlatmışdır. Əvvəlki dövrlərdə də münafiqlər məntiqləriylə hərəkət etmiş; güclü və göstərişli zənn etdikləri tərəfin cərgəsində iştirak etmişlər. Onlardan əldə etdikləri mənfəətlərin onlara da güc və iqtidar qazandıracağını zənn ediblər. Allah onların bu vəziyyətini; “...siz də, sizdən əvvəlkilərin öz paylarıyla faydalanmağa etməyə cəhd etmələri kimi, öz paylarınızla faydalanmağa baxdınız və siz də (dünyaya və zövqə) dalanlar kimi daldım...” sözləriylə xatırlatmışdır. Lakin əldə etdikləri özündən razı və dəbdəbəli mənfəətlər, onları Allahın əzabından xilas edə bilməmişdir. Allah Quranda bu insanların həm dünyada, həm də axirətə ziyana uğradıqlarını xəbər vermişdir:

Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)

Münafiq həmişə mənfəət ardınca qaçar

Münafiqlər Allahın rizasını qazanmaqdansa, dünyanın göstərişli həyatına dair çox kiçik və adi mənfəəti əldə edə bilməyi daha da əhəmiyyətli görərlər. Allah Quranda onların bu xarakterini belə xəbər vermişdir:

Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. (Ali İmran surəsi, 154)

Münafiqlər Allahın məmnun olacağı və İslamın xeyirinə olacaq bir mövzuda səy göstərməkdən, müsəlmanlara dəstək olub kömək etməkdən diqqətlə qaçarlar. Özlərindən kömək tələb edildikdə, “müxtəlif yalanlarla, oyalamalarla, təxirə salmalarla və saxtakarlıqlarla” bu işi görməməyə çalışarlar. Allahın rizasını əhəmiyyətli hesab etmədikləri üçün, bu səylərinin nəticəsində əllərinə keçəcək “konkret mənfəət” olmadığını düşünərlər. Belə vəziyyətdə də öz aləmlərində “puç olacaq bir şey üçün zəhmət çəkməyi, özlərini yormağı” lazımsız və mənasız hesab edərlər. Vicdanlarıyla deyil, məntiqləriylə hərəkət edən münafiqlərdə belə səy göstərmək üçün içlərində ən kiçik maraq, istək, şövq və ya həyəcan yaranmaz. Məhz buna görə də ayədə bildirildiyi kimi, İslam üçün nə isə  etmələri lazım olduqda, ilk yanaşma tərzləri “Bu işdə bizim üçün nə var ki?” şəklində olur.

Ayənin davamında bu kəslərin; “bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik” dedikləri də bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər bu sözləriylə, müsəlmanlarla birlikdə hərəkət etməli olsalar bundan heç bir mənfəət əldə edə bilməyəcəkləri kimi, bir də öldürülmə ehtimalları olacağını dilə gətirmişlər. Dolayısilə Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə hərəkət etməyi özləri üçün böyük zərər kimi görmüşlər.

Halbuki, Allah təqdir etdisə, orada və ya başqa yerdə, onsuz da mütləq öləcəklər. Mənfəət hesabları etməklə, nə ölümdən, nə də özlərinə gələ biləcək zərərdən qaçmaları mümkün deyil. Eynilə Allah onlar üçün xeyir istəsə, lütf etmək istəsə, ən çətin şəraitdə belə olsalar bu nemətlər onlara mütləq çatacaq. Lakin münafiqlər, hadisələri müsəlmana yaraşan baxış prizması ilə qiymətləndirmədikləri üçün, bu mühüm həqiqətləri görə bilməzlər.

Münafiq özünü müsəlmanların ən təqvalısı kimi göstərməyə çalışar

Münafiqlər istədikləri qəlibə girə bilməkdə xeyli məharətlidirlər. İstədikləri anda, şəxsiyyətlərini əvvəlkinə tamamilə zidd şəkildə dəyişdirmiş kimi göstərə biləcək “şeytani zəka və iradəyə” sahibdirlər. Olduqları mühitə, qarşılarındakı kəslərə, danışılan mövzulara və şərtlərə görə istədikləri xarakterə bürünə bilərlər. Dinsiz insanlarla, sanki dinsiz biri kimi “dinsiz üslubuyla”, müşrik xarakteri göstərən kəslərlə “müşrik məntiqiylə”, münafiq xarakterli insanlarla bir yerə gəldikləri zaman da “münafiq ağzı ilə” danışarlar.

Lakin münafiqlər, şeytani zəkaları sayəsində, bütün bu xarakterlərin əksi olan müsəlman əxlaqını da çox yaxşı müşahidə ediblər. Dolayısilə şərtlər tələb etdikdə; “özlərini günahsız göstərmək, gizli hərəkətlərinin üstünü örtmək, münafiqlikdən və hiyləgər fəaliyyətlərindən imtina etdikləri qənaətini yaratmaq istədikdə”, dərhal təqvalı müsəlmana bənzər rəftarlar göstərərlər. Həqiqətən də görənlərin, əleyhinə zənn bəsləyə bilməyəcəkləri qədər mükəmməl təfərrüatlarla, çox yaxşı niyyətli, səmimi, dürüst, Allah rizası üçün səy göstərən, müsəlmanların tərəfində dayanan insan görünüşü verə bilərlər. Normalda olduqca alçaq, hiyləgər, ədabaz, lovğa, qürurlu, sözün altında qalmayan, davakar, yalançı, böhtançı, həmişə hadisə törədib müsəlmanları narahat etməyə çalışan, onların xeyirli fəaliyyətlərinə əngəl törətməyə, sevinclərini yox etməyə, vaxtlarını almağa istiqamətli tədbirlər görən biri olarkən, istədikləri anda bütün bunlardan taktika məqsədiylə imtina edə bilərlər. Sanki ətrafındakı səmimi müsəlmanların əxlaqından belə daha üstün əxlaqa sahibmiş kimi; itaətkar, təvazökar, uyğun, mülayim, söz dinləyən, nəzakətli, hörmətkar, nəzakətli, hörmət və sevgi dolu, fədakar, anlayışlı, şövqlü, çalışqan, təmiz insan xarakteri nümayiş etdirər. Peyğəmbərimiz (s.ə.v) hədislərində, “münafiqlərin bu şəkildə iki fərqli insan xarakteri göstərərək müsəlmanları aldatmağa çalışmalarından” belə bəhs etmişdir:

