< <
20 / total: 24

Münafiqin Müsəlmanlardan Ayrılma Planları

Münafiq həmişə qaçıb getmək meylində olar, lakin müsəlmanlardan əldə etdiyi mənfəətlərdən imtina edə bilməz

Münafiq qəribə bir varlıqdır. Küfrə dərin heyranlıq və onların yaşadığı həyata qarşı böyük həsrət duyar. Müsəlmanlara qarşı isə böyük hirs, kin və nifrət ilə doludur. Ancaq maraqlıdır ki, istədiyi an müsəlmanları buraxıb küfrdəki dostlarının yanına getmə azadlığı olduğu halda, inadla müsəlmanların arasında yaşamağı seçər.

Kitabın əvvəlindən etibarən izah edildiyi kimi, bunun əlbəttə ki, bir çox səbəbi vardır. Ancaq bunlar arasında ən əhəmiyyətlilərindən biri, münafiqin müsəlmanlar arasında yaşayaraq əldə etdiyi mənfəətləri buraxmaq istəməməsidir. Müsəlmanlar nə qədər zənginləşər, nə qədər güclənər və nə qədər müvəffəqiyyətli hala gəlsə, münafiqin əldə edə biləcəyi mənfəətlərin miqyası da o nisbətdə artar. Bu da, içdən böyük arzu ilə qaçaraq küfrün yanına getmək istəyən münafiqindayanmasına və gedişini ertələməsinə səbəb olar.

Hər dəfə getmək istəyəndə, müsəlmanların sahib olduqları maddi-mənəvi nemətlərlə, küfrdə həsrət duyduğu həyat arasında seçim etmək məcburiyyətində qalar. “Müsəlmanlarla qalıb bir az daha onların mənfəətlərindən yararlansa mı, yoxsa dostlarının ona açacağı qapılardan və təqdim edəcəkləri imkanlardan istifadə etmək üçün dərhal küfrün yanına mı getsə?”, “Ya küfrdəki dostları onu yarı yolda buraxarsa?”, “Ya verdikləri sözləri tutmazlarsa?”, “Ya işsiz qalsa”, “Ya ona əvvəlki kimi etibar etməsələr?”, “Ya orada qarşılaşacaqları şərtlər müsəlmanların yanındakılar kimi yaxşı deyilsə?”, “Ya indi əldə etdiyi nemətlərdən məhrum qalsalar?” Elə bunun kimi daha yüzlərlə sual, demək olar hər gün münafiqin başını məşğul edər. Hər gün dəfələrlə bunların hesabını edər. Və küfrdəki dostlarından bunların hər birinə dair zəmanət verən sözlər almağa çalışır.

Elə bütün bunlar, münafiqin gedib getməmə mövzusundakı tərəddüdünün tək səbəbinin “zamanlama məsələsi” olduğunu ortaya qoymaqdadır. Həmişə “küfrdəki imkanlarını sorğulayaraq və yoxlayaraq”, ayrılacağı ən yaxşı zamanı müəyyən etməyə çalışar. Münafiq, hər an bu addımı atma hazırlığı içərisində yaşayar. Buna görə də, demək olar hər gün, küfrlə olan əlaqəsini ən isti şəkildə mühafizə etməyə çalışar. Yoxsa münafiq bir an əvvəl müsəlmanlara edə biləcəyi ən böyük alçaqlığı etmək və sonra da dərhal küfrün yanına getmək istəyər. Amma bu çıxar hesabları, bir növ qərar verə bilməməsinə səbəb olar.

Allah münafiqin “bütün bu hesablarını əldə edə biləcəyi mənfəətlərə görə etdiyini” bir Quran ayəsində belə xəbər vermişdir:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Müsəlmanlardan əldə edə biləcəyi mənfəətlər nə qədər çox və bunları yiyələnmək nə qədər asan isə, münafiq ona görə bir seçim edər. Yaxın bir fayda olarsa, küfrə gedişini təxirə salar. Amma bu mənfəətləri məhdudlaşarsa ya da tamamilə əngəllənəcək olarsa, o zaman küfrdəki imkanlar ona daha cazibədar gələcək və münafiq ayrılma planını tətbiq etməyə başlayacaqdır.

