< <
23 / total: 24

Nəticə

Mehdiyyət dünyanı Günəş kimi aydınlandıracaq, münafiqlik hz. Mehdi (ə.s) vəsiləsi ilə yox olacaq

Yaxşılarla pislərin mübarizəsi Hz. Adəm (ə.s) dövründə başlamışdır və qiyamətə qədər də davam edəcəkdir. Tarixin hər dövründə, insanları pisliyə və inkara sürükləmək üçün mübarizə edən ən böyük mənfi güc “dəccaliyyət”dir. İnsanları din əxlaqından uzaqlaşdıran, fitnə və qarışıqlığı qızışdıran hər cür ideologiya və düşüncə sistemi, “dəccal”ı təmsil edir. Pisliyin qarşısında olan, dəccalın fitnəsini təsirsiz hala gətirəcək və insanları doğru yola, hidayətə yönəldəcək olan Rahmani güc də “mehdiyyət”dir.

Yaxşılıq və pislik arasındakı; şeytanın tərəfdarlarıyla Haqqın tərəfi arasındakı mübarizə, tarixin başlanğıcından bu yana davam etməkdədir. Tarixdəki Hz. İbrahim (ə.s) və Nəmrud, Hz. Musa (ə.s) və Firon kimi, hər dövrün “dəccal və mehdi mübarizələri” bu mövzunun ən bilinən nümunələrindəndir. İçərisində olduğumuz “Axırzamanda isə bu fikri mübarizə Hz. Mehdi (ə.s) ilə Məsih Dəccal arasında davam etməkdədir”. Tarix boyu olduğu kimi, “Axırzamanda da dəccalın ən mühüm qüvvəsi yenə münafiqlərdir”. Şeytanı, inkar edənləri və münafiqləri özünə müttəfiq əldə etmiş olan dəccaliyyət, əmrindəki bu güclərlə birlikdə hal-hazırda mehdiyyətə qarşı amansız döyüş göstərir.

Adətullah gərəyi, tarixin hər dövründə haqq dinin təbliğində müsəlmanlara liderlik edən, onları hidayətə çağıran və islam əxlaqını dünyaya hakim etmək üçün səy göstərən “mənəvi lider” olmuşdur. Elə Axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirib tək bir çatı altında yığacaq olan adam də “Hz. Mehdi (ə.s)”dır. Hz. Mehdi (ə.s), Allahın izni ilə, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, hər cür ideologiya və düşüncə sisteminin lideri olan Dəccali fikirlə təsirsiz hala gətirəcək və dünyaya islam əxlaqını hakim edəcəkdir.

“Mehdiyyət”in çox əhəmiyyətli bir xüsusiyyəti də anti-münafiq hərəkət olmasıdır. Dəccaliyyətin ziddi olan Mehdiyyət, dəccal hərəkatının nümayəndələri olan münafiqlərin də ziddi hərəkatdır. Allah Hz. Mehdi (ə.s)-ı xüsusi olaraq belə bir mənəvi güc ilə yaratmışdır. Münafiqlərin diaqnoz edilib təsirsiz hala gətirilə bilməsi üçün Mehdiyyət bacarığı lazımdır. Elə Mehdiyyət də “münafiq ovçusu” bir sistemdir. Allah Hz. Mehdi (ə.s)-ı islam dünyasına xüsusi olaraq “qurtarıcı vəsfi ilə” göndərmiş və ona “bu xüsusi qabiliyyəti” vermişdir.

Peyğəmbərimiz (s.ə.v) bir hədisində, “Mehdi hökmranlığı zamanında zalımların və təkəbbür edənlərin hökmranlığı, münafiqlərin və xainlərin nüfuzu sona çatacaqdır.” (Əl-Mehdiyy-il Mevud, cild 1, səh. 252) sözləriylə Allahın, Hz. Mehdi (ə.s) üzərindəki bu lütfünə diqqət çəkmişdir. Hz. Mehdi (ə.s) vəsiləsiylə, dəccalların, inkarçıların, münafiqlərin, dərin dövlətlərin, terroristlərin, zalımların, xainlərin və insanlara qarşı təkəbbür göstərərək əxlaqsızlıq edənlərin nüfuzu və hakimiyyəti sona çatacaqdır.