Əbu Hüreyrə belə dedi: Peyğəmbər (s.ə.v): “Sən qiyamət günü Allah qatında insanların ən şərlisindən bir növünü (iki sinif xalq arasında) bunlara bir üzlə, onlara başqa üzlə gəlməkdə olan iki üzlü (münafiq kimsə) taparsan” deyə buyurdu. (Sahih-i Buhari 13-cü cild, səh. 6040, Hədis no: 87)

Əbu Hüreyrə rəvayət etmişdir: Gələn rəvayətə görə, Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: İnsanların şərlisi də iki üzlü olan bu (münafiq) kimsələrdir ki, (iki sinif xalq arasında) onlara bir üzlə gələrlər, bunlara da başqa üzlə gələrlər. (Sahih-i Buhari, Hədis no: 1421)

Ancaq bu cür şeytani oyuna aldanmayacaq və hiyləgər planları açıqca görə biləcək qədər böyük ağıl və anlayışa sahib olan səmimi müsəlmanlar buradakı hiyləgərliyə də aldanmazlar. Münafiq rəftarı göstərən insan nə qədər yaxşı olsa da, yenə də ayıq halından imtina etməz və yeni oyuna qarşı hazırlıqlı olar.

Münafiq görülmədiyini düşündüyü yerdə dəstəmaz almaz və namaz qılmaz

Münafiqin heç xoşlamadığı məsələlərdən biri də, içindəki kinə və nifrətə baxmayaraq, “Allaha səcdə etmək məcburiyyətində qalmaq, yəni namaz qılmaq”dır. Allaha baş əymək münafiq üçün çox iztirab vericidir. Çünki özünü haşa Allahdan daha böyük hesab edər. Səcdəyə qapanmaq məcburiyyətində olması, sanki ciyəri parçalanırmış kimi münafiqin içini yandırar və çox qəzəbləndirər. Allah münafiqlərin namaz qılarkən necə istəksiz olduqlarını və inanmadan qıldıqları üçün necə çətinlik çəkdiklərini Quranda belə xəbər vermişdir:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Müsəlman üçün namaz vaxtı həyəcan içində gözlənilən vaxtdır. Çünki Allaha sevgiylə bağlı olan insan üçün, sevdiyi Rəbbimizə sevgisini ifadə etmək, Onun bəyənəcəyi bir rəftar göstərmək, Ona bağlılığını, sədaqətini göstərmək, Onu ucaltmaq, Ona təşəkkür etmək, Ona yaxınlaşmaq heyrətamiz zövqdür.

Lakin münafiq Allaha düşməndir (Allahı tənzih edirik). Allahın dininə, Allahın gözəl gördüyü inanc və əxlaq sisteminə qarşı döyüşərək yaşayar. Allahın bəyəndiyi haqq dini yer üzündən silə biləcəyini, Onun qoruduğu, Onun vəli etdiyi insanları məğlub edə biləcəyini düşünər. Bu nifrət bütün vücuduna hakim olarkən, Allahın qarşısında əyilmək, alnını yerə qoyub səcdə etmək, Allahın fərz buyurduğu bir əmrini yerinə yetirmək heyrətamiz dərəcədə münafiqin heç xoşuna getməz. Dolayısilə əgər namaz qılırsa, bu tamamilə müsəlmanları iman gətirdiyinə inandırmaq və onlara dindar insan imici vermək üçündür. Buna görə də Allah Quranda münafiqin namazı yalnız “göstəriş üçün qıldığını” bildirmişdir.

Namaz qılmağı da hiyləgər oyunlarının parçası kimi qiymətləndirən münafiq, iman gətirənlərin yanında olduğu vaxtlarda beş vaxt namazını huşu içində qılan təqvalı müsəlman görünüşünə bürünər. Namaz saatlarını diqqətlə təqib edər, hətta müsəlmanlara da namaz saatlarını və namazı qaçırmadan vaxtlı-vaxtında qılmalarını xatırladar. Namaz qılar və sonra da uzun-uzadı dua edirmiş kimi edər. Namazdan əvvəl mütləq hər kəsin görəcəyi şəkildə dəstəmaz alar. Hətta hər kəsdən uzunmüddətli və təfərrüatlı dəstəmaz alaraq, ibadətlərə olduqca diqqətli olduğu təəssüratı verməyə çalışar.

Lakin ətrafda münafiqi görəcək müsəlman olmadıqda isə, münafiq heç vaxt namaz qılmaz. Namaz üçün dəstəmaz da almaz. Namaz saatında qalxıb vanna otağına girər, dəstəmaz alacağı qədər bir müddət vanna otağında vaxt keçirdib dəstəmaz almadan çölə çıxar. Namaz qılmaq üçün bir yerə gedib qapısını bağlayar, lakin orada da bir müddət yalnız vaxt keçirib, namaz qılmadan geri gələr. Münafiq bunları edərkən öz aləmində müsəlmanlarla lağ etdiyini, onları aldatdığını, saf yerinə qoyduğunu və planını məharətlə həyata keçirdiyini düşünüb şeytani sevinc yaşayar.

Halbuki çəkdiyi bu iztiraba, hiyləgərlik edə bilmək üçün dözdüyü min bir cür çətinliyə baxmayaraq, həyat boyu alçaldılan, xor görülən, həmişə qorxaraq, qaçaraq, gizlənərək yaşayan və sonunda heç nə əldə edə bilməyən özüdür. Müsəlmanlar tərtəmiz evlərində, sevdikləri Allahın hüzurunda, içlərindən gələrək namaz qılmağın sevincini və rahatlığını yaşayarkən; münafiq tənha otaqların qaranlıq guşələrində yaxalanma narahatlığı içində hiyləgərcə namaz vaxtının keçməsini gözləyər.