Münafiq, müsəlmanlara zərər verməyə davam edə bilmək üçün ayrılma vaxtını təxirə salar

Münafiq çox qorxaq və alçaq xarakterə malikdir. Bir tərəfdən müsəlmanların arasında, onlara qarşı hiyləgər oyunlar oynayarkən, bir tərəfdən də həmişə fərq edilmə və yaxalanma qorxusu içərisində yaşayar. Qurduğu tələlərin, etdiyi saxtakarlıqların, küfrlə olan əməkdaşlığın ortaya çıxması halında, müsəlmanların onu öz aralarından uzaqlaşdırmasından dəhşətli dərəcədə qorxar. Çünki münafiq müsəlmanların yanından ayrılmadan əvvəl, küfrdə quracağı həyatına dair bütün sistemlərini möhkəmləndirmək istəyər. Bu mövzuda hazırlıqsız olduğu bir anda ifşa olub ortada qalmaq onun üçün sanki ölüm kimidir.

Ancaq münafiq, bu cür “dəhşətli qorxu” duymasına baxmayaraq, müsəlmanlara zərər vermə hirsindən ötrü, qorxa-qorxa da olsa, onlarla birlikdə yaşamağa davam edər və hiyləgər fəaliyyətlərini davam etdirər. Ayrıldığında, müsəlmanların olmadığı yerdə, “əxlaqsızlıq etmə gücünü itirəcəyini” və orada ikən olduğu qədər “effektiv tədbirlər edə bilməyəcəyini” düşünər. Əlbəttə ki, münafiq, inkar edənlərin yanına getdiyində də, müsəlmanlara olan düşmənçiliyini davam etdirəcək; şeytani hərəkətlərinə davam edərək müsəlmanlara zərər verməyə çalışacaq. Amma münafiq bütün bunları, onların arasında olanda hiyləgərcə və gizli yollarla etməkdən daha çox şeytani zövq alar. İçlərində olub onları aldada bilmək, münafiqin daha çox xoşuna gələr. Ayrıca müsəlmanlar arasında olanda, əlində “daha çox müxtəlif şəkillərdə əxlaqsızlıq, şəxsiyyətsizlik və alçaqlıq edə bilmə imkanı” olar. Səsi ilə, üzü ilə, baxışları ilə, mimikaları ilə, davakarlığı ilə münafiqin hərəkət edə biləcəyi çoxlu mövzu vardır. Müsəlmanlardan uzaqda olanda bütün bunları edə bilmə dozası düşəcəkdir.

Digər tərəfdən də, münafiq daxilən, ardıcıl olaraq “tez bir zamanda küfrün yanına gedib, ona Allahı, İslamı xatırladan hər şeydən mümkün qədər uzaqlaşmağı” da istəyər. Ancaq o zaman şeytan ilə baş-başa qala biləcəyi üçün, istədiyi şeytani xoşbəxtliyi də o zaman tapa biləcəyinə inanar.

Müsəlmanlarla birlikdə keçirdiyi hər an, onların sevincinə, hüzuruna, bir-birlərinə olan qopmaz bağlarına, ehtiraslı sevgilərinə şahid olar. Qısqanclıqdan qovurular və bu vəziyyət həmişə onun canını yandırar. Elə bütün bu səbəblərdən də, tezliklə aralarından qaçıb getmə hissi ilə yanıb alovlanar.

Başqa sözlə münafiq, müsəlmanların yanında olduğu müddət ərzində, həmişə bunların hesabını edərək, “mənfəət-zərər hesablarını hərtərəfli qiymətləndirərək” yaşayar. Müsəlmanlara, içəridən verə biləcəyi ən çox zərəri verə bildiyinə inandığında, küfrdəki yeri də istədiyi şəkildə sağlamlaşdırıbsa, münafiq o zaman iman edənlərin yanından ayrılma planını hərəkətə keçirməyə başlayar. Bunun üçün həm “inkar edənlərdən əldə edəcəyi maraqlarının, hal-hazırda müsəlmanların yanında olduğundan daha çox olacaq şəkildə qarantiyaya almış olması”; həm də “müsəlmanlara daxilən kifayət qədər zərər verməyi bacara bilmiş olması” lazım olduğunu düşünər. Bütün bu şərtlər bir yerdə olacaq şəkildə qurulmadığı müddətdə münafiq ayrılmayacaq, bu imkanları əldə edənə qədər hiyləgər oyunlarına davam edəcək.