Böyük islam alimi Bədiüzzaman Səid Nursi həzrətləri bir sözündə, dünyadakı münafiqlik hərəkətinin Hz. Mehdi (ə.s) vəsiləsiylə sona çatacağını, “... Al-i Beyt-i Nəbəvinin silsilə-ı nuranəsinə bağlanan (Peyğəmbərimizin (s.ə.v)-in soyundan), əhl-i vəlayət (vəlilərin) və əhli kamalın (kamal insanların) başına keçəcək Al-ı Beytdən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) Məhəmməd Mehdi adında bir şəxs-i nurani, o Süfyanın şəxsi-mənəvisi olan cərəyan-ı münafiqanəyi (fikrən) yox edib dağıdacaq. (Məktubat, səh. 56-57) sözləriylə bildirmişdir. Axırzamanda münafiqlər Hz. Mehdi (ə.s) vəsiləsiylə fikrən təsirsiz hala gələcəklər. Bəlkə içlərində münafiqlikdən imtina etməyəcək və səmimi iman etməyəcəklərdir; amma münafiqliyə dair hərəkətlərinə son verəcəklər.

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa bir hədisdə, “Daha bir çox insan Qurandan çox, Mehdidən qorxduqları üçün günahlardan qaçacaqdır...” (Əl-Futuhatul Makkiyah, səh. 6) sözləriylə açıqlandığı kimi, münafiqlər Allahdan qorxmayacaq amma Hz. Mehdi (ə.s)-ın ağlından, güclü fərasətindən və bəsirətindən çox çəkinəcəklərdir. Peyğəmbərimiz (s.ə.v)-in “...Mehdi münafiqləri nişanələrindən (əlamətlərindən) tanıyacaq.” (Yəvmul Halas, Kamil Süleyman, səh. 135) hədisi ilə xəbər verildiyi kimi, Hz. Mehdi (ə.s) münafiqləri dərhal diaqnoz edib tanıyacaq; münafiqlər də bunu bildikləri üçün hiyləgər fəaliyyətlərini etməkdən qorxacaqlar. Sonunda da əxlaqsızlıq etməyə güc və cəsarət tapa bilməyərək münafiq hərəkətlərinə son verəcək və zahirən müsəlman kimi yaşamaq məcburiyyətində qalacaqlar. Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində Hz. Mehdi (ə.s)-ın münafiqlər üzərindəki bu mənəvi qalibiyyəti belə xəbər verilmişdir:

Əbu Basardan: İmam Cəfəri Sadiq əleyhissalam “Günahkarlar çöhrələrinindən tanınacaq” (Məhəmməd Surəsi, 30), ayəsi haqqında belə buyurdu: Allah onları tanıyar, lakin bu ayə Qaim (yəni Mehdi) haqqında nazil olmuşdur. Mehdi onları (münafiqləri) çöhrələrindən tanıyacaq və səhabələri ilə birlikdə onları (mənən) darmadağın edəcək. (Şeyx Məhəmməd ibn İbrahim-i Numani, Qeybəti-Numani, səh. 283)

Bir başqa hədisdə, “Allahın düşməni olan Məsih-i Dəccal, İsa Əleyhissalamı görüncə, duzun suda əridiyi kimi əriyər.” (Müslim, Kitabül Fiten, səh. 34) sözləriylə, xəbər verildiyi kimi, Dəccaliyyətin, haqq qarşısında “duzun suda əriyib” təsirsiz yox olması kimi; islam dünyasındakı münafiqlər də, Hz. Mehdi (ə.s) qarşısında bütün güclərini itirib təsirsiz hala gələcəklər.

Hz. Mehdi (ə.s), Allahın ona ilham etdiyi ağıl və hikmət ilə, münafiqin ən əhəmiyyətli silahı olan “gizliliyi” ortadan qaldıracaq və onun bütün əxlaqsızlıqlarını, şeytani üsullarını gün kimi su üzünə çıxaracaqdır. Beləcə münafiqlərin bu günə qədər əldə etmiş olduqları ən böyük üstünlükləri aradan qalxacaq; münafiqliyi təsvir edilməyən, bilinməyən və insanlar tərəfindən diaqnoz edilməmiş sistemi təsirsiz hala gələcəkdir. Hz. Mehdi (ə.s) münafiqin gizliliyini yox edərək, onun bu hiyləsini ləğv edəcəkdir.