Müsəlman Allahın sonsuz gözəllikdəki sevgisini doyunca hiss edib, bunun rahatlığını həm dünyada, həm də axirətdə yaşayarkən, münafiq əbədiyyən ağılsızlığının və axmaqlığının cəzasını çəkər. Münafiqin namaz qılmaması müsəlmanlara heç bir zərər verməz. Lakin münafiq imansız, inancsız və ibadətsiz yaşamağın kirini sonsuza qədər üzərində daşıyar.

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Münafiq, mənfəət əldə edə bilmək üçün “tərəfdar” xarakter göstərər

Münafiqlər, müsəlmanların ən yaxınlarında ola bilmək və onlar haqqında daha xüsusi, daha strateji məlumatlara nail ola bilmək üçün, özlərini mümkün qədər “səmimi, etibarlı və sadiq kəslər” kimi tanıtmağa çalışarlar. Qəlbləri kin, nifrət və qəzəblə dolu olduğu halda, bunu mümkün qədər gizlədər və dilləri ilə tam əksini danışarlar. Müsəlmanların sevgini mühüm səmimiyyət ölçüsü kimi gördüklərini düşünüb, sevgi mövzusundan ən hiyləgər üsullarla, ən yaxşı şəkildə istifadə etməyə çalışarlar. Bunun mühüm etimad əlaməti kimi qiymətləndiriləcəyini və beləliklə bütün səmimiyyətsizliklərini, ikiüzlülüklərini, gizli əxlaqsızlıqlarını və oyunlarını ört-basdır edə biləcəklərini düşünərlər.

Məhz Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də bu üsulu tətbiq edir və bunun nəticəsində də mühüm mənfəətlər əldə edə bilməyi ümid edirdilər. Bu məqsədlə demək olar ki, hər fürsətdə Peyğəmbərimiz (s.ə.v)-i tərifləyir; hər kəsdən çox kompliment edən, hər kəsdən çox dəstəkləyən kəslər kimi öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-in gözünə girməyə və ön plana çıxmağa çalışırdılar. Bir hadisə olduqda mütləq Peyğəmbərimiz (s.ə.v)-dən yana rəftar göstərir; onun haqlılığını, dürüstlüyünü hər kəsdən daha çox və daha diqqət çəkəcək şəkildə vurğulayırdılar. Mümkün olan hər imkanda, Peyğəmbərimiz (s.ə.v)-ə olan dərin sevgilərini, heç vaxt qopmayacaq olan bağlılıqlarını və sanki bir kölə kimi, ölümünə sadiq olduqlarını ifadə edirdilər. Onun məqamını, qürurunu, şanını, şərəfini qorumaq üçün, canlarını və mallarını, gözlərini belə qırpmadan rahatlıqla fəda edə biləcəklərini söyləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in təhlükəsizliyini, hüzurunu və rahatlığını təmin edə bilmək üçün hər cür fədakarlıq göstərməyə hazır olduqlarını dilə gətirirdilər.

Onu hər kəsdən daha çox düşünən, daha çox sevən və hörmət göstərən, onun ən yaxın dostları olan kəslər olduqlarını iddia edirdilər. Həmçinin hər hansı çətinlik mühiti olsa, guya hər kəsin öz dərdinə düşüb Peyğəmbərimiz (s.ə.v)-i tənha qoyacağını; yalnız özlərinin onun yanında olub, ən ağıllı və təsirli şəkildə onu qoruyub dəstəkləyə biləcəklərini irəli sürürdülər.

Həmçinin münafiqlər, Quran əxlaqını təbliğ etmək məsələsində də, Peyğəmbərimiz (s.ə.v)-ə ən çox dəstək verən, İslamın və müsəlmanların mənfəətlərini ən yaxşı qoruyan başlıca bir neçə insandan biri olduqlarını iddia edirdilər. Ən mühüm fəaliyyətləri və ən mühüm vəzifələri, ən müvəffəqiyyətli şəkildə özlərinin nəticələndirə biləcəyi kimi yalan sözlər söyləyirdilər. Beləliklə təlqin yolu ilə hər kəsi, özlərinin müsəlmanlar üçün olduqca əhəmiyyətli və böyük xidmətlər göstərən kəslər olduqlarına inandırmağı qarşıya məqsəd qoyurdular.

Peyğəmbərimiz (s.ə.v) dövründəki bu münafiq xarakteri, şeytandan aldıqları ortaq ilhamla, o gündən indiyədək yaşamış bütün münafiqlərdə eyni şəkildə ortaya çıxmışdır. Bu gün hələ də müsəlman cəmiyyətlər arasında özlərinə yer tutmağa çalışan münafiq ruhlu insanlar, eyni səmimiyyətsiz üsulları tətbiq edirlər. Müsəlmanların və onlara başçılıq edən kəslərin etimadını qazana bilmək üçün dilləriylə həmişə “onları nə qədər çox sevdiklərini, onlara nə qədər bağlı olduqlarını” söyləyərlər. Bir müvəffəqiyyət qazanıldıqda, müsəlmanların qabaqcıl şəxslərinin gözlərinə girə bilmək üçün, həmişə onları ucaldan sözlər söyləyər və bu müvəffəqiyyətdən duyduqları sevinci də ən şişirdilmiş şəkildə dilə gətirərlər. Müsəlmanlar inkarçılara qarşı zəfər qazandıqları zaman, onlar da sanki səmimi müsəlmanlar kimi böyük sevinc və coşğuya qapılmış kimi şişirdilmiş sözlər söyləyərlər.