Bütün bu hesablamaları edib hiyləgər planlarını qurarkən münafiqin qafil olduğu əhəmiyyətli bir məsələ vardır. Münafiqin müsəlmanlar arasında qalması da, onlardan ayrılıb getməsi də, hər halda müsəlmanlar üçün xeyirdir. Müsəlmanlarla qalması da Allahın onlara olan rəhmətidir, getməsi də. Müsəlmanların, belə şeytani bir varlığın hiyləgər fəaliyyətlərinə baxmayaraq haqq dini hakim etmək üçün səy göstərməsi onların Allah qatında alacaqları mükafatları daha da artırar. Münafiqin ayrılması da, müsəlman camaatına dəhşətli bir təmizlənmə, aydınlanma və bərəkət yaradar. Başqa sözlə münafiq hər nə edirsə etsin, bütün pis səyləri müsəlmanların lehinə dönməkdə, verdiyi hər şeytani əmək müsəlmanlar üçün xeyirlə nəticələnməkdədir.

SUAL: “Münafiq madam çətinlik və sürünmə içindədirsə niyə müsəlmanlardan ayrı gedib yaşamır?”

ADNAN OKTAR: “Münafiq, müsəlmanların içində daha yaxşı murdarlıq edəcəyini, daha çox alçaqlıq edəcəyini düşündüyü üçün ayrıla bilmir. Orada daha çox təxribat edəcəyini düşünür. Gedərsə, həm müsəlmanlardakı nemətlərdən məhrum olacağını düşünür, həm də kifayət qədər təxribat edə bilməyəcəyini düşünər yəni onu hesablayır.

madde, new scientist

Amma kənara getdiyində daha çox təxribat edəcəyini ümid edirsə, münafiq o zaman ayrılar. Onsuz da Allah ayədə, “Əvvəlcə özlərinə bir mağara və sığınacaq yer axtararlar.” deyir. Əvvəl onu təmin etməyə çalışır. Əgər o sığınacağı yeri təmin etsə, ondan sonra müsəlmanların xəbərlərini kənardan izləməyə başlayır. Kənarda onların əleyhinə fəaliyyətə başlayır. Amma içəridə, həm müsəlmanların malını mülkünü yediyini, həm də müsəlmanları daha yaxşı vurduğunu düşünər. Ona görə Quranda geniş izah edilmişdir münafiqlər, əhatəli izah edilmişdir.” (A9 TV, 23 yanvar, 2016)

Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər. (Tövbə surəsi, 57)

Münafiq həmişə ayrıldıqdan sonra yaşayacağı çirkli həyatın planlarını qurar

Münafiqlər ikiüzlülüyü və şeytançılığı həyat tərzi halına gətirmiş insanlardır. Müsəlmanların yanında, gizlicə onların əleyhinə fəaliyyətlər edərək, heç bir şey yox imiş kimi həyasız bir şəkildə onlarla həyatlarını davam etdirərlər. Müsəlmanların üzlərinə gülüb onların özlərinə təmin etdiyi imkanlardan, gözəl və fədakar əxlaqlarından, etibarlı mühitlərindən, tolerantlıqlarından, mərhəmətlərindən fasiləsiz olaraq istifadə edərkən, əslində daxilən onlara ola biləcək ən çox zərər verə bilmək planlarını qururlar.