Çünki münafiq sanki “yarasa kimidir”. Eyni yarasa kimi, münafiq də günəşi, işığı görəndə, pərişan olar və qaçacaq bir dəlik axtarmağa başlayar. Elə Hz. Mehdi (ə.s)-da, sanki münafiqin üzərinə bir proyektor tutaraq onu işıqlandıracaq və beləcə hara qaçarsa qaçsın, mənəvi cəhətdən yaxalanacağını bilən münafiqlər, əxlaqsızlıqlarını edə bilməyəcək hala gələcəklər. Elə bu Allahın bütün islam aləminə bir qurtarıcı olaraq göndərdiyi Hz. Mehdi (ə.s)-a lütfü və iman edənlərə olan mərhəmətdir. İslam dünyası əsrlərdir gözlədiyi rifah, hüzur və xoşbəxtliyə (Allahın izni ilə) Hz. Mehdi (ə.s) vəsiləsiylə qovuşacaqdır.

madde, new scientist

ADNAN OKTAR: “Münafiqi hərtərəfli müəyyən etmək İslamın Mehdiyyət dövründəki hakimiyyətində bütün münafiqlərin qapılarını bağlayacaq. Biz indi onun hazırlığını edirik. Münafiqin rəzil edilməsi, yaxşıca tanıdılması, dünyada sanki yaşaya bilməyəcək hala gətirilməsi, Hz. Mehdi (ə.s) dövründə olur. Ona görə hər münafiq, həmin münafiq əlamətlərindən, nifaqdan məcburən imtina etmiş olur. Ona görə heç nifaq əlaməti görülməyəcək Mehdi (ə.s) dövründə. Yoxsa heç münafiq olmayacaq deyə bir şey yoxdur Hz. Mehdi (ə.s) dövründə; amma əlamətini görə bilməyəcəyik. Çünki elə gün kimi müəyyən olacaq münafiq, baxan kimi hər kəs dərhal anlayacaq. Anlaşılmaq qorxusundan ötəri də münafiq iflic olacaq. Amma bu dövrdə təbii ki, qulağını tıxaya bilər, gözünü bağlaya bilər. Amma İslam bütün dünyaya hakim olduqda, gözünü bağlayacaq, qulağını tıxacaq halı qalmayacaq münafiqin.

Ona görə biz onun zəminini indidən hazırlayırıq Hz. Mehdi (ə.s)-a kömək etmək üçün. Hz. Mehdi (ə.s)-ın qarşısında münafiq qalmasın deyə hazırlıq edirik.

Bədiüzzaman nə deyir? “Mehdi o cərəyanı münafiqanəyi (fikrən) öldürüb dağıdacaq” deyir. Əsas edəcəyi budur “cərəyanı münafiqanə”yi dağıtmaq”. Bunun üçün də çox əhatəli bir hazırlıq lazımdır. Elə kitablar, CD-lər, yazılar və bunu həmişə gündəmdə tutmaq, təkrarlamaq. Çünki münafiq hara gedərsə “münafiq əlamətləriylə” qarşılaşacaq. İnterneti açdığında münafiq əlamətləriylə qarşılaşacaq, radionu açdığında münafiq əlamətlərini duyacaq, televizoru açdığında münafiq əlamətlərini görəcək. Qaçıb gedəcək heç bir yeri qalmayacaq. Bir söhbətə gəldikdə, orada bunu duyacaq və beləcə bu murdar məxluqatlar müsəlmanlara heç vaxt zərər verə bilməyəcək hala gələcəklər. Axırzamandakı hadisə budur. Yoxsa münafiq olmayacaq mənasında deyil. Hal-hazırda münafiq tam təsvir edilmədiyi üçün, Quranda var amma həyat hərəkətini bilmir insanlar, ona görə də münafiqlər islam aləmində əlini qolunu yelləyərək iş görürlər. Məsələn böyük alim deyir, halbuki özü münafiq. Böyük müctəhid deyir, halbuki münafiq, fərq edə bilmirlər. Ətrafında halqa olurlar, dəli kimi müdafiə edirlər. Halbuki azğın münafiq. Amma münafiqi bu cür gün kimi təsvir edərsən, hər kəs də su kimi əzbərləsə münafiqin bu dünyada yaşamaq sahəsi qalmamış olar... Münafiq o imanın nuru içində boğulacaqdır. Qaçıb gedəcək halı qalmayacaq, bilinəcək hala gələcəkdir münafiq.

Onun üçün münafiq əlamətlərini həmişə gecə gündüz gündəmdə tutmaq, əzbərlətmək, izah etmək dünyada münafiqin həyat sahəsini yox etmək mənasına gəlir. O zaman müsəlmanlar münafiq fəaliyyəti olmayan bir dünyada yaşamış olacaqlar. Və o da onlara dəhşətli dərəcədə lüks, rahatlıq, bərəkət və güc verəcəkdir...” (A9 TV, 6 iyun 2016)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

23 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net