Peyğəmbərimiz (s.ə.v) dövründə də, müsəlmanlar inkarçılar qarşısında gücləndiyi, İslam getdikcə geniş torpaqlara yayılmağa başladığı və ya müsəlmanlar bir yerdə zəfər qazandıqları zaman, münafiqlər bu cür söhbətlər edərdilər. “Sən Allahın Rəsulusan (s.ə.v), səni çox sevirik, sən bənzərsiz lidersən. Çox ağıllısan, çox uzaqgörənsən. Heyrətamiz zəfər qazandın, inkarçıları məğlub etdin, oyunlarını zərərsizləşdirdin” və ya “Allah sənə zəfər verir, görünən odur ki, sən Allahın haqq Elçisisən, buna görə biz səni çox sevirik, sənə çox bağlıyıq” kimi tərif dolu sözlər söyləyirdilər. Allah münafiq xarakterli insanların, əslində tam əksini düşündükləri halda, sırf etimad qazana bilmək üçün söylədikləri bu sözlərin səmimiyyətsizliyini Peyğəmbərimiz (s.ə.v)-ə belə bildirmişdir:

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz həqiqətən şəhadət edirik ki, sən qəti olaraq Allahın Peyğəmbərisən” dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah, şübhəsiz ki, münafiqlərin yalan söylədiklərinə şahidlik edər. (Münafiqun surəsi, 11)

Münafiqlər inanmadıqları bütün bu sözləri söyləyərkən “sanki ciyərləri yanır və ağlasığmaz iztirab çəkirdilər”. Peyğəmbərimiz (s.ə.v)-ə: “Sən Allahın Rəsulusan (s.ə.v), buna görə biz səni çox sevirik” deyirdilər, lakin əslində qəlbən ondan nifrət edirdilər. Daxilən ona qarşı böyük kin bəsləyirdilər. “Görəsən ona harada, necə zərər verə bilərəm? Necə bir pislik və ya xainlik edə bilərəm? Müsəlmanlar arasında necə fitnə, narahatlıq, qarışıqlıq çıxarda bilərəm?” kimi düşüncələrlə alçaq planlar qururdular.

Məhz bu gün də eyni şəkildə, müsəlmanların lehinə bir hadisə olduqda; iman gətirənlər münafiqlərin oyunlarını puç edib, inkarçıları fikri olaraq məğlub etdikləri zaman, dövrümüzdəki münafiqlər eyni şəkildə daxilən çox böyük əzab yaşayarlar. Münafiqlərlə küfr əhli arasındakı hiyləgər əməkdaşlıq ortaya çıxıb, qurmağa cürət etdikləri tələlər pozulduqca, münafiqlər sanki “can çəkişməyə” başlayarlar. Çünki müsəlmanların güclənməsi, münafiqlərin heç istəmədiyi şeylərdən biridir. Allah onların bu alçaqlıqlarını bir ayədə, “sizə mənfəət yetişəndə onlar qəmgin olar, sizə zərər toxunanda isə ona sevinərlər...” (Ali İmran surəsi, 120) sözləriylə açıqlamışdır. Lakin buna baxmayaraq, bundan duyduqları qəzəb, kin və nifrəti içlərində saxlayar və buna tam əks üslubdan istifadə edərlər. İnkarçıların oyunlarının puç olmasından duyduqları dırnaqarası xoşbəxtliyi böyük coşğu ilə ifadə edərlər. Əsil məqsədləri müsəlmanlara zərər vermək, onları müvəffəqiyyətsizliyə düçar etmək olduğu halda, öz baxış prizmaları ilə “yaltaqlıq” kimi xarakterizə etdikləri səmimiyyətsiz əxlaqı göstərər və bu vəziyyətə hər kəsdən çox onlar sevinmiş kimi hərəkət edərlər.

Quranda münafiqlərin bu “ikiüzlü oyunu” və əslində “qəlblərində sevgi deyil, əksinə böyük kin, qəzəb, nifrət gizlətdikləri” belə xəbər verilmişdir:

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

Siz o kəslərsiniz; onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz Kitabın hamısına inanırsınız, onlar sizinlə görüşdükləri zaman: “İman gətirdik!” Deyərlər, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De ki: “Acığınızdan ölün!”. Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali İmran surəsi, 119)

Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verə bilməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali İmran surəsi, 120)

Allah ayələrdə, “münafiqlərin bu oyunlarının və hiyləgər cəhdlərinin, iman gətirənlərə zərər verə bilməyəcəyini” bildirmişdir. Məhz bu vəziyyət, münafiq üçün çox böyük məğlubiyyətdir.

Münafiq, inkarçılarla əməkdaşlıq etdiyi təqdirdə, hər şeyin çox asan olacağını, müsəlmanları istədiyi kimi, heç hiss etdirmədən aldadıb məqsədinə nail ola biləcəyini zənn edər. Belə böyük müvəffəqiyyət ümid edərkən, çox güclü olduğunu zənn etdiyi küfr əhlinin, heç gözləmədiyi bir anda fikri olaraq əzilib məğlub olması, münafiqin böyük iztirab çəkməsinə səbəb olar.

Münafiqin içi kin doludur; qəlbindəki kir və pislik bütün sifətinə əks olunar

Müsəlmanların yaxşılıqla qarşılaşması, müvəffəqiyyət qazanması və ya güclənməsi münafiqləri daxilən qəhr edər. Onların nemət içində, şən, hüzurlu olmaları, öz aralarında sevgini, dostluğu mümkün qədər ən gözəl şəkildə yaşamaları, münafiq üçün məhvedici sıxıntı səbəbidir. Çünki münafiq bunun tam əksinə; hər an bədbəxt, sıxıntılı və əzab içində yaşayar. Müsəlmanlarla birlikdə olmağı seçmiş, lakin ağlı küfr əhlində qalmışdır. Dünya ehtirasına qapıldığı üçün, küfr əhli ilə birlikdə ola bilsə, müsəlmanlarla olduğundan çox gözəl həyat yaşaya biləcəyini zənn edir. Məhz onlarla ola bilməmək, o mühitin əxlaqsızlıqlarını istədiyi kimi yaşaya bilməmək, oradakı insanlardan mənfəət əldə edə bilməmək münafiqi böyük əzaba sürükləyər. Müsəlmanlarla olmaqdan yaşadığı peşmançılıq və bundan ötrü hiss etdiyi kin və qəzəb ruhunu bürümüşdür. Bunun üstünə bir də, demək olar ki, baxdığı hər yerdə, ətrafındakı müsəlmanların cənnət bənzəri həyatını görmək, münafiqin əzabını, kinini və narahatlığını daha da artırar. Bu kin getdikcə elə dözülməz həddə çatar ki, münafiq artıq bunu istəsə də gizlədə bilməz hala gələr. Qəzəbi, nifrəti, qısqanclığı artıq münafiqin ağzından, dilindən, gözlərindən, üzündən, bədənindən kənara əks olunmağa başlayar. Allah Quranda münafiqlərin bu şeytani ruh halını belə bildirmişdir:

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

Məhz münafiq günün hər saatı ruhunda bu amansız qəzəblə yaşamağa başlayar. Heç nə qəzəbini sakitləşdirməyə kifayət etməz. Səhər oyandığı andan gecə təkrar yatana qədər hər anı, hər rəftarı, bu ruh halını əks etdirər. Quranın; “sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər...” (Ali İmran surəsi, 120) ayəsi ilə, Allah münafiqin bu kininin səbəbini bildirmişdir. Müsəlmanların yaxşılıq, gözəllik, nemət, bolluq, hüzur, sevinc, sevgi, dostluq və xoşbəxtlik içində yaşaması, münafiq üçün kin, qəzəb və kədər səbəbidir.