Küfrlə olan müştərək işlərini, ardıcıl olaraq bu məqsədlərinə çata bilmək üçün məlumat mübadiləsi edər, məsləhətləşmələr aparar, tələlər qurar və planlar hazırlayarlar. Bütün bunlar eyni zamanda da, “münafiqin küfrdə başlayacağı həyatının hazırlıqları”dır. Münafiqin, nifrət dolu olduğu müsəlmanlardan istədiyi intiqamı alıb, onlara maksimum zərər verə bilməyi bacardıqdan sonrakı tək hədəfi, “küfrdə özünə bir həyat qura bilmək”dir. Xəyalini qurduğu “bu həyatının xüsusiyyəti isə, Allahdan, Qurandan, müsəlmanlardan uzaq olacaq olması”dır. Münafiq küfrdəki dostlarıyla, dinsizliyin müdafiəçiləri ilə, dindən uzaq bir həyat xəyalı qurmaqdadır.

Müsəlmanlarla yaşadığı hər gün, münafiqin ağılında həmişə bu planları vardır. Bunları düşünmədən keçirdiyi bir gün, bir gecə olsa, içi rahat etməz. Planlarını nə qədər inkişaf etdirər və nə qədər həqiqətə yaxınlaşdıra bilərsə, həyat onun üçün o qədər daha mənalı hala gələr. Münafiq dili ilə müsəlmanlardan yana, amma qəlbi ilə və xəyalları həmişə küfrdən yanadır. Buna görə də həmişə küfrdəki həyatına hazırlıq görər.

Münafiq həmişə, bir gün küfrə getdiyində, orada necə yaşayacağını düşünər. İslamın insan nəfsini gözəlləşdirən intizamı onun xoşuna gəlməz. Hər gün namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək də münafiqi sıxar (Qurandakı bütün ibadətləri tənzih edirik). O, bir gün bütün bunlardan xilas olacağı vaxtın həsrəti içindədir. Ayrıca münafiq təmiz olmaq deyil, pis yaşamaq istəyər. Müsəlmanlar kimi təmiz və diqqətli olmaq; məsələn hər gün çimmək ona çətin gələr. O, azadlıq sandığı şeytani həyatında, murdarlıq və alçaqlıq içində yaşamaq istəyər. İstədiyi kimi narkotik istifadə etmək, fahişəlik etmək, oğurluq və ya əxlaqsızlıq etmək; pis mühitlərdə, pis insanlarla iç-içə olmaq ona daha cazibədar gələr. Küfrün qaranlıq dünyasında, o çürümüş həyatı sonuna qədər yaşamaq istəyər. Münafiqin beynində həmişə belə qaranlıq bir dünyada yaşamağın xəyalları vardır.

Bütün bunların yanında əsl xəyalı isə “ən böyük olmaq”dır. Eqoizm, qürur etmək, sahib olduqlarıyla insanlara təpədən baxmaq, onlara böyüklük etmək, ən önə çıxmaq. Və öz aləmində guya “dünyanı oturduğu yerdən idarə edə bilmək”. Yenə bunlar da münafiqin böyük həsrətlə küfrə getdiyində yaşayacağını düşündüyü xəyallarıdır.

Qurduğu bir başqa xəyal da, “küfrün şeytani dünyasında çirkli macəralar yaşaya bilmək”dir. Münafiq həmişə qaranlıq və şübhəli insanlarla görüşüb danışmaq, təhlükəli işlər etmək istəyər. Çünki qeyri-qanuni hadisələrin içinə girməkdən, macəradan, pislikdən, təhlükədən, riskli işlərdən xoşlanar. Macərapərəstdir. Şeytani macəralar onun üçün mühüm ehtiraslardır. Məsələn dünyanın bir başqa ucuna gedər, sonra orada da, başqa alçaq hərəkətlər etməyə çalışar. Ya da bir yerdən qaçar, başqa bir yerdə yaxalanar. Münafiqin bütün ömrü belə sürünərək və murdarlıq içində keçər. Və bu qaranlıq çirkli dünya onun arzusudur. Həmişə axtardığı, xəyallarını, planlarını qurduğu həyat budur.

