< <
22 / total: 24

Münafiqliyin Aqibəti Mütləq Ziyandır

Münafiqin həyatı zəlil şəkildə bitər

Münafiqin bünyəsinə ən çox hakim olan duyğu “alçaqlıq kompleksi”dir. Bu haqlı bir kompleksdir, çünki münafiq həqiqətən də, “dünyanın ən alçaq xarakterinə malikdir”. İnandığı haqq olan heç bir dəyəri, yolunda yaşamaq istəyəcəyi heç bir idealı, heç bir inancı yoxdur. Buqələmun kimi, hər girdiyi mühitə görə fərqli əxlaq göstərir. Bir inancdan başqa inanca, bir mədəniyyətdən başqa mədəniyyətə, bir fəlsəfədən başqa fəlsəfəyə keçər. Çünki münafiqin bu həyatdakı ən böyük arzusu, küfrün onu arasına alıb ona dəyər verməsidir. Onların tək bir “sağol”u belə, etməyəcəyi rüsvayçılıq, alçaqlıq və əxlaqsızlıq yoxdur.

Ancaq maraqlı olan budur ki, münafiq küfrün gözünə girmək üçün onların bir dediyini iki etmədiyi halda, heç vaxt küfrə özünü istədiyi mənada qəbul etdirə bilməz. Çünki yalnız müsəlmanlar deyil, küfr də münafiqin göstərdiyi bu alçaq xarakterin fərqindədir. Bu səbəblə, heç bir zaman onu həqiqi mənada aralarına almaz, hörmət və sevgi duymazlar. Yalnız mənfəətləri üçün istifadə edərlər. Münafiq küfrün gözünə girməyə çalışdıqca, küfr onu daha da əzər, daha çox istifadə edər, daha da alçaldar. Münafiq küfrə ən aşağılardan heyranlıqla baxarkən, küfr münafıqə ən təpədən kiçik hesab edərək baxar. Çünki heç kimsə dostunu, din qardaşını, birlikdə yol aldığı insanı sanki arxadan bıçaqlayan, yaxşılıq gördüyü insana pisliklə cavab verib xainlik edən birinə güvənməz. Münafiq haqqında bu müşahidəni etmiş olan küfr də buna görə, münafiqi mənfəəti üçün istifadə edir, amma heç bir zaman onu bir yoldaş ya dost olaraq qəbul etməz.

Elə bu vəziyyət; yəni hər kəs tərəfindən alçaldılma, münafiqin bu dünyada daddığı ən böyük əzablardan biridir. Hər aynaya baxdığında qarşısında “alçaq bir insan” görər. Hər nə qədər gündəlik həyatda ədabaz və çoxbilmiş rəftarlarıyla bu utancını örtməyə çalışsa da, bu duyğu münafiqin içinə körüklənmiş köklü əzabdır. Münafiq müsəlmanların arxasından iş çevirdikcə; yəni onlara zərər verməyə çalışdıqca, alçaldılma bataqlığına bir az daha batar.

Münafiqin küfrə daşıdığı hər xəbər, müsəlmanı tələyə salmaq üçün qurduğu hər plan, küfr tərəfindən istifadə edilir bəlkə amma, özü küfrün ona duyduğu diksindiyi də artırar. Belə ki, münafiq hazırladığı planlar, qurduğu tələlərlə müsəlmanların bəlaya uğramasını gözləyərkən; o bəla get-gedə özünü qucaqlamağa başlayır. Ağzından çıxan hər yalan, müsəlmanlar əleyhinə küfrlə qurduğu hər yaxınlıq, onu qaranlıq quyunun dibinə doğru çəkməyə davam edir. Hər xainliyində xor görmə və alçaldılma hissini daha güclü yaşamağa, içinə bürmələnən ağrını daha dərindən hiss etməyə başlayar. Qısacası münafiqin pisliyi, hiyləsi, planı bumeranq kimi ona geri dönər.

Bu, münafiqin yalnız bu dünya həyatında çəkdiyi əzabın kiçik bir hissəsidir. Axirətdə isə sonsuz əzab onu gözləməkdədir. Allah münafiqin tələsinin onu qucaqlayacağını ayədə belə bildirir:

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Münafiq ömrü boyu müsəlmanlara qarşı mübarizə edər amma, bu mübarizəsi heç bir zaman xəyal etdiyi kimi nəticələnməz. Küfrün gözündə yüksəlmək üçün müsəlmanlar əleyhinə etdiyi hər xainlik, bir qat daha alçaldılmasına və kiçimsənilməsinə səbəb olur. Heç bir şey əldə edə bilmədiyi halda müsəlmanların arasında onlardan biri kimi davranmaq, inanmadığı bir sistemi müdafiə etmək, içindən gəlmədiyi halda, Allahı xatırlamaq və ya istəməyərək namaz qılmaq, münafiqin ağrısını ona, yüzə, minə qatlayar. Bu da münafiqdən tərifsiz bir qəzəb və nifrət hissi meydana gətirər. Elə münafiqin sonunu gətirən də, bu nifrət zənciridir. Ruhunu bürüyən bu nifrət onu gündən günə çürüdər, sağlamlığını pozar, ağıl tarazlığını itirməsinə səbəb olar. Hər münafiqin sonu, kin və nifrəti ilə birlikdə ölməkdir. Allah Quranda münafiqlərin ölümlərinin, içlərində böyütdükləri bu qəzəb və nifrətdən olacağını bu şəkildə xəbər vermişdir:

Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali İmran surəsi, 119)

Uca Rəbbimiz ayədə münafiqlər üçün müqəddəratı olan ölüm şəklini açıqca bildirmişdir. Hər münafiqin taleyində alçaldılaraq, dəyərsiz yaşamaq və bunun gətirdiyi qəzəbin içində boğularaq ölmək vardır.

Ancaq unutmamaq lazımdır ki, hər insan üçün tövbə qapısı sonuna qədər açıqdır. Allahın bu bağışlayıcılığı, münafiq üçün də keçərlidir. Münafiqlik edən bir insan da, işlədiyi günahlar hər nə olursa olsun, günün birində səhvini anlayıb bu murdar bataqlığın içində, Allahın dininə sarılaraq çıxa bilər. Ancaq xainliyində qərarlı, israrlı, Allaha və dinə düşmən olan hər münafiq, qəzəbi ilə və nifrəti ilə birlikdə cəhənnəm ilə qarşılıq tapacaq və sonsuza qədər bu çuxurun dibində xor baxılmağa, alçaldılmağa, əzab içində yaşamağa davam edəcəkdir.

 

22 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net