Müsəlmanlar günə sevinclə, Allaha və özlərinə verdiyi nemətlərə şükür edərək başladıqları halda, münafiq hər səhər gözlərini günə bədbəxtlik içərisində açar. Yenə istəmədiyi, sevmədiyi, eyni idealları və inancı bölüşmədiyi insanlarla birlikdədir. Həsəd apardığı, kin və qəzəb duyduğu, dost kimi görmədiyi, sevmədiyi insanlara qarşı yenə rol oynamağa davam etmək məcburiyyətindədir. İstəmədiyi halda onlara sevgi və hörmət göstərəcək, kompliment deyəcək, etdikləri xeyirli fəaliyyətlərə dəstək vermək və qazandıqları uğurlardan ötrü onlarla birlikdə sevinmə təqlidi etmək məcburiyyətində qalacaq.

O bu əzabverici ruh halını yaşayarkən, müsəlmanlar, səmimi olmağın, əsil sevgini və dostluğu yaşamağın, dünyanın ən etimad dolu mühitində, ən təmiz, ən etibarlı və dürüst insanları ilə, hüzurlu həyat yaşamağın xoşbəxtliyi içindədirlər. Məhz bu əzabverici əks vəziyyəti çox yaxşı dərk etmələri, onların gün boyu çox pis əhvali-ruhiyyə və qəzəb içində yaşamalarına səbəb olar.

Münafiqin qəlbindəki kin, qəzəb və həsəd gün boyu rəftarına əks olunar

Münafiqi ələ verən ən mühüm əlamətlərindən biri də, “vücud dili”dir. Allah bir ayəsində; “əgər Biz istəsək, sənə onları, əlbəttə, göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin deyilmə tərzindən də tanıyarsan” (Məhəmməd surəsi, 30) sözləriylə münafiqlərin danışma, hal və rəftar pozuntularını vurğulayır, buna diqqət çəkir, diqqətlə izlənilsə Allahın icazəsi ilə münafiqlərin bu əlamətlərinin görülə biləcəyinə işarə edir.

Müsəlmanların sevincini, müvəffəqiyyətini, zənginliyini, rahatlığını, ağıl dərinliyini, gözəlliyini, sağlamlığını, heybətini görmək münafiqlərin ruhlarındakı həsədi, kin dolu qəzəbə döndərər. Buna görə də qəzəbdən gözləri dönən münafiqlər gün ərzində müsəlmanlara həmişə sıxıntı verməyə çalışarlar. Böyük ehtirasla onların imkanlarını məhdudlaşdırmağa, sevinclərini yox etməyə, müvəffəqiyyətlərinə əngəl törətməyə səy göstərərlər. Lakin təbiidir ki, bunu açıq-açıq deyil, şeytani zəkalarıyla gizlin-gizlin və hiyləgər üsullar işlədərək edərlər. Öz zəif ağılları ilə, bu yolla müsəlmanları “psixoloji cəhətdən zəiflədib əldən sala biləcəklərini” zənn edərlər.

Halbuki müsəlmanlar üzərində münafiqlərin psixoloji təzyiqinin, gizli mübarizəsinin mənfi təsiri heç vaxt olmaz. Əksinə münafiq, müsəlmanın gücünə güc, sevincinə sevinc qatar, şövqünü artırar. Üzərindəki tənbəllik hissini yox edir, İslamdan bəhs etmək və yaymaq səyini gücləndirər. Müsəlmanın diqqətinin daha da açılmasını təmin edər. Təhlükələrə qarşı tədbir ala bilmək qabiliyyətini və hamısından əhəmiyyətlisi Allaha olan sevgisini, bağlılığını və Allah qorxusunu artırar.

Münafiq müsəlmanları narahat etmək və narahatçılıq yaratmaq üçün pis baxışlarından istifadə edər

Münafiq, daxilən nifrət etdiyi müsəlmanlara qarşı açıqca bir hərəkət edə bilməməyin sıxıntısı içindədir. Onlardan əldə etməyi ümid etdiyi qazanc və mənfəətlər naminə, özünü hiyləgərcə gizlətmək məcburiyyətindədir. Buna görə də həqiqi düşüncələrini dilə gətirə bilmir, istədiyi kimi onlara açıqca zərər verə bilmir və dağıdıcı əks mübarizə apara bilmir. Məhz münafiqin bu vəziyyətdə edə biləcəyi tək şey, hiyləgərcə və gizlincə zərər verməyə çalışmaqdır. Fəaliyyətlərini sübut edilə bilməyəcək və izah edilə biləcək şəkildə yürüdə bilməlidir. Məhz bu məqamda münafiqin öz imkanları içərisində ən təsirli hesab etdiyi üsul “baxışlarıyla hərəkət etmək”dir.

Müsəlmanların ən mühüm xüsusiyyətlərindən biri baxışlarındakı təmizlik, hüzur, etimad və sevgi dolu ifadədir. Allah bir ayədə iman gətirənlərin üzlərindəki iman dolu bu gözəl ifadəni belə bildirmişdir: “...Onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir...”(Fəth surəsi, 29)

Hər insan istədiyi təqdirdə üzünə müxtəlif ifadələr verə bilər. Bəzən “kədərli, bəzən də xoşbəxt və ya qəzəbli üz ifadəsinə sahib olmaq” bir çox insan üçün mümkündür. Lakin Allahın ayədə “səcdə izi” kimi təsvir etdiyi mənəvi gözəllik, nə təqlid, nə də zəhmət çəkərək əldə edilə bilər. Bu təkcə Allahı çox sevmək, Allahın yaratdığı taleyə təslim olmaq və Quran əxlaqını səmimi yaşamaqla, insanın üzünə təbii olaraq əks olunan gözəllikdir. Dolayısilə bu möcüzəvi müsəlman xüsusiyyəti, eyni zamanda da münafiq xarakterli insanlardakı ziddiyyəti göstərən mühüm dəlil meydana gətirər.