Müsəlmanca, dürüst bir həyat yaşamaq” ona çox “darıxdırıcı və anormal” gələr. “Bəlalı, təhlükəli, çirkli bir həyat” isə münafiqin çox xoşuna gələr. Buna görədir ki, küfrdə həmişə yeni dostlar, yeni çevrələr əldə etməyə çalışar. Onlara özünü bəyəndirə bilmək üçün öz aləmində yaltaqlıq edib könüllərini xoş tutmağa cəhd edər. Bir gün qəti olaraq yanlarına gedəcəyindən əmin olduğu üçün, şirin görünərək onları əl altında saxlamağın yollarını axtarar. Gələcəkdə ayrılmağa qərar verdiyi gün, yanlarına gedib də “salam, mən artıq onlarla görüşmürəm” dediyində, yaxın əlaqə qura bilməsi üçün lazımlı olan hər şeyi hazırda tutmuş olar.

Münafiq həmişə, qısa müddətdə müsəlmanların yanından uzaqlaşıb küfrün yanına getmə həsrəti ilə yaşayar. Ancaq onların yanına gedə biləndə fərahlayacağını və xoşbəxt olacağını düşünər. Orada artıq yalnız şeytan ilə baş-başa qalacağı və dinin tələb etdiyi bütün ibadətləri tərk edəcəyi üçün, öz aləmində bir “rahatlıq tapacağına” inanır. Nur kimi müsəlmanların arasında ikən, bu cür qaranlıq və çirkli bir dünyanın xəyallarını quraraq yaşaması, münafiqin həqiqi üzünü açıq şəkildə ortaya qoyar.

Münafiqin digər xəyalı isə, “küfrün yanına getdiyində, oradan da müsəlmanlara qarşı mübarizəsinə davam edə bilmək”dir. Küfrün imkanlarını istifadə edərək, müsəlmanların əleyhinə edəcəyi fəaliyyətlərində müvəffəq ola biləcəyini düşünmək münafiqi rahatlaşdırar. Çünki ayrılmayıb müsəlmanlarla qalmasının əhəmiyyətli səbəbi, “onlara daxilən zərər verə bilmək, yavaş-yavaş onları küfrə qarşı gücsüz hala gətirə bilmək”dir. Bu hiyləgər fəaliyyətlərini buraxmamaq üçün ayrılmaq istəməyən münafiq, bunları küfrün yanında da davam etdirə biləcəyini düşündüyündə rahatlayar.

Münafiq bu axmaq xəyallarının reallaşa biləcəyinə qəti olaraq inanar. Çünki münafiqlər (Allahı tənzih edirik), Allahın qurduğu nizamın bir gün mütləq məğlub olacağını düşünürlər. Müsəlmanları zəif və gücsüz görürlər. Başqa sözlə tez ya da gec küfrün mütləq qalib gələcəyinə inanırlar. Münafiqdə bu inanc, müsəlmanların İslam əxlaqının hakimiyyətini gözləmələri kimi, çox dərin istək, çox ehtiraslı arzudur. Şeytan tərəfinin qalib gələcəyinə dəhşətli dərəcədə inanar, buna görə də heç bir zaman üçün Allaha, İslama və müsəlmanlara güvənməzlər. Və onların mütləq məğlub olacağı günü gözləyirlər.

Halbuki ki, münafiqlərin bu xəyalları ancaq bir yalandan ibarətdir. Küfrün və şeytanın sistemi, yerlə bir olmağa məhkum olaraq yaradılmışdır. Şeytanı də, küfrü də, münafiqləri də yaradan Allahdır. Və Allah dilədiyi an onları həlak etməyə də Qadirdir. Allah yalnız onlara müəyyən bir müddət tanımaqdadır. Bu müddəti öz əleyhinə istifadə etdikləri təqdirdə, dünyada da axirətdə də onları şiddətli əzab gözləyir.

Bir Quran ayəsində “... Allah kafirlərə möminlərin əleyhinə qəti olaraq yol verməz.” (Nisa surəsi, 141) şəklində buyurulmuşdur. Allah belə vəd etmişdir və Allah vədinə heç vaxt xilaf çıxmaz.

 

20 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net