Müsəlman gün boyu hüzur, sevgi, hörmət dolu üzü ilə diqqət çəkdiyi halda, münafiq də kin və qəzəbdən qaralmış pis çöhrəsi ilə özünü büruzə edər. Üzündə İblis kimi, uğursuz, pis və şeytani ifadə vardır. Bəzən boş-boş, bəzən nifrət dolu, bəzən narazı, bəzən də tərs və təcavüzkar baxışlarla baxar. Bir Quran ayəsində; “...qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən...” (Məhəmməd surəsi, 20) sözləriylə təsvir edildiyi kimi, donuq baxışlıdır. Gözləri Akik və mənasızdır. Ruhu alınmış kimi ölü; sevgidən, sevincdən, gümrahlıqdan məhrum baxışla baxar. İçi pisliklə, günahla, xainliklə dolu olduğu üçün, baxışları da eyni şəkildə pis olar. Qəlbi, ağlı, ruhu tərtəmiz, nurlu müsəlmanların sevgi dolu, iman dolu, canlı və dürüst baxışlarıyla müqayisədə, gözlərindəki anormallıq dərhal müəyyən edilər. Quranda “münafiqin bu ən mühüm xüsusiyyətlərindən biri olan pis baxışları”, “(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir” (Mümin surəsi, 19) ayəsi ilə xəbər verilmişdir.

Bu şeytani üz ifadəsi ilə məqsədi; “hüzur içindəki müsəlmanlara narahatlıq vermək, sevinclərini yox etmək”dir. Çünki münafiq əgər müsəlmanlara açıqca heç bir yolla zərər verə bilmirsə, geriyə, öz ağlına görə istifadə edə biləcəyi ən təsirli silahı olan “baxışları” qalmışdır. Allah Quranda münafiqlərin baxışlarıyla etdikləri əxlaqsızlığın şiddətini bir ayədə belə bildirmişdir:

O inkarçılar, zikri (Quranı) eşitdikləri vaxt, səni az qala gözləri ilə devirəcəkdilər... (Qələm surəsi, 51)

Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər, Peyğəmbərimiz (s.ə.v) və müsəlmanların Quran əxlaqını yaşamalarından və Allahın dinini təbliğ etmələrindən duyduqları ağlasığmaz kin və qəzəbi, Peyğəmbərimiz (s.ə.v)-ə yönəltməyə cürət etdikləri pis baxışlarıyla göstərirdilər. Peyğəmbərimiz (s.ə.v)-in məscidinə, üzlərindəki bu iyrənc baxışlarıyla gedirdilər. Allah ayədə qeyd olunan; “səni az qala gözləri ilə devirəcəkdilər” ifadəsi ilə, münafiqlərin bu kinlərinin nə qədər böyük olduğunu ifadə etmişdir.

Məhz o dövrdəki münafiq əxlaqı, indiki vaxtda da eynilə Quranda bildirildiyi şəkildə ortaya çıxır. O gün narahatlıq və sıxıntı vermək, problem yaratmaq üçün özlərinə Peyğəmbərimiz (s.ə.v)-i hədəf olaraq seçən münafiqlər, indiki vaxtda da İslam üçün ən təsirli xidməti göstərən, müsəlmanlara ən təsirli şəkildə liderlik edən insan kimdirsə, eyni şeytani hərəkətləri bu dəfə də bu kəslərə yönəltməkdədirlər.

Lakin münafiq bu hərəkətlərini də yenə hiyləgərcə və lazım gəldikdə dərhal başqa forma alaraq özünü gizlədə biləcəyi şəkildə edər. Çünki münafiqin ən qabiliyyətli olduğu üsulların başında “gözlərinə hakim olmaq qabiliyyəti” gəlir. Münafiq gözlərinə istədiyi kimi əmr verərək, vəziyyətə uyğun hal almasını çox yaxşı bilir.

Münafiq gözləriylə hiyləgər mübarizə aparmaq məsələsində, həqiqətən də çox məharətlidir, lakin bütün bu etdikləriylə müsəlmanlara zərər verməyi bacara bilməz. İçindəki kin və qəzəb böyüdükcə, öz ruhuna və vücuduna vurduğu ziyan da o ölçüdə artar. Müsəlmanlar hüzur, sevinc və xoşbəxtlik içində yaşayarkən, münafiq nursuz üzlə, pis baxışlarıyla, nifrət dolu dünyasında əzab içində yaşayar.

Münafiqin şeytani hərəkətləri üçün istifadə etdiyi bədən dili

Münafiq bütün “vücudundan, şeytani məqsədləri üçün məharətlə istifadə etmək məsələsində” çox qabiliyyətlidir. Müsəlman necə ki, hər halı, hər rəftarı ilə həlim əxlaqını, müsbət şəxsiyyətini ətrafına əks etdirirsə; münafiq də mənfi düşüncələrlə, şeytani əməlləri ilə dolu ruhunu vücuduna və rəftarlarına əks etdirməkdə çox bacarıqlıdır. Allah Quranın Müddəssir surəsində münafiqlərin bunu hansı şeytani üsullarla tətbiq etdiklərini belə xəbər vermişdir:

Çünki o, fikirləşərək qərara gəldi. Ona ölüm olsun! Necə qərara gəldi? Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi? Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi. (Müddəssir surəsi, 18-23)

1) Şeytani hərəkətlərini əvvəlcədən düşünüb planlaması:

Allah ayələrdə, münafiqin hərəkəti etmədən əvvəl, planlarını, xaincə və alçaqca zehnində dərindən düşünərək qurduğunu xəbər vermişdir. Münafiq edə biləcəyi əxlaqsızlıqların hər təfərrüatını etmədən əvvəl ayrı-ayrılıqda düşünüb zehnində müəyyənləşdirər. Yeni günə başladığı zaman, “müsəlmanlara hansı ittihamları yönəldə bilər, nə cür böhtanlar ata bilər, sevinclərini necə yox edə bilər, göstərəcəkləri xeyirli fəaliyyətlərə necə mane ola bilər, necə mane olub vaxtlarını ala bilər, onları necə yora bilər və ya yuxusuz qoya bilər, təbliğ üçün sərf edəcəkləri enerjilərini necə yox edə bilər?” kimi incə-incə planlar qurar. Şübhəsiz ki, bu hiyləgər və xain düşüncələri qurarkən münafiqin yolgöstəricisi və ilham mənbəyi də “şeytan”dır.

2) Pis baxışları:

Münafiqin fəaliyyətinin ikinci mərhələsi isə, artıq bu “hazırlanan xainliklərin baxışlara əks etdirilməsi”dir. Mümkün ola biləcək ən narahatedici, müsəlman əxlaqından ən uzaq, küfr xarakterini ən yaxşı əks etdirən, ən lovğa, tərs, ədabaz, özündənrazı və hörmətdən məhrum baxışlarla baxmaq, münafiqin diqqət və səbirlə tətbiq etdiyi üsuldur. Gün boyu müsəlmanlar arasında bu cür gəzərək, öz aləmində onları “hüzursuz və narahat etmək” istəyər. Özü ilə məşğul etdirərək, müsəlmanların vaxtlarını alaraq, öz aləmində İslama və müsəlmanlara zərər verə biləcəyini zənn edər. Küfr əxlaqından uzaq olan müsəlman cəmiyyəti içində dinsiz əxlaqı yaşayaraq, onları da bu xarakterə cəlb etmək və qibtə etdirmək istəyər. Əgər müsəlmanlar arasında özü kimi münafiqliyə meylli başqa kəslər də vardırsa, bu əxlaqı onlara da mesaj vermək və onları da yanına çəkmək istəyər. Yaxud yaxşı niyyətli olub da, İslamı yeni öyrənən, yeni iman gətirmiş kəslərin də qəlblərini haqq yoldan döndərib onları da küfrə yönəldə bilməyi hədəfləyər.

3) Qaşlarını çatması:

Hər cür pislik və iyrəncliyi əvvəlcə zehnində xüsusi şəkildə planlaşdıran, sonra baxışlarıyla bu xainliyini müsəlmanlara əks etdirən münafiqin bu hərəkətinin digər hissəsi də “qaşlarını çatması”dır. Məlum olduğu kimi “qaş çatmaq” xalq arasında da xüsusi mesaj verə bilmək üçün edilən hərəkətdir. Necə ki, lüğəvi mənası da “qaşlarını bir-birinə yaxınlaşdıraraq qəzəbli, hirsli və əsəbi olduğunu göstərməyə çalışmaq”dır.

Əlbəttə ki, insan normalda adi və insani mimika olaraq qaşını çata bilər. Lakin münafiqdən söhbət getdikdə, bütün bu təfərrüatlar “xüsusi məqsədlər üçün istifadə edilən, hiyləgər və çirkin hərəkət” kimi tətbiq olunar. Hər kəsin sevgi, hörmət, gözəl əxlaq dolu, səmimi və dostcasına baxışlarla bir-birinə baxdığı bir mühitdə münafiq, baxışları kimi qaşlarından da əxlaqsızlıq üçün istifadə edər. Müsəlmanların bir-birlərinə ən gözəl əxlaqı göstərdikləri, ən gözəl sözləri söylədikləri, nemət və gözəllik içindəki mühitlərdə, ortada heç bir səbəb olmadığı halda, ardıcıl surətdə bu əxlaqsızlıqlarını tətbiq etməyə başlayar. Qaşlarını çataraq üzünə ən iyrənc, ən tərs, ən pis, ən şəxsiyyətsiz, ən çirkin ifadəni verməyə çalışar.

4) Üzünü turşutması:

Ayənin davamında münafiqin növbəti həmləsinin isə, “üzünü turşutması” olduğu bildirilib. Hər kəsin bildiyi kimi insan, üzündə çox “müxtəlif mimikalardan” istifadə edərək, çox zəngin məna müxtəlifliyi əldə edə bilər. Çox vaxt qarşımızdakı insanın duyğu və düşüncələrini, ruh halını, niyyətini, heç danışmadığı halda, təkcə üz ifadəsindən anlayarıq. Eynilə bir insanın etmək üzrə olduğu hərəkəti də, şifahi surətdə heç nə deməsə belə, üzündəki məna müxtəlifliyini izləyərək görərik.

Məhz münafiq də, hər insanın sahib olduğu bu geniş imkandan, şeytani hərəkətlərini həqiqiləşdirə bilmək üçün sonuna qədər istifadə edər. Üzünə nə vaxt, harada və hansı ifadəni versə, qarşı tərəfə necə bir mesaj verəcəyini çox yaxşı bilən münafiq, günün hər anında bu silahı ən güclü şəkildə qiymətləndirər. Çirkin üz ifadəsinin, həyatları təmiz əxlaq, dürüstlük və səmimiyyət üzərində qurulub müsəlmanları nə qədər narahat edəcəyini bilən münafiq üçün bu vəziyyət həyəcan vericidir. Həm həsrətini çəkdiyi küfr əxlaqını müsəlmanlar içərisində də istədiyi kimi çəkinmədən yaşaya biləcək; həm də əldə etmək istədiyi hər mənfəətə nail olmaq üçün üzündən mümkün ola biləcək ən çirkin şəkildə istifadə edəcək. İstədiyi şey həmin an dərhal edilmədikdə, hadisələr onun maraqlarına görə formalaşmadıqda, diqqət çəkmək və gündəm mövzusu olmaq istədikdə bu yola əl atar. Eynilə problem törədib müsəlmanları narahat etməyi və ya birindən intiqam almağı qarşıya məqsəd qoyduqda, üzünü dərhal turşudub mümkün ola biləcək ən pis, ən iyrənc və küfr əxlaqını ən yaxşı əks etdirən üz ifadəsinə bürünər. Beləliklə öz ağlına görə müsəlmanlar onunla maraqlanacaq, gözəl əxlaqları və yüksək vicdanlarının tələbi olaraq, ona şəfqət, sevgi, hörmət, mərhəmət göstərəcək və onu xoşbəxt edə bilmək üçün istədiyi şeyləri yerinə yetirməyə çalışacaqlar. Bunun nəticəsində də, yenə öz aləmində, müsəlmanların sahib olduğu maddi-mənəvi imkanlardan daha da çox faydalana bilmə fürsəti əldə edəcək. “Bir daha belə tərslik və iyrənclik etməsin, problem törətməsin, müsəlmanları narahat etməsin” deyiləcək və beləliklə özünə, istədiyi kimi rəftar göstərilməsini təmin edəcək.

Lakin unutduğu bir şey vardır ki, bu da müsəlmanların “sevgi və mərhəmət anlayışları”nın da Qurana əsaslanmasıdır. Müsəlmanlar yalnız bir insan məmnun olacaq deyə, bir insana istədiyi rəftarı göstərməzlər. Bu rəftar və ya hərəkət təkcə Allahın rizasına, Quran əxlaqına uyğundursa bunu tətbiq edərlər. Dolayısilə münafiq bu planları qurarkən, bu mühüm müsəlman əxlaqını görməzlikdən gəlmişdir. Üstəlik, göstərdiyi çirkin əxlaqın və büründüyü üz ifadəsinin də öz əleyhinə münafiq əlaməti meydana gətirdiyindən və beləliklə özünü ələ verdiyindən də xəbərsizdir.

5) Üz döndərməsi:

Münafiqin hərəkətinin bu mərhələyə qədər olan mərhələləri, istədiyi şəkildə şeytani müvəffəqiyyət qazana bilməyibsə, bu məqamda münafiqin əl atdığı digər küfri üsul da “üz döndərməsi” olar. Məlum olduğu kimi “üz döndərmək”, “birinin dost olduğu insanlara düşmən olması, o kəslərlə olan əlaqələrini kəsməsi, onların tərəfində olmaması” mənasında işlədilən bir deyimdir. Məhz münafiq də, müsəlmanlara hiyləgərcə bu mesajları verməyi və bu ehtimalları onlara düşündürərək öz aləmində onları təhdid etməyi qarşıya məqsəd qoyar. Aralarındamüsəlmanlarla birlikdə olduğu halda, küfr əxlaqını yaşamaqdan çəkinməyən, Allahdan lazımınca qorxub çəkinməyən və münafiq olma ehtimalı olan bir insan olduğunu” hiss etdirərək onları narahat etmək istəyər. Allaha olan etimadlarından ötrü olduqca xoşbəxt, rahat və hüzurlu yaşayan müsəlmanların bu gözəl həyatlarını öz aləmində pozmağı və sevinmələrinə mane olmağı hədəfləyər.

Bu məqsədlə müsəlmanlarla birlikdə həyat yaşadığı halda, aralarında olarkən də onlardan uzaq dayanar. Onların yanında xoşbəxt olmadığını hiss etdirmək məqsədi ilə, ən diqqət çəkəcək tərzdə, hər işdə onlardan fərqli rəftar göstərər. Müsəlmanlar birlikdə xeyirli fəaliyyət göstərdikləri zaman, onlara nə fiziki, nə də mənəvi dəstək verər. Bəzən də açıq-aydın şəkildə və səbəbsiz yerə, tərs rəftar nümayiş etdirdiyini göstərmək üçün, müsəlmanların yanında olarkən belə birdən yanlarından uzaqlaşaraq onlara qarşı çıxan bir rəftar göstərər.

6) Təkəbbürlənməsi:

Münafiqin hər addımını hiyləgərcəsinə hazırlayaraq həyata keçirdiyi bu hərəkətlərin növbəti addımını isə münafiqin “təkəbbürlü, lovğa və yuxarıdan aşağı baxan rəftarla” müsəlmanlara “təkəbbürlənməsi”dir. Münafiqin məqsədi, baxışları, danışıqları, işlətdiyi üslub və əl-qol hərəkətləriylə bu böyüklük iddiasını, qarşısındakı insanlara mümkün qədər hiss etdirməkdir. Onlara “dəyər vermədiyini, hörmət bəsləmədiyini, kiçik hesab etdiyini, fikirlərinə və sözlərinə də əhəmiyyət vermədiyini” göstərməyə çalışar. Öz aləmində yanlarındakı müsəlmanların olduqca “ağılsız və saf”, özünün isə “heyrətamiz dərəcədə zəka, ağıl və qabiliyyətə sahib olduğu” inancına sahibdir. Özünə deyilən hər xeyirli sözə, təkəbbür və eqoistliklə, ədabazlıq və lovğalıqla, çoxbilmişlik və kobudluqla cavab verər. Hörmətsizliyini ən yaxşı və ən şişirdilmiş şəkildə vurğulamağa çalışar.

Məhz münafiqin xaincə planlarının kiçik hissəsi belədir. Həmçinin Allahın Müddəssir surəsində, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı edilən bir münafiq hərəkəti olaraq bildirdiyi bu rəftarlar, münafiqin küfr əhlinə bənzər əxlaqını çox açıq şəkildə göstərir.

Lakin münafiqin, bütün bu hiyləgər hərəkətləri, bilərəkdən və xainliklə tətbiq edərkən unutduğu bir şey var. Allah münafiqləri heç vaxt müvəffəq etməyəcək və bu xəstə ruhlu insanların İslama və müsəlmanlara zərər verməsinə heç vaxt icazə verməyəcək. Münafiq öz xain dünyasında, qurduğu tələlər içərisində boğulub qalacaq. Oynadığı hiyləgərcə oyunlar, dünyasının da, axirətinin də sonu olacaq.

Müsəlmanların onlara təqdim etdiyi tərtəmiz, nurlu həyatda hüzur tapa bilməyən və küfr əhlinə yaxınlaşdıqca xoşbəxt olacaqlarını zənn edən münafiqlər, getdikcə küfr əhlinin zülmü içərisində daha da böyük bədbəxtliyə sürüklənəcəklər. Axirətdə isə əbədi peşmançılıq və əzab içində, ən yaxın dostları olan şeytanla birlikdə böyük əzab yaşayacaqlar.

 

12 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net